Millət vəkili Cavanşir Feyziyevin ömür yolunun DÜŞÜNDÜRDÜKLƏRİ - Fəlsəfi esse
İSTEDAD təkcə şeir yazmaq, mahnı bəstələmək və s. deyil, daha dərin anlayışdır !
Dözülməz istilərin insanı az qala qovurduğu bir vaxtda 40 illik tələbəlik dostlarımla Bakının gözəl, rahat obyektlərinin birində miyanə istirahət edir, ötən günləri yada salırdıq.
Təsəvvür edirsiniz, bayırda 42 dərəcə isti var, ancaq biz çox sərin, rahat bir məkanda əyləşib bir neçə saatlıq dincəlir, uzaq xatirələri bölüşürük. Birdən dostlardan biri sağa-sola, aşağı-yuxarı baxaraq heyrətlə “görəsən, bu boyda obyekt kimindir, buranın sahibi kimdir, buranı neçə milyona alıb, necə alıb”,- deyə soruşdu. Mən qeyri-ixtiyari olaraq “bura bizimdir!” dedim və dostlar təəccüblə üzümə baxanda xırda bir izahat verməli oldum:
- Hazırda, bu dəqiqə biz bayırdakı cəhənnəm istisindən qaçıb burada rahat dincəlirik, istirahət edirik, ötən günləri yada salırıq. Və gülərüz, mədəni xidmətçilər də bizə yüksək səviyyədə qulluq edirlər. Deməli, bura hazırda bizimdir. Bizdən qabaq kimlərin olub, bizdən bir saat sonra kimlərin olacaq bunu bilmirəm, ancaq hazırda bura BİZİMDİR.
Mənim bu cavabım dostları, deyəsən, razı saldı. Və sonra TƏSƏLLİ üçün Osmanı türklərinin “Mal yiyəsi, mülk yiyəsi, Hanı onun ilk yiyəsi” atalar misalını da çəkməli oldum.
Əlbəttə, bizim bir neçə saat insan kimi dincəldiyimiz obyekt yəqin ki, hansısa konkret şəxsə məxsusdur, oranı hansı yolla, necə alıb, bu başqa bir söhbətdir…
Ancaq orada bizə normal şəkildə, insan kimi qulluq edildiyinə görə mən hesab edirəm ki, ora HƏM DƏ BİZİMDİR. Çünki ora təkcə əsl sahibi üçün deyil, həm də bizim üçün ƏL ÇATANDIR. Vay o gündən ki, əl çatmaya, ün yetməyə. Bax, əsl faciə, müsibət onda başlayır.
Bir mahnıda necə gözəl deyir: “Bura vətəndir, Əlim çatandır, Ünüm yetəndir, Bura vətəndir”.
Bəli, insan əli çatmayan, ünü yetməyən bir şeyi sevə bilməz, ÖZÜNÜNKÜ hesab edə, qürurla “bura BİZİMDİR” deyə bilməz. Nəinki sevə bilməz, “BİZİMDİR” deyə bilməz, əksinə…
Mən bu gün hətta çörəyi, siqareti və s utana-utana NİSYƏ alan vətəndaşı başa düşürəm. Amma nifrəti, şər-böhtanı, kimlərisə hətta sifarişlə guya ifşa etməyi başa düşə bilmirəm.
Qələm sahiblərindən birinin “mənim silahım nifrətdir” yazısını çox ağrı ilə oxudum.
Görəsən, nifrət etməklə nəyisə dəyişmək mümkündürmü?
Digər bir qələm sahibi isə yazır: “Mən hər şeydən iyrənirəm”.
Görəsən, bir-birimizdən iyrənə-iyrənə, bir-birimizi iyrəndirə-iyrəndirə, bir- birimizin çörəyinə, suyuna, şərəfinə, ləyaqətinə tüpürə-tüpürə, hətta sifarişlə bir-birimizə şər-böhtan yaza-yaza hara gedirik?
Axı “nifrət etmək”, “iyrənmək” problemdən çıxış yolu deyil. Bu bizim dogma cəmiyyətimizdir, ana öz xəstə balasından necə iyrənə bilər?
Ona görə də bizə nifrət, qəzəb, şər-böhtan, ifşaçılıq deyil, real vəziyyətdən çıxış yolu lazımdır.
