DTK-nın ən qəddar generalı – o, Andropovu da susdurmağı bacarıb
Yüksək ranqlı məmurlar arasında o, yeganə şəxslərdən biri olub ki, istədiyi vaxt, əvvəlcədən planlaşdırılmamış baş katibin həm mənzilinin, həm də bağ evinin qapısını döyməyə ixtiyarı çatıb. Bu səlahiyyəti Georgi Sinyevə Leonid Brejnev şəxsən verib. Onu baş katibin ailəsi ən yaxın adam kimi qəbul ediblər, elə Sinyev də Brejnevin evində özünü ev sahibi kimi hiss edib.
Şəxsi münasəbətlərlə yanaşı Sinyev siyasi elitada da özünü birincilərin arasında lider kimi aparıb. Hətta səlahiyyətlərinə aid olmayan məsələlərə müdaxilə edib, vəzifə ranqına görə özündən yüksək olanlara irad tutmaqdan, göstəriş verməkdən çəkinməyib. İstər Kreml məmurları, istərsə də ayrı-ayrı ittifaq miqyaslı qurumların rəhbərləri Sinyevlə ehtiyatla davranıblar. Araşdırmaçıların qənaətinə görə Yuri Andropovun özü də müavini olduğu ordu generalı Georgi Sinyevdən çəkinib.
Maraqlıdır, Sinyevi bu qədər “qüdrətli” edən nə olub?
Qeyd edək ki, Brejnevdən bir yaş kiçik olan Sinyev 1907-ci ildə Dnepropetrovskda anadan olub. Baş katiblə eyni ali məktəbdə, Denpropetrovsk Metallurgiya İnstitutunda təhsil alıb, daha sonra onunla eyni müəssisədə, metallurgiya zavodunda işləyib. Partiya orqanlarında da eyni vaxtda, eyni komitədə, Dnepropetrovsk vilayət Partiya Komitəsində işə başlayıblar. Sinyev Brejnevin tabeliyində işləyib.
Köhnə dostları müharibə ayırıb. Sinyev müharibə illərində Kalinin, Ukrayna, Belarusiya hərbi dairələrində xidmət edib. O, Brejnevdən fərqli olaraq müharibədən sonra partiya işinə qayıtmayıb, Voroşilov adına Ali Hərbi Akademiyada təhsilini artırdıqdan sonra fəaliyyətini hərbçi kimi davam etdirib.
1954-cü ildən Sinyev hərbi strukturdan dövlət təhlükəsizliyi orqanlarına keçib. 1958-ci ildə SSRİ DTK-sının hərbi institutuna rəhbərlik edən Sinyev sonralar DTK-da 3-cü, 2-ci idarələrin rəisi vəzifəsində işləyib. Brejnev hakimiyyətə gəldikdən sonra Sinyev DTK-da əsas simalardan birinə çevrilib, ordu generalı rütbəsi alaraq əvvəlcə DTK sədrinin müavini, daha sonra birinci müavini vəzifəsinə təyinat alıb.
Georgi Sinyev hədsiz dərəcədə kobud, sərt, qəddar adam olub. Vəzifə ranqına baxmayaraq o, istənilən adamı istədiyi anda təhqir etməyi özünə eyib saymayıb. Müşavirələrdə onun təkliflərinə, hansısa bir məsələyə bildirdiyi münasibətə qarşı heç kim söz demək iqtidarında olmayıb. Hətta bəzi məqamlarda Yuri Andropovun özü belə Sinyevin kobudluğu qarşısında susmaq məcburiyyətində qalıb.
General təkcə DTK əməkdaşları arasında deyil, dövlət məmurları arasında da hökmranlığını nümayiş etdirib. Bunun səbəbi təkcə onun Brejnevlə yaxınlığı olmayıb, onun həm də DTK-da dövlət məmurlarının danışıqlarına qulaq asmaq, lazım olanda istənilən bir şəxsin kabinetinə, mənzilinə xüsusi audio-video qurğular yerləşdirmək səlahiyyəti olub. Bu səlahiyyəti ilə Sinyev Kreml məmurlarını gərginlik içərisində saxlamağa nail olub.
