Azərbaycanda REFENDUM-la bağlı YENİ XƏBƏR
Deputat: “Yalnız icra hakimiyyətlərinə görə referendum keçirilmir”
2023-cü ilin payız aylarında Azərbaycanda konstitusiya dəyişiklikləri üçün referendumun keçirilməsi ilə bağlı xəbərlər bir neçə ay əvvəlki kimi daha aktual deyil. KİV-də gedən informasiyalarda iddia edilirdi ki, konstitusiyada bir çox ciddi dəyişikliklər ediləcək. Bura proporsional seçki sisteminin bərpası, parlament üzvlərinin sayının artırılması, ikipalatalı parlament sisteminə keçilməsi, Nazirlər Kabinetinin funksiyalarında dəyişikliklər edilməsi, rayon icra hakimiyyətlərinin ləğvi və yeni idarəetmə mexanizminin tətbiqi kimi məsələlərin nəzərdə tutulduğu iddia edilirdi.
Bu ilin fevral ayında prezident, sentyabr ayında parlament seçkiləri keçirilib, dekabrda isə bələdiyyə seçkilərinin keçirilməsi nəzərdə tutulub.
Milli Məclisin regional məsələlər komitəsinin üzvü Kamran Bayramov Modern.az-a bildirib ki, referendumla bağlı hazırda təşəbbüs yoxdur: “Sözün açığı, məncə, belə bir zərurət yoxdur. İcra hakimiyyətlərinin ləğvi ilə bağlı məsələlər müzakirə olunurdu. Amma konkret qərar yoxdursa, hər hansı referendumdan danışmağa dəyməz. Referendum keçiriləndə ictimai dinləmələr olur, Referendum aktı Milli Məclisin müzakirəsinə çıxarılır. Konstitusiyaya görə referendum təşəbbüsü əsasən ölkə başçısının səlahiyyətindədir. Belə təşəbbüs yoxdursa, indiki dövrdə referendumdan danışmağa dəyməz. İcra hakimiyyətinin ləğv olunması, yaxud statusunun dəyişilməsi kimi məsələlər də hazırda aktual deyil. Çünki hazırda icra hakimiyyətləri fəaliyyət göstərir. Yalnız icra hakimiyyətlərinə görə referendumun keçirilməsi baş vermir. Bunun üçün konstitusiyanın bir neçə maddəsinə dəyişiklik edilir. Referendum olsaydı, digər məsələlər də ortaya çıxa bilərdi. Bu məsələlər gündəmdə deyil axı. Ona görə də referendumdan danışmağa indiki halda dəyməz”.
Bəllidir ki, noyabrda ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən COP29 iqlim konfransı keçiriləcək. Həm də qarşıdan bələdiyyə seçkiləri gəlir və bu səbəblərdən referendum aktual deyil. Bir mənbə isə deyib ki, konstitusiya dəyişiklikləri mütləq olacaq və bu proses gələn ilin yazında başlaya bilər.
Doğrudanmı deputatın dediyi kimi, ümumiyyətlə, referenduma çıxarılacaq aktual səbəb, məsələ yoxdur?
Natiq Cəfərli
Respublikaçı Alternativ (REAL) Partiyasının Siyasi Komitəsinin sədri Natiq Cəfərli “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanda idarəetmə, iqtisadi və sosial problemlərin həlli konstitusion islahatlardan, idarəetmənin təkmilləşdirilməsindən keçir: “Bu məsələ dəfələrlə bəyan edilib. Ona görə də Azərbaycanda yeni idarəetmə sisteminə keçidlə bağlı konstitusiya islahatlarına ehtiyac var. Bu, həm yerli icra hakimiyyətlərinin ləğvi və səlahiyyətlərin bələdiyyələrə verilməsi ilə əlaqəlidir. Çünki konstitusiyada yerli özünüidarəetmə orqanlarının səlahiyyəti ilə icra hakimiyyətinin səlahiyyəti arasında ciddi qarışıqlıq var və konstitusiyada İcra hakimiyyətləri anlayışı mövcuddur. Onları çıxarmaq üçün isə referendum keçirilməsinə ehtiyac var. Lakin konstitusiyada dəyişikliklər üçün vaxtı çatan məsələ tək bunlar deyil. Azərbaycanda seçki sistemində dəyişiklik edilməsi-proporsional seçki sisteminin tətbiq edilməsinə, hökumətin parlament qarşısında daha çox hesabatlı olması və sair bu kimi çoxsaylı məsələlər də var ki, onların da həyata keçirilməsi üçün referendum keçirilməlidir. Bu addımların atılması gec-tez həyata keçəcək”.
