İlham Əliyevə məktub yazırdım, Paşinyan imkan vermədi - Arayik Harutyunyan

Xəbər verdiyimiz kimi, Azərbaycana qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə məhkəmə prosesinin baxış iclası martın 3-də davam etdirilib.
“Qafqazinfo”nun məlumatına görə, məhkəmədə təqsirləndirilən şəxs Arayik Harutyunyan səbəst ifadə verib.
O, 44 günlük müharibə ərəfində baş verənlərdən danışıb: “2020-ci ilin iyun ayında mən Paşinyandan xahiş etdim ki, bizi danışıqlar prosesi ilə tanış etsin. 2020-ci ilin iyununda İrəvanda bizim birgə Təhlükəsizlik Şurasının iclası oldu. Bu, hamı üçün açıq bir iclas idi. İclas zamanı Ermənistanın o vaxtkı xarici işlər naziri bizi danışıqlar prosesi ilə tanış etdi. Aydın idi ki, bu proses dalana dirənmişdi. Bu iclasda Ermənistanın müdafiə strukturlarının rəhbərləri bizi orduda olan vəziyyətlə tanış etdilər. Aydın oldu ki, Ermənistan müharibəyə hazır deyil. Müharibə etmək üçün müəyyən resurslar lazımdır. Belə ki, ərzaq, silah resursları, maliyyə resurları lazım idi. Məlum oldu ki Ermənistanın buna imkanı yoxdur. Mən orada çox qısa olaraq öz fikrimi söylədim. Bildirdim ki, müharibə vaxtı nəticə bizim resurslarımıza görə olacaq. Çünki istənilən müharibə resurların müharibəsidir. Azərbaycanın isə bütün sahələr üzrə potensialı Ermənistandan dəfələrlə üstün idi.
Sonra, iyul ayında siz daha yaxşı bilirsiniz ki, o vaxt Tovuzda atışmalar baş verdi. Orada nə baş verməsi barədə mənim təsəvvürüm də yox idi. Televizorda nə göstəriblərsə, yalnız onu bilirəm. Mən yeni bir adam olduğum üçün gərək “ordu” ilə tanış olardım və təmas xəttində nə baş verirsə bilərdim. 2020-ci ilin yayında ön cəbhəni və “ordu”nu gəzməyə, tanış olmağa başladım. Mənim facebook səhifəmdə və “rəhbərliyin saytında” bir neçə məqalə dərc etdim. “Ordu” ilə bağlı bütün informasiyaları “mətbuat xidməti” bizə təqdim edirdi. Və mənim səhifəmdə onlar çap olunurdu. Bəli, orada mənim elə çıxışlarım və söylədiklərim var idi ki, indi hazırda təəssüf edirəm ki, bunlara yol vermişəm”.
O, həmin ilin yayında və iyunun sonunda “Qarabağ ordusu”nun təlimlərini müşahidə etdiyini bildirərək təlimlərə Ermənistan ordusunun qərargah rəisi Onik Qasparyanın rəhbərlik etdiyini, habelə Azərbaycanın dərinliklərinə zərbələr endirilməsi barədə qərarların Ermənistanda verildiyini etiraf edib: “Təlimlərə rəhbərliyi Ermənistan ordusunun qərargah rəisi Onik Qasparyan edirdi. Bu da gizlin proses deyil, hamının gözünün qarşısında olan bir şey idi. Yayın sonunda Qarabağa Nikol Paşinyan gəldi. Mən onu “ordu bölmələri”nə qədər müşayiət eləmişəm. O, vəziyyətlə tanış oldu. Eşidirdim, görürdüm ki, “silahlı qüvvələr”də nə baş verir. Mən “Qarabağ müdafiə komitəsi”ndən heç bir məlumat almamışdım. Situasiya barədə heç vaxt mənə heç bir məlumat verilməyib. “Ordu” üzərində mənim heç bir səlahiyyətim olmayıb. Bu, sizə də məlumdur. İttiham aktında da bu barədə yazılıb. Ermənistan mətbuatında da bu barədə dəfələrlə qeyd olunub, deyilib ki, Qarabağda olan ermənilərin təhlükəsizliyinə görə Ermənistan məsuliyyət daşıyır. Ermənistan silahlı qüvvələri, “Qarabağ müdafiə ordusu” da ora daxil idi. Deməli, Ermənistan təhlükəsizliklə bağlı məslələrə görə məsuliyyət daşıyır.