Niyə ancaq nifrət, niyə ancaq sər-böhtan, niyə ancaq ifşa...?
Niyə, ancaq bir-birimizin malını, pulunu, mülkünü, sərvətini PİS MƏNADA saymaqla məşğul olmalıyıq?
Niyə başqasının ZƏNGİNLİYİ bizdə QICIQ, AQRESSİYA DOĞURMALIDIR?
Bu məqamda yadıma böyük türk şairi Nazim Hikmətlə bağlı bir əhvalat düşür.
Kommunist olduğu üçün Türkiyədə izlənən Nazim Hikməti bir gün jandarma yaxalayır. Və görür ki, şair yumşaq yataqda dincəlir. Jandarma soruşur: “Paşa nəvəsi, üzv olduğun kommunist firqəsi BƏRABƏRLİKDƏN danışır, bəs sən burda yumşaq, qu tükündən təmiz yataqda dincəlirsən, firqədaşlarını isə həbsxanalarda BİT-BİRƏ basıb yeyir. Bu necə olur?”
Nazim Hikmət gülümsəyərək deyir ki, Komutan sağ olsun, mən BİT-BİRƏNİN BƏRABƏRLİYİNDƏN deyil, ZƏNGİNLİYİN BƏRABƏRLİYİNDƏN danışıram və istəyirəm ki, hamımız zəngin olaq...
Yazının girişində NİSYƏ DƏFTƏRLƏRİNƏ toxundum.
Bir neçə il əvvəl zəngin azərbaycanlılardan biri dünyasını dəyişən anasının dəfni ilə bağlı ölkəmizə gəlmişdi. Və həmin ZƏNGİN İNSAN anasına ehsan vermədi, amma yüzlərlə NİSYƏ DƏFTƏRİNİ alıb kasıb insanların BORCUNU BAĞLADI. Həmin zəngin insan bir gün də olsun dövlət qulluğunda işləməyib, öz ağılı, bacarığı, qabiliyyəti hesabına milyonçudur. Belə nümunələr az deyil.
Belə şəxsləri kimlərinsə SİFARİŞİ ilə, bəli, məhz sifarişlə, mətbuatda, sosial şəbəkədə topa tutmaq heç bir əxlaqa, insanlığa sığmır.
Axı, zənginlik özü ilə bərabər yeni mənəvi dəyərlər, mədəniyyət gətirir.
Belə nümunələri, örnəkləri ifşa etmək, gözdən salmaq deyil, əksinə, qorumalıyıq.
Rəhmətlik M.F.Axundov deyirdi ki, MOİZƏ OXUMAQLA deyil, NÜMUNƏ-ÖRNƏK olmaqla cəmiyyəti irəli aparmaq olar.
Şükür, cəmiyyətimizdə belə NÜMUNƏ olacaq insanlarımız var.
Onlardan biri də Milli Məclisin üzvü, sözün əsl mənasında, “BİZİMDİR” deyə biləcəyimiz NÜMUNƏLƏRdən biri Cavanşir Feyziyevdir.
Deyirlər, insan dilinin altında gizlənib. Məncə, insanın tərcümeyi-halına, ömür yoluna diqqətlə nəzər salmaqla ciddi nəticə çıxartmaq olar.
Cavanşir Feyziyevin ömür yoluna nəzər salanda bəlli olur ki, bu şəxs qazandıqlarının hamısını öz qabiliyyəti, ağılı, bacarığı, istedadı hesabına əldə edib.
Bəli, İSTEDADI…
İSTEDAD təkcə şeir yazmaq, mahnı bəstələmək və s. deyil. İSTEDAD geniş və dərin anlayışdır.
