Nəcməddin Sadıkovu görün hansı qüvvələr QORUYUR - SENSASİYA
143 milyonluq mənimsəmədə ittiham edilən bütün vəzifəli şəxslər birbaşa sabiq Baş Qərargah rəisinə tabe ola şəxslərdir, fəqət onun...
Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesində Nəcməddin Sadıkova qarşı 20 milyon manatlıq ittiham irəli sürülüb.
Belə ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri bir sıra vəsatətlər verib. Həmin vəsatətlərdən birində Nizami Məmmədovun vəkili qeyd edib ki, cinayət işi üzrə təqsirli bilinən və ayrı icraatda məhkəməsi keçirilən Məlikməmməd Qurbanov ifadəsində vəzifədə işlədiyi 2015-2019-cu illərdə 20 milyon manat pul mənimsənildiyini deyib. “O deyib ki, həmin pulun 19 milyon 600 min manatını Nəcməddin Sadıkova verib, 400 min manatı isə özünə qalıb. Həmçinin sabiq idarə rəisi Nəcməddin Sadıqovun ona 800 min manat pulu Nizami Məmmədova çatdırmaq üçün verdiyini bildirib”, - deyə müdafiəçi bildirib.
Bu ilin 15 iyulunda eyni cinayət işi üzrə keçirilən məhkəmədə bildirilir: “İstintaqa göndərilən dörd illik hesabatda Müdafiə Nazirliyinin Baş Qərargah rəisi olmuş general-polkovnik Nəcməddin Sadıqovun xərcləri də ayrıca göstərilib. Sənədə əsasən, N.Sadıkovun göstərişi ilə, hər birində altı ədəd olmaqla, altı dəst armudu stəkana 21 min manat xərclənib(!)”.
Hesabatda sabiq Baş Qərargah rəisinə aid daha bir xərc də şərablarla bağlıdır. İddia olunur ki, N.Sadıkov hərəsi 100 manatdan 80 şüşə çaxır aldırıb. Buna da 8 min manat pul xərclənib. 143 milyonluq mənimsəmədə ittiham edilən bütün vəzifəli şəxslər birbaşa Nəcməddin Sadıqova tabe ola şəxslərdir. Nəcməddin Sadıkovun bu işlərdən xəbəri varsa da, yoxsa da, o, vəzifəli şəxs kimi məsuliyyət daşıyır.
Namizəd Səfərov
Hüquqşünas Namizəd Səfərov yerli mediaya deyub ki, Nəcməddin Sadıkov və onu himayə edən şəxslər haqqında sosial şəbəkələrdə yüzlərlə fakt var: “Lakin bunların heç birinə reaksiya verilmir. Nəcməddin Sadıkov Moskvanın adamıdır, 30 ildən çoxdur ki, Azərbaycanda fəaliyyət göstərir. O, "beşinci kolon"un nümayəndəsidir. Nəcməddin Sadıkov Azərbaycanda Moskvanın əsas canişinlərindən biridir. O, Bakı şəhərinin ortasında, “Salyanski kazarma” adlanan yerdə böyük bir ərazini ələ keçirib, orada özünə villa tikib".
Cümşüd Nuriyev
Politoloq Cümşüd Nuriyev “Yeni Müsavat”a deyib ki, Nəcməddin Sadıkovun kimliyi, Azərbaycana nə məqsədlə göndərilməsi barədə məlumatlar gizli deyil və illərdir ki, müzakirə olunur. Nəcməddin Sadıkovun barəsində cinayət işi var və istənilən vaxt araşdırılması üçün çox ciddi əsaslar mövcuddur: “1993-cü ildə deputat istintaq komissiyası araşdırma apardı, məlum oldu ki, Kəlbəcərin verilməsində ən böyük suçlu Nəcməddin Sadıkovdur. Əvvəlcə 703 saylı briqadanın komandiri idi, sonra da korpus komandiri oldu. Məlum oldu ki, bu adam Rusiya hərbi kəşfiyyatının elitasına daxildir. 10 illərlə yetişdirilə bilən bir kadrdır. Adam Azərbaycan torpaqlarını təhvil verə-verə Azərbaycan Müdafiə Nazirliyinin Baş Qərargah rəisi olub. 44 günlük müharibə göstərdi ki, Nəcməddin Sadıkov əvvəlki xidmətini davam etdirir, Azərbaycana xəyanətləri dayandırmayıb. Ona görə də Rusiya bu gün də onu müdafiə edir, itirmək istəmir. Çünki Nəcməddin Sadıkov Azərbaycan Müdafiə Nazirliyi sisteminə A-dan Z-yə qədər bələd olan yüksək rütbəli biridir. Digərlərinin əli ilə Rusiya Azərbaycana qarşı hərbi sahədə istədiyi səviyyədə təxribat hərəkətlərini gerçəkləşdirə bilmir. Nəcməddin Sadıkov isə bu işi yüksək səviyyədə həyata keçirmiş kadrdır, ona inanırlar. Onun arxasında Rusiya Baş Hərbi Kəşfiyyat İdarəsi, Baş Kəşfiyyat İdarəsi dayanır”.