Sentyabrın 27-də sizə məlumdur ki, genişmiqyaslı müharibə başladı. “Qarabağın qanunları”na uyğun olaraq, biz hərbi vəziyyət elan etməli idik və onu da etdik. “Parlament”də məlumat verildi ki, müharibə başlayıb. “Qarabağ ordusu”nun rəhbərliyi tərəfindən elan olunmuş “hərbi qulluğa çağırış “başladı. Mənə aydın idi ki, bunun nəticəsi necə olacaq. İlk günlərdən mənim Paşinyanla söhbətim ondan ibarət oldu ki, müharibə nə vaxt dayandırılacaq. Mütəmadi olaraq, demək olar hər gün mən parlament deputatları ilə görüşürdüm. Demək olar hər gün Bako Sahakyanla və Arkadi Qukasyanla görüşürdüm. Mövzu isə müharibəni bir dəqiqə tez də olsa dayandırmaq barədə idi. Oktyabrın 2-də mənim bəyanatım oldu ki, “ordu”da heç bir səlahiyyətim yoxdur və yaxşısı bu olardı ki, mən də bir əsgər kimi qoşulardım sıraya. Mən öz postumu, ofisimi tərk etdim və ön cəbhəyə getdim. Mən ön cəbhədə əlbəttə ki, ola bilməzdim, çünki orada hərbi əməliyyatlar gedirdi, amma arxa cəbhədə əsgərlərlə görüşdüm. Geri qayıtmaq istəmirdim. Bilirdim ki, nə baş verəcək. Lakin mənim həmkarlarımın, dostlarımın təkidi ilə geri qayıtdım. Həmin gün Azərbaycanın dərinliklərində hərbi obyektlərə zərbələr endirmək barədə qərar qəbul olunmuşdu. Raket və yaxud da artileriya qurğularından. Əsasən siyasi hərbi vertikal “Qarabağ müdafiə ordusu”nun “qərargah rəisi”ndən başlayırdı, yuxarıdan aşağı. Levon Mnatsakanyanın bir qədər əvvəl verdiyi ifadələrdən artıq mənə aydın oldu ki, istintaqın xəbəri var ki, o, hansı səlahiyyətlərə malik idi və nə edə bilərdi. Mən bilmirdim ki, kimin hansı səlahiyyətləri var, hansı silahlardan istifadə olunmalıdır, olunacaq və sair. Mən Onik Qasparyandan soruşanda ki, bu qərarlar əsaslandırılmışdırmı, o mənə dedi ki, bəli, Azərbaycanın hava limanları bizim əsas hədəfimizdir və biz o hədəfləri məhv etməliyik. Deyilmişdi ki, elə təəssürat yaranmalıdır, elə etməliyik ki, guya bu zərbələr Qarabağ tərəfindən endirililr”.
Arayik Harutyunyan Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlamaq istədiyini, lakin Ermənistan baş naziri Nikol Paşinyanın buna imkan vermədiyini bildirib:
“Oktyabrın 18-i axşamçağı bizim Bako Sahakyanla və Arkadi Qukasyanla axırıncı görüşümüz oldu. Nikol Paşinyana zəng elədim və dedim ki, mən Azərbaycan Prezidentinin adına müharibəni saxlamaqla bağlı məktub yazmağa hazıram, Bako və Arkadi də da lazım olsa buna qoşulacaqlar. Məktubun məğzi bundan ibarət idi ki, sadəcə müharibəni saxlayın. Paşinyana yazdığımız məktubun məzmunu isə belə idi ki, istənilən qaydada müharibəni saxlayın və bildirin ki, bu, erməni sakinlərin istəyidir. Belə ki, Ermənistanda vahid bir fikir yox idi. Ona görə də mən dedim ki, bizə istinad edib müharibəni saxlamaq lazımdır. Biz sonra dırnaqarası günahkar olmağa da hazırıq, lakin insan həyatını qorumaq lazımdır. Paşinyan bir neçə görüş keçirdi, müxalifətlə görüşdü, demək olar ki, hamıyla görüşdü. Oktyabrın 19-u gününün sonunda o mənə geridönüş zəngi elədi və dedi ki, müharibə davam edir. Detallara varmaq istəmirəm. Ən pisi o idi ki, müharibə davam edirdi”.
A.Harutunyan etiraf edib ki, “Qarabağ Müdafiə Ordusu”nun “komandanı” Ermənistan Respublikasının Baş Qərargah rəisinə tabe idi. “Mən “hərbi komandanı” vəzifəyə təyin və vəzifədən azad etməmişəm, çünki mənim buna səlahiyyətim olmayıb.
Onilliklərlə “Qarabağ ordusu” ayrıca ordu kimi fəaliyyət göstərməyib. “Qarabağ ordusu”nun komandanına qarşı Ermənistanda cinayət işi başlanılıb. Əgər mənə tabe olsaydılar, ona qarşı cinayət işi Qarabağda başlanardı”, - deyə o bildirib.
Bundan sonra sərbəst ifadə verən təqsirləndirilən şəxs Erik Qazaryan heç kimi öldürmədiyini və Azərbaycan əsgərinə atəş açmaq istəmədiyi üçün təslim olduğunu bildirib.
Daha sonra təqsirləndirilən şəxs Vasili Beqlaryan sərbəst ifadə verərək elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilmədiyini qeyd edib.
