Uzunömürlü SABİQLƏR

Sağlam uzun ömür sürmək hər bir insan üçün misilsiz sərvət hesab olunur.
Alimlərin fikrincə, uzun ömür sürənlərdə genetik faktorlar mühüm rol oynasa da, həyat tərzi və necə qidalanma da mühüm şərtdir. Uzun ömür sürmək üçün bir neçə əsas amil mövcuddur. Bunlar həyat tərzini, qidalanmanı, fiziki aktivliyi, emosional sağlamlığı və genetikanı əhatə edir.
Balanslı, sağlam və düzgün qidalanma uzun ömrü dəstəkləyir. Eyni zamanda, sağlamlığa nəzarət etmək, müntəzəm tibbi müayinələrdən keçmək və lazımi müalicə almaq da uzun ömür üçün çox vacibdir. İnsan fiziki baxımdan sağlamdısa və psixoloji vəziyyəti də bu sağlamlığı tamamlayırsa, onun uzun ömür yaşama ehtimalı da artır. Bundan başqa, insan sosial sarsıntı yaşamırsa, onun uzun ömür sürməsi üçün daha əlverişli şərait yaranır.
Təəssüf ki, müasir dövrümüzdə heç də hamının sağlam qidalanmaq və müntəzəm tibbi müayinələrdən keçmək imkanları yoxdur. Eyni zamanda çox adamın psixoloji vəziyyəti ürəkaçan deyil. Müasir zəmanədə sosial sarsıntı yaşamayanlar da azlıq təşkil edir.
Azərbaycanda əvvəllər yüksək vəzifələrdə işləmiş xeyli sabiqlər var ki, 80 yaşı adlayıblar. Doğrudur, onlar hələ uzunömürlü hesab edilmirlər, çünki ölkəmizdə 90 yaşına çatmış insan uzunömürlü sayılır. Amma indiki keşməkeşli həyatda 80 yaşa çatmağa da həsəd aparmaq olar.
Qeyd edək ki, Azərbaycanda əhalinin yaş təsnifatına görə,
60-74 yaş – yaşlılar;
75 -89 yaş – qocalar;
90+ yaş - uzunömürlülər
hesab olunurlar.
Yəqin ki, bəzi sabiqlərin 80 yaşa çatmalarında onların yaxşı qidalanması, sağlamlıqlarına vaxtında və düzgün qulluq etmələri, psixoloji vəziyyətlərinin normal olması, sosial sarsıntı keçirməmələri mühüm təsir edib.
Bəs onlar kimlərdir?
Modern.az saytı 80 yaşı keçən sabiqlərin siyahısını dəqiqləşdirməyə çalışıb.
Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti Ramiz Mehdiyev bu gün-sabah 87 yaşını (17 apreldə) tamamlayacaq. Ramiz müəllim uzunömürlülər siyahısına düşmək üçün daha 3 il yaşamalıdır.
Azərbaycanın keçmiş baş naziri Artur Rasizadəni isə artıq uzunömürlü adlandıra bilərik. 1935-ci il təvəllüdlü Artur müəllim bu yaxınlarda – fevralın 26-da 90 yaşına çatdı. İndi o, 91-dən “xərcləyir”.
Baş nazirin sabiq müavini Abid Şərifov da yaşına həsəd aparılacaq eks-məmurlardandır. Belə ki, o, artıq 85 yaşını tamam edib, 86-ya adlayıb.
Bakı Şəhər İcra hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbov mayın 13-də 81 yaşını başa vuracaq. Hacıbala müəllimin sağlamlıqla bağlı hər hansı probleminin olduğu barədə xəbər yayılmayıb. Eks-mer uzunömürlülüyə doğru irəliləməyə davam edir.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sabiq sədri, hazırda Baş nazirin köməkçisi vəzifəsində işləyən Əhməd Əhmədzadənin 80 yaşı var. O, yanvarın 7-də 81 yaşına adlayıb.
Keçmiş kənd təsərrüfatı naziri İrşad Əliyev də 80 yaşını geridə qoyub. Bu ilin 30 iyununda İrşad Əliyevin 81 yaşı tamam olacaq.
