Marketlərdə satılan bu yağlar ömrü qısaldır - Bir çox ölkələrdə satışı qadağan olunub
![](https://www.nuh.az/uploads/posts/2024-07/thumbs/big_1720386420_yoqk.jpeg)
Yağ insan orqanizmi üçün enerji mənbəyi hesab olunmaqla yanaşı, eyni zamanda vacib və kimyəvi tərkibi doymamış, keyfiyyətli yağ turşularından ibarət olan qida məhsuludur. Yağın insan orqanizminə təsiri, xüsusilə də yeniyetməlik və gənclik dönəmində, inkişaf prossesində olan orqanizmdə daha çox rol oynayır. Bu müddətdə qəbul olunan yağların keyfiyyəti insanın immun sisteminin güclənməsində, həzm sisteminin, qan dövranının normal olmasında, eyni zamanda da mərkəzi beyin sisteminin funksiyasının düzgün inkişaf edib çalışmasında çox böyük rol oynayır. Xüsusilə də heyvan mənşəli olduğu üçün tərkibindəki zülal, yağ nisbəti, eyni zamanda doymamış yağların olması insan orqanizmində enerji mənbəyidir”
Bunu Moderator.az-a açıqlamasında Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib. O daha sonra əlavə edib.
![](https://ssl.moderator.az/file/articles/2024/07/08/1720382817_whatsapp-image-2024-07-08-at-00.02.10.jpeg)
“Bu gün satışda keyfiyyətsiz kərə yağı altında satılan yağlar var ki, bunları mütləq şəkildə alarkən diqqət edəcəyimiz bir çox məqamlar var ki, onlara baxmalıyıq. Birinci növbədə nəzərə almalıyıq ki, yağ mövsümə görə dəyişərək 20-25 litr süddən əldə edilir. Südün qiymətini nəzərə alsaq, yağın əmələ gəlməsində qiymətin ucuz olması ilk növbədə şübhəli hal kimi dəyərləndirilməlidir. Digər bir məqam da ondan ibarətdir ki, mütləq şəkildə etiket qaydalarına riayyət etmək lazımdır. Yaxşı olar ki, çəki ilə satılan, markasız məhsullar risk mənbəyi olduğuna görə onlardan uzaq durasınız. Mənşəyi bəlli olan qida məhsulu almaq lazımdır. Bunları alarkən diqqət edəcəyimiz etiket məlumatlarının düzgün olması, üzərində istehsalçı markanın adı, ünvanı, mümküdürsə qaynar xətti, tərkibindəki həqiqətəndə inək südündən əldə olunduğu haqqında məlumat olmalıdır. Rənginin bəzən açıq sarı, bəzən sarı olmasının əsas səbəbi odur ki, yaz-yay mövsümündə heyvanlar daha çox təzə, yaşıl otla qidalandığı üçün yağın rəngi daha tünd sarı ola bilər. Əgər kəskin, süni şəkildə sarıdırsa bu onun rəngləndirici, boya vasitələri ilə boyandığının göstəricisidir. Biz ev üsulunda da yağın keyfiyyətli olub-olmadığını yoxlaya bilərik. İsti suda az miqdarda yağı əritdikdə, əgər bir parça halında tez əriyirsə bu keyfiyyətli yağdır. Əgər hissələrə bölünürsə, yumru-yumru topa şəkilində qalırsa, bu onun keyfiyyətsiz olduğunu göstərir. Təbii kərə yağı insan bədən temperaturunda artıq əriməyə başlayır. Əlimizin yaxud da dilimizin üstünə qoyduqda dərhal əriyirsə, ağzımızda xoşagələn dad qalırsa bu onun keyfiyyətli olduğunun göstəricisidir. Əgər gec əriyirsə, ağızda xoşagələn daddan əlavə acılıq varsa, bu onun keyfiyyəsiz yağ olduğunu göstərir. Eyni zamanda kərə yağını tavada isidərkən köpüklənirsə, daha ağ rəngə çalırsa, bu onun tərkibinin təbii süddən ibarət olduğunu göstərir. Ancaq hər hansısa bir köpüklənmə yoxdursa, olduğu kimi əriyirsə bu da keyfiyyətsiz olduğunu göstərir. Keyfiyyətli kərə yağını otaq temperaturunda uzun müddət saxladıqda, o olduğu formanı saxlayır və yumşalır. Keyfiyyətsiz yağ isə əriməyə başladığı andan ətrafa su şəkildə ayrılır, fərqli rənglər ortaya çıxırsa bu onun keyfiyyətsiz yağ olduğunu göstərir. Saxta kərə yağlarının hazırlanmasında spred, bitki yağları, marqarindən istifadə olunur ki, bunlar insan orqanizmində bədən temperaturunda ərimədiyi, eyni zamanda həzm olunmadığı üçün damarlarda yığılıb qalır ki, bu da ürək-damar xəstəliklərinin yaranmasına gətirib çıxarır. Xüsusilə də son illərdə Dünya Səhiyyə Təşkilatının açıqladığı məlumatlarda Azərbaycanda ürək-damar xəstəliyindən vəfat edənlərin sayının çox olması yağların keyfiyyətsiz olduğunun göstəricisidir. Bu gün satışda olan əksər şirniyyat məmulatlarında, un məhsullarında bildiyimiz trans yağlardan və marqarindən istifadə olunur. Marqarin məhsulun daha gec xarab olmasını təmin edir. Buna görə də istehsalçılar marqarindən çox istifadə edirlər. Amma zərərlərinə görə bir çox ölkələrdə bu yağların satışı, istifadəsi qadağan olunub. Sağlamlığına dəyər verən insanlar bu kimi yağlardan istifadə etməsələr daha yaxşı olar. Nəzərə alsaq ki, gün ərzində insan orqanizmi 20-30 qram yağ qəbul etsə, bu onun üçün yetərlidir. Palma yağı tərkibli qidalar da var ki, bunlar da satışda var və kərə yağlarının tərkibinə qatılır. Bu da istehlakçıların aldadılmasına gətirib çıxarır” deyə Məhsəti Hüseynova deyib.
