Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək – 10 milyonluq müqavilə

Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.
Yeniavaz.com xəbər verir ki, “TAİS-İKF” MMC nazirliyin birbaşa tabeliyində olan respublikanın bir sıra təhsil müəssisələrində dövlət təminatında olan təhsilalanların 2025-ci il ərzində yeməklə təchizatını həyata keçirəcək.
Nazirlik yeməklər üçün “TAİS-İKF” MMC-yə 9 milyon 934 min 931 manat 61 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, “TAİS-İKF” MMC 30 iyun 1994-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qaibov, ev 5-də yerləşir. MMC-nin qanuni təmsilçisi Şirinov Rafail Məmməd oğludur.
Qeyd edək ki, tenderin qalibi olan “TAİS-İKF” MMC-nin adı mətbuatda bir sıra qalmaqallarda hallanıb.
2023-cü ilin aprel ayında Bakıda A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə kütləvi zəhərlənmə barədə məlumat yayılıb. Açıqlanan rəsmi məlumatlarda bildirilib ki, 20 nömrəli məktəb-liseyin bufetindən toyuq əti alan uşaqlarda qarın ağrısı əlamətləri müşahidə olunub. Hadisə ilə bağlı 12 aprel tarixində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən açıqlama verilib. Açıqlamada qeyd olunub ki, aprelin 6-da sözügedən məktəbin müxtəlif siniflərində təhsil alan 7 şagird məktəbin yeməkxanasında xidmət göstərən “TAİS İKF” MMC tərəfindən satışı həyata keçirilən toyuğun qızardılmış döş əti (nagets), 1 şagird isə dönər (şaurma) qəbul edib. Qeyd olunan hadisə ilə bağlı 20 nömrəli tam orta məktəbdə keçirilən yoxlama zamanı “TAİS İKF” MMC-nin yeməkxanada icarə müqaviləsi əsasında fəaliyyət göstərdiyi, adıçəkilən qidaların məktəbə həmin şirkət tərəfindən hazır şəkildə termobokslara yığılaraq gətirildiyi məlum olub.
“TAİS İKF” MMC ilə bağlı daha bir qalmaqallı hadisə 2022-ci ildə baş verib. Sevil Xanbabayeva adlı şəxs sosial şəbəkələrdə videomüraciət yayaraq bildirib ki, o “Bakı Metropoliteni” QSC-nin “Ulduz” stansiyasında xadimə kimi çalışır. Sevil Xanbabayeva iddia edib ki, metropolitenin işçiləri Rafail adlı şəxsin bağında qanunsuz işlədilir. Daha sonra məlum olub ki, “Bakı Metropoliten” QSC-nin təmizlik işləri ilə bağlı keçirdiyi tender müsabiqəsinin də qalibi “TAİS İKF” MMC olub.
- Bakcell Sumqayıtda yeni Müştəri Xidmətləri Mərkəzini istifadəyə verdi
4 mart 2025 14:57
- Rusiya şirkəti AZAL-ın təyyarəsinə görə sığorta ödənişi edib
4 mart 2025 13:15
- Məmmədyarovun Lavrovla şərikli biznesi üzə çıxdı: 600 milyonluq dövriyyə...
4 mart 2025 12:25
- Baku Steel Company şəhid övladını işdən çıxardı - Dedilər nə olsun ki, atan şəhiddir..