Sabiq xarici işlər naziri Həsən Həsənov bu ilin oktyabrında 85 yaşını tamamlayacaq.
Eks-mədəniyyət naziri, Azərbaycanın Rusiyadakı keçmiş səfiri, hazırda Milli Məclisin deputat mandatını daşıyan Polad Bülbüloğlu da 80 yaşına adlayıb. Polad müəllim bu il fevralın 4-də 81 yaşına keçib.
Sabiq müdafiə naziri Rəhim Qazıyev 82 yaşındadır. Ömrünün bir hissəsini (1993-2005) həbsdə keçirən eks-nazir fevralın 17-də 83 yaşa adlayıb.
Uzun müddət müxtəlif vəzifələrdə işləmiş, 25 il isə Milli Məclisin deputatı olmuş Arif Rəhimzadə fevralın 3-də 85 yaşına keçib.
Keçmiş deputat, Azərbaycanın xalq artisti Zeynəb Xanlarovanın da uzunömürlülər siyasına düşməyinə az qalıb. 25 il Milli Məclisin deputatı olmuş Zeynəb xanım bu ilin sonunda 89 yaşını tamamlayacaq. Məşhur sənətçi gələn il 90 yaşını qeyd edəcək.
Milli Məclisin eks-deputatı (1995–2005) Südeyf İmamverdiyevin də uzunömürlülər kateqoriyasına düşməyinə sayılı illər qalıb. Belə ki, hazırda da gümrahlığını qoruyan sabiq deputat bu ilin iyulunda 87 yaşı ilə vidalaşıb 88-ə adlayacaq. Qeyd edək ki, Südeyf müəllim YAP-ı quran məşhur "91-lər”dəndir. O, həm də tanınmış həkimdir və təbii ki, öz sağlamlığının qayğısına necə qalmağı yaxşı bilir.
Milli Məclisin II, III, IV və V çağırış (2000-2020) deputatı olmuş Yaqub Mahmudov fevralın 10-da 86 yaşı ilə xüdahafizləşib.
2005–2020-ci illərdə Milli Məclisinin deputatı olmuş, 1987-ci ildən 2015-ci ilədək Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru vəzifəsində çalışmış Ağacan Abiyev bu ilin noyabrında 88 yaşına çatacaq.
1995-2000-ci illərdə Milli Məclisin deputatı olmuş, 2001–2023-cü illərdə isə Azərbaycan Rəssamlıq Akademiyasının rektoru vəzifəsini tutmuş tanınmış heykəltaraş Ömər Eldarov sabiqlər arasında ən yaşlısıdr. O bu ilin dekabrında 98 yaşını tamamlayacaq.
2010-2020-ci illərdə Milli Məclisdə təmsil olunmuş sabiq deputat Elxan Süleymanov 85 yaşın içindədir.
80 yaşını tamamlayan sabiqlərdən ikisi hazırda Azərbaycandan kənarda yaşayır.
Azərbaycanın sabiq Baş naziri (1995–1996), Baş nazirin eks-birinci müavini (1994–1995) və Milli Məclisin keçmiş deputatı (1995-2000) Fuad Quliyev bu ilin iyulunda 85 yaşını tamam edəcək. Onun hazırda Ukraynada yaşadığı bildirilir.
1993-1995-ci illərdə Azərbaycanın müdafiə naziri olmuş general-leytenant Məmmədrəfi Məmmədovun da kifayət qədər yaşı var. O, fevralda 83 yaşını tamam edib. Sabiq nazirin hazırda Rusiyada yaşadığı bildirilir.
A.Qorxmaz
modern.az
- 2700 illik hakimiyyət - tarixin ən uzunömürlü imperiyası
2 yanvar 2025 11:53
- Tokio prosesi - İki sabiq baş nazir asıblar...
21 mart 2023 16:00
- Dünyanın ən uzunömürlü ikinci qadını vəfat etdi
20 avqust 2022 10:00
- Zakir Qaralov həbs olunur ....
