Qarabağdakı antiterror əməliyyatından bir il ötür
Bu gün - sentyabrın 19-u Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən bir il ötür.
Lokal xarakterli antiterror tədbirlərinə üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək Azərbaycan ərazilərindən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunması və ölkənin Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə başlanılmışdı.
Cəmi 23 saat 43 dəqiqə davam edən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı. Bununla da erməni separatçılar ağ bayraq qaldırmağa məcbur oldular.
Qarabağın erməni sakinlərinin nümayəndələrinin o zaman Azərbaycanda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, 2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olundu:
1. Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.
2. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.
3. Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.
Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət etdi. Dövlət başçısı lokal xarakterli antiterror tədbirlərinin uğurla başa çatması nəticəsində Azərbaycanın suverenliyinin bərpa ediliyini xalqa bəyan etdi. Ali Baş Komandan İlham Əliyev qeyd etdi ki, bir daha Azərbaycan əsgəri, zabiti həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər göstərdi.
Prezident İlham Əliyev xalqa müraciətində vurğuladı ki, əfsuslar olsun ki, antiterror tədbirləri zamanı şəhidlər olub: "Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yaralı əsgər, zabitlərimiz olub. Allah onlara şəfa versin. Onlar Vətən yolunda, haqq-ədalət yolunda, Azərbaycanın suverenliyi yolunda öz canlarını fəda etmişlər. Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaqdır".
Dövlət başçısı çıxışında Azərbaycana xor baxanlara və torpağımıza göz dikənlərə də növbəti dəfə xəbərdarlıq etdi: "Bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, "dəmir yumruq" yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!"
Antiterror tədbirlərindən dərhal sonra isə dəfələrlə Azərbaycan nümayəndələri ilə görüşdən imtina edən Qarabağda yaşayan erməni icmasının nümayəndələri Yevlax şəhərində görüşməyə məcbur oldular. Görüşlərdə separatçı rejimin ləğvi, Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiya məsələləri müzakirə edildi. Eyni zamanda, Qarabağın erməni əhalisinə Azərbaycanın təklif etdiyi reinteqrasiya şərtləri ilə tanış olmaq, regionda qalıb-qalmamaq barədə müstəqil qərar vermək imkanları yaradıldı. 2023-cü il sentyabrın 28-də Qarabağın separatçı rejimin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı.
Bununla da 24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərk-silah edilərək ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, Azərbaycan hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlər nəticəsində separatçıların əsas rəhbərləri həbs olundu.
Beləliklə, antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazilərində dövlət suverenliyi və Konstitusiya quruluşu bərpa edildi.
Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərinə, Xocavənd, Şuşa, Xocalı, Ağdərə rayonlarına səfər etdi, Əsgəran qalasında olub və orada Azərbaycan bayrağını qaldırdı. Həmin il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirildi.
2024-cü il sentyabrın 18-də Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Azərbaycanda sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi təsis olundu.
Hazırda işğaldan azad edilmiş torpaqlarda Prezident İlham Əliyevin irəli sürdüyü strateji yol xəritəsinə əsasən bərpa və quruculuq işləri geniş vüsət alıb. Məcburi köçkünlər mərhələ-mərhələ doğma yurdlarına qaytarılır. İnamla söyləmək olar ki, Qarabağın və Şərqi Zəngəzurun dirçəlişi ilə bağlı bütün layihələr uğurla başa çatdırılacaq və bu bölgələr Azərbaycanın dilbər guşələrinə çevriləcək.
Oxşar xəbərlər
- Laçın impressionizmi
14 oktyabr 2024 13:29
- 1991-ci ildə Çaykənddə keçirilmiş məşhur HALQA əməliyyatı –Ermənilər şokda - NADİR VİDEO
11 oktyabr 2024 23:16
- Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan 4 il ötür
11 oktyabr 2024 11:02
- Tək Bərxudarov deyil, 4-5 generalla bağlı qərar verilib, yaxın günlərdə...- SENSASİYA
7 oktyabr 2024 16:07
- Prezident və xanımı Cəbrayılda açılışda iştirak etdilər
4 oktyabr 2024 13:08
- Cəbrayıl şəhərinin azad olunmasından 4 il ötür
4 oktyabr 2024 11:34
- Azərbaycanda Anım Günüdür
27 sentyabr 2024 11:22
- İqtisadi məsələlərə həsr olunmuş müşavirə keçirildi, Prezident çıxış etdi (FOTO/YENİLƏNİB)
26 sentyabr 2024 15:29
- İlham Əliyev və Nikol Paşinyan yenidən Berlində görüşəcək?
