Sumqayıtın icra başçısı Zakir Fərəcovun milyonlarını mənimsədiyi naəlac iş adamlarından, Prezidentə ŞOK MÜRACİƏT
“Cənab Prezident! Köməyinizə ehtiyacımız var, başçı bizi işlədib, pulumuzu vermir!”
Artıq neçənci dəfədir ki, Sumqayıtın ən gözəgəlimli yerlərində apardıqları abadlıq və yenidənqurma işlərinin ödənişləri ilə əlaqədar, İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla aralarında yaranan və uzun müddətdir davam edən səs-küylü milyonlarla borc qalmaqalı ilə bağlı, bir qrup iş adamı tərəfindən, müxtəlif vaxtlarda, ölkə başçısına və əlaqədar dövlət qurumlarının rəhbərlərinə, hətta beynəlxalq təşkilatlara belə kəskin şikayət xarakterli Müraciət və şikayət ərizələri ünvanlanıb. Təxminən 8 milyon manatlıq borcun bu günə qədər ödənilməməsi, üstəlik, sahibkarların təhdid və təqib olunması barədə, ölkə mediasında, eləcə də, araz.az xəbər portalında geniş məlumat verilsə də, rəsmi qurumlar hələ məsələyə hüquqi qiymət verməyə tələsmirlər. Bir sözlə, şahidi olduğumuz və getdikcə daha kəskin xarakter alan səngiməyən etirazlara məhəl qoyan tapılmır ki, tapılmır. Xətrinə dəyənin tapılmaması səbəbindən, başda duran əsas günahkarın — icra başçısı Zakir Fərəcovun da, dünya vecinə deyil.
İş adamları Vüsal Qəribov, Miribrahim Məmmədov, Vüqar Abbaszadə, Nəsib Nəsibov, Rasim Cəfərov, Elnur Həsənov, Aruz Yusifov, Mirhüseyn Məmmədov, Hümmət Qasımov, Murad Nəsibov, İslam Əliyev, Zamiq Qasımov, İlham Məmmədov, Taleh Seyidov, Çingiz Mansurov, Oruc Məmmədov, Emil Muradov, Şahin Cəfərov, Əkbər Abbasov, Abulhüseyn Şirinov, Ağamməd Şəmiyev, Pərviz Abbaszadə, Vilayət Qacarov, Müqayis Verdiyev,
Azad Süleymanov… tərəfindən ölkə rəhbərinə və digər əlaqədar dövlət qurumlarının rəhbərlərinə ünvanlanan, eləcə də, araz.az-ın redaksiyasına göndərilən sonuncu şikayət xarakterli Müraciət, yazının sərlövhəsində xüsusi olaraq qeyd olunduğu kimi, doğrudan da, şok effekti yaradır. Onlar bildirirlər ki, uzun müddətdir haqqları olan halal pullarını icra başçısı Zakir Fərəcovdan ala bilmirlər və buna görə, ölkə başçısından kömək istəyirlər: “”Cənab Prezident! Köməyinizə ehtiyacımız var, başçı bizi işlədib, pulumuzu vermir!”.
