Azərbaycanda qızılca HƏYƏCANI - Məktəblər açılandan sonra...
Həkimlər qeyd edir ki, virus infeksiyaları bu mövsümdə daha çox yayılır
Bir neçə gündən sonra Azərbaycanda yeni tədris ili başlayacaq. Məktəblərin açılması ilə uşaqların bir-biri ilə daha sıx təmasda olması və havaların tədricən soyuması bir sıra infeksion xəstəliklərin yayılma riskini təzədən dündəmə gətirəcək.
Bəs payızda hansı virus və ya mikrob xəstəlikləri özünü göstərə bilər? Ölkədə qızılca təhlükəsini sovuşmuş hesab etmək olarmı? Valideynlər nəyə diqqət etməli?
Azərbaycanda son günlər müxtəlif infeksion xəstəliklər yayılıb. Səhiyyə Nazirliyi bununla bağlı əhaliyə xəbərdarlıq edib.
İnsanlarda arabir hərarətin yüksəlməsi, ümumi zəiflik, öskürək, boğaz ağrısı, burun axması, bəzən isə ürəkbulanma, qusma kimi hallar bu infeksiyaların əlamətidir, baş infeksionist Təyyar Eyvazov bildirib. Mütəxəssis deyib ki, belə infeksiyalar təkcə tənəffüs yollarını deyil, mədə-bağırsaq sistemini də zədələyə bilir. Onlar hava-damcı və təmasla daha çox yayılır. Xəstəlik, əsasən yüngül və fəsadsız keçsə də, nazirlik infeksiyaya yoluxmuş şəxslərlə yaxın təmasdan çəkinməyi, gigiyena qaydalarına əməl etməyi tövsiyə edir. Qurum təmsilçisi bildirir ki, xəstəliyin əlamətlərini hiss edənlər vaxtında həkimə getsinlər.
Vaqif Qarayev
Tanınmış pediatr Vaqif Qarayev mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Həmişə olduğu kimi payız aylarında həm havanın kəskin dəyişməsi, həm də uşaqların bir-birilə sıx təmasda olması bir sıra xəstəliklərin yayılmasına səbəb ola bilər. Ən çox gözlədiyimiz respirator viruslarının baş qaldırmasıdır. Sıx təması aradan qaldıra bilmərik, çünki hamı məktəbdə olmalıdır. Valideynlər mütləq uşaqlarını havaya uyğun geyindirməlidirlər. Hətta mən təklif verərdim ki, hava yaxşı olsa belə bir az qalın paltar özləri ilə götürməlidirlər ki, hava dəyişəndə onu geyinə bilsin. Məktəb uşaqların immunitetinə təsir edən hadisədir, xəstəliklərə müqavimət azalır. Ona görə uşaqların qidalanmasına ciddi fikir vermək lazımdır. Menyuda ən çox tərəvəzlər və ət yeməkləri olmaladır. Yaxşı olar ki, şirniyyat kəskin azaldılsın. Yeməklər evdə hazırlanmalıdır. Bir də vacib məsələ, səhər tezdən uşaq mütləq yemək yeməlidir. Beyin ac qalmamalıdır. Boş mədə ilə məktəbə gedən uşağın qavramasında mütləq problem olur. Həm də ac uşaq mütləq zəif olur, bədənin müqaviməti olmur”.
Pediatr əlavə edib ki, qızılcaya yoluxma xeyli azalıb: “Amma ölkədə kifayət qədər peyvənd olunmayan uşaq var. O epidemiya da bizə açıq dərs olmadı. Düzdür, ölüm hadisələri olanda bir az peyvəndə axın oldu, maraq artdı. Bununla belə peyvəndsiz uşaqlar kifayət qədərdir. Valideynlərə məsləhət görərdim ki, heç olmasa qızılcaya görə uşaqlarına peyvənd etdirsinlər. Göyöskürək yenə də var, əvvəlki kimi çox olmasa da. Bu kimi yoluxucu xəstəliklərin məktəb vaxtı artması həddən artıq çoxdur”.
