Ağsuda torpaq saxtakarlığı
Rayonun Bozavand kəndində əkin sahələrinin xəritəsi qanunsuz şəkildə dəyişdirilib; camaat istintaq komissiyası tələb edir
Ağsu rayonunun Bozavand kəndində aylardır davam edən torpaq qalmaqalı yeni mərhələyə daxil olub. Kənd sakinləri 30 ilə yaxındır əkib-becərdikləri hektarlarla pay torpağının saxta xəritə tərtib edilərək əllərindən alınmasından narazıdırlar.
Sakinlərin haqlı etirazlarından sonra ortaya “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC tərəfindən verilmiş bir cavab çıxıb. Kəndin 30 şikayətçisi var. Kənd sakinləri Mütəllimov Dilqəm, Mütəllimov Seyran, Hüseynov Bəhlul, Əliyev Sakit, Əliyev Eyyub, Əliyeva Nailə, Mütəllimova Pərvanə, Əliyeva Elnarə, Zeynalov Daşqın, Hüseynov Əfqan, Hüseynov Rövşən və digərləri “Yeni Müsavat”a müraciət edərək bildiriblər ki, həmin cavab saxta xəritə vasitəsilə onlara məxsus torpaqları ələ keçirmək istəyən şəxslərin maraqları çərçivəsində hazırlanıb.
“Qanuni pay torpaqlarımızı əlimizdən almaq istəyirlər”
Bu sözləri deyən Bozavand kənd sakinləri Sakit Əliyev, Seyran Mütəllimov və digərləri iddia edirlər ki, 1998-ci il dövlət aktı ilə verilmiş pay torpaqları son illərdə müxtəlif yollarla başqaları tərəfindən mənimsənilir.
Şikayətçilərin sözlərinə görə, mənimsəmələrə qanuni don geydirmək üçün pay torpaqlarının koordinatları və sərhədləri dəyişdirilir, torpaq bölgüsü ilə bağlı saxta xəritə hazırlanır, bəzi yerli şəxslər “rüşvətlə və rusumla” həmin torpaqları öz adlarına keçirməyə çalışırlar. Sakinlər öz sahələrinə daxil olmaq istədikdə traktorlarla qovulur, onlara torpağa girmək qadağan edilir.
Sakinlər bildirirlər ki, məsələ ilə bağlı həm Ağsu Rayon Kadastr və Yerquruluşu İdarəsinə, həm də “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-yə müraciət etsələr də, nəticə əldə edə bilməyiblər.
Şikayətçilər ölkə rəhbərliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinə, Prezidentin köməkçisi Fuad Ələsgərova, baş prokuror Kamran Əliyevə ünvanladıqları məktublarda açıq şəkildə yazırlar:
“Əgər 28 ildə biz bu torpağı becərmişiksə, necə ola bilər ki, indi xəritə uyğunsuzluğu kimi bir bəhanə ilə bizi əkin sahələrimizdən qovurlar? Bozavand kəndinin əksər evlərini torpaqsız qoymaqla kəndimizi məhv edirlər!
Biz kəndlilər torpağı əkməsək, nə ilə dolanaq?
Bu adamlar xəritə saxtakarlığı ilə möhtərəm cənab Prezidentin kənd təsərrüfatı ilə bağlı islahatlarını sabotaj edirlər. Bizi ac qoyurlar.
Ən pisi budur ki, bu cür saxtakarlığı ölkə başçısının xalqın rifahını yaxşılaşdırmaq üçün verdiyi 07.10.2021 və 07.03.2016-cı il tarixli fərmanlarla ört-basdır etməyə çalışırlar. Məgər cənab Prezident bu adamlara səlahiyyət verib ki, bütöv bir kəndin torpağını əli qabarlı kəndlilərdən alıb harınlamış bir məmura versinlər?"
Sakinlər Prezidentdən xahiş edirlər ki, Ağsunun Bozavand kəndində baş verən xəritə saxtakarlığına və bu yolla torpaqlarının əllərindən alınmasına son qoyulması üçün göstəriş verilsin:
“Bizə şikayət etdiyimiz qurumlardan təmtəraqlı cümlələrlə dolu məktublar yazırlar. Guya Bozavand kəndində də işçi qrup yaradılıb və torpaqların hüquqi-texniki göstəricilərində uyğunsuzluqların aradan qaldırılması məqsədilə ölçmə-düzləndirmə işləri aparırlar. Faktiki isə bu yolla bizim torpaqlarımızı zəbt edirlər.
Xəritə dəqiqləşdirilməsi gedirsə, bu proses niyə bizim iştirakımız olmadan və şəffaf aparılmır? Bozavand kənd sakinləri Xalıqov Fərhad Camalxan oğlu, Xalıqov Xalıq Camalxan oğlu, Xalıqov Xəyal Cilovxan oğlu və onların havadarları rüşvət sayəsində Əliyev Ağakişi Təvəkkül oğlunun əli ilə xəritəni dəyişiblər, saxtakarlığa yol veriblər. Əliyev Ağakişi Dövlət Əmlak Xidmətində şöbə müdiri işləyir. Sakinlər dəfələrlə polisə və yerli icra hakimiyyətinə, həmçinin Şamaxı rayon əmlak xidmətinə şikayət ediblər. Şikayətə gəlib baxılsa da, heç bir irəliləyiş yoxdur. Danışanda da deyirlər ki, torpaq xəritələrinin dəqiqləşdirilməsi gedir, heç kəsin torpağı özbaşına heç kimə verilmir. Bəs bizim torpağımıza girişimiz niyə məhdudlaşdırılıb? Niyə traktorla bizi torpaqdan qovurlar? Niyə 30 ildir əkib-becərdiyimiz torpaqları əkinə hazırlamağa imkan vermirlər? hektarlarla sahə faktiki olaraq kənddən 6-7 kilometr aralıdadır, amma saxtalaşdırdıqları xəritədə həmin torpaq sahələri başqa ərazilərdə göstərilir".
