Ələkrəm Haftonuya qaçdı, görüş üçün getdim… - Polis rəisi
1993-cü il: bir tərəfdə erməni separatizminin doğurduğu dəhşətli müharibə, digər tərəfdə iç savaşları: Surət Hüseynov, Ələkrəm Hümbətov…
Tariximizə “Ələkrəm Hümbətov qiyamı” kimi qara ləkə olaraq düşən olayları həmin vaxt Lənkəran rayonunun polis rəisi olan polkovnik Əlövsət Əliyev 31 ildən sonra ilk dəfə olaraq qələmə alır. Əlövsət Əliyevin təqdim etdiyi faktlar həm də ona görə olduqca mühüm və əhəmiyyətlidir ki, polis rəisi kimi o, prosesin içində olub, hakimiyyətdə, daxili işlər və xüsusi xidmət orqanlarında gedən prosesləri bilib, eyni zamanda, Ələkrəm Hümbətovun fəaliyyət dairəsi haqda əməliyyat məlumatlarına malik olub.
Ələkrəm Hümbətova hakimiyyət daxilindən kimlər dəstək verirdi? Bu qiyamın səbəbi və hədəfi nə idi?
Kult.az sabiq polis rəisi Əlövsət Əliyevin sensasion məqamları əks etdirən yazısını təqdim edir:
II Hissə
Nəhayət, Ə.Hümbətov hərəkətə keçdi - 8 iyunda şəhərin mərkəzi meydanında aksiya keçirmək, daha sonra İcra Hakimiyyətini zəbt etmək üçün silahınmış tərəfdarları ilə birlikdə meydana daxil olmaq istədi.
Rəis müavini Fəxrəddin Salayev (Allah rəhmət eləsin) meydanda idi. Mənə vəziyyəti məruzə etdi. Meydana daxil olsalar, İcra Hakimiyyətinə hücum edəcəklərin bilirdim. Salayevə bildirdim ki, əlavə gücə ehtiyac olsa, xəbər edin, onların meydana girmələrinə yol verməməliyik!
Daxili Qoşunların Lənkəranda yerləşən hərbi hissəsinin komandiri Elxan Hüseynovla (Allah rəhmət eləsin) da danışdım. Hazır olmaların tapşırdım. Polis əməkdaşlarının ciddi müqaviməti ilə rastlaşan Ə.Hümbətov tərəfdarları ilə müxtəlif nəqliyyat vasitələrindən istifadə edərək Haftonu meşəsinə qaçdı. Yolda iki nəfər polisi də girov götürmüşdü. Bir nəfər zabitin isə silahını almışdılar.
Girov götürülənlərdən biri, səhv etmirəmsə, Ağarza Əzizov (ikincinin adı xatirimdə deyil). Polis əməkdaşlarının girov götürülməsini, bir zabitin (Elxan Cəfərov) silahının alınmasını polisi provokasiyaya çəkmək və qarşıdurma yaratmağa cəhd hesab etdiyimiz üçün kifayət qədər ehtiyatlı davranmağa qərar verdik.
Ələkrəm Hümbətovun meşəyə qaçandan sonra komandir Elxan Hüseynovu görüşə dəvət etdim. Vəziyyəti onunla müzakirə etdik. Polis əməkdaşlarının təcilli azad edilməsinin və qanunsuz hərbi birləşmənin dağılmasının zəruriliyini müzakirə etdiyimiz zaman icra başçısı Hüseynqulu Məmmədov, onun birinci müavini Arif İsmayılov, digər müavini İltifat Rəhimov, prokuror və başqaları zəng etdilər. Vəziyyətin belə davam etməsindən narahat olduqlarını bildirdilər. İcra başçısı nəyin bahasına olursa olsun, onların meşədəcə həbs olunmasını, bunun üçün lazım olsa, Bakıdan helikopterlərin gətirilməsinin vacibliyini bildirdi.
Baş verənlər haqqında nazirliyə dərhal rəsmi məlumat göndərmişdim. Buna baxmayaraq, yenə DİN-in rəhbərliyi ilə əlaqə saxladım. Vəziyyət haqqında məruzə etdim. Ələkrəmi və yanında olanları Daxili Qoşunların əsgərləri ilə birlikdə zərərsizləşdirməyin mümkünlüyünü bildirdim.
Xüsusi tapşırıq gələnə qədər gözləməyim haqqında göstəriş verildi. Lakin günün sonuna kimi heç bir tapşırıq gəlmədi. İcra başçısı və müavinləri isə demək olar ki, hər saatda bir dəfə zəng edir və təcilli olaraq əməliyyat keçirilməsin tələb edirdilər.
