Bizi ölümdən o erməni xilas etdi, övladlarımı qatarın yük qoyulan yerində gətirdim - ÖZƏL

“Ermənilər əsrlər boyu bizə qarşı məkrli siyasət yürüdüblər. Elə buna görə də doğma dədə-baba yurdumuz olan İrəvandan bizi didərgin saldılar. Onların əsas məqsədi də o torpaqları alıb təmizləmək, sırf erməniləşdirmək, Azərbaycanın bir parçasını qopartmaq idi. 1987-ci ildən İrəvanda artıq mitinqlər başlamışdı. Əsrin əvvəlində onlar artıq Ermənistan dövlətini yaratdılar, İrəvan tamamilə zəbt olundu. 1988-ci ildə də bunun davamı gəldi. Öncə Sumqayıtda olan erməniləri qırmağı qarşılarına məqsəd qoydular. Biz də tərs kimi həmin günə təsadüf etdik. Həmin gecənin səhəri ermənilər Qərbi Azərbaycanda nə qədər rayonlar varsa, hamısının sakinlərini döyüb-öldürüb kəndlərinə yola salırdılar”
Bunu Moderator.az -a açıqlamasında İrəvan Dövlət Azərbaycan Dram Teatrının aparıcı aktrisası Səmayə İsmayılova deyib. O daha sonra əlavə edib:

“Həmin gün yoldaşımla yas mərasimindən gəlirdik. Elektrik qatarında idik, gecə saat 11 idi. Gəlib düşdük öz rayonumuzun vağzalında. Ermənilər soruşdular ki, hara gedirsiniz? Dedik ki, Hollavara gedirik. Yoldaşım da məndən bir az qabaqda idi. Soruşdular ki, sən türksən? Dedim ki, bəli, lap yekəsindən. Bu sözü deyəndə ermənilərin hamısı üstümə töküldü. Orada 100 adam var idi bəlkə də. Ona kimi həyat yoldaşım da yanıma gəldi. Dedi ki, bu mənim xanımımdır, siz neynirsiz? Yoldaşım gələndə onlar arxaya çəkildilər. Həmin anda bir erməni mənim qolumdan elə tutdu ki.. Özümdən biixtiyar olaraq elə qışqırdım ki.. Nə yerdəydim, nə də göydə.. Qolumdan tutan həmin erməni öz dilimizdə mənə dedi ki, sən burada neynirsən köpək qızı? Birdən baxdım ki, bu mənim atamın o vaxtkı dostu Kal Vazgendir.. Sən demə o vağzalda taksi sürürdü.. Dedim ki, yoldaşım qaldı, ona birdən nəsə edərlər.. Dedi ki, narahat olma, yoldaşım erməni dilində təmiz danışır, ona heç nə etməyəcəklər. Dedi ki, sən otur taksidə, qapını bağla, heç kimə açma, mən gedim yoldaşını gətirim. Gedib yoldaşımı da gətirdi.. O bizi ölümdən xilas etdi. Atamın, anamın ona verdiyi çörək qabağımıza gəldi. O vaxt 1915-1918-ci ildə erməni-müsəlman davası olanda, türklər gələndə onun anasını, bacısını, bu da qucaqlarında körpə olub, onu mənim rəhmətlik babam mağarda gizlədib, saxlayıb. Türklər gedəndən sonra onları üzə çıxarıb. O bəladan biz elə qurtardıq. Sonra İrəvandan Bakıya gəlməli idik. Uşaqlar da yanımızda idi. İrəvanda da hara gedirdiksə hərbçilər bizi müşahidə edirdilər. Martın 18-i günü idi. Bayram