20 yanvar günü Bakı buxtasında nə baş vermişdi?
Günün sitatı20 yanvar 2024 22:42
![](https://www.nuh.az/uploads/posts/2024-01/thumbs/big_1705776188_yano.jpg)
20 yanvar günü Bakı buxtasında nə baş vermişdi? - Bundan sonra rus hərbçiləri daha da azğınlaşdılar
20 Yanvar hadisələri zamanı 32 hərbi gəmini mühasirədə saxlayan cəsarətli, yenilməz, qəhrəman dənizçilər. Bəlkə də onların bu fədakarlığı haqqında çoxları bilmir. Bəlkə də o vaxt dənizçilər ayağa qalxmasaydı, faicənin miqyası daha böyük ola bilərdi...
Publika.az 34 il bundan əvvəl baş verənləri Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəetməsi Mərkəzinin direktoru Məzahir Niftiyevlə xatırladıq.
-Qayıdaq 34 il əvvələ. Həmin gün bu hadisələrdən necə xəbər tutdunuz?
-Mən o vaxt dənizdə, gəmidə işləyirdim. Bizim gəmi istehsalatla məşğul idi, yük aparıb-gətirirdik. Qayıdanda uzaqdan gördük ki, Bakının üzərindən işıqlar gedib- gəlir. Ağlımıza belə gəlməzdi ki, bunlar güllə ola bilər. Gəmidə televizora baxdığımız yerdə birdən yayım kəsildi. Heç nədən xəbərimiz yox. Biz gəlib dayandıq Bibiheyyətin cənub körfəzində. Yanvarın 20-də səhər saatlarında gəmidə radio kanalı var, 16-cı kanalda həyəcanlı səslər eşitdim, səslər dayanmırdı.Mən tez Vəfədar adlı kapitanla əlaqə saxladım,
Vəfadar kapitan həyacanlı şəkildə dedi ki, bəs bilmirsən, Bakıda gecə rus ordusu faciə törədib. Yaşlı, cavan,uşaq, demədən hamısını öldürüblər. Biz Bakı Buxtasına toplaşmaq istəyirik, etiraz üçün. Dedim mən də gəlirəm. Küləkli hava idi, çətinliklə Bakı Buxtasına gəldik. Dedilər ki, bu hadisəni mərkəzləşdirmək lazımdır. Qərara gəldik ki, "Sabit Orucov" gəmisində toplaşaq.
-Məzahir müəllim, bu gün o hadisələri necə xatırlayırsınız?
- O vaxt 25 yaşım var idi. Bu dənizçilərin üsyanı idi. 120 gəminin komandası bir yerə yığıldı. Şərt qoyduq ki, Sovet qoşunları Bakıdan çıxarılsın. Bakı Buxtasını təmamilə blok etmişdik. Xəbər göndərdik ki, əgər qoşunlar getməsə, rus gəmilərini bir-bir partladacağıq. O vaxt Bakı Buxtasında rusların 32-yə yaxın hərbi gəmisi var idi. Tələblərimizi o zamankı Sovet İttifaqı Marşalı Dmitri Yazova çatdırdıq. Qərara alındı ki, hər yarım saatdan bir tifon səsi-siqnal səsi verilsin. Gəmilər eyni vaxtda bu siqnalı verəndə vahiməli uğultu əmələ gəlirdi. Bəlkə də həmin gün Azadlıq meydanına yığılan minlərlə insanlar bu səslərdən ilham alıb cəsarətə gəlmişdi. Əslində bu səslər Bakı üçün nəzərdə tutulmuşdu. Bakı blokadaya alınmışdı. Dünya bu faciədən xəbərsiz idi. Qərara gəldik ki, gəmilərdə radio fereqanslar var, hansı ki, bütün dünya gəmiçiləri eyni saatlarda o fereqanslara qulaq asırlar. Bu 3 dəqiqəlik bir zaman kəsiyi idi. Biz də bundan istifadə edib bütün dünyaya bəyan etdik ki, Bakıda qırğın var. Gecənin yarısı SOS siqnalı verdik. Eyni zamanda yüzlərlə gəmi tifon səsi verərək bizə dəstək oldu.
- Demək, dünya bundan sonra hadisələrdən xəbər tutdu? Bəs rus ordusu bunu necə qarşıladı?
