Azərbaycanda BÖYÜK REZONANS - Baba Rzayevin TÖHMƏTinin SENSASİON DETALLARI – Sən demə..
Xəbər verildiyi kimi, “Azərenerji” ASC-nin Prezidenti Balababa Rzayevə şiddətli töhmət verilib. Baş nazir Əli Əsədov bununla bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, 2024-cü il üzrə təsdiq edilmiş yanacaq-enerji balansında qazdan istifadə istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etdiyinə görə, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) prezidenti Balababa Hüseynağa oğlu Rzayevə şiddətli töhmət elan edilib.
Baş nazirin bu qərarı Azərbaycanda böyük rezonansa səbəb olub: İlk dəfədir ki, yüksək vəzifədə olan şəxsə qarşı belə cəza “kəsilir”. İndiyədək Baş nazirin qərarı ilə hansısa məmura töhmət elan edilməsi praktikasına Azərbaycanda rast gəlinməyib. Buna görə də ictimaiyyət arasında “Azərenerji” prezidentinin niyə belə cəzalandırıldığına dair müxtəlif versiyalar müzakirə olunur.
Sərəncamda töhmətə əsas kimi elektrik enerjisi ixracında razılışdırılmamış artım göstərilir. Azərbaycanın elektrik enerjisi ixracında kəskin artım 2015-2016-cı illərdən müşahidə olunmağa başlayıb. Neft qiymətlərindəki kəskin eniş fonunda ölkəyə valyuta axınının azalması iqtisadiyyatda ciddi problemlərə yol açdı. Bundan sonra hökumət neftdənkənar ixracın artırılmasına hədəfləndi. Nəticədə ixracının artırılması qərara alınan məhsullardan biri kimi elektrik enerjisi müəyyənləşdirildi. 2015-ci ildə 294 milyon kVt/saat təşkil edən enerji ixracı 2016-cı ildə 646 milyon kVt/saata, 2017-ci ildə 1,2 milyard kVt/saata, 2018-ci ildə 1,4 milyard kVt/saata, 2019-cu ildə 1,8 milyard kVt/saata, 2020-ci ildə 1,3 milyard kVt/saata, 2021-ci ildə 1,6 milyard kVt/saata, 2022-ci ildə 1,7 milyard kVt/saata, 2023-cü ildə isə indiyədək olmayan həddə - 4,3 milyard kVt/saata qədər yüksəlib.
Son iki ildə aparılan araşdırmalar üzə çıxarıb ki, enerji ixracından külli miqdarda qazananlar olub. Bura “Azərenerji”nin keçmiş prezidenti Etibar Pirverdiyevin ailə üzvləri, həmçinin indiki prezidenti Balababa Rzayevin öz ailə üzvləri – kürəkəni və oğlu daxildir.
2021-ci ilin dekabrında B.Rzayev jurnalistlərə açıqlama verərək Türkiyədə “Azərenerji”nin törəməsi olan “Global Power” şirkətinin fəaliyyət göstərdiyini, bu şirkət vasitəsi ilə bir neçə ölkəyə elektrik enerjisinin ixracının həyata keçirildiyini deyib. B.Rzayevin sözlərinə görə, bu şirkət vasitəsi ilə Azərbaycandan Türkiyəyə ixrac olunan elektrik enerjisinin satışı, eləcə də Türkiyə, Bolqarıstan və Yunanıstanla enerji mübadiləsi reallaşdırılır.
B.Rzayev Gürcüstana enerji ixracının necə reallaşdığını açıqlamayıb. Axı Azərbaycandan elektrik enerjisi idxal edən iki ən böyük alıcıdan biri Türkiyədirsə, digəri Gürcüstandır. “Azərenerji” prezidenti heç vaxt ikinci böyük alıcıyla münasibətlərin necə qurulduğuna toxunmayıb. Çünki burada özünün də biznes maraqları olub. Gürcüstanda Azərbaycandan enerji ixracını inhisarda saxlayan şəxslə E.Pirverdiyev və B.Razeyin oğlunun çoxsaylı ortaq biznesləri fəaliyyət göstərir. Məhz həmin şəxsin nəzarətində olan şirkətlər Azərbaycandan enerjini alaraq Türkiyəyə sataraq yüz milyonlarla dollar gəlir əldə edib.