Oxşar xəbərlər
- 150 il öncə İran şahı Rusiya və Qafqaza belə baxırmış
15 iyul 2024 23:32
- Daşkəsənin yeni icra başçısı kimdir?
15 iyul 2024 22:03
- Nəcməddin Sadıkov üçün 6 dəst STƏKANA 21 MİN, 80 ədəd ÇAXIRAA 8 MİN MANAT vermişəm
15 iyul 2024 13:07
- Macarların türklərə sevgisinin səbəbi nədir? - Budapeştdən reportaj
15 iyul 2024 08:23
- Ürək sağlamlığı üçün ideal içki müəyyən olunub
15 iyul 2024 07:33
- Barəsində CM-nin 5-6 maddəsilə cinayət işi açılmış Gülnarə Bayramova müalicə adı ilə Türkiyəyə QAÇIB..
14 iyul 2024 23:47
- Nərimanovda dəhşətli cinayət: Satıcını İKİ MANATA GÖRƏ ÖLDÜRDÜ - VİDEO
14 iyul 2024 19:53
- Trampa qarşı sui-qəsd cəhdi: Özü yaralandı, iki nəfər öldü (FOTO/VİDEO)
14 iyul 2024 10:17
- Tramp mitinq zamanı GÜLLƏLƏNDİ - VİDEO
14 iyul 2024 09:39
- 3 məşhur həkim istefa verdi – Tibb Universitetində nə baş verir?
13 iyul 2024 18:46
Xəbər lenti
- Sabiq nazirin qızı da deputatlığa namizəd oldu
23 iyul 12:39
- Daha bir deputat seçki dairəsini dəyişdi
23 iyul 10:11
- Ziya Bünyadovun qatillərinin azadlığa buraxılmasına çalışanlar kimdir?
22 iyul 23:01
- Səfa Mirzəyev vəfat etdi
22 iyul 22:47
- Xalq artisti infarkt keçirdi
16 iyul 12:18
- Zakir Fərəcovun yalanlarından bezmişik - Sahibkarlar Prezidentdən və Birinci Vitse-Prezidentdən kömək istəyir
16 iyul 11:44
- Çörəyin içindən milçək çıxdı (FOTO)
16 iyul 11:08
- Gəncədə kişinin gözünü çıxardılar - 6 il HƏBS
16 iyul 10:44
- Günə bir stəkan su ilə başlamağa - 5 səbəbiniz var
16 iyul 09:57
- 150 il öncə İran şahı Rusiya və Qafqaza belə baxırmış
15 iyul 23:32
- Daşkəsənin yeni icra başçısı kimdir?
15 iyul 22:03
- Səyyad Aran və Siyavuş Heydərov vəzifədən azad edildi
15 iyul 21:51
- Prezidentdən yeni icra başçısı - Təyinatı
15 iyul 21:44
- Nəcməddin Sadıkov üçün 6 dəst STƏKANA 21 MİN, 80 ədəd ÇAXIRAA 8 MİN MANAT vermişəm
15 iyul 13:07
- İqbal Ağazadə namizəd olmayacaq? (AÇIQLAMA)
15 iyul 11:54
- Tehrandakı Səfirliyimiz yenidən açıldı - Fotolar
15 iyul 11:27
- Kamikadze restoranda özünü partlatdı
15 iyul 09:33
- Türkiyəni bu 3 ölkə əvəz edəcək: Rusiya hansı addımı atmağa hazırlaşır
15 iyul 09:13
- Macarların türklərə sevgisinin səbəbi nədir? - Budapeştdən reportaj
15 iyul 08:23
- Azərbaycanda minlərlə eşşək yoxa çıxıb - Heyvanların aqibəti necə olub?
15 iyul 07:40
- Ürək sağlamlığı üçün ideal içki müəyyən olunub
15 iyul 07:33
- Keçəlliyin çarəsi kal pomidor imiş...
15 iyul 00:56
- TƏKƏBBÜR ZƏİFLİK ƏLAMƏTİ, ATATÜRK QƏLƏBƏSİNİN TƏVAZÖSÜ
15 iyul 00:10
- Kafe sahibindən 200 min manat tələb edən şəxslər barədə qərar verildi
14 iyul 23:46
- Barəsində CM-nin 5-6 maddəsilə cinayət işi açılmış Gülnarə Bayramova müalicə adı ilə Türkiyəyə QAÇIB..
14 iyul 23:37
- Sui-qəsdə məruz qalmış ABŞ prezidentləri (SİYAHI)
14 iyul 21:20
- Deputat Ülvi Quliyev Nəsimi rayonuna İCRA BAŞÇISI təyin olunur
14 iyul 21:06
- Nərimanovda dəhşətli cinayət: Satıcını İKİ MANATA GÖRƏ ÖLDÜRDÜ - VİDEO
14 iyul 19:53
- Evə gələn zaman ayaqqabının içinə sabun qoyun – SƏBƏB
14 iyul 18:26
- Abdin Fərzəliyev Elmira Axundovaya Novxanıda torpaq hədiyyə etdi?- Bir milyon manatlıq obyekt tikilir-Fotofakt
14 iyul 16:26
Video & Fotoqalereya
Video
Fotoqalereya