Qarabağ qazisi Qusar rayonu Samur bələdiyyəsi sədrinin qanunsuz əməlləri ilə bağlı Ədliyyə nazirinə müraciət ETDİ
Azərbaycan Respublikasının Ədliyyə Naziri cənab Fərid Əhmədova
Şamaxı rayonu Meysər kənd sakini, 2-ci Qarabağ müharibəsinin iştirakçısı, “Füzulinin azad olunması”, “Cəbrayılın azad olunması”, “Laçının azad olunması”, “Vətən müharibəsi iştirakçısı” və sair medallarla təltif olunmuş
QAZİ Şirinov Natiq Sərdar oğlu tərəfindən ( tel: 050-209-04-07 )
ŞİKAYƏT ƏRİZƏSİ
Qusar rayon Samur bələdiyyəsinin sədri Elnarə Ayıbovanın cinayət əməlləri, qanun pozuntuları və özbaşınalıqları barədə
Mən Şamaxı rayyonu Meysəri kəndində yaşayıram. 2-ci Qarabağ müharibəsində iştirak etmişəm, erməni daşnaklarına qarşı döyüşmüşəm.
Cənab Prezidentimiz İlham Əliyevin 24.06.2021-ci il tarixli 2713 nömrəli Sərəncamı ilə “Zəngilanın azad olunmasına görə” medalı ilə, 24.06.2021-ci il tarixli 2714 nömrəli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” və sair medallarla təltif edilmişəm.
Mərhum atam Sərdar Şirinov Qusar rayonu Samur qəsəbəsindən 17 ha torpaq sahəsini notariat kontorunda alqı-satqı müqaviləsi əsasında mülkiyyətinə almışdır. Samur bələdiyyəsi ilə müqavilə bağlayaraq mülkiyyətində olan 17 ha torpaq sahəsini bələdiyyəyə bağışlayacağı, bələdiyyə isə əvəzində atama 20 ha torpaq sahəsi verəcəyini öz öhdəsinə götürmüşdür. Sonra atam rəhmətə getmişdir. Torpaq sahəsi vərəsəlik qaydasında anam Şirinova Aybəniz Beydulla qızının mülkiyyətinə keçmişdir. Həmin müqavilə əsasında atam torpaq sahəsini bələdiyyəyə bağışlamışdır. Lakin bələdiyyə öz üzərinə düşən öhdəliyi icra etmədiyindən Qusar rayon Məhkəməsində anam Şirinova Aybəniz Beydulla qızı iddia qaldırmışdır ki, bələdiyyə üzərinə düşən öhdəliyi icra etsin, ya da 17 ha torpağı geri qaytarsın. Samur Bələdiyyəsinin sədri Elnarə Ayıbova isə mənim qardaşım Saleh Şirinov barəsində şər-böhtan ərizələri yazaraq bizi şantaj edir. Hətta Qusar rayon məhkəməsinin sədri və işə baxan hakim Əli müəllim ondan qorxur. Bələdiyyə sədri isə orda-burda məhkəməyə 6000 ( altın min ) manat pul verdiyini, torpağı qaytarmaycağını, RİH başçısının onun arxasında dayandığını, başçının müavini Elman Mustafayevin ona himayədarlıq etdiyini deyir.
Necə ola bilər ki, atamdan miras qalmış əmlakı bələdiyyə sədri icra başçısı ilə əlbir olub bizim əlimizdən alsın. Bu dərəcədə haqsızlıq olarmı ?
Xahiş edirəm Qusar Rayon Məhkəməsinə tapşırıq verəsiniz ki, Samur Bələdiyyəsinin sədri Elnarə Ayıbovadan qorxmasın və və ƏDALƏTLİ QƏRAR çıxarsın.
Qusar rayon Samur Bələdiyyəsinin sədri Elnarə Ayıbovanın qanunsuz əməlləri barədə məlumat vermək istəyirəm.
Bələdiyyə sədri Elnarə Ayıbova hər yerdə deyir ki, icra başçısı bizim adamdır, mən onun müavini Elman Mustafayevlə birgə işləyirəm, o, mənə himayədarlıq edir, onunla sıx əlaqələrim var. Buna görə də Samur sakinlərinə saxta sənədlərlə torpaq satır. Bunlardan Vadim Güləhmədov, İradə Zeynalova, Yeganə Qasımova, Fuad Qarabayev, Qədim Gərayxanov, Tərlan Şeydayev, Zarina Əzimətova, Rövşən Qacıxanov, Valeh Salmanov, Akşin Fərmanov, Fərmanov Məzahir Həmidulla oğlu, Rauf Əlirzayev, Mövlan Nadirquliyev ə s.