4 mart 2025 00:19
- İlham Əliyevə məktub yazırdım, Paşinyan imkan vermədi - Arayik Harutyunyan
3 mart 2025 21:48
- Çingiz Mehdiyevə 10 il həbs tələb edildi - Arif Rəhimov dindirilmədi
3 mart 2025 18:37
- NАR ardıcıl altıncı il Müştəri Loyallığı İndeksində lider oldu - Fotolar
3 mart 2025 18:26
- Veysəloğlu-nun -İllik Dəyərləndirmə və Gələcəyə Baxış- adlı motivasiya tədbirində şirkətin uğurları və yeni istiqamətlər müzakirə olundu-FOTO
3 mart 2025 16:01
- Yazıçının oğlunun evdən qaçmasının günahkarı… - ŞOK AÇIQLAMA
2 mart 2025 10:48
- Kardiologiya- da qalmaqal: Professorlar attestasiyanı boykot etdi - Direktordan nazirə şikayət olundu
28 fevral 2025 23:28
- Bakcell Sumqayıtda yeni Müştəri Xidmətləri Mərkəzini istifadəyə verdi
04 mart 14:57
- Rusiya şirkəti AZAL-ın təyyarəsinə görə sığorta ödənişi edib
04 mart 13:15
- Məmmədyarovun Lavrovla şərikli biznesi üzə çıxdı: 600 milyonluq dövriyyə...
04 mart 12:25
- 50 yaşlı qadını öldürən məktəbliyə - 10 il cəza
04 mart 11:11
- Prezident bu şirkətlərin rəhbərlərini qəbul etdi
04 mart 11:03
- Deputat yoxsul insanları öz böyrəklərini satmağa çağırdı
04 mart 10:46
- Şəhidin Ana və atası DƏM qazından ÖLDÜ
04 mart 02:21
- Bu gün OD çərşənbəsidir
04 mart 00:53
- Baku Steel Company şəhid övladını işdən çıxardı - Dedilər nə olsun ki, atan şəhiddir..
04 mart 00:19
- Türkiyədən biri 65 QƏPİYƏ gətirilən toyuqlar
03 mart 22:33
- İlham Əliyevə məktub yazırdım, Paşinyan imkan vermədi - Arayik Harutyunyan
03 mart 21:48
- Səs yazısı yayılan direktor işdən çıxarıldı
03 mart 21:21
- Nəriman Nərimanovun yeganə övladının аnаsınа MƏKTUBU
03 mart 19:11
- Çingiz Mehdiyevə 10 il həbs tələb edildi - Arif Rəhimov dindirilmədi
03 mart 18:37
- NАR ardıcıl altıncı il Müştəri Loyallığı İndeksində lider oldu - Fotolar
03 mart 18:26
- Prezident onu yüksək vəzifəyə təyin etdi
03 mart 17:19
- Gələn ildən Azərbaycanda közərmə lampaları qadağan olunur – Səbəb açıqlandı
03 mart 16:47
- Şirvanda erməni siqaretləri satan şəxs həbs edilib - İkinci əməlidir
03 mart 16:21
- Veysəloğlu-nun -İllik Dəyərləndirmə və Gələcəyə Baxış- adlı motivasiya tədbirində şirkətin uğurları və yeni istiqamətlər müzakirə olundu-FOTO
03 mart 16:01
- Enerji içkilərindən istifadə edənlərin uşaqları olmur”
03 mart 15:14
- 4 yaşlı uşağa antibiotik vuruldu - Öldü
03 mart 14:49
- Məhkəmə qərаrı ilə fəаliyyətinə XİTАM verilmiş vəkil Sevil Hаcıyevа bаrəsində dаhа bir QƏTNАMƏ...
03 mart 13:46
- Sabah 13 dərəcə isti olacaq
03 mart 13:03
- Bəzən sağlamlığında problem olan şəxslər hərbiyə cəlb edilir
03 mart 12:32
- Ukraynanın təhlükəsizliyinə zəmanət verən 5 nüvə ölkəsi və Ukraynanın 1.900 nüvə başlığı necə oldu?
03 mart 12:14
- Azərbaycanda siqaret bahalaşdı
03 mart 12:04
- Pakistan qırıcıları Ermənistanı SİLKƏLƏDİ VİDEO
03 mart 11:30
- Prezident İlham ƏIiyev Qazaxıstanın Baş naziri Oljas Bektenovu qəbul edib
03 mart 11:12
- PKK-nın daha bir qolundan ÇAĞIRIŞ
03 mart 00:26
- Volodimir Zelenski Kral Çarlsla görüşdü
02 mart 23:39