Heydər Əliyev bizi çağırdı və Elçibəyin gecə qaçdığını bildirdi
Azərbaycanın 2-ci Prezidenti Əbülfəz Elçibəyin Bakıdan Kələkiyə getməsindən 31 il ötür.
Globalinfo.az mövzu ilə bağlı həmin illərdə deputat olmuş Cümşüd Nuriyevlə müsahibəni təqdim edir:
– Cümşüd bəy, həmin dövrdə deputat idiniz, hadisələrin episentrində olmusunuz. O dövrü necə xatırlayırsınız?
– Rəhmətlik Elçibəy and içən zaman dedi ki, “bir il sonra məni də yola salacaqsınız”. Həmin an onun dediklərinə fikir vermədilər. Dediyi kimi də oldu. 17 iyun 1992-ci ildə and içdi, tam bir il sonra 1993-cü ildə səhər zəng etdilər ki, Heydər Əliyev bizi çağırır. Getdikdə isə Elçibəyin gecə qaçdığını bildirdi. Dedi ki, Elçibəy harasa gedib, yeri bilinmir. Artıq qərar qəbul etmək məsələsi gündəmə gəldi ki, əgər prezident ölkədə yoxdursa, o zaman səlahiyyətləri spikerə keçsin. Bir neçə saat sonra dəqiqləşdirildi ki, Əbülfəz Elçibəyin təyyarəsi Naxçıvan aeroportuna enib. Ordan da Ordubad rayonunun Kələki kəndinə gediblər. Amma əvvəlcə belə məlumat yayılmışdı ki, onun təyyarəsi Türkiyə istiqamətinə uçub.
– Müharibə gedirdi, ölkədə qiyam baş vermişdi. Prezident belə vəziyyətdə paytaxtı heç kimə demədən tərk etmişdi. Həmin ərəfədə dövləti kim idarə edirdi?
– Bu istiqamətdə Milli Məclisin iclaslarında qızğın müzakirələr başladı. Bəzi deputatlar bildirdilər ki, prezident başqa ölkəyə getməyib, respublika ərazisindədir, ona görə səlahiyyətlərini özündə saxlamalıdır. Əbülfəz Elçibəy özü də bu fikirdə idi. Deyirdi ölkəni Kələkidən idarə edəcək. Bu qeyri-ciddi söhbət olduğuna görə Milli Məclisdə qərara gəldik ki, onun səlahiyyətləri spikerə verilsin. Beləliklə, 1993-cü ilin iyun ayının 24-də Elçibəyin səlahiyyətləri qanuni yolla Ali Sovetin sədrinə verildi. Çünki ölkə ərazisi kifayət qədər problemlərlə üz-üzə idi. Torpaqlarımız işğal olunurdu. Şuşa və Laçın 1 il öncə işğal edilmişdi. AXC iqtidarı dövründə Kəlbəcər getdi. Vəziyyət çox pisləşmişdi. Ona görə qərara aldıq ki, səlahiyyətlər Heydər Əliyevə verilsin. Avqust ayında da referendum keçirildi.
– Deyirlər ki, Surət Hüseynov “Azneft” meydanında “Qrad” qurğularından Prezident Aparatının binasını atəşə tutacaqdı. Doğrudanmı belədir?
– Vallah, elə bir şey olmayıb. Amma Surət Hüseynov bəyan etmişdi ki, Bakıya gəlsə, cəbhəçiləri Azadlıq meydanında dar ağacı qurub, asacaq. Heydər Əliyev olmasa idi, Surət Hüseynov onların hamısını asacaqdı. Heydər Əliyev bir hissəsini qorudu, bir hissəsi nəzarətə götürüldü deyə, sağ qaldılar. Sağ qalanlar gedib Heydər Əliyevə rəhmət oxusunlar.
Bilirsiniz ki, Gəncədə 709-cu hərbi hissənin ləğv olunması ilə bağlı orada qarşıdurma olmuşdu, ölənlər var idi. Əsas səbəb də elə bu idi. “Qrad” qurğusu isə şişirdilmiş söhbətdir.
– Cümşüd bəy, Elçibəy necə prezident idi?
– İdarəçiliyi zəif idi. Adam açıq şəkildə inciyib getmişdi…
– Prezident Bakını tərk etməsə idi, hadisələr hansı yöndə gedə bilərdi?
