Rusiyada müharibəyə getmək istəməyən azərbaycanlılar: Ya GÜLLƏLƏYƏCƏKLƏR, ya da...
“Bizi 21 gün zirzəmidə saxladılar. Daha sonra isə çöllüyə aparıb silahı başımıza dirədilər, dedilər, ya sənədə imza atmalıyıq, ya da bizi orada güllələyəcəklər”.
Bunu Musavat.com-a Çeçenistanın paytaxtı Qroznıda “Severni Axmat” hərbi hissəsində saxlanılan Tovuz sakini Elxan Şirinov deyib.
E. Şirinov bildirib ki, dayısı oğlu Vüqar Məhərrəmov da onunla birgədir:
“İndi hərbi hissədəyik. Burada 45 batalyon, hər batalyonda isə 30 nəfər var. Hər gün bizi sıraya düzüb öz dillərində nəsə danışırlar, daha sonra qayıdıb uzanırıq və günorta yeməkxanaya gedirik. Burada dayım oğlu və məndən başqa azərbaycanlı yoxdur. Lakin tacik, özbək və s. millətlərin nümayəndələrinə rast gəlmək olar.
Digər 3 azərbaycanlı isə miqrantların müvəqqəti saxlanma məntəqəsində qaldı. Biz bir həftəyə yaxındır ki, buradayıq. Hazırda hər hansısa zorakılıqla qarşılaşmırıq. Təzyiqi imza atdırana qədər göstərdilər. Qohumum və mən miqrasiya qeydiyyatı bitdiyi üçün həbs edildik. Vətənimizə deportasiya edilmək istəyirik. Lakin ruslar etmək istəmir. Bizi Ukrayna ilə döyüşə hazırlayırlar. Mənim 50 yaşım var. 50 yaşlı kişidən əsgər olar? Axı bu mənim müharibəm deyil. Lakin buradakılar üçün fərqi yoxdur, 70 yaşın da olsa, aparacaqlar”.
Hazırda təcridxanada saxlanılan Nihad Rzayevin atası Tapdıq Rzayev saytımıza deyib ki, dünən oğlu ilə danışıb:
“Oğlum deyir ki, məni buradan xilas edin. Özünün dediyinə görə, fiziki zorakılıq göstərilmir”.
Qeyd edək ki, may ayından Çeçenistana işləməyə gedən Tovuz sakinləri Rzayev Nihad Tafdıq oğlu, Şirinov Elxan Əkbər oğlu və Məhərrəmov Vüqar Nazim oğlu miqrasiya probleminə görə orada həbs olunublar. Nihadın atası, Tovuz rayon sakini Tafdıq Rzayevin sözlərinə görə, yaxınlarını orada hərbçilərin təzyiqi altında imza atdıraraq Ukraynaya müharibə bölgəsinə göndərmək istəyirlər.
Azərbaycan Çeçenistanda saxlanılan və zorla Ukrayna ilə müharibə zonasına göndərilməsi iddia edilən azərbaycanlılarla bağlı Rusiya Xarici İşlər Nazirliyinə müraciət edib.
Bu barədə APA-nın Moskva müxbirinə diplomatik mənbələrdən məlumat verilib.
Bildirilib ki, miqrasiya probleminə görə Çeçenistanda saxlanılan Azərbaycan vətəndaşları Nihad Rzayev, Elxan Şirinov və Vüqar Məhərrəmovla bağlı Rusiya XİN-ə nota göndərilib.
- Azərbaycanda yeni ORDU qurulur! Bu şəxslərin əsgərliyi ilə bağlı QƏRAR verildi...
17 oktyabr 2024 19:34
- Ağsu sakini 1 QUTU SİQARETƏ görə 3,5 İL HƏBSDƏ yatacaq
17 oktyabr 2024 12:22
- Partiya siyahısı ilə seçilən deputatlar MANDATINI İTİRƏ BİLƏR....
14 oktyabr 2024 14:33
- Azərbaycana rəhbərlik edən QEYRİ-AZƏRBAYCANLILAR
13 oktyabr 2024 15:22
- Putinlə Kadırovun münasibəti pisləşdi - Rusiyada PANİKA
13 oktyabr 2024 13:38
- Bu ölkə prezidenti Rusiyaya 20 min tələbə göndərir
13 oktyabr 2024 12:20
- Melikov Kadırova meydan oxudu – Rusiyada nə baş verir?