Günün sonunda mən yenidən Elxan Hüseynovla və MTN-in Lənkəran şöbəsinin rəhbəri Hüseynağa Əliyevlə görüşdüm. Onlara bildirdim ki, Ələkrəm Hümbətovla görüşmək istəyirəm. Elxan görüşün polkovnik Mikayıl Hacıyevin vasitəçiliyi ilə təhlükəsiz şəkildə mümkün olduğunu dedi. Əlavə etdi ki, Mikayıl Hacıyevi tanıyır, Daxili Qoşunlarda xidmət edib, çox yaxşı hərbçidir.
Mikayıl Hacıyevlə əlaqə yaratdım və Ələkrəmlə Haftonu meşəsində görüşmək istədiyimi bildirim.
Bir neçə saatdan sonra M.Hacıyev görüşlə bağlı razılaşdıqları xəbərini verdi. Mən icra başçısı Hüseynqulu Məmmədova zəng etdim və Ələkrəmlə görüşə getdiyimi dedim və təklif etdim ki, istəyirsə, bizə qoşula bilər.
Beləliklə, səhv etmirəmsə, 10 iyun 1993-cü il tarixdə Mikayıl Hacıyev, Hüseynqulu Məmmədov və mən Hafonu meşəsinə getdik. Vədələşdiyimiz ünvanda Ə.Hümbətovu 2 saatdan artıq gözləsək də, o gəlmədi. Mən görüşə yalnız tabel silahı ilə getmişdim.
Təxminən 2 saat gözlədikdən sonra bizim görüşümüzə Cəmil Hacıyev geldi, avtomatla silahlanmışdı. O bildirdi ki, vəziyyət dəyişdiyinə görə Ə.Hümmətöv görüşə gəlməyəcək…
Ağır bir gün keçirdik. Gəncədə baş verən qiyamın Lənkərana daşınması cəhdləri, bununla bağlı hər gün daxil olan ziddiyyətli məlumatlar, müxtəlif şəxslərin AXC hakimiyyətinin getməsinə çalışması, həyəcan və yuxusuzluq əksəriyyəti üzmüşdü. Həmin gün evə gecə saat 2 radələrində gəldim. Yata bilmədim və spirtli içki içməyə qərar verdim. Tərslikdən evdə içməyə bir şey tapmadım. Tələbəlikdən tanıdığım və iki məhəllə aralıda yaşayan, o vaxta kimi dost hesab etdiyim Ə.-yə zəng etdim. İçmək istədiyimi bildirdim. Dedi ki, buyur gəl, məndə yaxşı araq var. O zaman Türkelin 5, Ormanın 2 yaşı (övladlarım) var idi. Onlara ayırmağa heç vaxtım olmurdu. Otaqlarına keçib yatdıqları yerdə yanaqlarından öpdüm. Oyanmasalar da, yatmış halda öpdüyüm hissəni həmişəki kimi əlləri ilə silib, yuxularına davam etdilər. Xanıma bir saata qayıdacağımı deyib evdən çıxdım. Təxminən 10 dəqiqə sonra Ə.-gilin həyətində idim.
Evə keçdim və zalda oturduq. Masanı hazırlamışdı: əzgil şorbası, pendir, çörək və araq. Bir az yedikdən sonra daş stəkanla dolu araq içdim. Lakin yüngülləşmədim, siqaret çəkmək və hava almaq üçün çölə çıxdım. Dostumun evin girişdə asılmış ködəkçəsni çiynimə atdım. Həyətdə siqareti yandırdım. Bir neçə qullabdan sonra əlimi ködəkçənin cibinə saldım. Əlimə xırda bağlama dəydi. Salafan parçaya bükülmüşdü. Əlimlə bərkliyini yoxlayanda tiryək olmasından şübhələndim. Çıxarıb baxanda yanılmadığım məlum oldu.
Siqareti və gödəkçəni həyətdə atdım və oradan çıxdım. Bükülü tiryəki isə özümlə götürdüm.
Küçədə sərin meh əsirdi. Ulduzlar sanki yerə daha yaxın idi. Mənsə özümü “Səfillər”də Parisin yeraltı kanalizasiyasında cinayətdə şübhəli olan şəxsi təqib edən Javerin vəziyyətində hiss edirdim. Yaxşı ki, çox keçmədən yaşadığım Qala məhləsinə çatdım. Bu məhəlləni çox sevirdim.