– Heydər Əliyev o barədə sülhpərvər adam idi. Onun əsas işi ölkədə vətəndaş müharibəsini aradan qaldırmaq olub. 6 ay biz Heydər Əliyevlə birlikdə çalışdıq. Ona qədər açığı, idarəçiliyin nə olduğunu bilmirdik. Adam daha çox dövlətin müstəqilliyini qorumaq istəyirdi, çalışırdı ki, başqa dövlətlər bizə ağalıq etməsin. Elçibəy getməsə də qarşıdurma olmayacaqdı. Elçibəyin nə düşündüyünü deyə bilmərəm, amma cəbhəçilər deyirdilər ki, Elçibəy getsin, sonra qayıdar və beləliklə Heydər Əliyevlə qarşıdurma yaşanar. Bu, yanlış seçim idi. Elçbəyi də kimsə başa saldı ki, gedib Kələkidə otursa, hər şey qaydasına düşəcək. Allah rəhmət eləsin, o da saf adam olduğu üçün inanırdı. Bəlkə də, elə düz edib getdi.
Cümşüd Nuriyev
– Niyə belə düşünürsünüz?
– Çünki özü də gördü ki, yanındakılar onun tapşırıqlarını icra etmirlər. Ümumiyyətlə, onlar çox şeyləri düzgün yerinə yetirmirdilər. Özü də artıq yorulmuşdu. Bəlkə də, Elçibəy ideal variantı seçdi. Hətta deyərdim, Bakını tərk etməsi ən doğru qərar idi. Siyasi cəhətdən Əbülfəz Elçibəyi tənqid edə bilərik, amma başqa məsələlərdə yox.
– Deyilənə görə, Əbülfəz Elçibəyə qarşı sui-qəsd planlaşdırılmışdı.
– Tamamilə yalan söhbətdir. Əgər öldürmək istəyən olubsa da, yəqin öz ətrafındakılardan kimsə olub. Surət Hüseynovu nəzərdə tuturlarsa, adam elə Gəncəyə gedəndə öldürərdi də onu. Hər ikisi də dünyasını dəyişib, indi kimsə onların adından yalan danışır. Bu, heç də doğru hərəkət deyil. Bir şeyi də xatırladım ki, Surət Hüseynova Milli Qəhrəman adını məhz Elçibəy vermişdi, onu korpus komandiri təyin etmişdi.
– Surət Hüseynovun cəbhəçiləri asmaq istədiyini dediniz az öncə…
– Bəli, o, cəbhəçiləri sevmirdi. Amma asmaq istədikləri axı Elçibəy deyildi. Pənah Hüseyn və İsa Qəmbər idi. Onun işi bu iki adamla olub. Hətta deyərdim ki, siyahıda elə birinci yerdə onlar olublar (gülür).
– Bəs buna səbəb nə idi?
– Çünki Elçibəydən çox onlar hakimiyyətə yiyələnmişdilər. Elə bu iki adam nə istəsələr, onu da edirdilər. Əbülfəz Elçibəy çox saf adam idi. Onun qədər hakimiyyətdə saf adam tanımıram. O, həddən artıq sadə və gözəl insan olub. Bilirsiniz, dövlət başçısı bir az sərt olmalıdır. Amma bu adamda yıxdığını kəsmək məsələsi yox idi. Onu kimsə öldürmək istəsə, ən azından biz bilərdik.
Yazıda adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Zaira Akifqızı
- Məni döyə-döyə apardılar, pullarım dağıntılar altında qaldı - Video
30 iyun 2024 20:57
- Dörd gün YOX-a çıxan baş katib – vəfat edib xəbəri yayılan Brejnev efirdə qədəhlə görünüb...
30 iyun 2024 15:14
- Azərbaycanda dəhşətli hadisə: Mübahisə etdiyi şəxsləri benzinlə yandırdı
29 iyun 2024 11:37
- Mirdamət Seyidov, Abid Əliyev BAKINI SÖKÜR - MÜRACİƏT
29 iyun 2024 09:53
- Bakıda qıza görə qətlə yetirilən Turalın sevgilisi - Məni şantaj edirdi - FOTO
28 iyun 2024 19:06
- İyulda 43° isti olacaq - Aylıq proqnoz
28 iyun 2024 18:39
- Parlament buraxıldı - Seçkinin vaxtı açıqlandı
28 iyun 2024 18:15
- Ermənistan ya konstitusiyasını dəyişməlidir, ya da dəyişməlidir: İlham Əliyev dedisə, bitdi!