-Bəli, dünya dənizçiləri 20 Yanvar faciəsindən bax belə xəbər tutdu. Mən uzun müddət xaricdə işləmişəm. Bi dəfə filippinli dənizçi mənə demişdi ki, biz həmin gün xəbər tutduq Bakıda olanlardan və öz dövlətimizə məlumat verdik bu haqda. Rus hərbiçiləri bundan sonra daha da amansızlaşdılar, quduzlaşdılar. Bizə deyirdilər ki, siz sovet hökumətini dünyada biabır etmisiniz. Hamınızı cəzalandıracağıq... Gəmilərə güllə atmağa başladılar. Onlar hərbi gəmiləri ilə buxtadan çıxmaq istəyirdilər, biz isə aman vermədik. Deyilənə görə, onlar hərbi gəmilərdə ölənlərin meyitlərini dənizdə batırmaq istəyirdilər. 3 gün ərzində rusun bir gəmisini belə Bakı Buxtasından buraxmadıq.
-Bilirəm ki, o günlərə qayıtmaq, danışmaq ağrılıdır. Sonrakı hadisələr necə cərəyan etdi?
- Biz uşaqlıqdan Sovet İttifaqına sevgi ruhunda böyümüşdük. Görəndə ki, bizim sevdiyimiz, xidmət etdiyimiz hökümət bizi qırır, öldürür... Sovet hökuməti üçün biz canımızdan keçməyə hazır idik. Bax o gecə bildik ki, biz yadıq. Sevdiklərimiz bizi arxamızdan vurdular. Düşünəndə ki, bizim sevdiyimiz millət bizi qırır, adamın damarda qanı donurdu. Onda o böyük mif dağılıdı. Dənizçilərə çox böyük əziyyətlər verdilər, mənim özümü elə döydülər ki9 .... (kövrəlir) Bəlkə də o vaxt dənizçilər ayağa qalxmasaydı faicənin miqyası daha böyük ola bilərdi...
-Bu gün isə biz artıq müstəqilik. Bu gündən dünənə nəzər salanda hansı hissləri keçirirsiniz?
-Mən artıq həyəcanlanmıram, qürur duyuram və bu hadisələr haqda fəxrlə danışıram. Bizi sındırmaq istəyirdilər. Biz sınmadıq. İstər 20 yanvar şəhidlərimiz, istər vətən müharibəsində canından keçən oğullarımız həqiqətən də qəhrəmanlıq dastanı yazdılar. Bizim vətən həsrətimiz də çox güclü olub, fərqli olub. Vətən həsrəti nədir biz onu iliyimizə qədər bilirik. Uzun müddət xaricdə işləmişik. Bax o vaxt gəmiçilərin üsyanını edən kişilərin davamçıları olan oğullarımız aldı bu torpaqları, bizə müstəqilliyimizi yaşatdılar. Millət olaraq qaldıq, dövlət olaraq qaldıq, dağılmadıq və bütöv Azərbaycan olduq. Və bu gün fəxr edirəm ki, mən də o tarixin bir hissəsi olmağı bacarmışam. Bu elə bir qürur hissidir ki, kəlimələrə sığmaz!
-Məzahir müəllim, təşəkkür edirəm müsahibə üçün.
-Siz sağ olun ki, dənizçiləri unutmadınız.
