Yazıçı Sabir Əhmədlinin oğlu ilə TƏSİRLİ MÜSAHİBƏ

Bu gün mərhum Xalq yazıçısı Sabir Əhmədlinin doğum günüdür. Yazıçı yaşasaydı, 95 yaşını qeyd edəcəkdi. “Yeni Müsavat”un əməkdaşı Sabir Əhmədlinin oğlu Etibar Əhmədli ilə həmsöhbət olub. Müsahibəyə yəazıçının yubileylərindən danışmaqla başladıq:
- 90 illiyində mətbuatda yazılar getdi, lakin dövlət səviyyəsində qeyd olunmadı. Bizə təklif gəlib, ola bilsin ki, atamın “Mavi gümbəz” romanını nəşriyyat çap etsin və atamın 95 illiyini o zaman qeyd edək. Çox güman ki, bu, payız aylarında olacaq. Onun Mədəniyyət Nazirliyi tərəfindən keçirilməli olan 80 illik yubileyini də gülməli bəhanə ilə ləğv etmişdilər. Son anda dedilər ki, Azərbaycan Milli Kitabxanasında su borusu partlayıb, ona görə də təxirə düşür. Tədbirin dəvətnaməsi də hazır idi.
- Sabir Əhmədli yaradıcılığında Vətən, Qarabağın işğalı mövzuları həmişə prioritet olub. Çox təəssüf ki, atanız Qarabağın azadlığını görə bilmədi...
- Onun bu həyatda ən böyük dərdi Qarabağ idi. Ömrünün sonlarına yaxın yazdığı “Ömür urası” romanında xəyalən Bakı-Mincivan qatarına əyləşib Cəbrayıla getmiş, qardaşının heykəlini qucaqlamış, həyətindəki kəsik kötüklərin üstündə oturub xəyala dalmışdı. Yazıçı Həmid Herisçi “Bakı-Mincivan qatarı” əsərində yazırdı: “Hərbçilərimizin, siyasətçilərimizin, millətimizin eləyə bilmədiyini yenə də ədəbiyyatımız, əslində yalqız-qocaman bir yazıçı həyata keçirdi - işğal altındakı torpaqlarımızı, xəyalən də olsa, düşmən tapdağından azad edib öz doğma yurdu Cəbrayıla qayıtdı”. Atamın tam inamı var idi ki, torpaqlar azad olunacaq. O, hələ 1973-cü ildə nəşr olunan “Yamacda nişanə” adlı kitabındakı “Qəribə səyyahlar” hekayəsində yazırdı ki, “Qara liman”a təhlükə var. Qara liman deyərkən Qarabağı nəzərdə tuturdu. Ağdam sözünü isə tərsinə yazıb “Madğa” adlandırırdı. Fikir versək, görərik ki, rəhmətlik Qarabağ məsələsinə hələ o vaxtdan işarə verib.
Qardaşım Məhəmməd 1994-cü ildə Murovda fevral ayında öz doğum günündə şəhid olub. Bu baxımdan Sabir bəy üçün Qarabağ ən həssas mövzu idi. Qardaşım birbaşa atamın razılığı və tövsiyəsi ilə döyüşə qatılmışdı. Xalq yazıçısı olmasına baxmayaraq, o, nüfuzundan istifadə edib öz oğlunu müharibədən yayındırmadı. Qardaşım “Yasamal batalyonu”nda döyüşürdü. Onlar Murovda böyük bir xəyanətin qurbanı oldular. Onu snayperlə vurmuşdular, qardaşımı batalyonun ilk şəhidi hesab etmək olar.
- Bildiyimə görə, qardaşınızı II Fəxri xiyabanda, atanızı isə Binəqədidəki qəbiristanlıqda dəfn etmisiniz. Nə əcəb atanızı da orada dəfn etmədiniz?
- Bu məsələ bizim ağrılı yerimizdir. Ömrünün son günlərində deyirdi, “bilirəm ki, məni I Fəxri xiyabanda dəfn etməzlər, heç istəmirəm də. Amma II Fəxri xiyabana mənim hüququm çatır”. Bizə zarafatla deyirdi ki, çox əziyyət çəkməyəcəksiniz, ikimizin də məzarı bir yerdə olacaq. Ancaq əfsuslar olsun ki, mümkün olmadı.
Əmim Cəmil Əhmədov da Sovet İttifaqı Qəhrəmanı olub. 19 yaşında Sibir polkunda döyüşərək, böyük qəhrəmanlıqlar göstərib. Onun komandiri polkovnik Belkin nənəmə məktub yazıb onun qəhrəmanlıqlarından bəhs etmişdi. Çox təəssüf ki, Cəbrayıl işğal olunan zaman muzeydəki məktubların, əşyaların hamısı itib-batdı. Atam qardaşı ilə çox fəxr edirdi və haqqında sənədli povest yazmışdı, film də çəkilmişdi. Bir çox cəbrayıllının qəhrəman ruhunda böyüməsində əmimin rolu olub.