Sakinlər xüsusi vurğulayırlar ki, son aylarda torpaq sahələrinə yaxınlaşdıqları zaman əkin aparan traktorlar tərəfindən qovulublar: “Traktorların sürücüləri özbaşına belə addım ata bilməzlər. Onlara göstəriş verənlər var. Biz öz sahəmizdə ağac əkən, torpaq becərən kimi traktorları üstümüzə sürürlər, ”bura sizin deyil" deyərək bizi qovurlar".
Sakinlərin sözlərinə görə, məsələ ailələr arasında da qarşıdurmaya səbəb olur. Müraciətin sonunda sakinlər yazırlar:
“Möhtərəm cənab Prezident!
30 ildən çox işğal altında qalmış torpaqların azad olunması uğrunda dövlətin apardığı mübarizəni dəstəkləmişik, lakin indi öz kəndimizdə torpaq alverçilərinin girovuna çevrilmişik. Yerli qurumlar bizi eşitmək belə istəmirlər. Xahiş edirik ki, Bozavanda DTX, Baş Prokurorluq və mərkəzi icra hakimiyyəti orqanlarının əməkdaşlarından ibarət istintaq komissiyası göndərilsin, qanuni şikayətimiz ciddi şəkildə araşdırılsın, haqsızlığa son qoyulsun. Əhali Xalıqov Fərhadın əlindən təngə gəlib. O, bələdiyyə torpaqlarını mənimsəyib, yenə də bu saxtakarlıqdan əl çəkmir".
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
- Onun general pensiyası da kəsildi
31 mart 2026 20:57
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 2026 14:06
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
3 mart 2026 14:20
- Elşad Abdullayevin milyonluq əmlakları müsadirə olundu (SİYAHI)
24 fevral 2026 13:10
- Sabah Su çərşənbəsidir
23 fevral 2026 20:08
- Gələn həftə Novruzun ilk çərşənbəsi qeyd ediləcək
21 fevral 2026 17:11
- Sənədsiz evi olanların nəzərinə: 15 günə çıxarış almaq mümkün olacaq
17 fevral 2026 13:50
- Prezident Sumqayıt Sənaye Parkında açılışlar etdi (YENİLƏNİB)
27 yanvar 2026 12:20
- Vidadi Zeynalovun milyonluq əmlakları satışa çıxarılır - Siyahı
21 yanvar 2026 16:49
- İllərlə edilən səhvlərin nəticəsi: Bakı boğulur - Çıxış yolu var?
10 yanvar 2026 13:09
- Nazir bir qələmlə kadrların taleyini həll etməli deyil - Əli Məsimli ilə MÜSAHİBƏ
06 aprel 12:58
- Tehrana zərbə endirilib, 13 nəfər həlak olub
06 aprel 12:12
- İlham Əliyevin Tbilisidə rəsmi qarşılanma mərasimi olub (YENİLƏNİB)
06 aprel 11:46
- Moskvada anti-Azərbaycan tədbiri
05 aprel 23:17
- Hər axşam qatıq yeməyin FAYDALARI
05 aprel 22:16
- 19 yaşlı tələbə dəm qazından zəhərlənərək öldü
05 aprel 22:08
- XİN: Rusiya daxil, heç bir ölkə Azərbaycanın ərazi bütövlüyünü sual altına qoymayıb
05 aprel 19:39
- Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb
05 aprel 17:29
- Qusarda 29 yaşlı gənci sel apardı - Meyiti tapıldı+Foto
05 aprel 16:25
- Bizim adımızı çəkməyin : Peskovdan Paşinyana şok Qarabağ cavabı
05 aprel 15:28
- Badamdarda sürüşmə: Nazir hadisə yerində (FOTO/VİDEO)
05 aprel 15:09
- Xocalı soyqırımının təşəbbüskarlarından olan Zori Balayan ÇEZDİ
05 aprel 12:04
- Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salındı (FOTO)
04 aprel 19:53
- Fazil Mustafanın ailəsindən xoş xəbər
04 aprel 19:43
- Zelenski Türkiyəyə getdi
04 aprel 19:32
- Alimlər qoz yemək üçün ideal zamanı açıqladılar
04 aprel 10:58
- İlham Əliyev: Azərbaycan və İran daim bir-birinin yanında olmağa davam edəcək
04 aprel 10:26
- Ənənəvi yas məclislərinə SON: Yeni ehsan növü BELƏ OLACAQ
04 aprel 00:20
- Roma Papası İsrailə çağırış etdi: müharibəni dayandırın !
04 aprel 00:06
- Pezeşkian İlham Əliyevlə söhbətindən yazdı
03 aprel 23:39
- Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
03 aprel 19:11
- İlham Əliyev bir qrup şəxsi təltif etdi (SİYAHI)
03 aprel 18:49
- Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən Zəfər Yolu layihəsinin təqdimatı keçirilib
03 aprel 18:29
- İranın ən hündür körpüsü partladıldı: ölənlərin sayı..
03 aprel 00:02
- Pezeşkian İlham Əliyevə zəng etdi
02 aprel 23:47
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
02 aprel 20:46
- Türk dünyası bizim ailəmizdir, başqa ailəmiz yoxdur
02 aprel 20:09
- SEPAH komandanı Məhəmməd Əli Fətəlizadə öldürüldü
02 aprel 18:12
- Moldovadan TARİXİ QƏRAR: Rusiyaya birdəfəlik YOX dedi
02 aprel 14:52
- Prezident TDT dövlətlərinin hökumət başçılarını qəbul etdi (FOTO)
02 aprel 13:03