13 oktyabr 2024 03:14
- 1991-ci ildə Çaykənddə keçirilmiş məşhur HALQA əməliyyatı –Ermənilər şokda - NADİR VİDEO
11 oktyabr 2024 23:16
- Kişi müəllimdən 5-ci sinif şagirdinə qarşı İYRƏNC HƏRƏKƏT - VİDEO
9 oktyabr 2024 17:51
- Kazinolar və narkotik leqallaşmalıdır - İlkin Rüstəmzadədən sensasion yazı
9 oktyabr 2024 12:00
- Bu gün vəfat edən Tağı Əhmədov kimdir - DOSYE
18 oktyabr 22:06
- Qarabağ qazisi Qusar rayonu Samur bələdiyyəsi sədrinin qanunsuz əməlləri ilə bağlı Ədliyyə nazirinə müraciət ETDİ
18 oktyabr 21:47
- Prezident bu şəxsləri təltif etdi (SİYAHI)
18 oktyabr 18:48
- BAKCELL BMT-nin Qlobal Sazişinə qoşulub
18 oktyabr 17:39
- Biləcəri bələdiyyəsinin külli miqdarda borcu var - Deputat silinməsini təklif etdi
18 oktyabr 17:28
- Bələdiyyələrin sayı kəskin azaldılır - 1606-dan 685-ə düşür
18 oktyabr 17:15
- Milli Məclis Prezidentlə xanımına təbrik məktubu ünvanlayıb
18 oktyabr 11:37
- Azərbaycanda REFENDUM-la bağlı YENİ XƏBƏR
18 oktyabr 11:24
- Aİ liderləri Gürcüstanın ittifaqa daxil olmasını dayandırdılar
18 oktyabr 10:58
- Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
18 oktyabr 10:51
- Millət vəkili Əli Məsimli AZƏRİQAZ-ın baş direktoru Azər Məmmədovla görüşüb..
17 oktyabr 21:42
- Azərbaycanda yeni ORDU qurulur! Bu şəxslərin əsgərliyi ilə bağlı QƏRAR verildi...
17 oktyabr 19:34
- Vüqar Zeynalov Bərdədəki əməllərini indi də Gəncədə davam etdirir...
17 oktyabr 18:56
- Misir Mərdanov görün niyə AĞLADI - VİDEO
17 oktyabr 17:41
- Xaricdən 9,5 manata gətirilən kərə yağı marketlərdə 20,9 manata satılır
17 oktyabr 16:24
- Prezidentdən SƏRƏNCAM - Bu qurum LƏĞV EDİLDİ
17 oktyabr 15:58
- Bakıda bu bələdiyyələr birləşdiriləcək - SİYAHI
17 oktyabr 14:52
- Ağsu sakini 1 QUTU SİQARETƏ görə 3,5 İL HƏBSDƏ yatacaq
17 oktyabr 12:22
- Vasif Talıbovun şirkətinin 10 MİLYONDAN ÇOX vergi borcu var
17 oktyabr 12:09
- İlham Əliyev COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olub
17 oktyabr 11:56
- Prokuror sevgilisinin 5 sevgilisini TUTDURDU
17 oktyabr 11:41
- MİNAtəmizləyənlərə də ŞƏHİD statusu verilə bilər VİDEO
17 oktyabr 10:48
- Cəbrayılda bir evin tikintisinə 157 min manat xərclənəcək
16 oktyabr 22:13
- Tarix müəllimi faciəli şəkildə həlak oldu: Sevgilisi HƏBS EDİLDİ
16 oktyabr 21:50
- Tibb Universitetinin YENI P PROREKTORU
16 oktyabr 21:30
- Mübariz İbrahimovun atası vəfat etdi - Yenilənib
16 oktyabr 19:42
- Azərbaycan tarixinə 44 gün+23 saat=Xankəndində ucalan üçrəngli bayraq formulu həkk olunub
16 oktyabr 11:27
- Şah İsmayılın fərmanı Azərbaycanda (FOTO)
15 oktyabr 21:40
- Laçında TRAMVAY xətti çəkiləcək ))
15 oktyabr 21:16
- Azərbaycanda evlənən hər 2 nəfərdən biri boşanır – Rəsmi statistika
15 oktyabr 13:56