Həbsdəki tanınmışlar həkim müayinəsindən keçirilir
Azərbaycanda istintaq təcridxanasında saxlanılan bəzi tanınmış şəxslər həkim müayinəsindən keçirilirlər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Turan”a sabiq deputat Nazim Bəydəmirlinin xanımı Fəridə Bəydəmirli bildirib.
Onun sözlərinə görə, fevralın 19-da Bəydəmirlini istintaq təcridxanasının tibb məntəqəsinə çağırıblar: “Özü bunun üçün müraciət etmədiyini dedi. Nazimi rentgen ediblər, təzyiqini ölçüblər, qan analizi verməyi məsləhət görüblər”.
O, eyni zamanda həyat yoldaşının özünü pis hiss etdiyini deyib: “Nazim dedi ki, özünü çox pis hiss edir. Hər il noyabrda fizioterapevtik müalicə alırdı, çünki bronxlarında problem var. Lakin bu il həbslə əlaqədar müalicə ala bilmədi”.
Fotoda: Nazim Bəydəmirli
Həbsxana həkimi həbsdə olan jurnalist Polad Aslanova da bildirib ki, onun kompleks tibbi müayinə edilməsi barədə Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin göstərişi var.
Polad Aslanovun xanımı bildirib ki, Poladı nevropatoloq, stomatoloq müayinə edib, ultrasəs müayinəsi edilib, lakin nəticə haqda heç nə bildirməyiblər. Eyni zamanda o deyib ki, həyat yoldaşı böyrək ağrısından və sinir gərginliyindən şikayət edir.
Fotoda: Polad Aslanov
Təcridxanada saxlanan Tofiq Yaqublunu da tibbi müayinədən keçiriblər. Həbsdə olan müxalifətçi Tofiq Yaqublunun ailəsi onun səhhətindən narahatdır.
Məsələyə Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb. Ehtimal etmək olar ki, həkim müayinələrinə başlanmasında rusiyalı siyasətçi Aleksey Navalnının həbsxanada qəfil ölməsinin də təsiri var.
Fotoda: Tofiq Yaqublu
Məsələ ilə bağlı Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvü Novella Cəfəroğlu “Yeni Müsavat”a bildirib ki, istintaq təcridxanasında saxlanılan şəxslərin tibbi müayinədən keçirilməsi düzgün addımdır və lazımlıdır: “Bəzən məhbusların ailə üzvləri bizə zəng edirlər, yaxınlarının səhhətində problem olduğunu, buna görə tibbi müayinədən keçirilməsinin, müalicə edilməsinin vacibliyini deyirlər. Bu cür hallar olanda biz aidiyyəti qurumlarla əlaqə saxlayırıq və onları məlumatlandırırıq və məhbusun tibbi müayinəsi, müalicəsi həyata keçirilir. Məsələn, bir neçə gün öncə bir müsavatçı mənə zəng edib dedi ki, həbsxanadakı oğlunun ürəyində problemlər yaranıb, müalicəsi lazımdır. Mən də əlaqədar orqanla danışdım və vəziyyət barədə məlumatlandırdım. Ürəyində problem yaranan məhbusu dərhal xəstəxanaya yerləşdirdilər. Bizə təkcə siyasi motivli məhbusların yaxınları müraciət etmir, digər məhbusların da yaxınlarından müraciətlər olur. Biz Monitorinq Qrupu olaraq çalışırıq hər bir müraciət nəticəsini versin.
İndi əgər Nazim Bəydəmirli, Tofiq Yaqublu, Polad Aslanov və digərlərinin tibbi müayinəsi həyata keçirilirsə, çox yaxşı. Bundan narazılıq etmək, narahat olmaq yox, sevinmək lazımdır ki, təcridxanada saxlanan şəxslərin sağlamlığının qayğısına qalınır, onların səhhəti nəzarət altındadır. Pis o olardı ki, tibbi müayinədən keçirilməyəydilər".
Hüquq müdafiəçisi deyib ki, istintaq təcridxanasında saxlanılan şəxslərin tibbi müayinələrdən keçirilməsi adi prosedur qaydalarına görə də ola bilər. Eyni zamanda Rusiyada Aleksey Navalnının həbsxanada qəfil ölümünün də bu işdə müəyyən təsirinin olması mümkündür. Bu da normaldır: “Azərbaycan dövləti və müvafiq orqanlar istəmir və istəməz ki, təcridxanada və ya cəzaçəkmə müəssisəsində saxlanan şəxslər Aleksey Navalnının taleyini yaşasınlar. Yəni kimsənin ölümünü istəmirlər. Ona görə də tibbi müayinələr keçirilə bilər ki, kiminsə səhhətində problem varsa, təhlükəli həddə çatmadan müalicə olunsun. Bu da normal haldır və müsbət qarşılanmalıdır. Aleksey Navalnının həbsxanada ölməsi bütün dünyada rezonans və Rusiyaya qarşı etirazlar doğurdu. Bizim dövlətimiz istəməz ki, buna bənzər vəziyyətlə biz də qarşılaşaq. Ona görə də təcridxanada saxlanan şəxslərin ailə üzvləri narahat olmasınlar”.
Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvü Çingiz Qənizadə isə bildirib ki, istər istintaq təcridxanasında, istər cəzaçəkmə müəssisələrində saxlanan şəxslərin tibbi müayinəsinin aparılmasını Penitensiar Xidmətin rəhbərliyi və Ədliyyə Nazirliyində tibbi xidmətin təşkili ilə məşğul olan Baş Tibb İdarəsi müəyyənləşdirir. Ona görə də istintaq təcridxanasında saxlanan şəxslərin tibbi müayinəsinin keçirilməsindən narahat olmağa ehtiyac yoxdur: “İstənilən məhkumun, istintaq altında olan şəxsin tibbi müayinəsinin keçirilməsi təmin edilməlidir. Müvafiq qurumlar da bunu həyata keçirir və bu alqışlanmalıdır. Bəzən bizə məhbuslardan müraciət olur ki, səhhətimdə problem var, lakin müalicəm, müayinəm həyata keçirilmir. Biz isə müdaxilə edib maraqlananda məlum olur ki, orada müəyyən növbəlilik var. O baxımdan bəzən bir qədər gözləməyə ehtiyac olur. Təbii ki, bu, təcili tibbi təxirəsalınmaz hərəkətlərə aid deyil. Ümumi müayinədən söhbət gedir. Sizin sualınızda adını çəkdiyiniz şəxslərin də tibbi müayinədən keçirilməsi əslində müsbət addımdır. Burada başqa hər hansı problem axtarmağa dəyməz”.
- Həkimin burnuna yumruq vurdu... 6 AY HƏBS
29 oktyabr 2024 18:28
- Bu gün Özbəkistanda parlament seçkiləri KEÇİRİLİR
27 oktyabr 2024 11:19
- Kazanda İlham Əliyevlə Paşinyanın görüşü keçirilir
24 oktyabr 2024 15:43
- Həkimlərin əməliyyat masasında qoyub qaçdığı Nəzakət Məmmədova: Əri onu hər gün döyürdü
23 oktyabr 2024 01:45
- Məktəbdə DİZ ÇÖK-məyən şagirdi ŞİKƏST ETDİLƏR - FOTO
21 oktyabr 2024 17:44
- Moldovada prezident seçkiləri və referendum keçirilir
20 oktyabr 2024 18:17
- Şuşada 32 il sonra ilk körpə dünyaya gəlib
20 oktyabr 2024 14:01
- MÜHÜM XƏBƏR - Azərbaycanda ehtiyatda olan hərbçilər orduya ÇAĞIRILDI
19 oktyabr 2024 10:04
- Məhkəmə QƏRARI : Yeznəsini ANLAQSIZ VƏZİYYƏTDƏ ÖLDÜRÜB ))
14 oktyabr 2024 16:01
- Bu makaronu QƏTİYYƏN yeməyin - Çox zərərlidir
13 oktyabr 2024 10:53
- İsraildə İrana casusluq edən azərbaycanlı ər-arvad həbs olundu
31 oktyabr 23:11
- Məmurlar bir araya gəldi - Prezidentin tapşırıqları çatdırıldı
31 oktyabr 21:50
- Hikmət Həsənovun köməkçisinə hökm oxundu - FOTO
31 oktyabr 19:57
- Urmiyada beş məhbusun barmaqları kəsiləcək
31 oktyabr 19:47
- Tağı Əhmədovun hakim oğlu CƏZALANDIRILACAQ - Məhkəmə qərarı
31 oktyabr 14:50
- Şahin Bağırov aparat rəhbəri və idarə rəisi vəzifələrini onlara tapşırıb
31 oktyabr 14:28
- Rusiyanın təhvil verdiyi şəxs məşhur biznesmen imiş... - ŞOK DETALLAR
31 oktyabr 14:22
- İqlim dəyişikliyi və COP29: Elm və əməkdaşlıq dünyanı xilas edəcək!
31 oktyabr 14:15
- Ərdoğandan Öcalana edilən çağırışa reaksiya
31 oktyabr 13:38
- Planetar düşüncəli lider…
31 oktyabr 13:29
- Beynəlxalq axtarışa verilən 5 şəxs Azərbaycana gətirildi
31 oktyabr 13:15
- Dünya fəlakətlə üz-üzə - Rusiya nüvə DÜYMƏSİNƏ BASIR!
31 oktyabr 12:09
- SAYT rəhbəri həbs edildi
31 oktyabr 11:59
- Prezident yeni səfirin etimadnaməsini QƏBUL ETDİ - FOTOLAR
31 oktyabr 11:42
- Rusiya qalib gəldi - Zelenski
30 oktyabr 23:19
- Dörd nəfər onu axtarmağa gedəndə həlak olmuşdu...
30 oktyabr 23:05
- Ramiz Mehdiyev qabağa getməyə qoymurdu - Deputatla MÜSAHİBƏ
30 oktyabr 20:50
- Ərdoğandan müsəlman ölkələrinə ÇAĞIRIŞ
30 oktyabr 18:20
- Azərbaycanda 300-ə yaxın ömürlük məhbus var
30 oktyabr 17:47
- İsrail Prezidenti Bakıya gəlir
30 oktyabr 15:24
- Nə istəyirsiz məndən? Əl çəkin! Mənə kim cinayət işi açır? - Ramiz Mehdiyev
30 oktyabr 15:19
- Nyuton qanununun tərtibində səhv AŞKARLANDI
30 oktyabr 14:00
- Azərbaycanda ATATÜRK adına qoyulan QADAĞA götürüldü
30 oktyabr 13:22
- Müəllimə qarşı ittiham sübuta yetirildi - 7 il 6 ay HƏBS !
30 oktyabr 13:10
- Rusiya və Ukrayna danışıqlara başladı - Tarixi razılaşma!
30 oktyabr 11:11
- Prezident Nəsimidə yeni salınan parkda yaradılan şəraitlə tanış oldu (FOTO)
30 oktyabr 10:56
- Azərbaycana mal-qara gətirən DANA MONOPOLİYASININ başında duran Ramazanov, Laçınlı Dadaş kimdir?
30 oktyabr 10:18
- Talıbovlara bağlı daha bir şirkət ləğv olunur
30 oktyabr 09:58
- Xurmanın orqanizmimizə faydaları
30 oktyabr 09:34
- Daha heç kimdən icazə almırıq - Ərdoğan
30 oktyabr 09:14