Yeri gəlmişkən, qeyd edək ki, təxminən 430 nəfərə yaxın sahibkar və işçinin haqqı olan həmin məbləğin icra başçısı tərəfindən qəsdən ödənilməməsi, həmin pulların mənimsənildiyindən xəbər verir. Bir də ki, dövlət büdcəsindən ayrılan bu boyda maddi vəsaitin, işlərini alqışalayiq səviyyədə görənlərə verilməməsinin başqa adı yoxdur. Elə, bununla əlaqədar olaraq da, sahibkarlar və işçilər, növbəti dəfə, ölkə rəhbərinə üz tutmağa məcbur olublar. Və bildirirlər ki, artıq, illərdir ki, haqqları olan pullarını icra başçısı Zakir Fərəcovdan ala bilmirlər. Sahibkarlar onu da deyirlər ki, bununla əlaqədar, dəfələrlə, icra başçısı və onun müavinlərinin yanında olublar. Lakin, hər dəfə bir bəhanə ilə, Zakir Fərəcov məsələdən boyun qaçırıb: “Biz, Zakir Fərəcovdan əlavə nəsə istəmirik. Öz haqqımız olan pulumuzu tələb edirik. Lakin, hər dəfə, bizi ya təhdid edir, ya yola verməyə çalışır, ya da, borcun 30 faizinin ona bağışlanmasını tələb edir. Bir icra başçısının dövlətin bu qədər pulunu mənimsədiyi az deyil, üstəlik, gördürtdüyü işin pulundan pay istəməsi, nəinki qanunsuzluq, həm də hüquqi məsuliyyətdir. Zakir Fərəcov kimə və ya kimlərə arxayındır bilmirik?! Ancaq, onu bilirik ki, bu adam nə qanun sayır, nə qayda bilir, nə də, onun kimsədən qorxusu var. Əgər belə olmasaydı, dövlətin pulunu asanlıqla mənimsəyib, bizə yaratdığı borcunu qaytarardı”.
İş adamları daha sonra qeyd edirlər ki, onlar bütün imkanlarından yararlanaraq, pullarını almağa çalışırlar. Onların sözlərinə görə, bunun üçün, bütün barışıq təkliflərindən istifadə edir, ödənişlərin heç olmsa hissə-hissə həyata keçirilməsini istədiklərini qeyd edirlər. İcra başçısı isə, bunu qəbul etmir: “Cənab Prezident! Biz, dəfələrlə, Zakir Fərəcovun qəbulunda olmuşuq. Hər dəfə, bizi, öz halal pulumuzu istədiyimizə görə, təhdid edib. Deyir ki, əgər puldan imtina etməsək, bizi həbs etdirəcək. Son dövrlər isə, bu məsələni elə bir həddə çatdırıb ki, Sumqayıt şəhərinə nəinki işlə bağlı, hətta yaxınlarımızı belə ziyarət etməyə getməyə risk etmirik. Çünki Zakir Fərəcov Sumqayıta ayaq basacağımız təqdirdə, hamımızı həbs etdirəcəyi ilə hədələyib. Biz hüquqi bir ölkədə yaşayırıq. Bir icra başçısının özünü bu qədər qanundan üstün bilməsi, özbaşınalıqla məşğul olması, sahibkarı, işçini həbslə hədələməsi onun əndazələri aşmasının, qanunları saya salmamasının təzahürüdür. Bunun başqa adı yoxdur. Biz cəngəllikdə yaşamırıq. Şükür Böyük Allaha ki, Sizin sayənizdə, güclü və hüquqi bir dövlətdə yaşayırıq. Məhz Sizin rəhbərliyiniz sayəsində, ölkədə qanunçuluq, asayiş, əmin-amanlıqdır və bundan sonra da, belə davam edəcək. Zakir Fərəcovun isə, özünü harada hiss etməsi çox maraqlıdır. Qanunları saya salıb, məhəl qoymadan, qorxusuz-hürküsüz dövlətin və sahibkarların bu qədər pulunu mənimsəməsi üçün, bir icra başçısı, ya özünə çox arxayın olmalı, ya kimsədən qorxub, çəkinməməli, ya da, hansısa bir toxunulmaz qüvvə tərəfindən güclü müdafiə olunmalıdır”.