- Zaqatalada itlər kütləvi şəkildə güllələnib
2 yanvar 2025 19:53
- Agentliyin sədr müavinini döyən QAZİ-yə 2 İL CƏZA VERİLDİ
2 yanvar 2025 17:29
- Kimin yolkası daha hündür olub? – MDB ölkələrinin siyahısı
2 yanvar 2025 17:00
- Natiq Qasımovun doğum günüdür
2 yanvar 2025 13:13
- Tarif şurasından QƏRAR: Suyun, İşığın, Qozun QİYMƏTİ QАLXDI
2 yanvar 2025 12:49
- Uşaqlara kolbasa verməyin - XƏBƏRDARLIQ
2 yanvar 2025 12:01
- 2700 illik hakimiyyət - tarixin ən uzunömürlü imperiyası
2 yanvar 2025 11:53
- Azərbaycanda 20 uşağa Ərdoğan adı qoyulub
1 yanvar 2025 22:25
- Çingiz Abdullayevi Yazıçılar İttifaqına А.Mütəllibov göndərmişdi - Əkrəm Əylisli
1 yanvar 2025 20:56
- Türk izləri İslandiyadan Skandinaviya yayılır: Odin’in nəvələri türkcə danışırmış
1 yanvar 2025 14:37
- Ferdi Tayfur vəfat etdi
02 yanvar 21:55
- Milli Qəhrəman Natiq Qasımovun xatirəsi yad edilib
02 yanvar 20:56
- Zaqatalada itlər kütləvi şəkildə güllələnib
02 yanvar 19:53
- Agentliyin sədr müavinini döyən QAZİ-yə 2 İL CƏZA VERİLDİ
02 yanvar 17:29
- Kimin yolkası daha hündür olub? – MDB ölkələrinin siyahısı
02 yanvar 17:00
- Qazi bacısını niyə öldürüb? - ŞOK TƏFƏRRÜAT
02 yanvar 15:12
- Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində
02 yanvar 13:41
- Natiq Qasımovun doğum günüdür
02 yanvar 13:13
- Tarif şurasından QƏRAR: Suyun, İşığın, Qozun QİYMƏTİ QАLXDI
02 yanvar 12:49
- Uşaqlara kolbasa verməyin - XƏBƏRDARLIQ
02 yanvar 12:01
- 2700 illik hakimiyyət - tarixin ən uzunömürlü imperiyası
02 yanvar 11:53
- Milli Qəhrəman Polad Həşimovun doğum günüdür
02 yanvar 11:41
- Lalə Şövkət siyаsətə qаyıdır
02 yanvar 00:10
- Azərbaycanda 20 uşağa Ərdoğan adı qoyulub
01 yanvar 22:25
- Çingiz Abdullayevi Yazıçılar İttifaqına А.Mütəllibov göndərmişdi - Əkrəm Əylisli
01 yanvar 20:56
- Türk izləri İslandiyadan Skandinaviya yayılır: Odin’in nəvələri türkcə danışırmış
01 yanvar 14:37
- Mixeil Saakaşvili türmədən açıqlama verdi: İlham Əliyevin hərəkətlərinə heyranam
01 yanvar 13:17
- Ukrayna rus qazının tranzitini dayandırdı: Bu, tarixi hadisədir
01 yanvar 12:35
- Zelenski azərbaycanlını yüksək vəzifəyə TƏYİN ETDİ
01 yanvar 11:21
- Bu gündən minimum aylıq əməkhaqqı 400 manat oldu
01 yanvar 11:06
- Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib (YENİLƏNİB)
01 yanvar 10:55
- NАR Yeni il sevincini ucqar kəndlərdə yaşayan uşaqlarla paylaşıb
31 dekabr 21:36
- Elmi-lədun hesablama - Yaradanın riyazi möhürü: 286 rəqəminin sirri
31 dekabr 21:23
- Naringinin ...ziyanı
31 dekabr 17:24
- Həmrəylik milli varlığımızın əsas şərtidir - Millət vəkili Cavanşir Feyziyev
31 dekabr 15:25
- Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)
31 dekabr 15:03
- Suriya tarixində İLK DƏFƏ
31 dekabr 12:27
- İşdən çıxarılan general yeni vəzifəyə təyin edildi
31 dekabr 11:22
- Mehriban Əliyeva: Qoy yer üzündəki bütün azərbaycanlılar sağlam və xoşbəxt olsunlar
31 dekabr 11:13
- 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü
31 dekabr 10:59