Əvəzində B.Rzayevin oğlu Fuad Rzayevin Gürcüstandakı biznes fəaliyyətinə əlverişli şərtlər təmin olunub. O, qonşu ölkədə elektrik avadanlıqlarının idxalından tutmuş daşınmaz əmlak sahəsinə qədər çoxsaylı sahələrdə çalışan şirkətlərin yaradıcısı, yaxud payçısına çevrilib.
Ötən ilin rekord enerji ixracı bu il kəskin azalmaya məruz qalıb. Dövlət Gömrük Komitəsinin statistikasına əsasən 2024-cü ilin yanvar-avqust aylarında Azərbaycandan xaricə 57,5 milyon dollar dəyərində 1 milyard 18,7 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib. Əvvəlki illə müqayisədə ixrac gəlirləri 257,5 milyon dollar (5,5 dəfə), ixrac olunan elektrik enerjisinin həcmi isə 1 milyard 830,3 milyon kVt/saat (2,8 dəfə) azalıb. 2023-cü ilin yanvar-avust aylarında 2 milyard 849 milyon kVt/saat həcmində elektrik enerjisi ixracı edilərək, 315 milyon dollar gəlir əldə olunmuşdu.
İxracın və gəlirlərin azalması fonunda xaricə satılan elektrik enerjisinin orta ixrac qiymətində də azalma müşahidə olunub. Belə ki, hər min kVt/saat elektrik enerjisinin orta ixrac qiyməti hesabat dövründə 56 dollar (96 manat) təşkil edib. 2023-cü ilin yanvar-avqust aylarında isə orta ixrac qiyməti 111 dollar (188 manat) idi. Beləliklə son bir il ərzində Azərbaycanın xarici ölkələrə satdığı elektrik enerjisi 54 dollar və ya 92 manat, başqa sözlə 49 faiz ucuzlaşıb (hər kVt/saat enerjinin dəyəri isə son bir ildə 9 qəpik azalaraq 10 qəpiyə düşüb).
2024-cü ilin 8 ayının nəticələrinə görə, elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracında 0,32 faiz, qeyri-neft sektoru üzrə ixracında isə 2,64 faiz paya malik olub.
Energetika Nazirliyinin yaydığı məlumata görə, yanvar-avqust aylarında respublikada elektrik enerjisinin istehsalı 19 milyard 235,4 milyon kVt/st olub. Bu, 2023-cü ilin eyni dövründəki istehsal həcmindən 10 milyon kVt/saat azdır.
8 ay ərzində elektrik enerjisi istehsalı İES-lərdə 16 milyard 463,6 milyon kVt/st, SES-lərdə 2 milyard 138,4 milyon kVt/st, digər mənbələr üzrə isə 633,4 milyon kVt/st təşkil edib. Bu dövrdə külək elektrik stansiyalarında 37,9 milyon kVt/st, günəş elektrik stansiyalarında 424,3 milyon kVt/st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 171,2 milyon kVt/st elektrik enerjisi istehsal edilib.
Bu müddətdə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 16 milyard 975,0 milyon kVt·st (İES-lərdə 14 milyard 989,0 milyon kVt/st, SES-lərdə 1 milyard 986,0 milyon kVt/st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 334,5 milyon kVt/st (İES-lərdə 151,7 milyon kVt/st, SES-lərdə 139,7 milyon kVt/st, Günəş ES-də 43,1 milyon kVt/st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 28,5 milyon kVt/st, müstəqil elektrik stansiyaları üzrə isə 1 milyard 897,4 milyon kVt/st təşkil edib.
Nazirlik bildirir ki, hesabat dövründə elektrik enerjisinin ixracı 858,9 milyon kVt/st, idxalı isə 125,5 milyon kVt·/t olub. Maraqlıdır ki, ixracın böyük hissəsi avqustun payına düşüb: 338,0 milyon kVt/st.
2023-cü ilin yanvar-avqust aylarında isə Azərbaycanda elektrik enerjisinin istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 154,2 milyon kVt/st, yəni 0,8 faiz artaraq 19 milyard 245,2 milyon kVt/st təşkil etmişdi. Bunun 17 milyard 328,1 milyon kVt/saatı (İES-lərdə 16 milyard 132,0 milyon kVt/st, SES-lərdə 1 milyard 196,1 milyon kVt/st) “Azərenerji”nin istehsalı olub. Ötən ilin avqustunda elektrik enerjisinin idxalı 11,6 milyon kVt/st, ixrac isə 253,5 milyon kVt/st təşkil edib.