Sahibkarlar daha sonra müraciətlərində xüsusi olaraq onu vurğulayırlar ki, hal-hazırda ölkədə həyata keçirilən çoxsaylı islahatlar nəticəsində, bir çox yeniliklərə imza atılıb, xeyli işlər görülüb. Onların sözlərinə görə, indiyə qədər cəzasız qalan məmurlar da, bu islahatlardan paylarını alacaqlar: “Möhtərəm Prezident! Siz, hər dəfə, məmurları qəbul edərkən, bu ölkənin, habelə iqtidarın adına ləkə gətirən icra başçılarına yerində xəbərdarlıq edirsiniz ki, qanunsuzluqla, özbaşınalıqla, fəhlənin haqqını yeməklə məşğul olan keçmiş icra başçıları layiqli cəzalarını alıblar və bundan sonra da, alacaqlar. Buna görə, Sizi alqışlayır və dəstəkləyirik! Həqiqətən də, ölkəmizdə, Sizin etimad göstərdiyiniz, lakin bundan sui-istifadə edərək, özbaşınalıqla məşğul olan, işçinin haqqını yeyən icra başçıları, məmurlar var. Onlar elə zənn edirlər ki, xan, bəy və ya ağadırlar. Hamıya yuxarıdan aşağı baxırlar, xərac toplayırlar, dövlətin pullarını şəxsi vəsaitləri kimi mənimsəyirlər. Onlar o qədər öz hədlərini aşıblar ki, Sizin yürütdüyünüz siyasətə qarşı çıxır, vətəndaşları incidir, sahibkarların haqqını yeyir, əhaliyə zülm edirlər. Belə icra başçılarından biri də, Sumqayıtın icra başçısı Zakir Fərəcovdur. Düz 6 ildir, Sizin bəyənib: “Qısa müddətdə bu işləri görmək möcüzədir!” — dediyiniz həmin möcüzəni reallığa çevirən biz sahibkarların pullarını vermir. Bu azmış kimi, bizi hədələyir, təhdid edir və min bir bəhanə ilə, pulu qaytarmaq istəmir. O təkcə bizim deyil, daha neçə-neçə iş adamlarının da haqqını mənimsəyib. Hətta onların arasında, xarici iş adamları da var. Biz əminik ki, Siz, Zakir Fərəcovla bağlı ölçü götürəcək, onun layiqli cəza almasını təmin edəcəksiniz”.
İş adamları onu da qeyd edirlər ki, indiyə qədər etdikləri müraciətlərin bəzi təsirləri olsa da, bu, hələ, onların problemlərinin həllinə kömək etməyib: “Şikayət ərizələrimizdən sonra, Zakir Fərəcov tərəfindən bizimlə əlaqə yaradıldı. İcra Hakimiyyətinin şöbə müdiri Gündüz Əliyev bizi görüşmək üçün dəvət etdi. 23 fevral, 2022-ci il tarixində, təxminən saat 14.30 radələrində, Şəhidlər Xiyabanında Gündüz Əliyevlə görüş baş tutdu. Oradan İcra Hakimiyyətinə getdik və Zakir Fərəcovla görüşdük. Görüş zamanı Zakir Fərəcov ilkin ödəniş ediləcəyini və bizdən, yaranmış borcların tam ödənilməsi barədə, ərizə yazmağımızı xahiş etdi. Bildirdi ki, Prezident Administrasiyasından onu çox sıxdıqları üçün, bu ərizə ona çox vacibdir. Gündüz Əliyev də, görüşdə iştirak edirdi. Biz bu xahişi qəbul edə bilməyəcəyimizi bildirdik. Xeyli söhbətdən sonra, müqəddəs kitabımız “Qurani-Kərim”ə əl basaraq, and içdilər ki, ərizə veriləndən sonra, ilkin ödəniş olacağını, 24 fevralda isə, qalan borcun ödəniləcəyini bildirdilər. Biz, bu dəfə də, Zakir Fərəcovun yalanlarına inandıq. Borcun ödənilməsi barədə, ərizə də yazıb, təqdim etdik. Bundan sonra, ödəniş edilməsi üçün, başçı bizi İcra Hakimiyyətinə dəvət etdi. Gündüz Əliyev iş otağında 2.900.000 (iki milyon doqquz yüz min) manat borca görə, ilkin olaraq, 10.000 (on min) manat pul verdi. Buna narazılığımızı bildirdik. Gündüz Əliyev narahat olmamağımızı, 24 fevralda qalan borcun hamısının ödənilməsini, həmçinin “MuğanBank”ın qarşısındakı parkda fontan quraşdırılması üçün də, 50.000 (əlli min) manat pul ödəniləcəyini və parkda abadlıq işlərini də, tamamlamağımızı xahiş etdi.
