Pezeşkiandan İNQİLABİ ADDIM - Bu QƏRAR ləğv edilə bilər
Deputat: “İranda heç bir prezident belə bir cəsarəti edə bilməyib, çünki...”
“İranda küçədə hicabsız gəzənlərə, yaxud hicabı düzgün bağlamayanlara qarşı fiziki güc tətbiq edilməsinin heç bir hüquqi əsası yoxdur”.
Bu sözləri İranın Baş prokuroru, höccətülislam Məhəmməd Məhdi Azad Xuzistan əyalətinin Əhvaz şəhərindəki tədbirin açılışındakı çıxışında bildirib (Report).
Onun sözlərinə görə, hicabın olmaması və ya düzgün bağlanmaması ilə bağlı bir çox tədbirlər görülüb və görüləcək: “Biz dəfələrlə demişik ki, hüquqi addımların müzakirəsi bu məsələdə xəttin sonudur. Hicabsızlığa qarşı ilk növbədə tədbir görülməlidir. Heç kimin küçədə kiməsə fiziki hücum etmək hüququ yoxdur”.
Baş prokuror həmçinin küçələrdə din xadimləri və mollalara hücumu da pisləyib.
Bəllidir ki, Qurani-Kərimin “Bəqərə” surəsində “Dində məcburiyyət yoxdur” ayəsi yer alıb. Bu ayədən çıxış edərək, demək olarmı ki, baş prokurorun yuxarıdakı açıqlaması məlum hadisələrdən İranda hicabın bundan sonra məcburi olmayacağı anlamına gəlir? Elədirsə, bunu yeni prezident Məsud Pezeşkianın daxildə ilk islahatı saymaq olarmı?
Qeyd edək ki, bu ilin mart ayında da İran millət vəkillərindən biri demişdi ki, hakimiyyət icbari hicab qaydasını pozanlar üçün maliyyə cərimələri məsələsini müzakirə edir. Əmirhüseyn Bankipur dövlət televiziyasına deyib ki, bu, hicab qaydasının pozulmasına görə şallaq kimi fiziki cəzadan və ya cinayət işlərinin açılmasından imtinanın başlanğıcı ola bilər.
Nəzərə çatdıraq ki, iranlılar arasında məcburi hicab qaydalarından narazılıq xüsusilə də 2022-ci ildə gənc qadın Məhsa Əmininin polisdə müəmmalı şəkildə ölməsindən sonra daha da artıb və əslində ölkəni bürümüş etiraz aksiyalarının əsas hədəflərindən biri də hicab olub.
Bankipur vurğulayıb ki, əsas hökumət və dövlət strukturları arasında hicab qaydasının pozulmasına görə yalnız pul cəriməsi tətbiq olunmasına dair konsensus əldə olunub.
Deputat bunu da bildirib ki, bu konsensus əldə olunmazdan əvvəl hicab qaydasını tətbiq edən əxlaq polisinin və cinayət işləri qaldırılmasının lazımi effekt verməməsi və əksinə etirazlara səbəb olması qiymətləndirilib.
Millət vəkilinin dediyinə görə Mədəni İnqilabın Ali Şurası və Ali Milli Təhlükəsizlik Şurası da daxil əsas dövlət qurumları belə bir qərara gəliblər ki, hicab qaydasının tətbiqində pul cərimələri daha az qarşıdurma yaradan tədbirdir.
Bankipur ötən ay işarə etmişdi ki, Hicab və Bakirəlik qanununun yeni layihəsində hicab qanununu pozanlar üçün 30 milyon İran rialı (50 dollar) məbləğində cərimə nəzərdə tutulacaq. Qanunu təkrar pozanlar əlavə cərimə ödəməli ola bilərlər. Lakin polisin sözçüsü hələlik bu barədə bildirişin alınmadığını deyib.
Sözügedən qanun layihəsində qanunu pozan qadınlara qarşı tədbir görülməsi üç kəşfiyyat idarəsi - Kəşfiyyat Nazirliyi, İnqilab Keşikçilərinin Kəşfiyyat təşkilatı və Ədliyyənin Kəşfiyyat İdarəsi ilə yanaşı, polisə və Bəsic qüvvələrinə həvalə edilir.
“Hengaw” insan haqları təşkilatının son hesabatında deyilir ki, 2023-cü ildə azı 147 qadın fəal İran ədliyyə sisteminin mühakiməsinə məruz qalıb. Çıxarılan hökmlərə həbs, şallaq, bir halda isə ölüm cəzası daxildir.
Ümumilikdə 139 qadın fəal 553 il və 10 aylıq həbsə məhkum edilib. 10 nəfər isə həbs cəzasından başqa 557 şallağa da məhkum olunub ki, bu da İranda qadın fəallara sərt cəzaların kəsildiyini göstərir.
2022-ci ilin sentyabrında 22 yaşlı Məhsa Əmini guya hicab qaydasını pozduğuna görə saxlanandan və polis nəzarətində vəfat edəndən sonra İranı etirazlar bürüyüb, qadınlara daha çox azadlıqlar tələb olunub. Ədliyyə sistemi deputatların dəstəyi ilə etirazlara sərt reaksiya verib.