Emin Məmmədov
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov isə deyir ki, məktəblilərin qida qəbulu vərdişlərinin dəyişilməsi sağlam qidalanma sahəsində yaranan əsas məsələlərdən biridir: “Son bir neçə onillik ərzində məktəblilərin yemək vərdişləri və ev mühitində hazırlanan qidaların tərkibi əhəmiyyətli dərəcədə dəyişib. Hər iki valideynin işləməsi və vaxt məhdudiyyəti nəticəsində, yeməklərin əsasını emaldan keçən və qablaşdırılan yarımfabrikatlar təşkil edir.
Təəssüf ki, uşaqları ev şəraitində hazırlanan qidaların qəbuluna cəlb etmək çox nadir hallarda rast gəlinir. Ona görə də, yeniyetmələr sağlam qida hazırlamaq bacarıqları qazanmadan böyüyürlər. Məktəbli uşaqların qəbul etdikləri qidalar gün ərzində həm zehni, həm də fiziki aktivliyi təmin edəcək qədər zəngin qida maddələrindən ibarət olmalıdır. Belə ki, əsasını karbohidrat, yəni şəkər təşkil edən qidalar dəyəri zəif qidalardandır, çünki tez doyma və tez acmaq hissi yaradırlar. Uşaqlara sağlam qidalanma vərdişlərinin aşılanması valideyinlərin müsbət nümunə göstərməsi ilə mümkündür. Əgər valideyinlər sağlam qidalanmaya riayət etmirlərsə, onda belə vərdişlərin qazanılmasına inam yaratmaq xeyli çətinləşir. Uşaqlar üçün televizora, videooyunlara və kompütera ayrılan vaxt dəqiq təyin edilməlidir. Belə vərdişlərə aludə olmaq adətən oturaq həyat tərzi sürmək və əlavə qida qəbul etməyə səbəb olur. Nəticədə, piylənmə və ürək-damar xəstəliklərinin yaranması riski artır. Uşaq və yeniyetmələrdə sağlam qidalanma haqqında düzgün təsəvvür yaradılmasına çalışılmalıdır. Bu məqsədlə, yeniyetmələrə qida hazırlanmasında və yeməklərin seçilməsində iştirak etmək imkanı yaradılmalıdır.
Ailə ilə birgə qida qəbulu sağlam qidalanma vərdişləri yaradır və ailə ilə keçirilən vaxt uşaqlar üçün çox əhəmiyyətlidir. Bu, uşaqda gündəlik sağlam qidalanma rejimi yaradır. Bütün bunlar sağlam qidalanma ideyasını aşılayır və onu həyat tərzinə çevirməyə imkan verir. Uşaqları qida maddələri ilə təşviq etməkdən çəkinmək lazımdır. Konfet və qəlyanaltılarla mükafatlandırma isə pis vərdişlərin formalaşmasına kömək edir. Yemək qəbulu bir ailə tədbiri kimi təşkil edilməlidir. Uşaqlarla bir masa başında oturduqda, onlarda sağlam olmayan qida qəbulu və ya həddindən artıq yemək şansı azalır
Uşaqların sağlamlığı üçün məsul olan tibb işçiləri tərəfindən şagirdlərin ürək-damar sisteminin normal inkişafına diqqət yetirilməsi, bədən kütlə indeksinin təyin edilməsi, arterial təzyiqin və qanda xolesterinin miqdarının ölçülməsi təmin olunmalıdır.
İmkan verilməlidir ki, uşaqlar müxtəlif fiziki aktivlik növlərini təcrübədən keçirsinlər və seçsinlər".
Həkim əlavə edib ki, məktəblilərin yemək saatı əsasən nahar fasiləsi zamanı olur. Menyuda tərəvəz salatı, təbii meyvə şirəsi, alma və ya mövsümə uyğun meyvələr, həmçinin protein balansı üçün ət, toyuq və balıq ola bilər: “Amma unutmamaq lazımdır ki, uşaqların zehni və fiziki aktivliyini təmin etmək, şagirdin konsentrasiyasının dərsə yönəlməsi üçün səhərlər ac qalmamalı, səhər yeməyi mütləq yeyilməlidir”.