Bu hadisədən sonra bir daha dərk etdim ki, qanunun aliliyi üçün həyatını qurban verən və hər zaman ideal qəhrəman hesab etdiyim, ömrünü ədalətin bərpasına həsr edən Javer olmaq bu cəmiyyətdə mümkün deyil və bu düşüncələrimə təəssüf edərək, qəhqəhə ilə güldüm. Dostumun cibindən götürdüyüm tiryəki isə evin yaxınlığındakı zibilliliyə tulladım və evə qalxdım…
Ardı var
- Badamdarda uçqun: Laçın QAÇQIN məktəbində oxuyan uşaqların həyatı təhlükədə! - FOTO
1 noyabr 2024 10:08
- İsraildə İrana casusluq edən azərbaycanlı ər-arvad həbs olundu
31 oktyabr 2024 23:11
- Məmurlar bir araya gəldi - Prezidentin tapşırıqları çatdırıldı
31 oktyabr 2024 21:50
- Tağı Əhmədovun hakim oğlu CƏZALANDIRILACAQ - Məhkəmə qərarı
31 oktyabr 2024 14:50
- Şahin Bağırov aparat rəhbəri və idarə rəisi vəzifələrini onlara tapşırıb
31 oktyabr 2024 14:28
- Rusiyanın təhvil verdiyi şəxs məşhur biznesmen imiş... - ŞOK DETALLAR
31 oktyabr 2024 14:22
- SAYT rəhbəri həbs edildi
31 oktyabr 2024 11:59
- Azərbaycana mal-qara gətirən DANA MONOPOLİYASININ başında duran Ramazanov, Laçınlı Dadaş kimdir?
30 oktyabr 2024 10:19
- 1978-ci ildə İspaniya qəzetləri Azərbaycandakı səs-küylü qətldən nə yazıb?
28 oktyabr 2024 23:51
- Tağı Əhmədovun ölümündən əvvəl bu sözləri deyib AĞLAYIB - VİDEO
28 oktyabr 2024 23:22
- Milli Məclisin iclası başladı: 9 məsələyə baxılacaq
01 noyabr 12:24
- Radiatorun üstünə bir neçə DƏFNƏ YARPAĞI qoyun və ... - MÖCÜZƏ
01 noyabr 12:10
- NAR AzTU-da mobil rabitə təlimlərini davam etdirir
01 noyabr 12:03
- Azərsun Holdinq-dən daha bir layihəyə dəstək - Fotolar
01 noyabr 11:23
- Nazirlikdə iki yüksək vəzifəyə təyinat
01 noyabr 10:35
- Prezident 28 May-da aparılan abadlıq işləri ilə tanış oldu
01 noyabr 10:29
- Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....
01 noyabr 10:16
- Badamdarda uçqun: Laçın QAÇQIN məktəbində oxuyan uşaqların həyatı təhlükədə! - FOTO
01 noyabr 10:00
- İsraildə İrana casusluq edən azərbaycanlı ər-arvad həbs olundu
31 oktyabr 23:11
- Məmurlar bir araya gəldi - Prezidentin tapşırıqları çatdırıldı
31 oktyabr 21:50
- Hikmət Həsənovun köməkçisinə hökm oxundu - FOTO
31 oktyabr 19:57
- Urmiyada beş məhbusun barmaqları kəsiləcək
31 oktyabr 19:47
- Tağı Əhmədovun hakim oğlu CƏZALANDIRILACAQ - Məhkəmə qərarı
31 oktyabr 14:50
- Şahin Bağırov aparat rəhbəri və idarə rəisi vəzifələrini onlara tapşırıb
31 oktyabr 14:28
- Rusiyanın təhvil verdiyi şəxs məşhur biznesmen imiş... - ŞOK DETALLAR
31 oktyabr 14:22
- İqlim dəyişikliyi və COP29: Elm və əməkdaşlıq dünyanı xilas edəcək!
31 oktyabr 14:15
- Ərdoğandan Öcalana edilən çağırışa reaksiya
31 oktyabr 13:38
- Planetar düşüncəli lider…
31 oktyabr 13:29
- Beynəlxalq axtarışa verilən 5 şəxs Azərbaycana gətirildi
31 oktyabr 13:15
- Dünya fəlakətlə üz-üzə - Rusiya nüvə DÜYMƏSİNƏ BASIR!
31 oktyabr 12:09
- SAYT rəhbəri həbs edildi
31 oktyabr 11:59
- Prezident yeni səfirin etimadnaməsini QƏBUL ETDİ - FOTOLAR
31 oktyabr 11:42
- Rusiya qalib gəldi - Zelenski
30 oktyabr 23:19
- Dörd nəfər onu axtarmağa gedəndə həlak olmuşdu...
30 oktyabr 23:05
- Ramiz Mehdiyev qabağa getməyə qoymurdu - Deputatla MÜSAHİBƏ
30 oktyabr 20:50
- Ərdoğandan müsəlman ölkələrinə ÇAĞIRIŞ
30 oktyabr 18:20
- Azərbaycanda 300-ə yaxın ömürlük məhbus var
30 oktyabr 17:47
- İsrail Prezidenti Bakıya gəlir
30 oktyabr 15:24
- Nə istəyirsiz məndən? Əl çəkin! Mənə kim cinayət işi açır? - Ramiz Mehdiyev
30 oktyabr 15:19
- Nyuton qanununun tərtibində səhv AŞKARLANDI
30 oktyabr 14:00