21 sentyabr 2024 21:50
- Azərbaycanda Dövlət Suverenliyi Günüdür
20 sentyabr 2024 11:25
Xəbər lenti
- Bu gün vəfat edən Tağı Əhmədov kimdir - DOSYE
18 oktyabr 22:06
- Qarabağ qazisi Qusar rayonu Samur bələdiyyəsi sədrinin qanunsuz əməlləri ilə bağlı Ədliyyə nazirinə müraciət ETDİ
18 oktyabr 21:47
- Prezident bu şəxsləri təltif etdi (SİYAHI)
18 oktyabr 18:48
- BAKCELL BMT-nin Qlobal Sazişinə qoşulub
18 oktyabr 17:39
- Biləcəri bələdiyyəsinin külli miqdarda borcu var - Deputat silinməsini təklif etdi
18 oktyabr 17:28
- Bələdiyyələrin sayı kəskin azaldılır - 1606-dan 685-ə düşür
18 oktyabr 17:15
- Milli Məclis Prezidentlə xanımına təbrik məktubu ünvanlayıb
18 oktyabr 11:37
- Azərbaycanda REFENDUM-la bağlı YENİ XƏBƏR
18 oktyabr 11:24
- Aİ liderləri Gürcüstanın ittifaqa daxil olmasını dayandırdılar
18 oktyabr 10:58
- Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
18 oktyabr 10:51
- Millət vəkili Əli Məsimli AZƏRİQAZ-ın baş direktoru Azər Məmmədovla görüşüb..
17 oktyabr 21:42
- Azərbaycanda yeni ORDU qurulur! Bu şəxslərin əsgərliyi ilə bağlı QƏRAR verildi...
17 oktyabr 19:34
- Vüqar Zeynalov Bərdədəki əməllərini indi də Gəncədə davam etdirir...
17 oktyabr 18:56
- Misir Mərdanov görün niyə AĞLADI - VİDEO
17 oktyabr 17:41
- Xaricdən 9,5 manata gətirilən kərə yağı marketlərdə 20,9 manata satılır
17 oktyabr 16:24
- Prezidentdən SƏRƏNCAM - Bu qurum LƏĞV EDİLDİ
17 oktyabr 15:58
- Bakıda bu bələdiyyələr birləşdiriləcək - SİYAHI
17 oktyabr 14:52
- Ağsu sakini 1 QUTU SİQARETƏ görə 3,5 İL HƏBSDƏ yatacaq
17 oktyabr 12:22
- Vasif Talıbovun şirkətinin 10 MİLYONDAN ÇOX vergi borcu var
17 oktyabr 12:09
- İlham Əliyev COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olub
17 oktyabr 11:56
- Prokuror sevgilisinin 5 sevgilisini TUTDURDU
17 oktyabr 11:41
- MİNAtəmizləyənlərə də ŞƏHİD statusu verilə bilər VİDEO
17 oktyabr 10:48
- Cəbrayılda bir evin tikintisinə 157 min manat xərclənəcək
16 oktyabr 22:13
- Tarix müəllimi faciəli şəkildə həlak oldu: Sevgilisi HƏBS EDİLDİ
16 oktyabr 21:50
- Tibb Universitetinin YENI P PROREKTORU
16 oktyabr 21:30
- Mübariz İbrahimovun atası vəfat etdi - Yenilənib
16 oktyabr 19:42
- Azərbaycan tarixinə 44 gün+23 saat=Xankəndində ucalan üçrəngli bayraq formulu həkk olunub
16 oktyabr 11:27
- Şah İsmayılın fərmanı Azərbaycanda (FOTO)
15 oktyabr 21:40
- Laçında TRAMVAY xətti çəkiləcək ))
15 oktyabr 21:16
- Azərbaycanda evlənən hər 2 nəfərdən biri boşanır – Rəsmi statistika
15 oktyabr 13:56
Video & Fotoqalereya
Video
Fotoqalereya