Məclis-iMəbusan Böyük Millət Məclisinə necə çevrildi və ya II Əbdülhəmid
Osmanlı dövründə seçki prosesinə qısa baxış
Türkiyə tarixində ilk seçkilər 23 dekabr 1876-cı ildə keçirilən Konstitusiyalı Monarxiyanın elan edilməsi və parlament sisteminə keçidlə baş tutmuşdu. Dəbdəbəli Dolbabaxça sarayinda Sultan II Əbdülhəmid ilk dəfə olaraq millət vəkillərini təmtəraqla hüzuruna qəbul etmiş, Məclisi-Məbusanın açılışı olmuşdu.
Birinci Konstitusiyalı Monarxiya dövründə seçkilər iki dəfə keçirilir. Parlamentin formalaşdırılması xüsusi hazırlanan Təlimata əsasən təşkil edilir. Təlimata əsasən, 80-i müsəlman, 50-si qeyri-müsəlman olmaqla 130 deputatın seçilməsi qərara alınır. Nümayəndələr Məclisinin üzvlərinin sayı elə seçilmişdi ki, hər 50.000 Osmanlı vətəndaşına bir nümayəndə düşsün. Seçki gizli səsvermə yolu ilə keçirilir. Osmanlı vətəndaşı olmayan, türk dilini bilməyən, 30 yaşına çatmayan, cinayət törədənlər, günahı hələ sübut olunmayan ancaq istintaqı gedən, özünü rüsvayçı aparan, vətəndaş hüquqlarından məhrum olanlar parlamentə seçilə bilməzdilər. Deputat seçilmək üçün mümkün qədər türkcə oxumaq, yazmaq tələb olunurdu. Nümayəndələr Palatasının deputatları seçildikləri bölgə qarşısında deyil, bütün Osmanlı xalqı qarşısında məsul idilər.
Həmin dövrdə əsas maraq doğuran İstanbul seçkiləri idi. İstanbul üçün ayrı seçkilər keçirilir və beş müsəlman, beş nəfər də qeyri-müsəlman məclis üzvü seçilirdi.
Nəzərdə tutulanın əksınə olaraq Məclisi-məbusana 115 deputat seçildi. Onlardan 71 nəfəri müsəlman, 44 nəfəri xristian , 4 nəfəri isə yəhudi idi.
19 mart 1877-ci ildə Dolmabahçe sarayında möhtəşəm bir mərasimlə açılan ilk Məclis toplantılarını Sultanəhmət meydanında Darülfünun binasında keçirdi. İlk məclis 28 iyun 1877-ci ildə öz işini başa vurur.
Eyni təlimatla formalaşan II Parlament 13 dekabr 1877-ci ildə toplaşdı. Bu məclis öncəsindən fərqli idi. Məclis ilk iclaslarını hökümətə sərt tənqidlərlə başlayır. Həmin dövrdə Osmanlı öz tarixinin ən ağır dövrlərindən birini yaşayırdı. Rusiya Osmanlıya müharibə elan etmiş və rus ordusu İstanbulun yaxınlıqlarına qədər gəlmişdi. Osmanlı fəlakət qarşısında idi. Parlamentin iclasları ancaq bu müharibənin müzakirə olunması ilə keçir və məclis üzvləri tərəfindən Əbdülhəmid açqı-aşkar günahlandı-rılırdı. Bütün bunlar və xristan deputatlarının avropa dövlətlərinin mənafeyini güdən çıxışlar Sultanı daha da qəzəbləndirir.
Nəhayət, sultan Konstitusiyanın ona verdiyi səlahiyyətə əsaslanaraq 1878-ci il fevralın 14-də məclisi buraxdı. O, Sultan Mahmudun yeniçəri ocağını bağladığı hadisəyə işarət edərək “Mən indi Sultan Mahmudun yolunu davam etdirməli olacam” deyərək parlamenti 30 il müddətinə fasiləsiz tətilə buraxır.
II Konstitusiya dövrü
1908-ci ildə beynəlxalq aləmdə yaşanan hadisələr və daxildə olan etirazlar fonunda 23 iyul 1908-ci ildə rəsmi olaraq II Konstitusiya Monarxiyası elan edildi. Konstitusiya Monarxiyasının elan edilməsi ilə Fransa İnqilabında olduğu kimi “azadlıq, ədalət, bərabərlik, qardaşlıq” prinsipləri və idealları hər yerdə tez-tez səslənməyə başlandı.
1908-ci ilin noyabr-dekabr ayları arasında II. İkinci Konstitusiya Dövrünün ilk parlament seçkiləri türk demokratiyası tarixində ilk çoxpartiyalı seçki hesab olunur. Seçkidə İttihad və Tərəqqi partiyası və təşkilatlanmasını hələ başa çatdırmamış Əhrar Partiyası iştirak edirdi.