Çoxsaylı etirazçılar daxil olmaqla minlərlə insan, o cümlədən jurnalistlər, vəkillər, fəallar, rəqəmsal hüquq müdafiəçiləri saxlanılıb. Azı doqquz etirazçı edam edilib. İnsan haqları qrupları və bəzi Qərb hökumətləri məhkəmələri “saxta” adlandırıb.
BMT-nin İnsan Haqları Şurasının fakttoplama komitəsi qadınlara qarşı belə sərt tədbirləri bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirib.
Ceyhun Məmmədov
Millət vəkili, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, məsələyə dini nöqteyi nəzərdən yanaşıldıqda, islama görə, hər bir müsəlmanın hicab taxması vacibdir: “Zaman-zaman müxtəlif yanaşmalar olsa da, amma dində bu məsələ öz əksini tapıb. Konkret Quran ayələrində hicabın vacib olması məsələsi vurğulanır. Ona görə əksər müsəlman ölkələrində, islam dövlətlərində bu bir qayda olaraq tətbiq olunur. Qəbul edilmiş qərar ondan ibarətdir ki, müsəlman ölkələrində islam qaydaları ilə idarə olunan dövlətlərdə hicab məsələsi bir normadır. Bunun tətbiqinə bütün islam dövlətləri, şəriətlə idarə olunan dövlətlər, o cümlədən İran, Əfqanıstan çox həssas yanaşırlar və buna əməl olunmasına ciddi nəzarət həyata keçirirlər. Dində məcburiyyət yoxdur ayəsinə gəldikdə isə bu ayə ilə bağlı da müxtəlif şərhlər var. Əsas irəli sürülən yanaşma ondan ibarətdir ki, dinimizə görə, insanların hansısa dinə etiqada məcbur edilməsi qəbuledilməzdir. Yəni bu, məcburi şəkildə olmamalıdır. Hər bir insan inanaraq daxilən imana gəlməlidir. Məsələyə digər aspektdən yanaşsaq, şəriət dövlətlərinin özünə xas qayda və normaları var. Dini qaydalarla idarə olunan dövlətlərdə bu məsələlərə yanaşma bir az fərqlidir. Onlar cəmiyyətdə islam ənənələrini qorumaq üçün, islam dəyərlərinin məcburi şəkildə həyata keçirilməsi üçün zaman-zaman müəyyən addımlar atırlar. Məsələyə o anlamda yanaşanda bu gün İranda belə bir qaydanın tətbiq olunduğunu görürük. İranda tez-tez istifadə etdikləri ”qırmızı xətt" ifadəsi var. İran kimi dövlət üçün hicab məsələsi “qırmızı xətt”dir. Nəzərə alsaq ki, hazırda İranı ali dini lider idarə edir, hakimiyyətdə islamçılardır. Ona görə yaxın vaxtda İranda hicabla bağlı qadağanın aradan qaldırılması qeyri-mümkün görünür. Çünki İranı idarə edənlər üçün, ali dini liderin ətrafında olan insanlar üçün bu, “qırmızı xətt”dir. Buna görə də düşünmürəm ki, yaxın vaxtda hicabla bağlı hansısa güzəşt olsun. Ola bilər ki, bu cür sərt addımlar aradan qalxsın, amma ümumilikdə hicabın istifadə olunmamasına razılıq verilməsi hələ ki görünmür. Onu da nəzərə almalıyıq ki, İranda prezidentlərin məhdud səlahiyyətləri var. Onlar bütün addımları ali dini liderlə razılaşdırırlar. Ali dini liderin razılığı olmadan İran prezidenti heç bir qərar qəbul edə bilmir, heç bir addım ata bilmir. Əgər hansısa bir qərar qəbul edərsə, onun ən qısa vaxtda hakimiyyətdən uzaqlaşdırılması üçün İranın idarəçilik sistemində norma və qaydalar var. Ona görə heç bir prezident belə bir cəsarəti edə bilmir".
Yada salaq ki, İranda 1979-cu il İslam inqilabından sonra qadınlar üçün hicab məcburi elan edilib. 2023-cü ilin sentyabrında “Hicab və bakirəlik” haqqında qanun qəbul olunub. Bu qanunda hicab qaydasını pozan qadınlar üçün 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Belə qadınlara qarşı habelə 360 milyon İran rialı (8522 dollar) cərimə və ya şallaq cəzası da tətbiq oluna bilər. Bundan əvvəlki qanunda belə pozuntular üçün həbsxana cəzasının müddəti 2 il, cərimə isə 12 dollar idi. İnsan haqları müdafiəçilərinin məlumatlarına görə, etiraz aksiyaları müddətində 600-dək nümayişçi həlak olub, 20 minədək şəxs həbs edilib.
