Naxçıvanda Ali Məclisə və Nazirlər Kabinetinə ehtiyac yoxdur...

Naxçıvanda Ali Məclisin sədri daha “ali vəzifəli şəxs” sayılmaya bilər; muxtar respublikada yeni idarəçilik modeli nə vəd edir?
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının dəyişdirilməsinə hazırlıq gedir. “Yeni Müsavat” yazır ki, fevralın 20-də Ali Məclisin yaz sessiyasının növbəti iclasında “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” qanun layihəsi müzakirə olunub.
Rəsmi açıqlamada bildirilir ki, muxtar respublikada həyata keçirilən struktur islahatları, səlahiyyətli nümayəndəlik institutunun yaradılması, yeni idarəçilik qaydalarının tətbiqi, dövlət orqanlarının yenidən formalaşdırılması və qanunvericilik sisteminin təkmilləşdirilməsi kimi tədbirlər Naxçıvan Muxtar Respublikası Konstitusiyasında da dəyişikliklərin edilməsini zəruri edib. Hazırlanmış qanun layihəsi qeyd olunanları əhatə etməklə muxtar respublikada yeni idarəetmə modelinin tətbiqini nəzərdə tutur. Ancaq konstitusiyada nələrin dəyişəcəyi hələlik məlum deyil.
Bu mövzuda Modern.az-ın əldə etdiyi məlumata görə, Naxçıvan Konstitusiyasında ən vacib dəyişiklik Naxçıvan Ali Məclisi sədrinin xüsusi statusu ilə bağlıdır. Dəyişiklik əsasında Ali Məclisin sədrinin “ali vəzifəli şəxs” statusu ləğv edilə bilər. Ali Məclis sədrinin həm qanunverici orqana rəhbərlik etməsi, həm də ali vəzifəli şəxs olması birmənalı qarşılanmır. Dəyişikliklərdən sonra hüquqi problem aradan qaldırılacaq. Parlamentin Naxçıvandan seçilən üzvü Vüqar Rəhimzadə bir neçə gün əvvəl bildirib ki, yeni idarəçilik qaydalarının yaradılması muxtar respublikanın konstitusiyasında dəyişikliklər edilməsi zərurəti yaradıb. O deyib ki, hazırlanmış qanun layihəsi qeyd olunanları əhatə etməklə muxtar respublikada yeni idarəetmə modelinin tətbiqini nəzərdə tutur. “Konstitusiya və Suverenlik İli”ində həyata keçirilən bu islahat ölkəmizin ayrılmaz parçası olan Naxçıvanın daha da inkişafına xidmət edəcək".
Xatırladaq ki, Naxçıvan Ali Məclisinin sonuncu sədri Vasif Talıbov olub. O, 1995-2022-ci illərdə bu vəzifəni tutub. Naxçıvan Konstitusiyası da onun dövründə qəbul edilib. Talıbovun istefasından sonra onun yerinə heç kim seçilməyib. Ötən il sentyabrın 1-də keçirilən parlament seçkilərində Naxçıvan Ali Məclisi, demək olar ki, tam yenilənib. Ancaq seçkidən sonra da heç kim sədr postuna gətirilməyib. Konstitusiyaya dəyişiklik edilməsindən və Ali Məclis sədrinin səlahiyyətlərinin aydınlaşmasından sonra yeni sədrin seçiləcəyi gözlənilir. Lakin qanunvericiliyə ediləcək dəyişiklikdən sonra yeni sədrin ali şəxs statusu daşımayacağı xəbər verilməkdədir. O deməkdir ki, Ali Məclisin sədri postu formallıq təşkil edəcək, hətta portfelsiz vəzifəli şəxs sayılacaq. Bu dəyişikliklə Naxçıvanda ən yüksək statusa Prezidentin muxtar respublikadakı səlahiyyətli nümayəndəsi sahib olacaq. Hazırda dövlət başçısının Naxçıvanda səlahiyyətli nümayəndəsi Fuad Nəcəflidir. O, 2022-ci ilin dekabrından bu vəzifədədir.
