Azərbaycanın paytaxtı Bakı HƏYAT indeksinə görə dünyada 236-cı yerdədir

Yaşadığımız şəhərin nə qədər yaşanılası olduğunu yalnız gündəlik qayğılarımızla deyil, beynəlxalq reytinqlərlə də qiymətləndirmək mümkündür. 2025-ci ilin ilk yarısı üçün dünyanın ən böyük statistik bazalarından biri olan Numbeo Bakı şəhərinin həyat keyfiyyəti indeksi ilə bağlı hesabat yayıb. Təəssüf ki, nəticələr arzuolunan səviyyədə deyil - Azərbaycanın paytaxtı 236-cı pillədə qərarlaşıb. Hesabatda region ölkələrinin digər paytaxtları da yer alıb. Bakı İrəvanı geridə qoysa da, Tiflis, Moskva və Ankara kimi şəhərlərdən geri qalır. Bu göstəricilər Azərbaycanın paytaxtında yaşayış şəraiti, ictimai xidmətlərin keyfiyyəti və sosial rifah səviyyəsi ilə bağlı ciddi suallar doğurur.
Qeyd edək ki, Numbeo platformasının həyat keyfiyyəti indeksində əsas meyarlar kimi yaşayış xərcləri, təhlükəsizlik, səhiyyə xidmətləri, hava və ətraf mühitin təmizliyi, nəqliyyat infrastrukturunun əlçatanlığı, alıcılıq qabiliyyəti, kirayə qiymətləri və şəhər sakinlərinin ümumi razılıq səviyyəsi nəzərə alınır.
Bu meyarlara əsaslanaraq Bakı şəhərinin 236-cı yerdə qərarlaşması bir neçə mühüm problemi ön plana çıxarır:
Bunlardan ilki nəqliyyat və infrastruktur məsələləridir. Böyük şəhər sıxlığına uyğunlaşmayan ictimai nəqliyyat, tıxaclar və piyadalar üçün yetərsiz şərait yaşam keyfiyyətinə mənfi təsir edir.
Yaşayış xərclərinin yüksəlməsi ikinci sırada yer alır. Əsas istehlak məhsullarının və kirayə mənzillərin bahalaşması Bakıda gündəlik həyatın çətinləşməsinə səbəb olur. Bəzi ekspertlər hesab edirlər ki, bu, alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə nəticələnir.
Sosial xidmətlərə əlçatanlıq da önəmli amildir. Səhiyyə və təhsil xidmətlərinin keyfiyyəti və bərabər bölgüsü də şəhər sakinlərinin razılığını azaldan faktorlardandır.
Ətraf mühit və hava keyfiyyətinə gəldiksə isə Bakının bəzi ərazilərində hava çirklənməsi və yaşıllıqların çatışmazlığı da indeksdə aşağı pilləyə düşməyə səbəb olur.
Müqayisə üçün qeyd etmək lazımdır ki, Tiflis (228-ci) və Moskva (211-ci) kimi şəhərlərdə son illərdə nəqliyyat sistemində islahatların tətbiq edilməsi, yaşıl zonaların artırılması və ictimai xidmətlərə sərmayə yatırmaqla yaşayış səviyyəsinin yüksəldilməsinə nail olunub.
İrəvanın siyahıda Bakıdan sonra qərarlaşması müəyyən üstünlüklərin qorunduğunu göstərsə də, regional liderlik iddiasında olan Azərbaycanın paytaxtı üçün bu nəticə qənaətbəxş hesab oluna bilməz. Xüsusilə 2030-cu ilə qədər milli prioritetlərdən biri olan “dayanıqlı şəhərsalma və yaşayış mühiti” istiqamətində daha çevik və məqsədyönlü addımların atılması zəruridir.
Natiq Cəfərli
Respublikaçı Alternativ Partiyasının (ReAL) sədri, iqtisadçı Natiq Cəfərli hesab edir ki, Bakı şəhərinin digər paytaxt şəhərlərlə müqayisədə ilk nəzərəçarpan, amma təəssüf ki, xeyrimizə olmayan fərqi vahid mərkəzdən idarə olunmamasıdır. “Yeni Müsavat”a açıqlamasında ekspert bildirdi ki, Moskva, Tiflis və digər paytaxt şəhərlərdə mer institutu var: “Bir çox paytaxt şəhərdə mer institutu olduğu üçün şəhər təsərrüfatı vahid mərkəzdən idarə olunur. Bakı şəhərində isə pərakəndəlik var. Bir çox dövlət qurumu Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) əlavə səlahiyyətlərə malikdir. Bu cür pərakəndəlik çox zaman xidmətin keyfiyyətinə təsir göstərən amilə çevrilir. Son zamanlar xeyli iş görülməsinə baxmayaraq, böyük şəhər bələdiyyəsinin olmaması Bakının problemlərini dərindən həll etməyə mane olan faktora çevrilir”.
Eyyub Kərimli
İqtisadçı Eyyub Kərimli də mövzu ilə bağlı fikirlərini “Yeni Müsavat” la bölüşdü: “Bakı şəhərində Azərbaycanın digər regionları ilə müqayisədə qiymətlər müəyyən qədər bahadır. Bu da ondan irəli gəlir ki, paytaxt Bakıda əhalinin sayı respublikanın digər ərazilərindən daha çoxdur. Eyni zamanda Bakıya turist səfərləri daha çoxdur. Bu da tələb yaratdığı üçün qiymətlərə öz təsirini göstərir. Bu gün hotellərin sayı, o cümlədən ictimai-iaşə obyektlərində xidmət keyfiyyətinin ölçülməsi nəzərə alınır. Özəl sektor xidmət keyfiyyətinin yüksəldilməsinə can atmalıdır. Qiymətlərin optimallaşdırılması da məqsədəuyğun olar. Bunun üçün ciddi rəqabət mühiti yaradılmalıdır. Bu istiqamətdə müvafiq addımlar atılmalıdır”.