İstanbul seçkiləri çalxantılı keçir. Seçkiyə əvvəl qatılmayacaqlarını bildirən yunanlar sonradan fikirlərini dəyişirlər. Bundan başqa saxtakarlıq edərək seçici sayını süni olaraq daha çox göstərməyə çalışırlar. Saxtakarlıqları üzə çıxdıqları zaman yunanlar həyasızcasına İstanbul küçələrinə etirazlara başlayır. Bu məsələdə erməni əhalisi yunanlardan geri qalmırdı. Onların istəklərinə çatdıqlarını demək olar. Çünki, İstanbul üçün 5 nəfər müsəlman, 5 nəfəri isə qeyri-müsəlman olaraq seçim kvotası müəyyən edilir.
Çaxnaşmalara baxmayaraq seçkilər böyük əyləncə və coşqu ilə keçirilir. Seçkidən əvvəlki gecə türk məhəllələrində nağara çalınırdı, səhər isə çiyinlərində dəstə-dəstə seçkilərin keçiriləcəyi rayonlara qutular daşınırdı. Seçkidə iştirak edə biləcəyi açıqlanan kişilərin demək olar ki, hamısı seçkidə iştirak etdi. Seçki qutuları əsgərlər tərəfindən qorundu. Qutulara din xadimlərinin belə xeyir-dua verilməsi faktları var idi.
Nəhayət Osmanlı İmperatorluğunda otuz illik uzun bir müddətdən sonra 1908-ci ildə yenidən açılan Parlamentin dekabrın 17-də açılış mərasimi möhtəşəm keçdi. Açılış mərasimi günlər öncəsi ən xırda təfərrüatları belə nəzərə alınmaqla hazırlanmış, mərasimə kimlərin qatılacağı, qonaqların harada dayanacağı, oxunacaq marşlar müəyyən edilmişdir. Sultan II. Əbdülhəmidin də qatıldığı açılış mərasiminə ölkə boyu və xarici dövlətlərdən o qədər nümayəndə gəlmişdi ki, İstanbuldakı otel və mehmanxanalarda yer qalmamış, bir çox məscid və məktəblər gələnlərin gecələməsi üçün ayrılmışdı. 281 deputatın seçildiyi 1908-ci il parlamentinin açılışında 230 deputat iştirak edirdi.
Bu parlament 31 mart hadisəsi ilə əlaqədar olaraq Sultan II Əbdülhəmidin taxtdan endirilməsi nəticəsində öz səlahiyyətlərini daha da artırır. Yeni sultan V Mehmet Rəşad olur.
1912-ci il yanvar ayının 18-də sultan V Mehmet parlamenti buraxdı və keçirilən yeni seçkilərdən sonra 18 aprel 1912-ci ildə 4-cü Məclisi-Məbusan toplaşır. İlk növbədənkənar ümumi seçkilər olan 1912-ci il seçkiləri “sopalı seçki” kimi tarixə düşdü. Bu öz adını Böyükadada seçki kampaniyası zamanı döyülən Azadlıq və İttifaq Partiyasının namizədi Rza Teyfikin adı ilə bağlıdır.
Bir necə ay sonar buraxılan parlamentə yeni seçkilər Birinci Balkan müharibəsi səbəbindən keçirilə bilmir və ölkəboyu hərbi vəziyyət elan edildi.
Konstitusiya dövrünün ən uzunömürlü məclisi olan 5-ci Məclisi-Məbusan 14 may 1914-cü ildə açıldı və 21 dekabr 1918-ci ilə normal iş müddətini başa vurmamış ləğv edildi.
Müharibənin bitdiyi ildə, 1918-ci il iyulun 3-də VI. Mehmet (Vahdettin) Osmanlı İmperatorluğunun son sultanı kimi taxta çıxdı. Birinci Dünya Müharibəsi məğlubiyyətlə başa çatdı. 30 oktyabr 1918-ci ildə imzalanan Mudros Barışığından sonra Sultan VI. Mehmet 21 dekabr 1918-ci ildə parlamenti buraxdı. O, ictimaiyyətin bütün etirazlarına baxmayaraq, Konstitusiyanı pozaraq yalnız 1920-ci il yanvarın 12-də Parlamentin iclasa çağırdı.
1920-ci il martın 16-da İstanbul işğal olundu və işğalçıların təzyiqi ilə 11 aprel 1920-ci ildə Məclisi-Məbusan rəsmi olaraq bağlandı. Çünki Mudros sülh müqaviləsinin qüvvədə olması TBMM tərəfindən təsdiq edilməli idi. Lakin imzalanmış müqavilə ümumi müddəaları ilə tam işğal müqaviləsi idi və vəkillər tərəfindən rədd edilməsi işğalçı qüvvələrin xoşuna gəlməmişdi.
Qurtuluş Savaşı nəticəsində 23 aprel 1920-ci ildə Anadolunun hər yerindən seçilən millət vəkilləri Ankarada Türkiyə Böyük Millət Məclisinin açılışını etdilər.
Böyük Mustafa Kamal Atatürk!
Mudros müqaviləsindən Türkiyə Böyük Millət Məclisinin açılışına qədər olan dövr Türkiyə tarixinin ümidsizlik dövrü idi. Türk ordusu dağıdılmağa çalışılmış, ölkə işğal altına düşmüşdü. Məhz Mustafa Kamalın rəhbərliyi altında türk xalqı ölüm-dirim mübarizəsinə qalxaraq vətənini işğaldan azad etdi.