- Cəbrayıl azad olunandan sonra Sabir Əhmədlinin bir zamanlar yaşadığı evi, müəllim kimi işlədiyi məktəbi gedib axtardınızmı?
- O evin yerində indi 5 mərtəbəli binalar tikilib. Orada demək olar ki, köhnə Cəbrayıldan heç bir iz qalmayıb. Köhnə Cəbrayıl ancaq atamın əsərlərində qaldı.
- Atanız 22 romanın müəllifidir, onlardan yalnız 20-si çap olunub. Yerdə qalan 2-sinin taleyi necə oldu?
- Atamın xəttini oxumaq çətindir. Rəhmətlik anam bir az onun xəttini oxuya bilirdi, o da rəhmətə gedəndən sonra bizə lap çətin oldu. Ona görə də qalıb. Yəqin ki, vaxtını gözləyir, bu əsərlərlə peşəkar səviyyədə məşğul olmaq lazımdır. Bu iki əsərin əlyazması qalıb.
- Ədəbiyyatçılar Sabir Əhmədlinin fərqli üslubunun olduğunu deyirlər. Onun bu unikallığı, yazıçı istedadı, bacarığı övlad və nəvələrində hiss olundumu?
- Atam şəxsən mənə yazmağı qadağan etmişdi. Çünki o, əsl yazıçı idi və bu işlərin çətinliyini bilirdi. Ona görə də övladlarına o əziyyəti qıymadı. Gələcəkdə bəlkə nəvələri onun yolunu davam etdirə bildi.
- O vaxtlar yazarlar heç də kasıb yaşamırdı. Əziyyətin bəhrəsini də görürdülər...
-70-ci illərdə atama qadağa qoyulmuşdu, 10 il kitabı çap olunmadı. O dövrlər müəyyən maddi çətinliklər olmuşdu. Amma bu da doğrudur ki, sovet dövründə yazıçıların böyük imtiyazları var idi. Əksəriyyət də elə bu imtiyazların eşqinə yazıçı olmaq istəyirdi.
- Ona niyə qadağa qoyulmuşdu ki?
- "Dünyanın arşını" romanı onun qadağa siyahısına düşməsinə səbəb oldu. Azərbaycan Kommunist Partiyasının plenumunda bu əsər müzakirə və tənqid edildi və sonra da çap qadağaları oldu. Bir məqamı da qeyd edim ki, “Novıy Mir” jurnalının redaktoru Tvardovski bu əsəri çapa hazırlayırdı, lakin onun ölümü bu işi saxladı. Moskvada roman çap olunsaydı, əsərlərinin aqibəti başqa cür olacaqdı.
- Sabir müəllimin qələm dostları kim idi?
- Ən yaxın dostu Əli Kərim, Məmməd Araz, Altay Məmmədov və digərləri idi. Sabir Rüstəmxanlı, Sirus Təbrizli, Seyran Səxavət, Tofiq Bayram və şair Qabillə yaxın münasibətləri var idi.
- Bəs müstəqillik dövründə necə, atanıza, yaradıcılığına yetərincə qiymət verildimi? Dövrümüzün yeni nəsli Sabir Əhmədlinin əsərlərini tanıyırmı?
- Atamın latın əlifbası olan bir neçə kitabını aşağı tirajla mən öz gücümə çap etdirmişəm. Onları da yaxın adamlara paylamışam. Dövlət səviyyəsində bütün yazarların əsərləri yeni əlifba ilə çap olundu, bircə atam kənarda qaldı. Müəyyən adamlar buna mane oldular. Müstəqil Azərbaycanın birinci Xalq yazıçısının əsərləri məktəb dərsliklərində yoxdur. Halbuki vətənpərvərlik ruhunda olan elə gözəl əsərləri var ki, heç birindən istifadə olunmayıb. Bunlar çox kədərli məqamdır.
- Azərbaycan Yazıçılar Birliyinə bu narazılığı çatdırmısınızmı?
- Yox, çünki o özü də “Ədəbiyyat” qəzetinin redaktorluğundan gedəndən sonra ora ilə əlaqələrini kəsmişdi. Buna görə də biz də onlarla əlaqəni bərpa etməyə cəhd etmirik.
- Yazıçı Anarla münasibəti necə idi?
- Ümumən normal idi. Lakin qəzetdən ayrılarkən iclasda aralarında müəyyən qarşıdurma yaranmışdı. Biz Anarı da qınamırıq, o, verilən tapşırıqları icra edirdi. Atamın 90 illiyi ilə bağlı yazısında bu barədə yazıb etiraf etmişdi ki, atamın qəzetdən getməsi bir sifariş idi. Atama qarşı aparılan təbliğatın başında Rusiyanın Azərbaycandakı birinci adamı olan bir vəzifəli şəxs dayanırdı.
- Ömrünün son vaxtlarına kimi yazdı?
- Onu işləmək ayaqda saxlayırdı. Son dövrlərinə qədər yazdı.
- Ata kimi necə insan idi?
- Möhtəşəm ata və insan idi. O, tək bizə yox, vəfat edən qardaşının uşaqlarına da atalıq etmişdi.
- Arxivini harada saxlayırsınız?