Dövlət Statistika Komitəsinin açıqladığı enerji balansından aydın olur ki, 2022-ci ildə Azərbaycanda elektrik və istilik enerjisinin istehsalında 6548,2 milyon kubmetr qaz sərf olunub. Bunun təxminən 5,4 milyard kubmetrinin bilavasitə elektrik enerjisi istehsalında istifadə olunduğu bildirilir. Dünyada 1 kubmetr təbii qazdan elektrik enerjisi istehsalı üzrə orta göstərici 4,5-5 kVt/saata bərabərdir. Azərbaycanda qazla işləyən elektrik stansiyalarında bu göstəricinin nə qədər təşkil etdiyi açıqlanmır. Bu baxımdan, B.Rzayevin hansı həcmdə qazı əlavə olaraq elektrik enerjisi istehsalına yönəltdiyini hələlik müəyyənləşdirmək mümkün deyil.
Tarif Şurasının qərarına əsasən elektrik enerjisi istehsalı müəssisələrinə təbii qazın satış qiyməti min kubmetr üçün 165 manatdır. Bu isə 1 kubmetrin 16,5 qəpik olması deməkdir. Bir kubmetrdən orta hesabla 4,5 kVt/saat elektrik enerjisi istehsal olunduğunu hesab etsək, onda 1 kVt/saat enerji istehsalı üçün təxminən 3,6 qəpik dəyərində qaz sərf edildiyini söyləmək olar. Bu ilin 8 ayında 1 kVt/saat elektrik enerjisinin ixrac dəyəri 10 qəpik olduğuna görə istehsal, nəql xərcləri, itkiləri də nəzərə almaqla, bu ixracdan hər kVt/saat üçün “Azərenerji”nin ən yaxşı halda 4-4,5 qəpik gəlir əldə etdiyini hesablamaq olar.
İxrac olunan elektrik enerjisinin istehsalı üçün təxminən 226-250 milyon kubmetr qaz sərf olunduğunu fərz etdikdə, həmçinin yanvar-avqustda Azərbaycandan təbii qazın orta ixrac qiymətinin min kubmetr üçün 344,7 dollar təşkil etdiyini nəzərə aldıqda, ixrac olunan elektrik enerjisinə sərf edilən qazın ixracından ölkəyə 80-86 milyon dolların daxil ola biləcəyini görmək mümkündür. Halbuki elektrik enerjisinin ixracından cəmi 57,5 milyon dollar gəlir əldə edilib.
Dünya bazarındakı faktiki qiymətlərlə götürdükdə, adi bir vətəndaş da görə bilər ki, təbii qazı elə qaz olaraq ixrac etmək daha sərfəlidir, nəinki ondan elektrik enerjisi istehsal edib onu satmaq. Aydın məsələdir ki, B.Rzayev bunun bilməmiş deyil. Onun bilərəkdən elektrik enerjisi ixracına getməsi isə son vaxtlar bu ixracda şəxsi maraqlarının olduğuna dair yayılan məlumatların doğruluq payını kəskin şəkildə artırır.
Yeri gəlmişkən, qaz ixracından daha yüksək gəlir əldə edilməsi imkanı bir yana, ortada Azərbaycanın ölkə başçısı səviyyəsində üzərinə götürdüyü öhdəlik var: Avropaya qaz ixracını artırmaq. Qazın daha aşağı gəlir gətirən elektrik enerjisi istehsalına yönəldilməsi dövlətin öhdəliklərinə əməl etməsini çətinləşdirən addımdır və B.Rzayev bu səbəbdən indiyədək görünməyən formada cəzalandırıldı.
Yeni Musvt
- Yollardakı tıxac probleminin həlli məsələləri
9 yanvar 2025 23:06
- Erməni bloger 31 illik sirri açdı: heç yerdə getməyən mühüm VİDEO
9 yanvar 2025 22:15
- Bələdiyyə seçkiləri üçün 16 min 148 nəfərin namizədliyi qeydə alınıb
8 yanvar 2025 20:08
- Novruz çərşənbələrinin tarixi açıqlandı
8 yanvar 2025 16:33
- Dünyanın məşhur jurnalı FORBES Veysəloğlu Şirkətlər Qrupundan yazdı
8 yanvar 2025 16:07
- Həbs edilən ÇАQQАL ləqəbli diplomatdan nə xəbər? -Vəkil Аdəm Məmmədov niyə susur ?
