Merilin Monronun öldüyü gecənin səs yazıları - KENNEDİNİN SİRRİ
Hollivud əfsanəsi Merilin Monro 62 il əvvəl faciəvi şəkildə dünyasını dəyişib. Onun haqqında nəşr edilən yeni kitabda aktrisanın öldüyü gecə lentə alınan və yeni üzə çıxan səs yazıları barədə qeydlər var.
Əsl adı Norma Jean Mortenson olan dünya şöhrətli aktrisa Merilin Monro 1962-ci ildə barbiturat maddəsinin həddindən artıq dozada qəbul etməsi səbəbindən vəfat edib. Monronun ölümünü Los-Angeles polisi rəsmi olaraq "intihar" hesab etsə də, o vaxtdan bəri məşhur aktrisanın vaxtsız ölümü ilə bağlı çoxlu fərziyyələr səslənir. Bəziləri hətta deyirdilər ki, Monronun ölümündə bu hadisədən bir il sonra sui-qəsd nəticəsində öldürülən ABŞ prezidenti Con Kennedi və onun qardaşı, baş prokuror Robert Kennedi ilə ehtimal olunan sevgi əlaqələri rol oynamış ola bilər.
Ümumiyyətlə, Monronun Kennedi qardaşlarının hər ikisi ilə sevgili olduğu barədə də fərziyyələr dolaşır.
Monronun Con Kennedi ilə münasibəti olması barədə şayiələr 1962-ci il mayın 19-da “Madison Square Garden”də keçirilən 45 illik yubiley mərasimində prezident üçün "Happy Birthday" mahnısını oxumasından sonra ortaya çıxıb. Daha sonra jurnalda Monronun Kennedinin qardaşı Robert ilə münasibətdə olması barədə şayiələr yayılmağa başlayıb.
Merilin Monronun 36 yaşında dünyasını dəyişməsindən uzun illər keçməsinə baxmayaraq, onun ölüm sirri hələ də insanları maraqlandırır. Merilin Monronun faciəvi ölümündə Con Kennedi və onun qardaşı Robert hansı rolu oynayıblar?
Polis məmuru vəzifəsindən istefaya getdikdən sonra özəl dedektivliklə məşğul olan Fred Otaş Monronun ölümündən bir neçə saat əvvəl ABŞ-ın o zamankı baş prokuroru Robert Kennedi ilə şiddətli mübahisə etdiyi və Kennedinin onu susdurmaq üçün aktrisaya narkotik maddə verdiyinə dair sübutların olduğunu deyib.
Otaşın qeydlərinə görə, Robert Merilinin yaxın dostu Piter Loufordun ona zəng edərək "Merilinin psixi sağlamlığından narahatam, gəlməlisən" deməsindən sonra San-Fransiskodan Los-Ancelesə uçub.
Şəxsi detektiv qeydlərinə aşağıdakı ifadələri daxil edib:
“Robert Merilinin evinə gələndə səhər saat 11 idi, onlar arasında intim yaxınlıq olub. Günorta Robert evdən çıxıb. Eyni günün axşamı Robert Monrronun yaxın dostu Piter Lavford ilə birlikdə Merilinin evinə qayıdıb. Merilin əsəbləşərək Robertə qışqırmağa başlayıb. Merilin Roberti hədələyərək, ona çoxlu vədlər verdiyini xatırladıb, “Uşağımızı abort etmək məcburiyyətində qalanda sən harada idin, əclaf!”, - deyib. Robert və ya Peter Merilini yastıqla susdurana qədər qışqırıqlar davam edib. Ola bilsin ki, o vaxt iki kişidən biri Merilinə sakitləşdirici dərman da verib. Saat 17.30-da Robert Kennedi evdən gedib.
Sonra Piter Merilindən onunla nahara getmək istəyib-istəmədiyini soruşub. Merilin deyib: “Özümü yaxşı hiss etmirəm. Mən bunu edəcək vəziyyətdə deyiləm, yatmaq istəyirəm, pis bir neçə gün oldu".
Həmin gecə Merilin Robertin qardaşı Con Kennedi ilə bir neçə dəfə əlaqə saxlamağa çalışıb. Gecə o dostu Piterə zəng edərək, “özünü qoru, sən yaxşı adamsan” deyib və telefonun dəstəyi əlindən düşüb. Monro ölüb.
