Yeganə Palace mənim deyil, yalan məlumat yayıblar - Sahibkar AQTA-ya
"Yeganə Palace” şadlıq sarayı mənə məxsus deyil, Azərbaycan Qida Təhlküəsizliyi Agentliyi (AQTA) yalan məlumat yayıb”.
Bu sözləri Qaynarinfo-ya "Yeganə Palace” şadlıq sarayının sahibi kimi təqdim edilən Təmkin Əliyev deyib.
AQTA iyunun 25-də "Yeganə Palace” şadlıq sarayında aparılan yoxlamalar barədə məlumat yayıb. Həmin məlumatda Təmkin Əliyev şadlıq sarayının sahibi kimi təqdim edilib.
Təmki Əliyev bizimlə söhbətində bildirib ki, o, "Zəngəzur” İdman Cəmiyyətinin sədri və Həzi Aslanov metrostansiyasının yaxınlığında fəaliyyət göstərən "Zəngəzur” kafesinin sahibidir: "Yeganə Palace” şadlıq sarayının mənə heç bir aidiyyatı yoxdur. Mən orda sonuncu dəfə 10 il əvvəl Qarabağ qazisi Zeynalabdin Məmmədovun övladının toyunda olmuşam”.
Sahibkar deyib ki, AQTA-nın onu "Yeganə Palace” şadlıq sarayının sahibi kimi təqdim etməsi məqsədlidir: "Mənim Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə məhkəmə çəkişməm olub. Özü də iddiaçı mən olmuşam. Məsələnin kökündə isə onların qanunsuzluğu dayanır. Təsəvvür edin, bunlar sahibi olduğum kafedən nümunə kimi quzu əti götürüblər. Laboratoriyada isə çıxıb mal əti. Bunun məndə videogörüntüləri də var. Məhkəməyə müraciət etdim. Amma məhkəməyə təsir edildi və onların xeyrinə qərar çıxarıldı. Mən də qanunsuz olaraq yazılan cəriməni ödəmirəm. İndi bilmirəm məndən qisas alırlar, yoxsa başqa məqsədləri var. Hər halda bu boyda uyğunsuzluq olmaz. Ona görə də hesab edirəm ki, bu məqsədlidir”.
Təmkin Əliyevin sözlərinə görə, AQTA həmin məlumatı yaydıqdan sonra qurumun qaynar xəttinə zəng edib. "Onlar əvvəl dedilər heç nə bilmirik. Sonra gecə 1-də şöbə müdirlərindən biri zəng eləyib deyir ki, niyə səs-küy salırsan. Bilirsən ki, "Yeganə Palace" sənin deyil. Cərimə sənə gəlməyəcək. Dedim, məmin deyilsə. adımı niyyə hallandırırsınız? Hamı oxuyur, zəng vurur və s. Dedim sizi məhkəməyə verəcəm və bu barədə də sosial şəbəkədə paylaşım etdim. Bundan sonra gecə saat 2-də yenə zəng vurdular. Dedilər gəlin Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə. Mən də dedim sizin ayağınıza niyə gəlməliyəm?! Bu məsələni belə qoymayacam. Həmin məlumatı silməsələr, məhkəməyə müraciət edəcəm”, deyə Təmkin Əliyev vurğulayıb.
Qeyd edək ki, dünən AQTA "Yeganə Palace” şadlıq sarayında istehlaka yararsız məhsullar aşkarlanması barədə məlumat yayıb. Bildilib ku, yoxlama zamanı müəssisədə müvafiq sənədləri olmayan, üzərində aşkar saxtakarlıq əlamətləri olan 27 ədəd 0,7 litrlik "Kremlin” əmtəə nişanlı, 4 ədəd 0,7 litrlik "Северная столица” əmtəə nişanlı, 5 ədəd 1 litrlik "Beluga” əmtəə nişanlı, 14 ədəd 0,7 litrlik "Булбашъ” əmtəə nişanlı, 79 ədəd 0,7 litrlik "Мънскъ” əmtəə nişanlı, 21 ədəd 0,7 litrlik "Босс” əmtəə nişanlı, 32 ədəd 0,7 litrlik "Almaz” əmtəə nişanlı, 7 ədəd 0,7 litrlik "Chivas Regal” və 12 ədəd 0,5 litrlik "Chivas Regal” əmtəə nişanlı spirtli içkilər aşkar edilib. Eyni zamanda mənşəyi məlum olmayan, orqoneleptik görünüşündə qaralma və istehlaka yararsız 24 kq sub məhsulu (qaraciyər, bağırsaq və s.), 19,8 kq balıq məhsulu, 80 kq piy və 250 kq ət, həmçinin çəkisi 20 kq olan son istifadə tarixi bitmiş "kartof fri” məhsulu aşkar edilib. Bundan əlavə, müəssisənin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətinin qənaətbəxş olmadığı, dondurucularda istifadə müddəti bitmiş məhsullarla istehlaka yararlı məhsulların bir arada saxlanıldığı, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi müəyyən edilib.
