Milli Qəhrəman Natiq Qasımovun xatirəsinə həsr olunmuş film təqdim edili

Xocalı qurbanlarının anım günündə Milli Qəhrəman Natiq Qasımovun xatirəsinə həsr olunmuş portret film ictimaiyyətə təqdim olunub.
AZƏRTAC xəbər verir ki, bu, Mahmud Kaşğari adına Beynəlxalq Fondun Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən oğullarının əziz xatirəsinə həsr olunmuş silsilə portret filmləri layihəsi əsasında baş tutub.
Layihənin məqsədi gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, gənclərə milli-mənəvi dəyərlərimizin təbliği, Vətənə sevginin ideal nümunəsi kimi şəhidlərin örnək həyatını işıqlandırmaq, kitab səhifələrində, film kadrlarında əbədiləşdirməkdir. Layihənin rəhbəri Milli Məclisin deputatı, Mahmud Kaşğari adına Beynəlxalq Fondun prezidenti Cavanşir Feyziyevdir.
Filmin ithaf olunduğu qəhrəman Natiq Səlim oğlu Qasımov 1971-ci ildə Gədəbəy rayonunun Kiçik Qaramuradlı kəndində anadan olub. Birinci Qarabağ müharibəsi zamanı "Qarabağ şahinləri" batalyonunun tərkibində Ağdam-Xankəndi istiqamətində döyüşlərdə misilsiz igidlik göstərib.
Natiq müharibə zamanı beş gün təkbaşına mühasirədə qalsa da, ermənilərə müqavimət göstərərək təslim olmayıb. Yalnız ermənilər onu Xocalıda girov götürülən 22 sakini öldürəcəkləri ilə təhdid etdikdən sonra silahını ataraq sığındığı Alban kilsəsindən çıxıb. Lakin son ana qədər əlindəki Azərbaycan Bayrağını ermənilərə verməyib. Filmdən də göründüyü kimi, Natiq Qasımovun sonrakı taleyi, aqibəti məlum deyil. Bircə bildiyimiz Natiq Qasımovun bir insan ömrünə sığmayacaq mərdlik və cəsurluq nümayiş etdirməsidir.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 25 iyun 2024-cü il tarixli Sərəncamı ilə Natiq Qasımov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb.
- Daha 3 gün qar yağacaq - Xəbərdarlıq
27 fevral 2025 15:53
- Rus dövlətinin daha bir qəddarlığı - yox olan və ya soy-kökünü unudan xalqlar
27 fevral 2025 14:27
- Əliyev Ərdoğanı təbrik etdi
27 fevral 2025 11:08
- Azərbaycanda su tarifləri Gürcüstandan 3,3 dəfə, Ermənistandan isə 14% bahadır – Siyahı
26 fevral 2025 18:55
- Atam və qardaşlarımın başını erməni məzarının üzərində kəsiblər- əsir götürülən Xocalı sakini!
26 fevral 2025 16:38
- Artur Rasizadədən SENSASİON AÇIQLAMALAR
26 fevral 2025 16:13
- Prezident və xanımı -Ana harayı- abidəsini ziyarət etdi
26 fevral 2025 12:58
- Xocalı soyqırımından 33 il ötür
26 fevral 2025 00:08
- Onlar bu cür vəhşiliklərlə xalqımızı qorxutmağa, onun döyüş əzmini qırmağa çalışırdılar
25 fevral 2025 23:49
- Bəhreyn kralı Leyla və Arzu Əliyevaları qəbul edib - Fotolar
25 fevral 2025 22:59
- Bakıda bu ərazidə mal əti adı ilə camış və at əti satırlarmış
27 fevral 20:25
- Öcalandan PKK-ya ÇAĞIRIŞ: Silahları yerə qoyun !
27 fevral 20:12
- İstanbulda Rusiya-ABŞ danışıqları başa çatıb- 6 saatdan artıq davam edib
27 fevral 17:47
- Zori Balayan =XORTLADI =
27 fevral 17:14
- Tarlaları don vurdu: Bir həftə sonra qiymətlər 50% artacaq
27 fevral 16:52
- Prezidentlərin geniş tərkibdə görüşü oldu
27 fevral 16:46
- Daha 3 gün qar yağacaq - Xəbərdarlıq
27 fevral 15:53
- Milli Qəhrəman Natiq Qasımovun xatirəsinə həsr olunmuş film təqdim edili
27 fevral 15:02
- Qvineya-Bisau prezidenti Azərbaycana GƏLDİ
27 fevral 14:54
- Rus dövlətinin daha bir qəddarlığı - yox olan və ya soy-kökünü unudan xalqlar
27 fevral 14:27
- Dürdanə Əliyevaya güzəşt olmadı - Son qərar
27 fevral 12:50
- Sələmçini öldürən hərbçiyə hökm oxundu: Qərar dəyişdi - TƏFƏRRÜAT
27 fevral 12:40
- Hüseyn Abdullayevə hökm oxundu
27 fevral 11:27
- Ailələr xəbərsizdir: Bu uşaqlara ayda 105 manat verilir!
27 fevral 11:20
- Əliyev Ərdoğanı təbrik etdi
27 fevral 11:08
- 16 arvadı, 104 oğlu, 144 nəvəsi var - Bir kəndi xatırladan ailəni necə idarə edir?
27 fevral 00:30
- Məhkəmə Serb Respublikası prezidentinə həbs cəzası kəsdi - Bosniya parçalanır?
27 fevral 00:23
- 7 məscidə din xadimi təyin olundu
27 fevral 00:12
- Tramp: Ukrayna artıq NATO-ya üzvlük barədə düşünməməlidir
26 fevral 23:09
- Pirverdiyevin başı Azercell- ə qarışıb
26 fevral 23:00
- Zelenski ABŞ-yə gedir - TƏSDİQLƏNDİ
26 fevral 22:01
- Elmar Məmmədyarovdan səs-küylü müsahibə: -Onların cavabını Ramiz Ənvəroviç verib-
26 fevral 20:51
- Rusiya əhalisinin sayı sürətlə azalır – 1,2 milyon doğum, 1,8 milyon ölüm
26 fevral 19:25
- Azərbaycanda su tarifləri Gürcüstandan 3,3 dəfə, Ermənistandan isə 14% bahadır – Siyahı
26 fevral 18:55
- Azərbaycanda həbs edilən FETÖ üzvünə - Bu cəza verildi
26 fevral 18:39
- Zülfüqarov Məmmədyarova söz atdı - Ah, Rus evi...
26 fevral 17:28
- Atam və qardaşlarımın başını erməni məzarının üzərində kəsiblər- əsir götürülən Xocalı sakini!
26 fevral 16:37
- Trampdan SENSASİON dönüş - Ukraynaya pul da, silah da verəcəyik, DÖYÜŞÜN!
26 fevral 16:25
- Artur Rasizadədən SENSASİON AÇIQLAMALAR
26 fevral 16:13
- Zabil Müqabiloğlu adlı bir jurnalist vardı... - ANIM GÜNÜ
26 fevral 15:10