Biz istərdik ki, Milli Dirçəliş Gününü Azadlıq meydanında qeyd edək...
Müsahibə18 noyabr 2024 10:57
“O hərəkatın həyatda olan əsas təşkilatçı və iştirakçıları rəmzi olaraq Azadlıq meydanına toplanardı, o vaxtkı şüarlar səslənər, o vaxtkı plakatlar qaldırılar, üçrəngli bayrağımız ucaldılar, çadırlar qurulardı...”
“Əlbəttə, biz hələlik sərhədlərimizi və hüquqi müstəqilliyimizi sovet Azərbaycanı çərçivəsində bərpa etdik. Amma inanırıq ki, gec-tez o taylı-bu taylı Bütöv Azərbaycanın da bərpasının zamanı gələcək. O günlərin də cəsur, fədakar oğul-qızları meydanlara çıxacaq”.
Bunu Moderator.az-a açıqlamasında “Necə hesab edirsiz, Meydan Hərəkatından keçən son 36 il müddətində o zaman üçün ən azı səkkizdə birinin toplandığı Azərbaycan xalqı ürəyindən keçənlərin hamısına nail oldumu? Başqa sözlə, biz milli baxımdan tam dirçələ bildikmi?” sualını cavablandırarkən Meydan hərəkatının başlanmasından, Milli Dirçəliş Günündən danışan həmin vaxt ilk mitinqlərin əsas təşkilatçısı olan Ənvər Əliyev söyləyib.
“Bir də biz istəyərdik ki, Milli Dirçəliş Gününü, Meydan hərəkatının ildönümlərini təntənə ilə, geniş zallarda meydanlarda qeyd edək... O günləri anmaq üçün yenidən o hərəkatın həyatda olan əsas təşkilatçı və iştirakçıları rəmzi olaraq Azadlıq meydanına toplanardı, o vaxtkı şüarlar səslənər, o vaxtkı plakatlar qaldırılar, üçrəngli bayrağımız ucaldılar, çadırlar qurulardı”, - deyə davamında həmsöhbətimiz bildirib.
"Düzdü, bütün problemlərə baxmayaraq bizlər, Azərbaycan xalqı yenə naümid deyil. Lakin təəssüf ki, bir sıra iqtisadi-sosial problemlər ucbatından orta və yaşlı nəsil nümayəndələri arasında daha çox sovet dövrü ilə bağlı nostalji hissləri yaranıb. Belələri dilimiz, dinimiz ayrı olan millətin vaxtilə bizə “bəxş etdiyi” “xoşbəxt” imperiya dövranından ağız dolusu danışırlar. Və nə yazıqlar ki, biz bu müstəqillik illəri boyu iqtisadiyyatımızı, xüsusən sənaye istehsalı müəssisələrini və kənd təsərrüfatını Baltikyanı ölkələr kimi qura bilmədik. Və buna görə də tarixən böyük yeraltı, yerüstü sərvətləri olan bir ölkənin əhalisinin xeyli hissəsi ağır sosial durumda yaşayır... Təsəvvür edin ki, hələ qədim dövrlərdə Strabon kimi tarixçilərin bol üzümlüklərindən yazdığı tarixi Albaniya ərazisinin sakinlərinin çoxu bu gün üzüm alıb yeməyə pul tapmır, bizə üzümü Afrikadan gətirirlər... Heyvandarlığın inkişafı üçün kifayət qədər şərait olduğu halda neçə minlərlə ailə var ki, aylarla nəinki quzu əti, heç mal əti də yeyə bilmirlər. Əvəzində Hindistandan ucuz camış əti gətirib kolbasa emal edirik... İctimai-siyasi həyatımızda çox qüsurlar var. Milli təfəkkür konsepsiyamız yoxdur... Ancaq biz gələcəyə yenə də böyük ümidlərlə baxırıq...”,- deyə hərəkatçı lider diqqətə çatdırıb.
Sultan Laçın
Oxşar xəbərlər
- Müştərilər ən çox Mehdiyevlərin bankından şikayət edib – Rəsmi
14 yanvar 2025 23:21
- Milli Məclis Aparatı nümayəndə heyəti Ankarada görüşlərə başladı - foto
14 yanvar 2025 22:10
- Qara qutu- ları açdıq, orada maraqlı məlumatlar var
14 yanvar 2025 21:53
- 5-ci kolon hələ də fəaliyyətdədir - Feyziyev
14 yanvar 2025 20:52
- Vüqar Qurbanov bu mərkəzə direktor təyin etdi
14 yanvar 2025 20:34
- Şəmsəddin Xanbabayev dünyasını dəyişdi
14 yanvar 2025 13:40
- Tofiq İsmayılovun 1 milyonluq işdə adı hallanan oğlu niyə həbsdən buraxıldı?