Yeri gəldi deyə, onu da qeyd etmək istəyirik ki, Zakir Fərəcovun yaxını olan, arada bizə ödənişləri həyata keçirən Gündüz Əliyevin barəsindəki cinayət işi də, hazırda Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılır. Gündüz Əliyev bizə bildirdi ki, vəsait Zakir Fərəcov tərəfindən tam ödəniləcəkdir. Biz, bu dəfə də, onlara inanaraq, razılaşdıq və verilən pulu götürdük. 24 fevralda, nə qədər zəng vursaq da, telefonlarımıza cavab verən olmadı. Biz, artıq, Zakir Fərəcovun yalanlarından və oyunlarından bezmişik. Respublikanın ən böyük şəhərindən birinə başçılıq edən bir insana, necə inanmayasan?! Bu qədər yalanlar danışan, sözünə əməl etməyən, yaratdığı problemlərlə üz-üzə qalan insanların taleyi ilə oynayan başçı Zakir Fərəcovun oyunlarına, nə vaxtsa, son qoyulacağını böyük ümidlərlə gözləyirik. Onu da bildiririk ki, bizə dəymiş zərərin ödənilməsi barədə, ərizəmiz etibarsızdır, heç bir hüquqi qüvvəsi yoxdur. Çünki yuxarıda qeyd etdiyimiz kimi, əslində, bizə olan borc ödənilməmişdir. Biz, Zakir Fərəcovun yalan vədlərinə və borcun ödənilməsinə dair verdiyi vədlərə inanaraq, qeyd edilən ərizəni yazmağa məcbur olmuşuq. Bir də, onu demək istəyirik ki, ayrı-ayrı vaxtlarda, Zakir Fərəcov müəyyən ödənişləri, hazırda həbsdə olan və reket jurnalist kimi tanınan, “Gündəlik Bakı” qəzetinin Baş redaktoru Habil Vəliyev vasitəsi ilə, bizə göndərmişdir. Jurnalistin bu işlərə nə aidiyyatı olduğunu, hələ də, başa düşə bilmirik.
Sizdən xahiş edirik ki, gördüyümüz işlərin dəyərinin bizə ödənilməsi üçün, öz ciddi göstərişlərinizi verəsiniz! Axı, bu günə kimi, etdiyimiz müraciətlərə müsbət yanaşılsa da, indiyə qədər, problemimiz həll olunmamış qalıb. Lakin biz əminik ki, şikayətimiz Sizə çatdıqdan sonra, ona baxıb, lazımi göstərişlər verəcəksiniz. Çünki, Siz, hər zaman zəhmətkeş insanların, sahibkarların, işçilərin yanında olmusunuz, onlara dəstək vermisiniz və onları hər zaman himayəniz altında saxlamısınız. Şübhəsiz ki, bu gözəl ənənə, bundan sonra da, davam edəcək. Ona görə də, Sizdən xahiş edirik ki, üzləşdiyimiz problemin aradan qaldırılmasında, yəni, illərdir halal haqqımız olan pulun Sumqayıtın icra başçısı Zakir Fərəcovdan alınaraq, bizə verilməsinə köməklik edəsiniz. Bizim Sizdən başqa güvənəcəyimiz kimsəmiz yoxdur. Və inanırıq ki, səsimizi eşidib, Zakir Fərəcov haqqında hüquqi tədbirlərin görülməsini təmin edəcəksiniz!”.