- Evində. Gələcəkdə oranı muzeyə çevirəcəyik. Qardaşının Cəbrayıldakı muzeyinin talan edilməsi, əşyaların orada qalması atama pis təsir edirdi. Buna görə də atamın iş otağını qoruyub saxlayıram.
- Prezident nekroloq imzaladı
2 avqust 2025 00:20
- İki dövlətin SƏRHƏD-inin EVLƏRİN içindən keçdiyi şəhər
1 avqust 2025 10:03
- SON DƏQİQƏ: Xalq artisti Arif Babayev dünyasını dəyişdi
1 avqust 2025 08:52
- Vəzir kötücəsinin Afrikada qətli – 7 il öncə bu gün VAQNER jurnalist Orxan Camalı öldürüb
30 iyul 2025 23:18
- Van Dammın azərbaycanlı gəlini Bakıda - FOTOLAR
30 iyul 2025 10:55
- MAXE dənizdə boğulan yeniyetməni XİLAS ETDİ və ÖZÜ BOĞULUB ÖLDÜ
28 iyul 2025 12:42
- Oliqarx oğlu razılığı pozdu, Ali Məhkəməyə üz tutdu – TƏFƏRRÜAT
27 iyul 2025 21:51
- Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası, yoxsa Sahib Məmmədovun kooperativi ?
27 iyul 2025 21:24
- Bakıda məsciddə dəhşətli QƏTL: Vətən müharibəsi iştirakçısı SAXLANILDI - FOTO
27 iyul 2025 11:57
- Rəşidə Behbudova oğlu Rəşid Behbudovun ad gününü belə təbrik etdi - FOTO
26 iyul 2025 20:23
- Tərifli Ayvazovski arvadına və qızlarına işgəncə verməklə....
02 avqust 02:28
- Əziz Sancar Şimali Kipr Türk Respublikası vətəndaşı oldu
02 avqust 00:25
- 36 ZƏLİ tutdular, 3000 CƏRİMƏ ödəyəcəklər
01 avqust 22:56
- Prezident nekroloq imzaladı
01 avqust 15:18
- İki dövlətin SƏRHƏD-inin EVLƏRİN içindən keçdiyi şəhər
01 avqust 10:03
- 31 yaşlı KÖRPƏ - 31 İI ƏVVƏL DONDURULMUŞ SPERMA-dan UŞAQ doğuldu
01 avqust 09:15
- SON DƏQİQƏ: Xalq artisti Arif Babayev dünyasını dəyişdi
01 avqust 08:52
- Mən Bakıda olanda ÖZÜMÜ...
01 avqust 08:06
- Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür
01 avqust 01:23
- Xankəndidə qanunsuz ucaldılan daha bir abidə söküldü
31 iyul 23:29
- Fuad Muradovun qayınanası ilə bağlı araşdırma başladıldı
31 iyul 22:00
- Azərbaycanlı idmançı faciəli şəkildə həlak oldu (FOTO)
31 iyul 21:52
- Azərbaycanla əlaqə qura bilməsək, günah bizdədir - Pezeşkian
31 iyul 20:44
- Xıdırlıya növbəti köç karvanı yola salındı - FOTOLAR
31 iyul 08:23
- Britaniyada ilk dəfə qadın arxiyepiskop seçilib
31 iyul 02:25
- 6 dil bilir, Bakıda küçədə yaşayır - Ukraynalı Denisin hekayəsi - VİDEO
31 iyul 00:07
- Vəzir kötücəsinin Afrikada qətli – 7 il öncə bu gün VAQNER jurnalist Orxan Camalı öldürüb
30 iyul 23:18
- Azərbaycanlı ilə evlənən, muğamımızı dünyaya tanıdan amerikalı - VİDEOMÜSAHİBƏ
30 iyul 23:08
- katibəni qucaqlayan deputat işdən qovuldu - FOTO
30 iyul 22:46
- ABŞ Rusiyadan bu adanı 15 MİLYARDA almaq istəyir : MƏQSƏD NƏDİR ?
30 iyul 22:39
- Narinin anasının həbsxanadakı son halı - tanınmaz halda - FOTO
30 iyul 22:05
- Prezident Mərakeş Kralını təbrik etdi
30 iyul 12:42
- Xuliqanlıq edən Azərbaycan idmançısına CƏZA- ELEKTRON QOLBAQ
30 iyul 12:26
- Van Dammın azərbaycanlı gəlini Bakıda - FOTOLAR
30 iyul 10:55
- Doğma yurdlarına qayıdırlar - Fotolar
30 iyul 10:24
- Sərdar Cəlaloğlu məhkəməyə verildi
30 iyul 09:57
- Yeni səfir Bakıya gəldi
30 iyul 09:39
- Ərdoğan Tokayevə Türkiyənin ən yüksək medalını verdi
30 iyul 01:39
- Rusiya Dövlət Dumasının deputatı BURYATLARI təhqir etdi
29 iyul 23:39
- Ermənistan PREZİDENTİ Zəngəzur dəhlizindən DANIŞDI
29 iyul 23:31