Və bu günlərə qədər davam edən aydın və şəffaf seçki prosesinin əsası qoyuldu.
- Cənubi Koreyada sensasiya- Prezidenti həbs etdilər
15 yanvar 2025 09:58
- Milli Məclis Aparatı nümayəndə heyəti Ankarada görüşlərə başladı - foto
14 yanvar 2025 22:10
- Metalı belə əridən mədə turşusu mədəmizə niyə zərər vermir?
14 yanvar 2025 13:01
- Türkiyənin yeni səfiri: -Bir millət, iki dövlət- anlayışını daha da gücləndirəcəyik
13 yanvar 2025 23:30
- AZAL təyyarəsində sağ qalan sərnişin İLK DƏFƏ NƏLƏR DАNIŞDI - VİDEO
12 yanvar 2025 17:55
- ŞOK! Whatsapp mesajlarımız İZLƏNİR - RƏSMİ ETİRAF gəldi
12 yanvar 2025 11:43
- Zəlimxan Yaqubun oğlu: Atama aid deyilən o şeylərin hamısı böhtan idi - Müsahibə
11 yanvar 2025 18:36
- Professor İlham Rəhimov Putinlə necə tanış oldu? - AÇIQLADI
10 yanvar 2025 22:55
- Azərbaycan etibarlı tərəfdaşdır - Millət vəkili Azər Allahverənov
10 yanvar 2025 22:26
- İqtisadi və sosial inkişaf yanbayan getməlidir - Millət vəkili Əli Məsimli
10 yanvar 2025 18:19
- Cənubi Koreyada sensasiya- Prezidenti həbs etdilər
15 yanvar 09:58
- Cavid Qurbanova vəzifə verildi
14 yanvar 23:39
- Müştərilər ən çox Mehdiyevlərin bankından şikayət edib – Rəsmi
14 yanvar 23:21
- Milli Məclis Aparatı nümayəndə heyəti Ankarada görüşlərə başladı - foto
14 yanvar 22:10
- Qara qutu- ları açdıq, orada maraqlı məlumatlar var
14 yanvar 21:53
- 5-ci kolon hələ də fəaliyyətdədir - Feyziyev
14 yanvar 20:52
- Vüqar Qurbanov bu mərkəzə direktor təyin etdi
14 yanvar 20:34
- Əsədin daha bir DƏHŞƏTLİ ƏMƏLİ - Görün nə edib
14 yanvar 20:02
- Veysəloğlu Şirkətlər Qrupunun 30 illik inkişaf yolunu əks etdirən imic VİDEO-su
14 yanvar 15:48
- İlham Əliyev və atası ilə həmişə mehriban münasibətlərim olub
14 yanvar 14:41
- Mikrobu kim kəşf edib ? - Rəsul Mirhəşimli
14 yanvar 14:31
- -Qreçka-nın bizə faydası
14 yanvar 14:22
- Şəmsəddin Xanbabayev dünyasını dəyişdi
14 yanvar 13:40
- Metalı belə əridən mədə turşusu mədəmizə niyə zərər vermir?
14 yanvar 13:01
- Azərbaycanda dini icma üzvünə qarşı TERROR aktı hazırlayanlar həbs olundu
14 yanvar 12:32
- Prezident Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində
14 yanvar 12:24
- Tofiq İsmayılovun 1 milyonluq işdə adı hallanan oğlu niyə həbsdən buraxıldı?
14 yanvar 11:59
- Türkiyənin yeni səfiri: -Bir millət, iki dövlət- anlayışını daha da gücləndirəcəyik
13 yanvar 23:30
- Qırğızıstan parlamentinin spikeri soyadını dəyişdi
13 yanvar 18:05
- MÜTLƏQ OXUYUN - Bu YАĞIN ölkəyə gətirilməsi QАDАĞАN EDİLMƏLİDİR
13 yanvar 16:32
- Abşeronda fəhlələrin üzərinə hasar aşdı - Biri öldü
13 yanvar 15:24
- 400 nəfərin yerinə işləyə bilməzdim axı… - Abasquliyeva
13 yanvar 15:04
- Azərbaycanda Milli Gəlirlər Nazirliyi yaradılır
13 yanvar 13:42
- Naxçıvanda 1 MİLYАRD 500 MİLYON RÜŞVƏT - ŞOK
13 yanvar 13:27
- Bakıda piyadanı maşınla vurub öldürən Nail Abdullayev yüksək vəzifəli məmur imiş
13 yanvar 13:02
- İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə getdi
13 yanvar 12:26
- Nəzrinin ölümü ilə bağlı ŞOK DETALLAR üzə çıxdı
13 yanvar 11:24
- Cəbrayıla növbəti köç - Fotolar
13 yanvar 11:07
- İlyas İsmayılovun xəstəxanadan fotoları yayıldı: Lax yumurtalara inanma
13 yanvar 10:42
- Zelenski Şimali Koreyalı əsir əsgərləri danışdırdı: Müharibədən xəbərimiz yox idi, bizi… - ŞOK VİDEO
13 yanvar 10:25