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 2024 14:02
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 2024 11:58
- Prezident Bakı metrosunun sədrini işdən çıxardı - Yeni TƏYİNAT
20 dekabr 2024 21:29
- BP-nin regional prezidenti İlham Əliyevi TƏBRİK ETDİ
20 dekabr 2024 20:39
- İşgəncə, təcavüz, alçaldılma - Suriyalı məhbus qadının dəhşətli xatirələri
20 dekabr 2024 17:44
- Prezidentdən Qulu Məhərrəmli ilə bağlı SƏRƏNCAM
20 dekabr 2024 17:37
- Həmkarlarından İlham Əliyevə TƏBRİK
20 dekabr 2024 17:26
- İki övladı olan şəxslər əsgərliyə aparılmasın - TƏKLİF
20 dekabr 2024 14:49
- Veysəloğlu- nun əməkdaşları üçün ADA Universitetində təşkil edilən birillik təlim başa çatdı
20 dekabr 2024 13:22
- Gülşən Qurbanovanın bacısı: Bəlkə də, mənə elə gəlirdi, ancaq canı üstündə idi... - Müsahibə
19 dekabr 2024 21:09
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 11:58
- Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
20 dekabr 21:56
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 21:41
- Prezident Bakı metrosunun sədrini işdən çıxardı - Yeni TƏYİNAT
20 dekabr 21:28
- BP-nin regional prezidenti İlham Əliyevi TƏBRİK ETDİ
20 dekabr 20:39
- Putin Simonyanı TƏLTİF ETDİ
20 dekabr 20:24
- Ağalı kənd məktəbinə yeni direktor TƏYİN OLUNDU
20 dekabr 20:07
- Oruc Zalovun oğlu işdən çıxarıldı - Foto
20 dekabr 19:38
- İşgəncə, təcavüz, alçaldılma - Suriyalı məhbus qadının dəhşətli xatirələri
20 dekabr 17:44
- Prezidentdən Qulu Məhərrəmli ilə bağlı SƏRƏNCAM
20 dekabr 17:37
- Həmkarlarından İlham Əliyevə TƏBRİK
20 dekabr 17:26
- Həbs olunan Ramiz Vəliyev vəkil Adəm Məmmədovun əmisidir
20 dekabr 16:35
- Dövlət əleyhinə kampaniya aparan -ÇAQQAL- ləqəbli şəxs kimdir?
20 dekabr 16:11
- İki övladı olan şəxslər əsgərliyə aparılmasın - TƏKLİF
20 dekabr 14:49
- Deputat bu şəxslərin də əfvə salınmasını təklif etdi
20 dekabr 14:29
- Veysəloğlu- nun əməkdaşları üçün ADA Universitetində təşkil edilən birillik təlim başa çatdı
20 dekabr 12:37
- Bakının ilk baş rəssamı vəfat etdi
20 dekabr 12:23
- Milli Məclisin növbəti plenar iclası başladı
20 dekabr 11:54
- Hər kolbasa yedikcə, ömrünüzdən 24 dəqiqə oğurlanır: SENSASİON tədqiqat
20 dekabr 11:41
- Gülşən Qurbanovanın bacısı: Bəlkə də, mənə elə gəlirdi, ancaq canı üstündə idi... - Müsahibə
19 dekabr 20:50
- İş adamı Məhərrəm Novruzov da ağac kəsiminə görə məhkəməlik oldu
19 dekabr 19:15
- Qubada KABUSA çevrilən Rəsul Bayramovun ağlasığmaz əməlləri: ŞOK FAKTLAR
19 dekabr 18:49
- Qafar Dəmirçinin atası üzr istədi - Yaşıllığı məhv edənlərə daha bir dərs- VİDEO
19 dekabr 18:17
- Prezident Ermənistandan qovulmuş azərbaycanlılardan danışdı
19 dekabr 11:27
- Korrupsionerləri Çində edam edirlər, bizdə məhkəmələr cəzalarını azaldır - səbəb...
19 dekabr 11:11