axşamı bütün azərbaycanlıların qapısına elanlar yapışdırdılar ki, rədd olun gedin, getməsəniz sizi yandıracağıq. Bizə polislər dedilər ki, yük-falan götürməyin, uşaqlarınızın əlindən tutub gedin qatara, çıxın Bakıya. Təsəvvür edin gəlmişik vağzala, axırıncı qəpiyimizi verib bilet almışıq. Nə suyumuz var, nə də çörəyimiz. Bizi indi dərd alıb ki, o dəhlizdən necə keçəcəyik? Gəldik Naxçıvana, camaat gətirib bizə su, çörək verdi. Merliyə çatanda qatarı bir günə qoydular ki.. Daş-qaya, əllərinə nə keçirdisə qatarın üstündən tökürdülər. Uşaqlarımı qatarın alt hissəsində yük qoyulan yerdə gətirdim. Bakıya bu cür zülmlərlə gəldik. Sonra ara sakitləşdi, camaatın əksəriyyəti geri qayıtdı, biz də qayıtdıq. Qayıtmaz olaydıq. İnanın hər dəqiqəmiz ölüm idi. Butulkanın içinə neft qoyub, ağzına da pambıq tıxayıb həyətimizə atırdılar. Göz verirdilər, işıq vermirdilər. Ordan da bir zülmlə avtobuslarla yığıb gətirdilər Cəlilabadın düzünə tökdülər. Sonra gəlib Bakıya çıxdıq. Bakıya gələndə bizə xəbər verdilər ki, İrəvandakı evinizi yandırıblar. Mənim də əlimdə evin sənədləri var idi. Hansı ki, o erməni ilə evimi dəyişirdim, özü ilə getdim İrəvana. Erməni gəlib mənim evimi görəndə diz üstə yerə çökdü. Dedi ki, mən bilirdim ermənilər faşistdirlər, amma bu qədər qaniçən, zülmkar, şərəfsiz olduqlarını təsəvvür etmirdim. Dedi ki, məni yerimdən-yurdumdan edəni yurdsuz qalsın. Gül kimi Bakıda yaşayırdım. O kişi Azərbaycanın ən məşhur memarı idi. Mən o evdə yaşaya bilmədim. Çox hadisələr yaşandı gözümün qabağında. Bacı-qardaşı lüt edib dəmir qutunun içinə salırdılar. Mən baxa bilmirdim o görüntülərə.. Havalanmışdım. Vəhşi heyvanı qəfəsə saldıqları kimi azərbaycanlılara elə zülm verirdilər.. Nələr etmirdilər ki.. Allah bizim üzümüzə baxdı..Bizim kəndimiz elə yerdə idi ki.. Çıxmaq mümkün deyildi.. Zəlzələ olmasaydı ordan bir azərbaycanlı salamat çıxmayacaqdı. Getsin o günlər gəlməsin. Bu gün həmin günlər mənə nağıl kimi gəlir. Allah heç kimə yaşatmasın.. Nələr görmədik ki.. Mən ordan bir çöp də gətirmədim. Allahın bu gününə şükürlər olsun. Ona görə çalışın sağlamlığınızı qoruyun” deyə sənətkar bildirib.

Oxşar xəbərlər
- Artur Rasizadə adının tarixçəsini danışdı - ÖZƏL
10 mart 2025 11:29
- Fuad Nağıyevə sərt ittihamlar - Tahir Əmiraslanovu Şuşadan qovdu
9 mart 2025 01:55
- DSMF-nin vəzifəli şəxsi maşınla piyadanı vurub öldürdü
9 mart 2025 01:49
- Azercell bizi niyə SOYUR ?
8 mart 2025 20:01
- Hitlerin qorxulu yuxusu: II Dünya müharibəsinin taleyini dəyişən qadın casus necə öldü?