V.Talıbovun istefasından sonra Naxçıvanda Prezidentin xüsusi nümayəndəsinin təyin olunması göstərdi ki, Ali Məclisin sədri postu prioritetliyini itirəcək. Konstitusiyaya dəyişikliklə bu məsələ rəsmiləşdirilə bilər. Onu da deyək ki, Naxçıvanda yerli icra hakimiyyətlərinin başçıları öz fəaliyyətləri haqqında ildə bir dəfədən az olmayaraq, Ali Məclisin sədrinə hesabat vermək tələbi də ləğv edilib. Bu iş Prezidentin səlahiyyətli nümayəndəliyinə həvalə olunub. Yəni icra başçıları Ali Məclis sədri qarşısında hesabatlı deyillər. Bu da sözügedən vəzifənin artıq simvolikləşməsindən xəbər verir. Həmçinin icra başçısının müavinini Ali Məclisin sədri ilə razılaşdırır, vəzifəyə təyin və ya azad edirdi. Artıq bu səlahiyyəti də ləğv edilib. Yeri gəlmişkən, fevralın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə 2025-ci il yaz sessiyasının ilk plenar iclası keçirilib. Vasif Talıbovun 2022-ci ildə Naxçıvan Ali Məclisi sədri vəzifəsindən istefa verməsindən sonra sədrin səlahiyyətlərini Bəxtiyar Məmmədov icra edir.
Fərəc Quliyev
Əslən Naxçıvandan olan siyasətçi, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, bütövlükdə ciddi islahatlara ehtiyac var. Partiya sədri vurğuladı ki, idarəetmədə həddən artıq mərkəzləşmə gedib və səlahiyyət bölgüsü kifayət qədər qəlizləşdirilib: “Söhbət təkcə Naxçıvandan getmir, ümumən Azərbaycanda biri-birinə ağırlıq yaradan qurumlar var. Ona görə də yalnız "ali vəzifəli şəxs" statusunun ləğvi ilə məhdudlaşmaq lazım deyil, Naxçıvanda Ali Məclisə və Nazirlər Kabinetinə ehtiyac yoxdur".
F.Quliyevin sözlərinə görə, Prezidentin Qarabağda da xüsusi nümayəndəsi var, amma orada Nazirlər Kabineti yoxdur: “Bu mənada, Naxçıvanda paralellik aradan qaldırılmalıdır və yuxarıda qeyd etdiyim qurumlar ləğv edilməlidir. Ümumiyyətlə, şişirdilmiş aparatların fəaliyyətinə son qoymaq lazımdır. Çünki paralel qurumlar həm də büdcəyə yükdür”.
Xəzər Teyyublu
Hüquq müdafiəçisi Xəzər Teyyublu dedi ki, konstitusiya dəyişikliyini gözləməyin tərəfdarıdır və indidən proqnoz verməyi tələskənlik sayır. Onun fikrincə, istənilən halda, Ali Məclis sədrinin “ali vəzifəli şəxs” statusunu itirməsi mümkündür və keçmiş sədr Vasif Talıbovdan sonra bu dəyişikliyin olacağı gözlənilirdi: “Ancaq bir çox islahatlar həyata keçirilməlidir. Naxçıvan yeni dövrə qədəm qoyur və Prezidentin səlahiyyətli nümayəndəsi Ali Məclis sədrindən daha üstün şəxs hesab olunacaq. Burada həm də təkrarçılığa son qoyulmasından söhbət gedir. Əgər xüsusi nümayəndə Fuad Nəcəfli prezidentin tapşırıqlarını icra edirsə, Ali Məclis sədrinin ayrıca statusuna ehtiyac yoxdur”. X.Teyyublu qeyd etdi ki, əgər Naxçıvana quru yolun açılması reallaşarsa, gələcəkdə muxtar respublika statusu da ləğv edilə bilər: “Hazırda Ermənistanla bu marşrutun işə düşməsi müzakirə edilir. Naxçıvan ekslavdır və 10 noyabr sənədinin 9-cu bəndi icra olunarsa, artıq muxtar respublika olmasına zərurət qalmayacaq. Hər halda, bu razılaşma gec-tez həyata keçiriləcək”.
- Azərbaycanda atların sayı niyə AZALIR?