Oxşar xəbərlər
- Cənubi Koreyada sensasiya- Prezidenti həbs etdilər
15 yanvar 2025 09:58
- Cavid Qurbanova vəzifə verildi
14 yanvar 2025 23:39
- Müştərilər ən çox Mehdiyevlərin bankından şikayət edib – Rəsmi
14 yanvar 2025 23:21
- 5-ci kolon hələ də fəaliyyətdədir - Feyziyev
14 yanvar 2025 20:52
- Vüqar Qurbanov bu mərkəzə direktor təyin etdi
14 yanvar 2025 20:34
- Mikrobu kim kəşf edib ? - Rəsul Mirhəşimli
14 yanvar 2025 14:31
- Azərbaycanda dini icma üzvünə qarşı TERROR aktı hazırlayanlar həbs olundu
14 yanvar 2025 12:32
- Tofiq İsmayılovun 1 milyonluq işdə adı hallanan oğlu niyə həbsdən buraxıldı?
14 yanvar 2025 11:59
- MÜTLƏQ OXUYUN - Bu YАĞIN ölkəyə gətirilməsi QАDАĞАN EDİLMƏLİDİR
13 yanvar 2025 16:32
- 400 nəfərin yerinə işləyə bilməzdim axı… - Abasquliyeva
13 yanvar 2025 15:04
Xəbər lenti
- Cənubi Koreyada sensasiya- Prezidenti həbs etdilər
15 yanvar 09:58
- Cavid Qurbanova vəzifə verildi
14 yanvar 23:39
- Müştərilər ən çox Mehdiyevlərin bankından şikayət edib – Rəsmi
14 yanvar 23:21
- Milli Məclis Aparatı nümayəndə heyəti Ankarada görüşlərə başladı - foto
14 yanvar 22:10
- Qara qutu- ları açdıq, orada maraqlı məlumatlar var
14 yanvar 21:53
- 5-ci kolon hələ də fəaliyyətdədir - Feyziyev
14 yanvar 20:52
- Vüqar Qurbanov bu mərkəzə direktor təyin etdi
14 yanvar 20:34
- Əsədin daha bir DƏHŞƏTLİ ƏMƏLİ - Görün nə edib
14 yanvar 20:02
- Veysəloğlu Şirkətlər Qrupunun 30 illik inkişaf yolunu əks etdirən imic VİDEO-su
14 yanvar 15:48
- İlham Əliyev və atası ilə həmişə mehriban münasibətlərim olub
14 yanvar 14:41
- Mikrobu kim kəşf edib ? - Rəsul Mirhəşimli
14 yanvar 14:31
- -Qreçka-nın bizə faydası
14 yanvar 14:22
- Şəmsəddin Xanbabayev dünyasını dəyişdi
14 yanvar 13:40
- Metalı belə əridən mədə turşusu mədəmizə niyə zərər vermir?
14 yanvar 13:01
- Azərbaycanda dini icma üzvünə qarşı TERROR aktı hazırlayanlar həbs olundu
14 yanvar 12:32
- Prezident Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində
14 yanvar 12:24
- Tofiq İsmayılovun 1 milyonluq işdə adı hallanan oğlu niyə həbsdən buraxıldı?
14 yanvar 11:59
- Türkiyənin yeni səfiri: -Bir millət, iki dövlət- anlayışını daha da gücləndirəcəyik
13 yanvar 23:30
- Qırğızıstan parlamentinin spikeri soyadını dəyişdi
13 yanvar 18:05
- MÜTLƏQ OXUYUN - Bu YАĞIN ölkəyə gətirilməsi QАDАĞАN EDİLMƏLİDİR
13 yanvar 16:32
- Abşeronda fəhlələrin üzərinə hasar aşdı - Biri öldü
13 yanvar 15:24
- 400 nəfərin yerinə işləyə bilməzdim axı… - Abasquliyeva
13 yanvar 15:04
- Azərbaycanda Milli Gəlirlər Nazirliyi yaradılır
13 yanvar 13:42
- Naxçıvanda 1 MİLYАRD 500 MİLYON RÜŞVƏT - ŞOK
13 yanvar 13:27
- Bakıda piyadanı maşınla vurub öldürən Nail Abdullayev yüksək vəzifəli məmur imiş
13 yanvar 13:02
- İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə getdi
13 yanvar 12:26
- Nəzrinin ölümü ilə bağlı ŞOK DETALLAR üzə çıxdı
13 yanvar 11:24
- Cəbrayıla növbəti köç - Fotolar
13 yanvar 11:07
- İlyas İsmayılovun xəstəxanadan fotoları yayıldı: Lax yumurtalara inanma
13 yanvar 10:42
- Zelenski Şimali Koreyalı əsir əsgərləri danışdırdı: Müharibədən xəbərimiz yox idi, bizi… - ŞOK VİDEO
13 yanvar 10:25
Video & Fotoqalereya
Video
Fotoqalereya