Cümşüd Nuriyev deyib ki, 1993-cü ildə deputat istintaq komissiyasının üzvü olub. Elə həmin zamanlarda Nəcməddin Sadıkovun Rusiya Baş Hərbi Kəşfiyyat və Baş Kəşfiyyat İdarələrinə bağlılığı, onların yetişdirdiyi kadr olması haqda məlumat olub.
- Azərbaycanda REFENDUM-la bağlı YENİ XƏBƏR
18 oktyabr 2024 11:24
- Vüqar Zeynalov Bərdədəki əməllərini indi də Gəncədə davam etdirir...
17 oktyabr 2024 18:56
- Misir Mərdanov görün niyə AĞLADI - VİDEO
17 oktyabr 2024 17:41
- Nizamülmülk –Zalımların ən yaxşısı (Portret yazılar)
15 oktyabr 2024 01:20
- Partiya siyahısı ilə seçilən deputatlar MANDATINI İTİRƏ BİLƏR....
14 oktyabr 2024 14:33
- Laçın impressionizmi
14 oktyabr 2024 13:29
- Aytən Səfərova şikayətləndi
13 oktyabr 2024 22:37
- Məhəmməd peyğəmbər ermənilərə MƏKTUB YAZIB ? - Foto
13 oktyabr 2024 13:47
- Ermənistanda hansı ərazilərin Azərbaycana qaytarılmasına hazırlıq gedir? - Tezliklə...
13 oktyabr 2024 12:53
- Emin Ağalarovun ev verdiyi qadın görün kim imiş - VİDEO
13 oktyabr 2024 03:49
- BAKCELL BMT-nin Qlobal Sazişinə qoşulub
18 oktyabr 17:39
- Biləcəri bələdiyyəsinin külli miqdarda borcu var - Deputat silinməsini təklif etdi
18 oktyabr 17:28
- Bələdiyyələrin sayı kəskin azaldılır - 1606-dan 685-ə düşür
18 oktyabr 17:15
- Milli Məclis Prezidentlə xanımına təbrik məktubu ünvanlayıb
18 oktyabr 11:37
- Azərbaycanda REFENDUM-la bağlı YENİ XƏBƏR
18 oktyabr 11:24
- Aİ liderləri Gürcüstanın ittifaqa daxil olmasını dayandırdılar
18 oktyabr 10:58
- Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
18 oktyabr 10:51
- Millət vəkili Əli Məsimli AZƏRİQAZ-ın baş direktoru Azər Məmmədovla görüşüb..
17 oktyabr 21:42
- Azərbaycanda yeni ORDU qurulur! Bu şəxslərin əsgərliyi ilə bağlı QƏRAR verildi...
17 oktyabr 19:34
- Vüqar Zeynalov Bərdədəki əməllərini indi də Gəncədə davam etdirir...
17 oktyabr 18:56
- Misir Mərdanov görün niyə AĞLADI - VİDEO
17 oktyabr 17:41
- Xaricdən 9,5 manata gətirilən kərə yağı marketlərdə 20,9 manata satılır
17 oktyabr 16:24
- Prezidentdən SƏRƏNCAM - Bu qurum LƏĞV EDİLDİ
17 oktyabr 15:58
- Bakıda bu bələdiyyələr birləşdiriləcək - SİYAHI
17 oktyabr 14:52
- Ağsu sakini 1 QUTU SİQARETƏ görə 3,5 İL HƏBSDƏ yatacaq
17 oktyabr 12:22
- Vasif Talıbovun şirkətinin 10 MİLYONDAN ÇOX vergi borcu var
17 oktyabr 12:09
- İlham Əliyev COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olub
17 oktyabr 11:56
- Prokuror sevgilisinin 5 sevgilisini TUTDURDU
17 oktyabr 11:41
- MİNAtəmizləyənlərə də ŞƏHİD statusu verilə bilər VİDEO
17 oktyabr 10:48
- Cəbrayılda bir evin tikintisinə 157 min manat xərclənəcək
16 oktyabr 22:13
- Tarix müəllimi faciəli şəkildə həlak oldu: Sevgilisi HƏBS EDİLDİ
16 oktyabr 21:50
- Tibb Universitetinin YENI P PROREKTORU
16 oktyabr 21:30
- Mübariz İbrahimovun atası vəfat etdi - Yenilənib
16 oktyabr 19:42
- Azərbaycan tarixinə 44 gün+23 saat=Xankəndində ucalan üçrəngli bayraq formulu həkk olunub
16 oktyabr 11:27
- Şah İsmayılın fərmanı Azərbaycanda (FOTO)
15 oktyabr 21:40
- Laçında TRAMVAY xətti çəkiləcək ))
15 oktyabr 21:16
- Azərbaycanda evlənən hər 2 nəfərdən biri boşanır – Rəsmi statistika
15 oktyabr 13:56
- Mərkəzi Bank 4 400 ədəd qızılgülü, 700 ədəd qərənfili NƏ ÜÇÜN ALIR ? ))
15 oktyabr 13:49
- Kollegiyada 3 vəkilə töhmət, 2 vəkillə bağlı məhkəməyə müraciət....
15 oktyabr 13:40
- Universitetlərin ƏN YAŞLI 1-ci kurs tələbələri
15 oktyabr 12:57