Oxşar xəbərlər
- Hacıbəla Qız qalası-nı da uçurdub, yerində göydələn tikəcəkdi
26 iyun 2024 09:49
- Azərbaycan əsilli fransız türkoloq - Xətaini çox sevirəm
24 iyun 2024 22:20
- Zakir Fərəcovun 3 milyonluq borcu – Şöbə müdiri iş adamlarına hədə-qorxu gəlir
24 iyun 2024 20:01
- Axundovanın Mehdiyevə yazdığı danos- müəmmalı ölümdən 7 il keçir – SENSASİON ARAŞDIRMA
24 iyun 2024 15:40
- Hövsan Mədəniyyət Mərkəzinin QORDİ DÜYÜNÜ-nə düşən təmiri
24 iyun 2024 15:26
- Akademik oğru! – Məhərrəmov Nabranda yeni istirahət mərkəzi tikir
24 iyun 2024 13:32
- Özünü yandıran qazi dünyasını dəyişdi - FOTOLAR
23 iyun 2024 11:57
- Bir azca yağış yağan kimi Bakını SEL BASIR...MƏMUR FƏLAKƏTİ
22 iyun 2024 19:22
- Prezident İlham Əliyev Euronews-a müsahibə verdi- Dünyaya ÖNƏMLİ MESAJLAR
22 iyun 2024 16:16
- Hacıbala Abutalıbov Bakıya dəhşətli ziyan vurub
21 iyun 2024 20:15
Xəbər lenti
- Vüqar Qurbanovdan yeni TƏYİNAT
26 iyun 11:41
- Qumarda 4 milyon dollar uddu və...ürəyi dayandı öldü - VİDEO
26 iyun 11:20
- 219 nəfər MİLLİ QƏHRƏMAN-dan 15-i SAĞDIR
26 iyun 11:06
- DUZ və BALı qarışdırıb YEYİN - MÖCÜZƏ
26 iyun 10:34
- FETÖ ilə əlaqəsi olan 9350 şübhəli saxlanılıb –ƏRDOĞAN
26 iyun 10:19
- Diş çıxaran dərman satışa çıxarılır, PROTEZ bitir - Yapon alimi
26 iyun 09:58
- Hacıbəla Qız qalası-nı da uçurdub, yerində göydələn tikəcəkdi
26 iyun 09:49
- Hacı Salmanın həbsinə səbəb olan - Görüntülər
26 iyun 09:37
- Ermənilər bu namizədin İran prezidenti olmasından qorxurlar: Azərbaycana...
26 iyun 01:15
- Azərbaycan Ordusunun yaradılmasından 106 il ötür
26 iyun 01:05
- Zakir Quliyev xidmət rəisi təyin edildi
26 iyun 00:54
- İlham Əliyev onlara general rütbəsi verdi (SƏRƏNCAM)
26 iyun 00:10
- Natiq Qasımova Azərbaycanın Milli Qəhrəmanı adı verildi
25 iyun 23:56
- DSX və DTX Xəzərdə əməliyyat keçirib, silah tətbiq olunub.... VİDEO
25 iyun 20:59
- Elçibəy dedi ki, Azərbaycanın beli qırıldı - Arif Əliyev...)))
25 iyun 20:39
- Sənədsiz evlərə KUPÇA verilməsinə başlandı
25 iyun 20:27
- Sovet liderlərinin yay istirahətləri – baş katiblərin ixtiyarında 78 dövlət bağı olub...
25 iyun 19:32
- 11 yaşlı qıza sataşn Hacı Salman həbs olundu
25 iyun 18:58
- SON DƏQİQƏ: Əhəd Abıyev saxlanılıb ?
25 iyun 18:13
- Leqal.info xəbər saytının rəhbəri silahlı insident zamanı həlak olan polis əməkdaşlarının ailələrinə baş sağlığı verir
25 iyun 18:00
- Şeyxə məxsus olduğu deyilən ZƏHRA klinikası məhkəmə qarşısında..
25 iyun 16:10
- Şoyqu və Gerasimovun həbsi ilə bağlı order verildi
25 iyun 16:00
- Etibar Əliyevdən Fransaya sərt etiraz- De Qol dövründən Makron dövrünə qədər pendir növünün sayı kəskin azalıb
25 iyun 14:37
- Аллахверди Исрафилов и его родственники захватили Бакинскийй государственный цирк
25 iyun 12:23
- 1001 dərdin dərmanı...
25 iyun 11:13
- İlahiyyatçı Hacı Salman saxlanıldı - Azyaşlıya zorakılıq ittihamı
25 iyun 10:53
- Daşkəsəndə əməliyyat - Vəzifəli şəxslər saxlanıld
24 iyun 23:47
- Azərbaycan əsilli fransız türkoloq - Xətaini çox sevirəm
24 iyun 22:20
- Azərbaycanlı şahmatçı İngiltərə çempionu oldu
24 iyun 21:56
- Son zəngdə KRİMİNAL mahnı oxunan məktəbin direktoru işdən çıxarıldı..
24 iyun 20:27
Video & Fotoqalereya
Video
Fotoqalereya