Merilin Monronun 1954-cü ildə evləndiyi və 1955-ci ildə boşandığı ikinci əri, aktyor Jo Di Maggio: "Kennedilərin hamısı qadın qatilləri idi və onlar etdiklərinin cəzasını çəkmədilər" - demişdi. Con Kennedi Maggionun Monronun dəfn mərasiminə gəlməyini qadağan eləmişdi”, - keçmiş dedektiv kitabda xatirələrini bölüşüb./Lent.az
- Müsavat başqanlığına namizədi öldürəndən sonra tikə-tikə doğrayıblar - ŞOK
24 sentyabr 2024 15:57
- Azərbaycanlı yazıçı HƏBS edildi
13 sentyabr 2024 21:14
- NAR yüksək bal toplayanların sevincinə sevinc qatdı - Fotolar
11 sentyabr 2024 13:27
- Əsabil Qasımov Rusiya kurortlarında qiyməti BAHALAŞDIRDI
9 sentyabr 2024 01:06
- Qazaxıstanda V Ümumdünya Köçəri Oyunları start götürüb
8 sentyabr 2024 15:21
- Kennedi sui-qəsdində illər sonra açılan sirr: Dövlətə xəyanət, yoxsa hesablaşma?
10 avqust 2024 09:46
- Deputatın namizəd oğlu AVTOŞ çıxdı - FOTO
8 avqust 2024 14:58
- Ərəb qadınlarının gözəllik sirri - Bunun sayəsində qüsursuz görünürlər
3 avqust 2024 22:41
- 11 il əvvəl Elnur İbrahimovu ölkədən KİM və NİYƏ qaçırmışdı?
2 avqust 2024 19:36
- Sabiq səfirin keçmiş xanımı yenidən həbs edilib: Şəmsiyyə Bəylərqızı nədə ittiham edilir?
1 avqust 2024 19:10
- Almaniya və Türkiyə arasında DÖNƏR DAVASI ...
28 sentyabr 16:05
- Bakıda DÜNYA PROKURORLARININ iclası keçirilir - Foto
28 sentyabr 15:50
- Prezidentdən MÜHÜM FƏRMAN
28 sentyabr 14:30
- NAR YAŞAT Fondu ilə birgə şəhid ailələri üçün layihə həyata keçirilib
28 sentyabr 14:22
- Rusiyalı tatar qızı Miss Europe müsabiqəsinin qalibi olub
28 sentyabr 14:14
- Mahaçqalada dəhşətli partlayış-12 ölü
28 sentyabr 14:05
- Başladılar: Ermənistan və İran Araz çayı üzərindən körpü salır
28 sentyabr 13:51
- Azərbaycanda pionerlər niyə öldürülürdü?
28 sentyabr 11:58
- Sahil Babayevdən nazir müavinin deputat seçilən xanımının yerinə təyinat
27 sentyabr 18:18
- Qüdrət Qurbanova yeni vəzifə verildi - Heydər Əsədovun yerinə gətirildi
27 sentyabr 18:12
- İcra başçısının qalmaqallı oğlu dövlət qurumuna qarşı: Nə baş verib?
27 sentyabr 18:05
- Polad Həşimovun anasından ürəkdağlayan görüntülər - Foto+VİDEO
27 sentyabr 12:14
- Narin Güranın qətlində gizlənən sirr - Əmi göstəriş verib, baldız təşkil edib
27 sentyabr 11:58
- Azərbaycanda Anım Günüdür
27 sentyabr 11:22
- Sumqayıtda futbolçular isti su tapmır... - 100 mindən çox borcu kim ödəməlidir?
27 sentyabr 00:02
- İqtisadi məsələlərə həsr olunmuş müşavirə keçirildi, Prezident çıxış etdi (FOTO/YENİLƏNİB)
26 sentyabr 15:29
- Elza Seyidcahan 100 MİN DƏYƏRİNDƏ qızıllarını LOMBARDDAN geri ala bilmir
26 sentyabr 15:20
- Prezident müşavirə keçirdi
26 sentyabr 15:09
- 27 sentyabr tarixi və müqəddəs gündür - Əli Məsimli yazır
26 sentyabr 13:40
- Japarov Akayevin səhvlərini sadaladı – 99 dəfə yaxşılıq et, bir dəfə səhv, bağışlanmaz
26 sentyabr 12:14
- Azəristiliktəchizat-ın yığılmış zərəri 120 milyon manata yaxınlaşdı
26 sentyabr 11:50
- Bakıda bu universitetin yataqxanalarını bit basıb (VİDEO)
26 sentyabr 11:41
- Vilayət Eyvazov Yevlaxda tapşırıqlar verdi - Fotolar
26 sentyabr 11:24
- Nazirliyin işdən çıxardığı direktor xəstəxanalıq oldu- XADİMƏ qədər hörmətim...
25 sentyabr 22:41
- Prezident qırıcıda... - Video
25 sentyabr 22:16
- 10-a yaxın vəkil Kollegiyadan çıxarılır
25 sentyabr 20:56
- Azərbaycan xanımları ölkəni niyə tərk edir? - Millət vəkili
25 sentyabr 14:49
- Bu gün Qənirə Paşayevanın xatirəsi anılacaq
25 sentyabr 13:49
- 450 min vergi borcu olan şirkət məhkəməyə üz tutdu
25 sentyabr 13:37
- Nazirlər Kabinetində yeni təyinat
25 sentyabr 12:28