2-yə işləmiş oğluma zəng gəlib, çoban ona deyib ki... -9 aydır itkin düşən Rasimin atası danışdı
“Elə nazir yoxdur ki, onun qapısını döyməyək. 9 aydır ki, bizi aldadırlar. Hər yerə müraciət etmişik, elə deyirlər ki, səbirli olaq. Daha nə qədər səbir göstərək? Oğlum sahədən yoxa çıxıb. Həmin vaxt isə orada 7 nəfər olub. Həmin şəxslərin izahatını alıb, buraxıblar. Onları niyə istintaqa cəlb etmirlər?”.
Bunu Musavat.com-a açıqlamasında ötən ilin dekabrın 26-da İmişli rayonunun Qaragüvəndikli kəndində itkin düşən 11 yaşlı Rasim Xankişiyevin atası Vasif Xankişiyev deyib. O bildirib ki, istintaqın gedişatından narazıdır.
“İki aya yaxındır ki, Sabirabadda su kanalını axtarırlar. Deyirlər, suda axtarış bitəndən sonra quru əməliyyatına başlayacaqlar. Halbuki, bir dəfə 15 gün ərzində suyu axtardılar və heç nə tapılmadı. SOCAR şirkətinin aparatı var. Torpağın altında olan hər şeyi göstərir. Onunla da bir nəticə əldə olunmadı. Deməli, bu uşaq suda deyil. İlk gündən prokurora bildirdim ki, 60 sm-lik suda 1m 42 sm boyu olan uşaq bata bilməz.
Qurunu da FHN-nin itləri ilə gəzdilər, axtardılar. Quruda da heç nə yoxdur. Uşağımın oğurlandığını düşünürük. Çünki onun nə ölüsü, nə də dirisi tapılır.
İmişli prokurorluğu səhlənkarlıq edir. İlk vaxtlardan kəndin giriş-çıxışı bağlansaydı, başqa əməliyyat tədbirləri görülsəydi, cinayət işinin üstü açılardı.
Kanalın qırağında əl izləri var idi. Onları Türkiyəyə ekspertizaya göndərdim. Məlum oldu ki, böyük adamın əl izidir.
Rasimin nə paltarını ekspertiza ediblər, nə də telefon danışıqları çıxarılıb. Günorta saat 2-yə 2 dəqiqə işləmiş Sərdar adında adamdan ona zəng gəlib, lakin telefonu uşaq açmayıb. Həmin vaxtdan Rasim yoxdur.
Sərdar deyir ki, guya oğlumdan onun heyvanlarının bizim sahəyə keçib-keçmədiyini soruşacaqmış.
Ehtiram adlı çoban isə bildirir ki, həmin radələrdə Rasimə deyib ki, mal-qaraya baxsın, bir neçə dəqiqəyə qayıdır. Qayıdıb gələndə görüb ki, mallar oraya-buraya dolub. Oğlum isə bizim sahəmizdədir. Bu, onun ifadəsidir. Nə dərəcədə doğru olduğunu bilmirəm.
Sinif yoldaşı Əli də orada qoyun otarırmış. O, bizə heç nə görmədiyini dedi. Polislərə isə bildirib ki, övladımın telefonunu, ayaqqabısını və yun gödəkcəsini görüb. Görünür, kimsə Əlini qorxudub deyə bizə etiraf etmədi. İşin arxasında kiminsə durduğunu düşünürük. Həmin şəxs istintaqın gedişatına mane olur və cinayətin üstünün açılmasına imkan vermir”.
Qeyd edək ki, 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun İmişlidə Boztəpə kanalında batması ehtimal olunur.
Hadisə ilə bağlı əvvəl İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. Sonradan baş prokuror Kamran Əliyevin tapşırığı ilə cinayət işinin icraatı rayon prokurorluğundan alınaraq Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.
Ötən ay baş prokuror R. Xankişiyevin nənəsini qəbul edib.
- Rusiyada müharibəyə getmək istəməyən azərbaycanlılar: Ya GÜLLƏLƏYƏCƏKLƏR, ya da...