18 fevral 2021 11:04
- Deputat- “O qədər harınlayıblar ki, çeviriliş sevdasına düşüblər”
6 fevral 2021 11:47
- SSRİ-nin pullarını “çəkən” rəssam - uzunömürlü Dubasovun ömrü qısa olan pul əskinazları
13 sentyabr 2020 23:46
- Raufun başını kəsib təpikləmək lazımdır
29 iyun 2020 00:20
- Deputatların əlavələrlə birlikdə aldığı məvacib: maaş, bayrampulu, tətilpulu, pensiya
6 dekabr 2019 18:56
- Ölüm hökmündən xilas olan sabiq nazirlər - Nəriman İmranovla Müzamil Abdullayev hardadır?
15 avqust 2019 19:16
- icra başçısı "Facebook"da: “Mənim buna ixtiyarım yoxdurmu?”
26 oktyabr 2018 14:26
- Ağcabədidə 13 yaşlı qız uşaq dünyaya gətirdi - Ailəsi ondan imtina etdi
25 mart 18:35
- Əli Mirəliyevin var-dövləti üzə çıxdı: İki bağ, Türkiyədə ev, Bakının mərkəzində 3 ev də...
25 mart 18:26
- Dərslər bu tarixdə başlayacaq: dəyişiklik OLUNDU
25 mart 18:01
- Bakıda icra başçısı olmaq istəyən şəxs 400 min rüşvət verməyə razılaşıb və ...
25 mart 17:51
- Bakıda məhkəməsi keçirilən Bakonun qonşusu danışdı: Qumarbaz, nəşəxor idi
25 mart 17:14
- Günahsız yerə 47 il həbsdə qaldı: 1,4 milyon dollar təzminat ALACAQ
25 mart 16:04
- Deputat Əli Məsimlinin Qax rayonuna növbəti səfəri
25 mart 15:42
- Bu il uşaqlara ən çox verilən adlar - Siyahı
25 mart 15:27
- İt insanın stresini necə azalda bilər? - Yeni araşdırmanın nəticələri
25 mart 14:15
- Sabahdan temperatur yüksələcək: 18 dərəcə isti olacaq
25 mart 14:09
- Lukaşenko and içdi və işə başladı
25 mart 13:53
- Prezidentə təbriklər gəlir
25 mart 11:22
- Azərbaycanda kartofun kiloqramı 7 manat oldu - VİDEO
25 mart 10:56
- Ailədə adambaşına 10-15 manat fitrə zəkatı çıxarılsa, daha yaxşı olar
25 mart 03:29
- Uşaqlıqda piylənmə AXOX-un daha sürətli inkişafına şərait yaradır
25 mart 03:22
- Abort etdirmək istəyən qadın -dəlixana-ya aparıldı
25 mart 02:55
- Ərdoğan Ankarada qəflətən kafeyə daxil oldu və .... – FOTO
25 mart 02:42
- stanbul bu dəqiqələrdə... - Video
25 mart 02:33
- Bakının GÜL cənnətindən VİDEOREPORTAJ
25 mart 02:09
- MƏRCАN klinikasında Elman Əzimovun icra etdiyi steril olmayan əməliyyatdan görüntüləri yayıldı - VİDEO
25 mart 01:55
- 80 ildən çox ərinin qayıtmasını gözləyirdi - ÖLDÜ
25 mart 01:35
- Azərbaycanda bu məhsul KƏSKİN bahalaşdı
25 mart 01:22
- Türkiyədə silahlı hücum: Azərbaycan vətəndaşı yaralandı
25 mart 00:50
- Saz bayramı, caz bayramı, qoz bayramı - Novruz şeirləri
25 mart 00:16
- Bu ölkələrdə Novruz necə qeyd olunur? - Siyahı
24 mart 23:48
- Dəm qazından ölən Sənan əkiz övlad atası imiş - VİDEO
24 mart 23:21
- 10 ildən sonra Bakıda - FOTOLAR
24 mart 23:03
- Zelenskinin ofisindəki şəkillər gündəm oldu - Foto
24 mart 22:09
- İmamoğlunun həbsxananın önündə çəkilmiş – Fotosu
24 mart 21:34
- Türkiyədə Novruzun RƏSMİ şəkildə qeyd olunması planlaşdırılır
24 mart 21:10