6 aprel 2025 21:31
- AZƏRBAYCAN DİLİ DƏRSLİKLƏRİNİN MÜƏLLİFLƏRİNİN DİL BİLGİSİ ÇOX ZƏİFDİR
6 aprel 2025 14:31
- Ukrayna Rusiyanın başına OD ƏLƏYİR - strateji ZAVODLAR VURULDU, qırğın gedir
5 aprel 2025 15:23
- Axı niyə bir azərbaycanlı professor erməni çıxmalıdır - Elbəyi Həsənli Altay Göyüşovu suçladı
4 aprel 2025 21:25
- Bakıda Prezidentin iştirakı ilə iclaslar keçirildi
4 aprel 2025 19:41
- Azərbaycanda KOLLECLƏR lazımdırmı ?
31 mart 2025 01:41
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 2025 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 2025 23:56
- Ermənistanda seçkilər: Namizəd OĞURLANDI
30 mart 2025 21:36
- Şəxsi işimdir, hər şeyi açıqlamalıyam? - Xəstə olduğu deyilən Şeyx danışdı
30 mart 2025 17:27
- Ərdoğan Özgür Özeli məhkəməyə verdi
08 aprel 15:28
- Heydər Əliyev deyirdi, CİNАYƏTKАR cəzаsız qаlаndа, dövlət sаrsılır...
08 aprel 14:22
- SSRİ və ABŞ arasında ağlasığmaz rəqabət - Xruşov Ayda atom bombası partlatmaq istəyib
08 aprel 13:39
- 12 il Elm və Təhsil Nazirliyində işləyən TERRORÇU
08 aprel 12:19
- Netanyahu: Türkiyə ilə toqquşma istəmirik – Tramp: Ərdoğanla münasibətim əladır, problemi həll edə bilərəm
08 aprel 10:56
- Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar BU TARİXDƏ ödəniləcək
08 aprel 10:34
- Ağdaban faciəsindən 33 il ötür
08 aprel 00:39
- Xaçmazda MOLLА аrvаdını niyə ÖLDÜRDÜ - Qonşulаr dаnışdı - VİDEO
07 aprel 23:35
- Prezident onların vəzifədə olma yaş həddini artırdı....
07 aprel 23:17
- Keçmiş -kurort naziri- vəzifəsindən AZAD EDİLDİ
07 aprel 21:58
- 7 MİLYONU kənara qoyub 200 NƏFƏRİN pensiyasını müzakirə edirlər
07 aprel 20:59
- Prezident İlham Əliyev fərman imzaladı
07 aprel 20:14
- Ədalət Verdiyevə bəraət verildi
07 aprel 19:38
- Robot itlərə baxıcı axtarılır - İŞ RƏSMİDİR
07 aprel 18:06
- Nasistlər italiyalı partizanlara görə 1830 nəfəri güllələyiblər
07 aprel 15:59
- Almaniyada saxta -Türk viaqrası- qadağan edildi və İSTİNTАQ ...
07 aprel 15:35
- Sabah 31 dərəcə isti olacaq
07 aprel 15:17
- Bəxtiyar Vahabzadəni şantaj etdim - Flora Kərimova
07 aprel 14:45
- Türkiyə LİMON ixracını dayandırır
07 aprel 13:46
- Vahid Əhmədovun oğluna yeni vəzifə verilir
07 aprel 13:19
- Xaçmazda MOLLА аrvаdını boğaraq ÖLDÜRDÜ
07 aprel 12:43
- -Biz riskin tam ortasındayıq - Əkrəm İmamoğlu həbsxanadan daha bir MƏKTUB YAZDI
07 aprel 12:06
- Əmiraslanovdan -bu milli xəyanətdir- iddiası- ŞOK AÇIQLAMA
07 aprel 11:43
- Krediti olanlara ŞAD XƏBƏR - Bağlana bilər
07 aprel 11:26
- Suriya Prezidenti Türkiyəyə səfər edəcək
07 aprel 11:16
- Mərhum nazirin şirkətləri milyonluq tenderləri udmağa davam edir - RƏQƏMLƏR
07 aprel 10:50
- ANAMA-nın minaya düşən əməkdaşı şəhid övladı imiş - Foto
06 aprel 23:01
- Halal Zəhmət-in 21 manatlıq kolbasasından görün nə çıxdı?- VİDEO -Fotofakt
06 aprel 22:05
- Paşinyan kiminlə evlənir?- TOY OLACAQ...
06 aprel 21:46
- Azərbaycanda atların sayı niyə AZALIR?
06 aprel 21:31