Hələ Semiçastnı DTK sədri olanda Sinyevi kobudluğuna, yeri gəldi-gəlmədi özünə aid olmayan işlərə müdaxilə etdiyinə görə vəzifəsindən uzaqlaşdırmaq istəyib, ancaq Brejnevin məsələyə qarışması hamını susdurub və bir daha sübut olunub ki, Sinyevə baş katib tərəfindən qeyri-rəsmi “toxunulmazlıq” statusu verilib.
Sinyevin DTK sədrinin birinci müavini kimi fəaliyyəti haqqında Kremlin baş həkimi (SSRİ Səhiyyə nazirliyinin 4-cü idarəsinin rəisi) Yevgeni Çazovun xatirələrində maraqlı açıqlamalar var:
“Mənim Yuri Andropovla rəsmi münasibətdən daha çox, dostluq əlaqələrim olub. Andropov öz işini bilən, münasibətləri tənzimləməyi bacaran və bunlarla yanaşı prinsipial bir şəxs idi. Amma buna baxmayaraq xidməti fəaliyyətində problemsiz də deyildi. Onun ən böyük problemi müavinləri idi. Xüsusilə də Georgi Sinyev. Brejnevlə Sinyevin arasında olduqca yaxın dostluq münasibətləri hökm sürürüdü. DTK-nın bəzi məsələlərini Sinyev birbaşa Brejnevlə müzakirə edirdi. Sözsüz ki, subardinasiyanın bu cür pozulması Andropovu ciddi şəkildə narahat edirdi. Amma o, Sinyevə qarşı mübarizə aparmırdı, əksinə, münasibətləri həmişə daha mehriban etməyə çalışırdı. Mən onu anlayırdım. Başqa çıxış yolu yox idi...”
1982-ci ildə Yuri Andropov DTK sədrliyindən çıxıb Mərkəzi Komitənin katibi vəzifəsinə gedəndə də yaxşı anlayıb ki, Sinyev DTK xətti ilə onun da bütün danışıqlarını, görüşlərini nəzarət altına alacaq. Andropov Sinyevdən çəkinib, qorxub ki, onun gələcəkdə baş katib olmaq arzusuna mane olsun.
Hətta Andropov baş katib kürsüsünə sahib olanda da Sinyevi vəzifəsindən azad edə bilməyib. Sinyevdə həm Andropov haqqında, həm də onun ətrafdakıları ilə bağlı kifayət qədər materiallar olub və o, istənilən vaxt istədiyi yüksəkçinlini çox kobud şəkildə ifşa edə biləcəyini Andropov yaxşı anlayıb.
Sinyev Andropov və Çernenkonun hakimiyyəti dövründə də öz vəzifə mövqeyini əvvəlki templə saxlamağı bacarıb. Mixail Qorbaçov hakimiyyətə gəldikdən altı ay sonra isə onu təqaüdə göndəriblər.
General vəzifəsindən uzaqlaşdırıldıqdan sonra da Brejnevin ailə üzvləri ilə əlaqələrini kəsməyib, ömrünün sonuna qədər baş katibin problemlər içində boğulan ailə üzvlərindən köməkliyini əsirgəməyib.
Ordu generalı Georgi Sinyev 1996-cı ildə, 89 yaşında vəfat edib.
İlham Cəmiloğlu,
Musavat.com
- Müdafiə Nazirliyinin generalı vəzifəsindən azad olundu - Yerinə təyinat
3 noyabr 2024 21:54
- Dünya fəlakətlə üz-üzə - Rusiya nüvə DÜYMƏSİNƏ BASIR!
31 oktyabr 2024 12:09
- Prezident pakistanlı generalı qəbul etdi - FOTO
28 oktyabr 2024 10:43
- Vanqa və Nostradamusdan qorxunc proqnoz: 2025-ci ildə...
27 oktyabr 2024 14:02
- Dünyada QADAĞAN OLUNMUŞ 5 FİLM ... - FOTO
27 oktyabr 2024 00:22
- Türkiyənin hərbi rəhbərliyi Azərbaycanda: generallar Bakıya niyə gəlib? VİDEO
24 sentyabr 2024 11:28
- Bakıdakı LƏNƏTlənmiş bina — Burada nikaha girənlər xoşbəxtlik tapmır? (FOTOLAR)
19 sentyabr 2024 12:50
- General Akif Çovdarov həbsdən çıxan kimi arvadını boşayıb: 69 hektar ərazidə balıqçılıq təsərrüfatı..