Elnarə Ayıbova bələdiyyə sədri olandan bəri pul yığmaqla məşğuldur. Özünün SDK keçidində böyük obyekti var. Orada Gömrük əməkdaşları ilə əlbir olub qanunsuz ticarətlə məşğuldur. Qanunsuz varlanma nəticəsində özünə bahalı avtomobl, evlər və s əmlak alıb. Bunlar saxta sənədlərlə satdığı torpaq sahələrinin gəlirləridir.
Elnarə Ayıbova Qusar RİH başçısının müavini Elman Mustfayevə arxalanaraq Qusar rayonu Samur bələdiyyəsinin fəaliyyətində ciddi qanun pozuntularına və cinayət əməllərinə yol verib və davam edir.
Belə ki, bələdiyyədə bələdiyyə iclasları, ümumiyyətlə, keçirilmir, iclas protokolları saxtalaşdırılır. Yəni iclas keçirilmədən protokollar yazılır, bələdiyyə üzvlərinin yerinə saxta imzlar atılır. Və bu yolla dövlət qurumu olan Ədliyyə Nazirliyini də aldadır.
Elnarə Ayıbova torpaq sahələrini təkbaşına verdiyi qərarlarla, bazar qiymətləri nəzərə alınmadan, istədiyi qiyməti qoyaraq satır.
Elnarə Ayıbova köhnə tarixə, saxta sənədlə, külli miqdarda rüşvət müqabilində vətəndaşları aldadaraq torpaq sahəsi satıb. Beləliklə Bələdiyyə büdcəsinə milyonlarla ziyan vurulub. Zəbt torpaqlarında isə vəziyyət daha da pisdir. Belə ki, torpaqları zəbt etmiş şəxslər Elnarə Ayıbovaya rüşvət verməsələr ( o da aldığı rüşvətin bir hissəsini icra başçısının müavini Elman Mustafayevə çatdırmaqla ) torpaqları əllərindən alınır və orada gördükləri işlər yerlə-yeksan olunur. Bələdiyyənin daimi komissiyaları fəaliyyət göstərmir, bələdiyyənin fəaliyyəti tamamilə dayanıb. Bələdiyyədə əmlak və torpaq vergisi mənimsənilib. Vətəndaşlardan pullar alınır və bələdiyyə büdcəsinə keçirilmir. Buna görə də bələdiyyənin hesabları həbsdədir.
Bələdiyyə üzvləri 6 aydan bir hesabat vermirlər. Elnarə Ayıbova bələdiyyənin xəzinədarı vəzifəsini də özü icraa edir. Və s. Və i.
Cənab Nazir !
Mən və mənim döyüş yoldaşlarım ERMƏNİLƏRDƏN TORPAQLARIMIZI GERİ ALDIQ.
Ancaq mən ATAMDAN MİRAS QALAN TORPAĞI Samur Bələdiyyəsindən, Elnarə Ayıbovadan GERİ ALA BİLMİRƏM.
Qusar rayon Məhkəməsi bələdiyyə sədri Elnarə Ayıbovadan qorxur, çəkinir, ədalətli qərar verə bilmir. Mən qalmışam çıxılmaz vəziyyətdə.
Xahiş edirəm, qeyd etdiklərimi nəzərə alaraq müraciətimi nəzarətə götürəsiniz və ciddi araşdırılması üçün göstəriş verəsiniz.
Samur bələdiyyəsinin fəaliyyəti ciddi yoxlanılsın və bələdiyyə sədri Elnarə Ayıbovanın törətdiyi cinayət əməllərinə hüquqi qiymət verilsin.
Elnarə Ayıbovaya himayədarlıq edən icra başçısının müavini Elman Mustafayevin özbaşınalığına son qoyulsun. Atamdan miras qalan əmlak ailəmizə qaytarılsın.
Xahiş edirəm kömək edin. Ümidim göydə Allaha, yerdə Sizədir.
- Parlamentdə GƏRGİNLİK - Dediklərinizin arxasında fakt yoxdur
1 noyabr 2024 13:02
- Azərsun Holdinq-dən daha bir layihəyə dəstək - Fotolar
1 noyabr 2024 11:23
- Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....