8 yanvar 2025 14:47
- Prezident maaş və pensiya artımından DANIŞDI
7 yanvar 2025 22:24
- Onlar İlham Əliyevə başsağlığı verdi
7 yanvar 2025 14:27
- Prezident Əhməd Əhmədzadə ilə bağlı sərəncam imzaladı
7 yanvar 2025 13:08
- Azərbaycan təyyarəsinin qara qutusu Braziliyada AÇILDI: hər şey saniyəbəsaniyə ORTAYA ÇIXDI
7 yanvar 2025 11:46
- Yollardakı tıxac probleminin həlli məsələləri
09 yanvar 23:05
- Erməni bloger 31 illik sirri açdı: heç yerdə getməyən mühüm VİDEO
09 yanvar 22:13
- Putin bizi də, Əsədi də aldatdı...
09 yanvar 21:25
- Çində yayılan virusun çarəsi TAPILDI – Bu vitamini qəbul edənlər yoluxmur
09 yanvar 21:18
- Məhkəmə prezidentin qızı Gülnarə Kərimova ilə bağlı qərar verdi
09 yanvar 20:50
- Bаkıdа narkopriton aşkarlanıb, 12 nəfər saxlanılıb
09 yanvar 20:27
- Ramiz Mehdiyevin ailə üzvlərinə məxsus klinikadа nələr .....
09 yanvar 17:46
- Naxçıvanda gömrükdə 273 MİLYON manat mənimsənilib
09 yanvar 17:08
- Paşinyanın Azərbaycanla sülhə dair - Təklifləri
09 yanvar 16:27
- İlyas İsmayılov reanimasiyaya yerləşdirildi - vəziyyəti ağırdı
09 yanvar 15:53
- Bizi meşədə ağaca bağlayıb zorlayırdılar - Bakıdan Moskva gedən qadınların işinin TƏFƏRRÜATI
09 yanvar 15:04
- Putinin fərmanı Rusiyadakı azərbaycanlılara hansı problemləri yarada bilər? - AÇIQLAMA
09 yanvar 14:48
- BMT Azərbaycan Prezidentinin müraciətini rəsmi sənəd kimi YAYDI
09 yanvar 13:15
- Təbrizdə Əliyevlə Ərdoğanın şəkilləri divarlara vuruldu
09 yanvar 12:19
- İlk xarici səfərini Türkiyəyə edəcək
09 yanvar 12:09
- Özünü qatarın altına atan oğlan vəfat etdi - Şəhid qardaşı imiş
09 yanvar 11:16
- Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub
08 yanvar 23:08
- Bələdiyyə seçkiləri üçün 16 min 148 nəfərin namizədliyi qeydə alınıb
08 yanvar 20:08
- Zəngilanın Cahangirbəyli kəndində bu işlərə 18,7 milyon manat ayrıldı
08 yanvar 19:04
- Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi 1 MİLYONU ƏMİB..))
08 yanvar 17:46
- Qazımız, liftimiz yoxdur, 12-ci mərtəbəyə ayaqla qalxırıq - Kat Holding-in direktoru Elçin Ələkbərovun cinаyət əməlləri
08 yanvar 17:36
- İcra başçısı ilə 3 il QEYRİ-RƏSMİ yaşadıq, obyekti də özü mənə hədiyyə etmişdi
08 yanvar 16:57
- Novruz çərşənbələrinin tarixi açıqlandı
08 yanvar 16:33
- Dünyanın məşhur jurnalı FORBES Veysəloğlu Şirkətlər Qrupundan yazdı
08 yanvar 16:07
- Prezident Maqdalena Qrononu qəbul etdi
08 yanvar 15:13
- Deputatlar Məkkə ziyarətində
08 yanvar 15:05
- Həbs edilən ÇАQQАL ləqəbli diplomatdan nə xəbər? -Vəkil Аdəm Məmmədov niyə susur ?
08 yanvar 14:47
- Şəhər tıxaclarda boğulmağa başlayıb - Prezident
08 yanvar 13:01
- İran Təhlükəsizlik Şurasının katibi Azərbaycana GƏLDİ
08 yanvar 12:44
- Balakəndə ferma YANDI: 5000 cücə TƏLƏF OLDU
08 yanvar 12:26