6 avqust 2024 13:29
- İranda polis generalı həbs olundu: MOSSADA çalışırmış - daha 20 həbs... (FOTO)
4 avqust 2024 18:52
- Xanlar Fətiyev haqqında sensasion faktlar: Sabiq deputat külli miqdarda vəsaiti ölkədən necə çıxarıb?
25 iyul 2024 16:12
- Tanınmış vəkil nitqini itirib - Ailəsi açıqladı
15 noyabr 22:32
- Nəzakət Məmmədovaya 13 illik həbs cəzası verildi – SƏBƏB VƏ TƏFSİLATI
15 noyabr 21:39
- Albaniya Parlamentinin sədri Azərbaycana GƏLDİ
15 noyabr 19:17
- Uşaq pornosu yayan azərbaycanlı saxlandı
15 noyabr 12:13
- Bu 5 qidanı yumaq olmaz – Mütəxəssislər xəbərdarlıq etdi
15 noyabr 11:57
- Prezidentdən Mahmud Abbasa təbrik məktubu
15 noyabr 11:18
- Prezident görüşlər keçirir - Fotolar - Yenilənib
14 noyabr 15:08
- Milli Məclisin üzvləri Şimali Kiprə səfər etdi - Fotolar
14 noyabr 14:27
- Bakı Apellyasiya Məhkəməsi Mikayıl İsmayılovun oğlunun şikayətinə baxacaq -Hakim Fuad Babayev
14 noyabr 12:53
- Bakcell - Ən Uğurlu Rebrendinq- mükafatına layiq görüldü
14 noyabr 11:58
- Azərbaycanda İLK : Bakıda ÖZƏL AEROPORT tikilir
14 noyabr 11:09
- İlham Əliyev BMT Baş Assambleyasının 79-cu sessiyasının Prezidenti ilə görüşüb
14 noyabr 10:34
- Azərbaycanlıların sevimli qidası şəkər xəstəliyi yaradır
14 noyabr 10:16
- Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi FUTBOL oynayarkən ÖLDÜ
13 noyabr 22:58
- ABŞ Polşada AES tikintisinə 1 milyard dollardan çox vəsait ayırıb
13 noyabr 22:33
- Azyaşlı xanəndə səsi ilə sammitdəki liderləri valeh etdi: MÖHTƏŞƏM GÖRÜNTÜLƏR
13 noyabr 22:12
- İlham Əliyev İranın vitse-prezidenti ilə görüşdü
13 noyabr 19:33
- Bakıda inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammiti keçirilir - İlham Əliyev tədbirdə iştirak edir
13 noyabr 12:45
- Yunanıstanın baş naziri Bakıda jurnalistlərə açıqlama verdi - FOTO
13 noyabr 10:51
- Ərdoğan: Uğurlu tədbirə və səmimi ev sahibliyinə görə İlham Əliyevi təbrik edirəm
13 noyabr 10:27
- Ərdoğan və xanımı Prezidentin ailə üzvləri ilə görüşdü (FOTOLAR)
12 noyabr 22:17
- Prezident Böyük Britaniyanın Baş naziri ilə görüşdü
12 noyabr 21:57
- Azərbaycanlı general və şəriki tərliklə 10 milyonlarla pul -yuyub
12 noyabr 18:58
- Azərbaycanda Konstitusiya Günüdür
12 noyabr 17:14
- Şəfəq Günəş Elektrik Stansiyasının TƏMƏLİ QOYULDU
12 noyabr 14:32
- Prezident Ərdoğan və xanımını belə qarşıladı - FOTO
12 noyabr 12:58
- 11 günümüz var, 100 milyardlarla dollar... - Babayev
12 noyabr 12:03
- Nə olur olsun, burada ev almalıyam - Abel Məhərrəmov - VİDEO
12 noyabr 11:16
- Baba Pünhanın qızı: Mirşahin atamın üstünə gəlmişdi ki... - Müsahibə
11 noyabr 20:52
- Prezident İlham Əliyev BMT-nin Baş katibi ilə görüşüb
11 noyabr 18:57