17 sentyabr 2024 15:39
- Bakıda -Yüksək səsli MUSİQİYƏ görə HƏBS OLUNDU
17 sentyabr 2024 15:21
- ABŞ Dövlət katibi İlham Əliyevə zəng etdi
16 sentyabr 2024 22:08
- Azərbaycan Rusiyaya NOTA VERDİ
16 sentyabr 2024 15:28
- Şuşada 33 ildən sonra ilk zəng çalındı
16 sentyabr 2024 10:03
- ABŞ Türkiyənin BRICS-ə qoşulmaq niyyətinə münasibət bildirib
16 sentyabr 2024 02:19
- Baş prokurora müraciət: Sələmçi Fatma 3 dəfə həbsxanaya yanıma gəlib və hədə-qorxu ilə əmlakımı ələ keçirib…
16 sentyabr 2024 11:00
- Əminə Ərdoğan da Bakıya gəlir
15 sentyabr 2024 22:34
- Bacısının azyaşlı qızına siqaret verənə 100 manat cərimə nədir ki? - Vəkildən sərt AÇIQLAMA
15 sentyabr 2024 16:54
- Ata-oğul 95 kiloluq naqqa tutdu
15 sentyabr 2024 14:57
- Cəbrayılda 1 MƏNZİLİN tikintisi 160 MİN MANATA başa gələcək
18 sentyabr 02:54
- Son 10 ildə azərbaycanlılar Türkiyədən 10 MİN MƏNZİL ALIB
18 sentyabr 02:41
- Azərbaycandan xarici ölkələrə 20 MİN BAŞ ƏTLİK DİRİ AT satılıb
18 sentyabr 02:08
- Bakı əhalisinin sayına görə şəhərlər arasında 208-ci yerdədir – Siyahı
18 sentyabr 02:00
- ŞOK ! Türkiyənin ERMƏNİ DEPUTATI: Zəngəzur yolu Ermənistanın sonu olacaq
18 sentyabr 01:45
- Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
18 sentyabr 01:15
- MN-in Mətbuat xidməti ləğv edildi
17 sentyabr 23:15
- Polad Bülbüloğluna Başqırdıstanın Xalq artisti adı verildi
17 sentyabr 21:44
- Gürcüstan parlamentindən vacib qərar: LGBT qadağan edildi
17 sentyabr 20:44
- Narin Güranın ölüm səbəbi məlum oldu
17 sentyabr 19:21
- Sevindik Hətəmov Hacıqabula İCRA BAŞÇISI TƏYİN OLUNDU
17 sentyabr 16:54
- Salyanın icra başçısı vəzifəsindən azad olundu, yenisi təyin edildi - SƏRƏNCAM
17 sentyabr 16:36
- Ermənistanda məktəblərdə RUS DİLİ deyil, FRANSIZ DİLİ ÖYRƏDİLƏCƏK- QƏRAR
17 sentyabr 15:50
- Rusiyada müharibəyə getmək istəməyən azərbaycanlılar: Ya GÜLLƏLƏYƏCƏKLƏR, ya da...
17 sentyabr 15:39
- Bakıda -Yüksək səsli MUSİQİYƏ görə HƏBS OLUNDU
17 sentyabr 15:21
- Bakıda LAÇIN məktəbində kütləvi dava: Şagirdlər himn yerinə söyüşə qulaq asdılar - VİDEO
17 sentyabr 14:51
- Balakəndə meşənin içində narkotik plantasiyaları tapıldı - Foto
17 sentyabr 12:44
- Şeyx Şamilin büstünü partladıb, hərbi hissəyə hücum ediblər
17 sentyabr 11:41
- Sabah Mingəçevir şəhərində SU OLMAYACAQ
17 sentyabr 11:30
- Prezident yeni səfirin etimadnaməsini qəbul etdi
17 sentyabr 11:07
- Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı
17 sentyabr 11:01
- SON DƏQİQƏ! Elman Paşayev Moskvada SAXLANILDI
17 sentyabr 10:55
- Təhqir dolu sözlər: Anar Elzanın şeirləri barədə açıqlama verməkdən qaçdı VİDEO
17 sentyabr 10:46
- ABŞ Dövlət katibi İlham Əliyevə zəng etdi
16 sentyabr 22:08
- MSK nəticələri Konstitusiya Məhkəməsinə göndərdi
16 sentyabr 21:45
- Putin Silahlı Qüvvələrin şəxsi heyətinin sayını artırdı - 2 MİLYON 389 MİN
16 sentyabr 20:06
- NAR YAŞAT Fondu ilə birgə Bilik Günü münasibətilə şəhid övladlarını təbrik etdi
16 sentyabr 19:53
- Qubadlının Mahruzlu kəndində tikilən evlər sel təhlükəsi ilə üzləşəcək - FOTOLAR
16 sentyabr 17:51
- Mehriban Əliyeva məktəblilərə uğur arzuladı
16 sentyabr 17:42
- Deputat seçilən Günay Ağamalı bağçasını bu qiymətə SATIR
16 sentyabr 17:18