- 10-a yaxın vəkil Kollegiyadan çıxarılır
25 sentyabr 2024 20:56
- Əli Həsənovun qəza törədən nəvəsinə qarşı daha bir iddia - 150 min manatlıq dava
24 sentyabr 2024 22:44
- Müsavat başqanlığına namizədi öldürəndən sonra tikə-tikə doğrayıblar - ŞOK
24 sentyabr 2024 15:57
- Bankın sədrinə 10 il ŞƏRTİ CƏZA VERİLİB )) - İstintaq 10 İL DAYANDIRILIB )))
24 sentyabr 2024 15:31
- Şirkətlər işçini hansı halda işdən ÇIXARA BİLƏR ?
24 sentyabr 2024 13:44
- Yelo Bank daha 43 nəfəri EVİNDƏN ÇÖLƏ ATIR – SİYAHI
24 sentyabr 2024 13:16
- Pezeşkiandan ABŞ-da ŞOK AÇIQLAMA - İran Rusiyanın Ukraynaya təcavüzünü heç vaxt dəstəkləməyib
24 sentyabr 2024 11:44
- Ölüm anında beyində nə baş verir? - Alimlərdən yeni kəşf
24 sentyabr 2024 10:43
- Elman Rüstəmovun Preimium Bank əməliyyatı - 5 milyonluq kredit qalmaqalı ilə bağlı yeni detallar
23 sentyabr 2024 14:57
- Türk dünyasının ilk HAKIM qadını: Repressiya maşını Mühlisə Bubini necə məhv etdi
22 sentyabr 2024 15:21
- Nazirliyin işdən çıxardığı direktor xəstəxanalıq oldu- XADİMƏ qədər hörmətim...
25 sentyabr 22:41
- Prezident qırıcıda... - Video
25 sentyabr 22:16
- 10-a yaxın vəkil Kollegiyadan çıxarılır
25 sentyabr 20:56
- Azərbaycan xanımları ölkəni niyə tərk edir? - Millət vəkili
25 sentyabr 14:49
- Bu gün Qənirə Paşayevanın xatirəsi anılacaq
25 sentyabr 13:49
- 450 min vergi borcu olan şirkət məhkəməyə üz tutdu
25 sentyabr 13:37
- Nazirlər Kabinetində yeni təyinat
25 sentyabr 12:28
- İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olundu
25 sentyabr 11:08
- Köçərli Həsənov vəfat etdi
25 sentyabr 10:58
- Əli Həsənovun qəza törədən nəvəsinə qarşı daha bir iddia - 150 min manatlıq dava
24 sentyabr 22:44
- Sumqayıtda şagirdlər BİT-BİRƏ dərmanından ZƏHƏRLƏNDİLƏR
24 sentyabr 20:51
- Müsavat başqanlığına namizədi öldürəndən sonra tikə-tikə doğrayıblar - ŞOK
24 sentyabr 15:57
- Bankın sədrinə 10 il ŞƏRTİ CƏZA VERİLİB )) - İstintaq 10 İL DAYANDIRILIB )))
24 sentyabr 15:31
- AXC Təşkilat şöbəsinin ilk müdiri Arif Abdullayevin QƏTLİNDƏN 34 İL KEÇİR
24 sentyabr 14:14
- Şirkətlər işçini hansı halda işdən ÇIXARA BİLƏR ?
24 sentyabr 13:44
- Avropada MİLÇƏK GÖRMƏDİM
24 sentyabr 13:27
- Yelo Bank daha 43 nəfəri EVİNDƏN ÇÖLƏ ATIR – SİYAHI
24 sentyabr 13:16
- Pezeşkiandan ABŞ-da ŞOK AÇIQLAMA - İran Rusiyanın Ukraynaya təcavüzünü heç vaxt dəstəkləməyib
24 sentyabr 11:44
- Türkiyənin hərbi rəhbərliyi Azərbaycanda: generallar Bakıya niyə gəlib? VİDEO
24 sentyabr 11:28
- Ölüm anında beyində nə baş verir? - Alimlərdən yeni kəşf
24 sentyabr 10:43
- Ərdoğan ABŞ-də Pezeşkianla görüşdü
24 sentyabr 10:27
- Rusiyada dəhşət - Ayı 2 kişini və 30 iti parçaladı
24 sentyabr 10:17
- Mehriban Əliyeva və ailə üzvləri Əhmədlidə əsaslı təmirdən sonra istifadəyə verilən məsciddə olublar
23 sentyabr 22:27
- Qazaxıstanın müdafiə naziri Azərbaycana gəldi
23 sentyabr 21:48
- SSumqyıtdakı Az-Lead akkumulyator zavodunun 1.3 MİLYON MANAT VERGİ BORCU
23 sentyabr 21:38
- Bakı Zooparkı KƏRƏ YAĞI istehsal edən şirkətdən heyvan yemi alır
23 sentyabr 21:20
- Türkdilli ölkələrin Şahmat Assosiasiyası yaradıldı
23 sentyabr 17:45
- Deyirdi, evinizi partladacam – Azərmaş sədri məhkəmədə ölümlə hədələnməyindən DANIŞDI
23 sentyabr 16:19
- Nadir Əliyev azadlığa buraxıldı - Digərinə 7 il həbs!
23 sentyabr 15:27
- Prezident ONLARI vəzifədən azad etdi (SƏRƏNCAM)
23 sentyabr 15:12