- Son sözündə dedi ki, Natiqlə GÖRÜŞƏ GEDİRƏM ... - VİDEO
28 iyul 2025 12:53
- Oliqarx oğlu razılığı pozdu, Ali Məhkəməyə üz tutdu – TƏFƏRRÜAT
27 iyul 2025 21:51
- Azərbaycanda ifşa olunan Rusiya şəbəkəsinin üzvləri – SENSASİON ADLAR
27 iyul 2025 12:35
- Dünyada İLK KABAB İNSTİTUTU fəaliyyətə başlayır
27 iyul 2025 10:42
- Bakcell-in dəstəyi ilə YAŞAT yay məktəbi Londonda - Fotolar
26 iyul 2025 10:06
- Azərbaycanda OTBİÇMƏ YARIŞI keçirildi ...))) - Fotolar
26 iyul 2025 09:50
- Ölüb-dirilən qadın danışdı: -O dünya-da NƏ GÖRÜB - ŞOK
25 iyul 2025 23:19
- Çinlilər Rusiyanı BELƏ ələ keçirir – Duqindən ŞOK XƏBƏRDARLIQ
25 iyul 2025 14:00
- Vüqar Qurbanov baş direktoru işdən çıxardı (FOTO)
25 iyul 2025 12:12
- Rusiya çeçen müxalifin anasını ağır şəkildə cəzalandırır
25 iyul 2025 09:49
- Prezident Mərakeş Kralını təbrik etdi
30 iyul 12:42
- Xuliqanlıq edən Azərbaycan idmançısına CƏZA- ELEKTRON QOLBAQ
30 iyul 12:26
- Van Dammın azərbaycanlı gəlini Bakıda - FOTOLAR
30 iyul 10:55
- Doğma yurdlarına qayıdırlar - Fotolar
30 iyul 10:24
- Sərdar Cəlaloğlu məhkəməyə verildi
30 iyul 09:57
- Yeni səfir Bakıya gəldi
30 iyul 09:39
- Ərdoğan Tokayevə Türkiyənin ən yüksək medalını verdi
30 iyul 01:39
- Rusiya Dövlət Dumasının deputatı BURYATLARI təhqir etdi
29 iyul 23:39
- Ermənistan PREZİDENTİ Zəngəzur dəhlizindən DANIŞDI
29 iyul 23:31
- Mərkəzi Nəbatat Bağında 7 yaşlı uşağı ilan sancdı - Vəziyyəti ağırdır
29 iyul 13:10
- ÇİN və TÜRK dillərində ortaq sözlər - Firuz Mustafa
29 iyul 11:48
- Tokayev Türkiyədədir
29 iyul 11:40
- Bu xəstəxanaya yeni direktor təyin edildi
29 iyul 11:16
- Azərbaycanda ifşa olunan Rusiya şəbəkəsinin - Yeni üzvləri
29 iyul 10:56
- Süni intellekt sənətkarla bağlı səhv etdi, universitet üzr istədi - Foto
29 iyul 02:28
- 5 AYDA doğuldu, ÇƏKİSİ 285 QRAM, BOYU 24 santimetr - Zərrəcə yaşamaq şansı yox idi- YAŞADI
29 iyul 00:20
- Prezident sabit aylıq tariflə bağlı dəyişikliyi təsdiqlədi
28 iyul 16:22
- Son sözündə dedi ki, Natiqlə GÖRÜŞƏ GEDİRƏM ... - VİDEO
28 iyul 12:53
- MAXE dənizdə boğulan yeniyetməni XİLAS ETDİ və ÖZÜ BOĞULUB ÖLDÜ
28 iyul 12:42
- Rusiyada azərbaycanlı bloqer axtarışa verildi
28 iyul 11:32
- Putinin gizli keçmişi - ALTDAKI PUTİNDİR
28 iyul 10:43
- Qazaxıstanda NİQAB TAXMAQ QADAĞAN EDİLDİ
28 iyul 10:23
- Milli Qəhrəman Natiq Qasımovun anası dünyasını dəyişdi
28 iyul 09:53
- Mikayıl İsmayılovun polis rəisi olan qardaşı -uzaq Pirallahıdan Bakının mərkəzinə- vəzifəyə gətirilir...
27 iyul 23:59
- Oliqarx oğlu razılığı pozdu, Ali Məhkəməyə üz tutdu – TƏFƏRRÜAT
27 iyul 21:51
- Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası, yoxsa Sahib Məmmədovun kooperativi ?
27 iyul 21:10
- Azərbaycanda ifşa olunan Rusiya şəbəkəsinin üzvləri – SENSASİON ADLAR
27 iyul 12:35
- Könül AYDIN. Kabusdumu, qonşudumu – bilmədim
27 iyul 12:06
- Bakıda məsciddə dəhşətli QƏTL: Vətən müharibəsi iştirakçısı SAXLANILDI - FOTO
27 iyul 11:57
- Dünyada İLK KABAB İNSTİTUTU fəaliyyətə başlayır
27 iyul 10:42