Bir daha qeyd edirik ki, Sumqayıtın icra başçısı Zakir Fərəcovla, bir qrup iş adamı arasında, artıq, 8-inci ilinə qədəm qoyan bu səs-küylü borc qalmaqalı, ölkə mətbuatının da, gündəmindən düşməyib, belə gedişlə, heç, düşənə də oxşamır. Daim diqqətimizdə olduğundan, bu ciddi məsələ ilə bağlı yazılar, araz.az-da da, daha çox özünə yer edib. Bu yerdə, əsasən, onu xüsusi olaraq qeyd etmək istəyirik ki, çoxsaylı şikayətlər əsasında yazdıqlarımızda bir məqam daha çox diqqət çəkib: Borc qalmaqalı ətrafında baş verənlər, həmişə, insanlıq əleyhinə yönələn hərəkətlər kimi xarakterizə olunub. Buna belə baxmayaraq, hay-küylə davam edən bu xoşagəlməz qalmaqalı yaradan əsas günahkarların xətirlərinə dəyən tapılmayıb. Bu isə, həmişə təəccüb yaradıb və beləcə, bu qalmaqal, necə deyərlər, öz axarı ilə davam edib. Açıq-aydın görünür ki, bu qalmaqal çox davam edəcək — “xəmir hələ çox su aparacaq”.
Bəli, bu qalmaqalda, iş adamları olmazın əziyyətlər çəkiblər. Onları belə bir aqibətlə üzləşdirənlər, təkcə başçı Zakir Fərəcov deyil, həm də, onun vəzifə başındakı əlaltıları hesab olunan Gündüz Əliyev, Adil Xudadatov, Hüseyn Həsənov… kimi harın məmurlardır. Bu biabırçı oyunda, Sumqayıtın “tender kralı” kimi özünü tanıdan Hümbət Məmmədxanovun əlinin olması isə, daha dəhşətlidir. Onların, zərərçəkən və incidilən iş adamları tərəfindən, ən ölçüyəgəlməz, qalmaqallı, rüşvətxor, saxtakarlıq yoluyla mənimsəmələrdə və ikrah doğuran dələduzluqda tayları-bərabərləri olmayan şəxslər kimi xarakterizə olunması, Vətən təəssübü çəkən hər kəsdə, məyusedici təəssüf hissləri də yaradır.
Əli HÜSEYN,
Nadir HƏSƏNLİ,
araz.az xəbər portalının xüsusi müxbirləri.
- 70 YAŞI KEÇƏN İCRA BAŞÇILARI - Siyahı
6 oktyabr 2024 14:38
- Leninə sui-qəsdi qardaşı törədib, Kaplan isə ölməyib - Sirr
6 oktyabr 2024 13:28
- 3 vəkili öldürülən, güllələnmə qərarı verilən Əhmədov - Foto
6 oktyabr 2024 13:23
- Tanınmış erməni jurnalistdən SENSASİON AÇIQLAMALAR - Əliyevə və Paşinyana müraciət edirəm...
6 oktyabr 2024 12:25
- 13 ildir Babəkin heykəlini qoymağa Bakıda YER TAPILMIR
5 oktyabr 2024 22:37
- Ağdamda da Müəllimlər Günü qeyd edildi - Fotolar
4 oktyabr 2024 20:16
- Laçın İcra Hakimiyyəti yarım MİLYONU görün nəyə xərcləyəcək - Bir sıra işlər...