8 mart 2025 18:02
- Gərək fevralın 14-də birləşmiş komandanlıq altında MDB ordusuna qoşulmağa dair müqaviləyə qol çəkəydim...- Mütəllibov
8 mart 2025 17:04
- Xruşovu öldürmək istəyən gürcü tələbələr – Onlardan biri sonradan deputat olub
8 mart 2025 16:26
- Mehriban Əliyeva 8 Martla bağlı paylaşım etdi
8 mart 2025 14:28
- Vətən müharibəsi iştirakçısı vəfat etdi
8 mart 2025 13:34
- Səni Axtarıram ( Xoşqədəm ) məhkəməyə verilir - ŞOK FAKTLAR
8 mart 2025 01:25
Xəbər lenti
- Artur Rasizadə adının tarixçəsini danışdı - ÖZƏL
10 mart 11:29
- Zelenskinin geyimlərini hazırlayan azərbaycanlı dizayner kimdir? (FOTO)
10 mart 02:48
- Ofeliya Sənani başına gələnləri danışdı - İnfarkt keçirdim...
09 mart 21:56
- Dəmir çatışmazlığını göstərən simptomlar açıqlandı
09 mart 20:41
- Mən vətənpərvərəm, siz həyasızsınız - Puqaçova jurnalistlə dalaşdı
09 mart 15:14
- Sabah yaz havası olacaq
09 mart 13:21
- Suriyada DƏHŞƏT - 3 gündə 532 mülki vətəndaş həlak olub
09 mart 12:06
- Fuad Nağıyevə qarşı ittihamlar: Hər şeyi ermənilərə verdilər, pula satdılar
09 mart 11:09
- Dünyanı idarə edən xanımlar - Hansı ölkələrin lideri qadındır? - SİYAHI
09 mart 10:53
- İmişlidə DƏHŞƏT - Bir ailənin 3 üzvü DƏM qazından ÖLDÜ, daha ikisi xəstəxanaya yerləşdiridi
09 mart 02:05
- Fuad Nağıyevə sərt ittihamlar - Tahir Əmiraslanovu Şuşadan qovdu
09 mart 01:55
- DSMF-nin vəzifəli şəxsi maşınla piyadanı vurub öldürdü
09 mart 01:49
- Dünyanın ən zəngin 5 MİLYАRDER QАDINI - Müsəlmаn yoxdur
08 mart 22:31
- Azercell bizi niyə SOYUR ?
08 mart 20:01
- Nazirə hücum edildi: Burnu sındı – FOTO
08 mart 19:33
- Hitlerin qorxulu yuxusu: II Dünya müharibəsinin taleyini dəyişən qadın casus necə öldü?
08 mart 18:00
- Gərək fevralın 14-də birləşmiş komandanlıq altında MDB ordusuna qoşulmağa dair müqaviləyə qol çəkəydim...- Mütəllibov
08 mart 17:01
- Xruşovu öldürmək istəyən gürcü tələbələr – Onlardan biri sonradan deputat olub
08 mart 16:26
- Əhəd Abıyev villasını satışa çıxardı – 2 milyon dollara - VİDEO
08 mart 14:37
- Mehriban Əliyeva 8 Martla bağlı paylaşım etdi
08 mart 14:28
- Aliment nə qədərdir ki, bir qadın ailəsini dağıtsın?
08 mart 14:05
- Ruslar Donetskdə dinc əhalini BOMBALADI: xeyli ölən, yaralı var, binalar dağıdılıb...
08 mart 13:46
- Vətən müharibəsi iştirakçısı vəfat etdi
08 mart 13:34
- Sabah 20 dərəcə isti olacaq
08 mart 13:04
- İranda yaşayan soydaşımız dünya rekordu qırdı FOTO
08 mart 10:29
- Səni Axtarıram ( Xoşqədəm ) məhkəməyə verilir - ŞOK FAKTLAR
08 mart 01:25
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 01:02
- Hansı ölkədə qadın deputatların sayı nə qədərdir? – 185 ölkənin siyahısı
08 mart 00:06
- NАR 8 Martı xanım jurnalistlərlə qeyd edib - Fotolar
07 mart 23:52
- Prezident İlham Əliyev Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib
07 mart 23:27
Video & Fotoqalereya
Video
Fotoqalereya