Məhkəmənin növbəti iclası martın 6-na təyin olunub. Növbəti məhkəmə iclası təqsirləndirilən şəxslərin sərbəst ifadəsi ilə davam etdiriləcək
- Zelenskinin geyimlərini hazırlayan azərbaycanlı dizayner kimdir? (FOTO)
10 mart 2025 02:53
- Fuad Nağıyevə sərt ittihamlar - Tahir Əmiraslanovu Şuşadan qovdu
9 mart 2025 01:55
- Hitlerin qorxulu yuxusu: II Dünya müharibəsinin taleyini dəyişən qadın casus necə öldü?
8 mart 2025 18:02
- Prezident İlham Əliyev Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib
7 mart 2025 23:27
- Tramp Xameneiyə məktub göndərib
7 mart 2025 16:55
- Şəhid qadınlarımızın xatirəsinə həsr olunmuş portret film ictimaiyyətə təqdim edilib
7 mart 2025 14:10
- Prezidentdən Sahil Babayevlə bağlı sərəncam
6 mart 2025 19:12
- Rəsulzadənin iki məktubu, həyat yoldaşının xəstəliyi, türkəçarə... - Nadir dəfn fotoları
6 mart 2025 18:47
- Türkiyə - Azərbaycan qardaşlığına yeni töhfə - Deputаt Əli Məsimli
6 mart 2025 17:25
- Həbib bəy Mahmudbəyovun 160 illik yubileyi qeyd olundu - Fotolar
6 mart 2025 12:41
- Zelenskinin geyimlərini hazırlayan azərbaycanlı dizayner kimdir? (FOTO)
10 mart 02:48
- Ofeliya Sənani başına gələnləri danışdı - İnfarkt keçirdim...
09 mart 21:56
- Dəmir çatışmazlığını göstərən simptomlar açıqlandı
09 mart 20:41
- Mən vətənpərvərəm, siz həyasızsınız - Puqaçova jurnalistlə dalaşdı
09 mart 15:14
- Sabah yaz havası olacaq
09 mart 13:21
- Suriyada DƏHŞƏT - 3 gündə 532 mülki vətəndaş həlak olub
09 mart 12:06
- Fuad Nağıyevə qarşı ittihamlar: Hər şeyi ermənilərə verdilər, pula satdılar
09 mart 11:09
- Dünyanı idarə edən xanımlar - Hansı ölkələrin lideri qadındır? - SİYAHI
09 mart 10:53
- İmişlidə DƏHŞƏT - Bir ailənin 3 üzvü DƏM qazından ÖLDÜ, daha ikisi xəstəxanaya yerləşdiridi
09 mart 02:05
- Fuad Nağıyevə sərt ittihamlar - Tahir Əmiraslanovu Şuşadan qovdu
09 mart 01:55
- DSMF-nin vəzifəli şəxsi maşınla piyadanı vurub öldürdü
09 mart 01:49
- Dünyanın ən zəngin 5 MİLYАRDER QАDINI - Müsəlmаn yoxdur
08 mart 22:31
- Azercell bizi niyə SOYUR ?
08 mart 20:01
- Nazirə hücum edildi: Burnu sındı – FOTO
08 mart 19:33
- Hitlerin qorxulu yuxusu: II Dünya müharibəsinin taleyini dəyişən qadın casus necə öldü?
08 mart 18:00
- Gərək fevralın 14-də birləşmiş komandanlıq altında MDB ordusuna qoşulmağa dair müqaviləyə qol çəkəydim...- Mütəllibov
08 mart 17:01
- Xruşovu öldürmək istəyən gürcü tələbələr – Onlardan biri sonradan deputat olub
08 mart 16:26
- Əhəd Abıyev villasını satışa çıxardı – 2 milyon dollara - VİDEO
08 mart 14:37
- Mehriban Əliyeva 8 Martla bağlı paylaşım etdi
08 mart 14:28
- Aliment nə qədərdir ki, bir qadın ailəsini dağıtsın?
08 mart 14:05
- Ruslar Donetskdə dinc əhalini BOMBALADI: xeyli ölən, yaralı var, binalar dağıdılıb...
08 mart 13:46
- Vətən müharibəsi iştirakçısı vəfat etdi
08 mart 13:34
- Sabah 20 dərəcə isti olacaq
08 mart 13:04
- İranda yaşayan soydaşımız dünya rekordu qırdı FOTO
08 mart 10:29
- Səni Axtarıram ( Xoşqədəm ) məhkəməyə verilir - ŞOK FAKTLAR
08 mart 01:25
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 01:02
- Hansı ölkədə qadın deputatların sayı nə qədərdir? – 185 ölkənin siyahısı
08 mart 00:06
- NАR 8 Martı xanım jurnalistlərlə qeyd edib - Fotolar
07 mart 23:52
- Prezident İlham Əliyev Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib
07 mart 23:27
- Daha bir məktəb direktoru işdən çıxarıldı
07 mart 20:03