26 iyun 2024 21:14
- İlham Əliyev italyan naziri qəbul etdi - Yenilənib
26 iyun 2024 17:32
- Bakı küçələrində hərbçilərin yürüşü keçirilir - Fotolar
26 iyun 2024 12:41
- ZİBİL PULU 3 dəfədən çox artırıldı – Rəsmi
01 iyul 02:02
- Avtobus və metroda gedişhaqqı 50 qəpik oldu
30 iyun 21:26
- BENZİN BAHALAŞDI
30 iyun 20:57
- Məni döyə-döyə apardılar, pullarım dağıntılar altında qaldı - Video
30 iyun 20:47
- İzmirdə çörək sexində partlayış - 5 ölü, 57 yaralı - VİDEO
30 iyun 19:01
- Dörd gün YOX-a çıxan baş katib – vəfat edib xəbəri yayılan Brejnev efirdə qədəhlə görünüb...
30 iyun 15:14
- Rusiyanın hərbi gəmiləri Bakı limanını tərk edib-FOTO
30 iyun 13:54
- Tələbəsiylə evləndi, efirdən qovuldu, oğlunu qətlə yetirdilər - Məşhur diktorumuzu kim öldürmək istəyirdi?
30 iyun 12:05
- Yeni qanun qüvvəyə mindi: Elektron siqaretlər ancaq apteklərdə satılacaq
30 iyun 11:56
- Azərbaycanlı qıza görə dinini dəyişdi: Virtual dünyadan başlayan eşq (FOTOLAR)
29 iyun 15:37
- İranda seçkilərin ikinci turu olacaq - iyulun 5-də
29 iyun 14:13
- Nə qədər ki, o, hakimiyyətdədir, Azərbaycanla yeni savaş başlanmasına yol verməyəcək...
29 iyun 11:54
- Azərbaycanda dəhşətli hadisə: Mübahisə etdiyi şəxsləri benzinlə yandırdı
29 iyun 11:37
- Həbsdə olan sabiq icra başçıları azadlığa çıxır?
29 iyun 10:51
- Son dəqiqə: Azərbaycanlı namizəd İranda önə keçdi
29 iyun 10:30
- Mirdamət Seyidov, Abid Əliyev BAKINI SÖKÜR - MÜRACİƏT
29 iyun 09:53
- Azərbaycan və Rusiya SAMUR ÇAYINI BÖLÜR...
29 iyun 09:42
- İranda seçki qutusunu daşıyan avtomobilə atəş açıldı - ÖLƏNLƏR VAR
29 iyun 09:31
- İranda prezident seçkilərində vəziyyət - Necədir? + Yenilənib
29 iyun 09:20
- Bu məmurlar çalışacaq ki, MM-ə düşməyək - Qüdrət Həsənquliyev
29 iyun 00:10
- Hacıqabulda 100-ə yaxın ev təbii fəlakətin qurbanı oldu
28 iyun 23:43
- Məhərrəm ayı yaxınlaşır, toy etməyə tələsənlərin sayı artır
28 iyun 21:27
- Bakıda qıza görə qətlə yetirilən Turalın sevgilisi - Məni şantaj edirdi - FOTO
28 iyun 19:06
- BAKCEL ilə innovasiya dövrü başlayır! - Fotolar
28 iyun 18:52
- İyulda 43° isti olacaq - Aylıq proqnoz
28 iyun 18:39
- Parlament buraxıldı - Seçkinin vaxtı açıqlandı
28 iyun 18:15
- Rəsulzadə və XIX əsr Azərbaycan ədəbiyyatında yeni SİMA
28 iyun 17:57
- Əliməmməd Nuriyev yenidən deputat seçilmək istəyir
28 iyun 11:53
- Rafil Hüseynovun müavini olmaq istədi - Aldadıb 111 minini aldılar
28 iyun 11:25
- Malayziyada sarı paltar niyə qadağandır?
28 iyun 00:52