14 yanvar 2025 11:59
- Türkiyənin yeni səfiri: -Bir millət, iki dövlət- anlayışını daha da gücləndirəcəyik
13 yanvar 2025 23:30
- Qırğızıstan parlamentinin spikeri soyadını dəyişdi
13 yanvar 2025 18:05
- MÜTLƏQ OXUYUN - Bu YАĞIN ölkəyə gətirilməsi QАDАĞАN EDİLMƏLİDİR
13 yanvar 2025 16:32
Xəbər lenti
- Cənubi Koreyada sensasiya- Prezidenti həbs etdilər
15 yanvar 09:58
- Cavid Qurbanova vəzifə verildi
14 yanvar 23:39
- Müştərilər ən çox Mehdiyevlərin bankından şikayət edib – Rəsmi
14 yanvar 23:21
- Milli Məclis Aparatı nümayəndə heyəti Ankarada görüşlərə başladı - foto
14 yanvar 22:10
- Qara qutu- ları açdıq, orada maraqlı məlumatlar var
14 yanvar 21:53
- 5-ci kolon hələ də fəaliyyətdədir - Feyziyev
14 yanvar 20:52
- Vüqar Qurbanov bu mərkəzə direktor təyin etdi
14 yanvar 20:34
- Əsədin daha bir DƏHŞƏTLİ ƏMƏLİ - Görün nə edib
14 yanvar 20:02
- Veysəloğlu Şirkətlər Qrupunun 30 illik inkişaf yolunu əks etdirən imic VİDEO-su
14 yanvar 15:48
- İlham Əliyev və atası ilə həmişə mehriban münasibətlərim olub
14 yanvar 14:41
- Mikrobu kim kəşf edib ? - Rəsul Mirhəşimli
14 yanvar 14:31
- -Qreçka-nın bizə faydası
14 yanvar 14:22
- Şəmsəddin Xanbabayev dünyasını dəyişdi
14 yanvar 13:40
- Metalı belə əridən mədə turşusu mədəmizə niyə zərər vermir?
14 yanvar 13:01
- Azərbaycanda dini icma üzvünə qarşı TERROR aktı hazırlayanlar həbs olundu
14 yanvar 12:32
- Prezident Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində
14 yanvar 12:24
- Tofiq İsmayılovun 1 milyonluq işdə adı hallanan oğlu niyə həbsdən buraxıldı?
14 yanvar 11:59
- Türkiyənin yeni səfiri: -Bir millət, iki dövlət- anlayışını daha da gücləndirəcəyik
13 yanvar 23:30
- Qırğızıstan parlamentinin spikeri soyadını dəyişdi
13 yanvar 18:05
- MÜTLƏQ OXUYUN - Bu YАĞIN ölkəyə gətirilməsi QАDАĞАN EDİLMƏLİDİR
13 yanvar 16:32
- Abşeronda fəhlələrin üzərinə hasar aşdı - Biri öldü
13 yanvar 15:24
- 400 nəfərin yerinə işləyə bilməzdim axı… - Abasquliyeva
13 yanvar 15:04
- Azərbaycanda Milli Gəlirlər Nazirliyi yaradılır
13 yanvar 13:42
- Naxçıvanda 1 MİLYАRD 500 MİLYON RÜŞVƏT - ŞOK
13 yanvar 13:27
- Bakıda piyadanı maşınla vurub öldürən Nail Abdullayev yüksək vəzifəli məmur imiş
13 yanvar 13:02
- İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə getdi
13 yanvar 12:26
- Nəzrinin ölümü ilə bağlı ŞOK DETALLAR üzə çıxdı
13 yanvar 11:24
- Cəbrayıla növbəti köç - Fotolar
13 yanvar 11:07
- İlyas İsmayılovun xəstəxanadan fotoları yayıldı: Lax yumurtalara inanma
13 yanvar 10:42
- Zelenski Şimali Koreyalı əsir əsgərləri danışdırdı: Müharibədən xəbərimiz yox idi, bizi… - ŞOK VİDEO
13 yanvar 10:25
Video & Fotoqalereya
Video
Fotoqalereya