4 oktyabr 2024 16:35
- Prezident və xanımı Cəbrayılda açılışda iştirak etdilər
4 oktyabr 2024 13:08
- Ona Zəngilanda vəzifə verildi
3 oktyabr 2024 22:10
- Zakir Qaralovun əmisi qızına yeni vəzifə verilib
3 oktyabr 2024 13:36
- Azərbaycanın GÜLLƏ atıcısı DÜNYA ÇEMPİONU oldu
07 oktyabr 00:03
- Düntada ən yüksək MAAŞ alan dövlət rəhbərləri - SİYAHI
06 oktyabr 23:20
- Ürək və qan damarlarını gücləndirən giləmeyvə açıqlandı
06 oktyabr 22:59
- Robert Köçəryan azərbaycanlı Məmməd Məcidovun doğma oğludur – ŞOK FAKTLAR
06 oktyabr 22:39
- Hərbçimiz KƏSKİN ÜRƏK və AĞCİYƏR ÇATIŞMAZLIĞINDAN vəfat edib
06 oktyabr 21:43
- Bu ölkədə doğulan uşaqların 65 faizi nikahdankənar dünyaya gəlib - Bəs. Azərbaycanda ?
06 oktyabr 21:13
- Mayis Bərxudarov vəzifəsindən azad edildi
06 oktyabr 15:48
- 70 YAŞI KEÇƏN İCRA BAŞÇILARI - Siyahı
06 oktyabr 14:38
- Obama oktyabrın 10-da Harrisin seçki kampaniyasına qoşulacaq
06 oktyabr 14:12
- Leninə sui-qəsdi qardaşı törədib, Kaplan isə ölməyib - Sirr
06 oktyabr 13:28
- 3 vəkili öldürülən, güllələnmə qərarı verilən Əhmədov - Foto
06 oktyabr 13:23
- Mən hara, rayon hara? - 2 mindən artıq müəllim yeri 3 ildən artıqdır niyə seçilmir?
06 oktyabr 12:40
- Tanınmış erməni jurnalistdən SENSASİON AÇIQLAMALAR - Əliyevə və Paşinyana müraciət edirəm...
06 oktyabr 12:25
- 13 ildir Babəkin heykəlini qoymağa Bakıda YER TAPILMIR
05 oktyabr 22:37
- Bakıda 22 il əvvəl 13 yaşlı qızı öldürənlər tutuldu - Biri ANA-SIDIR
05 oktyabr 22:23
- Azərenerji-nin BABA-sına ŞİDDƏTLİ TÖHMƏT - RƏSMİ
05 oktyabr 15:34
- Deputat - İçəri Şəhərə giriş PULLU OLSUN - SƏRT CAVAB
05 oktyabr 14:05
- Onlara Prezident təqaüdü veriləcək - Siyahı
05 oktyabr 13:37
- Komitə sədrinin müavini - Cərimələri artırmaqla büdcə doldurmaq yanlış iqtisadi üsuldur
05 oktyabr 12:33
- Prezident ailəsi film təqdimatında - Fotolar
05 oktyabr 11:43
- Zəncəfil, sarımsaq və limon qarışımının nələrə qadir olduğunu bilirdinizmi?
05 oktyabr 10:48
- Bu gün Beynəlxalq Müəllimlər Günüdür
05 oktyabr 10:29
- COP29 tədbiri ilə bağlı Bakıda toylar QADAĞAN OLUNACAQ ?
04 oktyabr 22:07
- Putinin şəxsi həyatı və övladları - yeni rezonans doğuran ARAŞDIRMA
04 oktyabr 21:55
- Ağdamda da Müəllimlər Günü qeyd edildi - Fotolar
04 oktyabr 20:16
- Tanınmış həkim generalın klinikasını məhkəməyə verdi - Əmək haqqı tələb edir
04 oktyabr 19:08
- Mürsəl İbrahimov Qaradağın VOYENKOM-unu İŞDƏN ÇIXARDI
04 oktyabr 17:53
- Laçın İcra Hakimiyyəti yarım MİLYONU görün nəyə xərcləyəcək - Bir sıra işlər...
04 oktyabr 16:35
- Əhaliyə at əti satanlar tutuldu - Fotolar
04 oktyabr 14:53
- Cəlilabadda 4 KİSƏ NOXUDA görə 2 fəhləyə 2 İL 5 ay 26 gün + 2 İL 2 ay 28 gün CƏZA
04 oktyabr 13:42