Mən Cavanşir Feyziyevin cəmiyyətimiz üçün gördüyü işləri tərifləyəcək dərəcədə sadəlövh deyiləm. Və onun da tərifə ehtiyacı yoxdur. Amma bu nümunələri qoruya bilməsək, vay bizim halımıza…
Cavanşir Feyziyevin ömür yoluna qısa nəzər salanda görürük ki, 1977–1980-ci illərdə riyaziyyat təmayüllü internat məktəbdə orta təhsil alıb, həqiqi hərbi xidmətdə olub, Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun (APXDİ ) tərcümə fakültəsində təhsil almış və institutu tərcüməçi-MÜƏLLİM ixtisası üzrə Fərqlənmə Diplomu ilə bitirmişdir. Sonra APXDİ-də tərcümə kafedrasının MÜƏLLİMi vəzifəsində işləmişdir. 1994–1995-ci illərdə Belçikanın "Sərhədsiz həkimlər" humanitar təşkilatında tərcüməçi kimi çalışmışdır. 1995–1998-ci illərdə ABŞ-ın “Filip Morris” şirkətinin Qafqaz nümayəndəliyində Azərbaycan üzrə şöbə müdiri işləmişdir. 1998–2002-ci illərdə «Planet Co. Ltd» şirkətinin təsisçisi və direktoru olmuşdur. 2002–2010-cu illərdə "AvroMed" şirkətinin həmtəsisçisi və baş direktoru olmuşdur. “Tour-İnvest” şirkətinin və “Discovery Azerbaijan” elmi-kütləvi jurnalının təsisçisi və baş redaktorudur. 2004–2009-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitunun dissertantı olmuşdur. "Etno–siyasi münaqişələrin mənəvi aspektləri" mövzusunda dissertasiya müdafiə etmiş və fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. "Qafqazda etno-siyasi münaqişələr və onların dövlət müstəqilliyinə təsiri" adlı kitabın müəllifidir. Mövzuya fikir verdinizmi?
Fransa tarixçisi Jorj dö Malevilin "1915-ci il erməni faciəsi" adlı kitabını, Fransa yazıçısı, Nobel mükafatı laureatı Patrik Modianonun "Məhəllədə azmamaq üçün" adlı romanını, Fransa yazıçısı Jan Kristof Rufenin "Böyük Kör" romanını Azərbaycan dilinə tərcümə etmişdir.
Və daha nələr… Saymaqla bimir!
İndi isə keçək Cavanşir Feyziyevin ictimai-siyasi fəaliyyətinə…
2010-cu ildə Azərbaycan Respublikasının 4-cü çağırış Milli Məclisinə 115 saylı Şəki kənd ikinci seçki dairəsindən deputat seçilmişdir. 2015-ci ildə Azərbaycan Respublikasının 5-ci çağırış Milli Məclisinə 115 saylı Şəki kənd ikinci seçki dairəsindən yenidən deputat seçilmişdir.
Və hazırda Cavanşir müəllim millət vəkilidir.
Mikroskopla baxın bu adamın ömür yoluna, ey şər-böhtan sahibləri.
Bu adam hər şeyi ÖZÜ QAZANIB.
Mən bu yazını həm də insanlarımızın daxili rahatlığı üçün yazdım.
Biz öz uğrsuzluğumuzun səbəbini başqasının uğurunda axtarmalı deyilik.
Həm də daxili rahatlıq üçün (əsas məsələ budur) deyim ki, müdriklər deyib “hər oxuyan Molla Pənah, hər qatırçı Murad olmaz”.
Və çalışmalıyıq ki, insanlar hətta onların olmayana, başqasının olana da “BİZİMDİR” deyə bilsin.
Bu, məncə, MİLLƏT olmağın, DÖVLƏT qurmağın yeganə yoludur.
Belə olanda insanın özünə və dövlətinə hörməti artır, özünü əsl vətəndaş kimi hiss edir və bundan qürur duyur, ürəkdən “BİZİM dövlət, BİZİM Azərbaycan” deyə bilir.