1 noyabr 2024 10:16
- Badamdarda uçqun: Laçın QAÇQIN məktəbində oxuyan uşaqların həyatı təhlükədə! - FOTO
1 noyabr 2024 10:08
- İsraildə İrana casusluq edən azərbaycanlı ər-arvad həbs olundu
31 oktyabr 2024 23:11
- Məmurlar bir araya gəldi - Prezidentin tapşırıqları çatdırıldı
31 oktyabr 2024 21:50
- Urmiyada beş məhbusun barmaqları kəsiləcək
31 oktyabr 2024 19:47
- Tağı Əhmədovun hakim oğlu CƏZALANDIRILACAQ - Məhkəmə qərarı
31 oktyabr 2024 14:50
- Şahin Bağırov aparat rəhbəri və idarə rəisi vəzifələrini onlara tapşırıb
31 oktyabr 2024 14:28
- Rusiyanın təhvil verdiyi şəxs məşhur biznesmen imiş... - ŞOK DETALLAR
31 oktyabr 2024 14:22
- Deputat - Bu məsələdə narazılıqlar getdikcə artır, QAZ LİMİTİNƏ yenidən baxılmalıdır
01 noyabr 13:24
- Parlamentdə GƏRGİNLİK - Dediklərinizin arxasında fakt yoxdur
01 noyabr 13:02
- Milli Məclisin iclası başladı: 9 məsələyə baxılacaq
01 noyabr 12:24
- Radiatorun üstünə bir neçə DƏFNƏ YARPAĞI qoyun və ... - MÖCÜZƏ
01 noyabr 12:10
- NAR AzTU-da mobil rabitə təlimlərini davam etdirir
01 noyabr 12:03
- Azərsun Holdinq-dən daha bir layihəyə dəstək - Fotolar
01 noyabr 11:23
- Nazirlikdə iki yüksək vəzifəyə təyinat
01 noyabr 10:35
- Prezident 28 May-da aparılan abadlıq işləri ilə tanış oldu
01 noyabr 10:29
- Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....
01 noyabr 10:16
- Badamdarda uçqun: Laçın QAÇQIN məktəbində oxuyan uşaqların həyatı təhlükədə! - FOTO
01 noyabr 10:00
- İsraildə İrana casusluq edən azərbaycanlı ər-arvad həbs olundu
31 oktyabr 23:11
- Məmurlar bir araya gəldi - Prezidentin tapşırıqları çatdırıldı
31 oktyabr 21:50
- Hikmət Həsənovun köməkçisinə hökm oxundu - FOTO
31 oktyabr 19:57
- Urmiyada beş məhbusun barmaqları kəsiləcək
31 oktyabr 19:47
- Tağı Əhmədovun hakim oğlu CƏZALANDIRILACAQ - Məhkəmə qərarı
31 oktyabr 14:50
- Şahin Bağırov aparat rəhbəri və idarə rəisi vəzifələrini onlara tapşırıb
31 oktyabr 14:28
- Rusiyanın təhvil verdiyi şəxs məşhur biznesmen imiş... - ŞOK DETALLAR
31 oktyabr 14:22
- İqlim dəyişikliyi və COP29: Elm və əməkdaşlıq dünyanı xilas edəcək!
31 oktyabr 14:15
- Ərdoğandan Öcalana edilən çağırışa reaksiya
31 oktyabr 13:38
- Planetar düşüncəli lider…
31 oktyabr 13:29
- Beynəlxalq axtarışa verilən 5 şəxs Azərbaycana gətirildi
31 oktyabr 13:15
- Dünya fəlakətlə üz-üzə - Rusiya nüvə DÜYMƏSİNƏ BASIR!
31 oktyabr 12:09
- SAYT rəhbəri həbs edildi
31 oktyabr 11:59
- Prezident yeni səfirin etimadnaməsini QƏBUL ETDİ - FOTOLAR
31 oktyabr 11:42
- Rusiya qalib gəldi - Zelenski
30 oktyabr 23:19
- Dörd nəfər onu axtarmağa gedəndə həlak olmuşdu...
30 oktyabr 23:05
- Ramiz Mehdiyev qabağa getməyə qoymurdu - Deputatla MÜSAHİBƏ
30 oktyabr 20:50
- Ərdoğandan müsəlman ölkələrinə ÇAĞIRIŞ
30 oktyabr 18:20
- Azərbaycanda 300-ə yaxın ömürlük məhbus var
30 oktyabr 17:47
- İsrail Prezidenti Bakıya gəlir
30 oktyabr 15:24