Gəlin, BİZİM olanları QORUYAQ…
KAMRAN MƏHƏRRƏMLİ
- Deputat Elşad Musayev beynəlxalq tədbirdə iştirak etdi
1 noyabr 2024 13:35
- Ərdoğandan Öcalana edilən çağırışa reaksiya
31 oktyabr 2024 13:38
- Azərbaycanda 300-ə yaxın ömürlük məhbus var
30 oktyabr 2024 17:47
- İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərdi
29 oktyabr 2024 11:49
- Türkiyə Cümhuriyyətinin qurulmasının 101 illiyidir
29 oktyabr 2024 00:22
- Deputat Əli Məsimli Qax rayonunun İlisu kəndində seçicilərlə görüş və qəbul keçirdi
27 oktyabr 2024 18:39
- Strateji tərəfdaşlığın yeni istiqaməti
27 oktyabr 2024 16:10
- Kürdləri sevməyən bir türk varsa türk deyil - Dövlət Boxçalı
27 oktyabr 2024 01:10
- ABŞ-da Məhəmməd Füzulinin məşhur əsəri ingilis dilinə tərcümə olunub - FOTOLAR
25 oktyabr 2024 16:30
- Bu Avropa xalqının əcdadı azərbaycanlılardır - Nadir sənəd
25 oktyabr 2024 13:04
- Prezident rektor və icra başçısı təyin etdi
04 noyabr 13:35
- SSRİ-yə qarşı qurulan məxfi təşkilat: İLDIRIM necə ifşa olundu? (VİDEO)
04 noyabr 13:29
- Rusiyada əslən azərbaycanlı general həbs edildi - Video
04 noyabr 13:16
- Azərbaycanın yeganə qızlar məktəbinə direktor təyin edildi
04 noyabr 12:20
- Prezident və xanımı Bakı Olimpiya Stadionunda...
04 noyabr 10:51
- Moldovada prezident seçkiləri: Maya Sandu qələbə qazandı
04 noyabr 10:42
- Çində azyaşlı uşaqların göz yaşı töküb ağladığı azərbaycanlı müəllim kimdir?
03 noyabr 22:02
- Müdafiə Nazirliyinin generalı vəzifəsindən azad olundu - Yerinə təyinat
03 noyabr 21:54
- Ərdoğan Bakıya GƏLİR - COP29-da xüsusi layihə təqdim edəcək
03 noyabr 21:39
- İcra başçısının oğlunun meyiti tapıldı
03 noyabr 21:28
- Moldovada prezident seçkiləri – İkinci tur başladı
03 noyabr 12:09
- Rusiya üçün vuruşan ilk Şimali Koreya əsgəri əsir götürüldü - ŞOK GƏLİŞMƏ
03 noyabr 11:05
- Süpürgəçinin adı məktəbə verildi
03 noyabr 10:38
- Ziya Məmmədovun qardaşı həbs olunur? – Özü danışdı
02 noyabr 14:51
- Azercell -Ən Yaxşı Mükafatlandırma və Tanıma Strategiyası- mükafatına layiq görülüb
02 noyabr 14:40
- Şagirdi məktəbin 4-cü mərtəbəsindən çölə salladılar (VİDEO)
02 noyabr 14:12
- Xorultunu dayandırmaq üçün yatmazdan əvvəl bunu yeyin
02 noyabr 13:12
- 166 min vergi borcu olan şirkəti 40 milyonluq tenderin qalibi seçdilər
02 noyabr 12:54
- Obamanın qızı atasının soyadını istifadə etmir
02 noyabr 12:09
- Məhkəmə üç şagirdə təcavüz edən müəlliməyə 18 il verdi
02 noyabr 11:47
- Keçmiş prokuror Yusif İldırımzadənin qardaşı dələduzluqda ittiham olunur
02 noyabr 10:56
- Alman dilindəki bu söz 67 hərfdən ibarətdir
02 noyabr 10:46
- Ağdaşın yeni icra başçısı kimdir?
01 noyabr 17:28
- Nazir BŞTİ-ni Anar Qədiməliyevə tapşırır - Nərminə Hüseynova əvvəlki vəzifəsinə qaytarılır
01 noyabr 17:23
- Eldar Mahmudov düşmənimdir, məni hədələyirdi... - Əvəz Ələkbərovla SENSASİON MÜSAHİBƏ
01 noyabr 16:37
- Rusiya vətəndaşı Samur bələdiyyəsinin sədri Elnarə Ayıbova ilə bağlı YENİDƏN Baş Prokurora, Ədliyyə nazirinə şikayət etdi...
01 noyabr 15:16
- Sözünün həm ağası, həm qulu olan ustad – Qulu Məhərrəmli 70 yaşa çatdı
01 noyabr 14:37
- Hajıbala DANIŞDI - Baçımız günü-gündən gözəlləşir...
01 noyabr 14:26
- Deputat Elşad Musayev beynəlxalq tədbirdə iştirak etdi
01 noyabr 13:30
- Deputat - Bu məsələdə narazılıqlar getdikcə artır, QAZ LİMİTİNƏ yenidən baxılmalıdır
01 noyabr 13:24