XAYA, yoxsa HAYA ?
Haya, yoxsa xaya..?
Ortaq türkcə problemi
Xalq artistimiz Brilliyant xanım Dadaşovanın Türkiyə türkcəsinə uyğunlaşdırdığı bir Azərbaycan mahnısını hər dəfə eşidəndə məni əcaib gülmək tutur. Sevimli müğənnimiz mahnıda tez-tez təkrar olunan “xəyallar, xəyallar” ifadəsini “xayalar, xayalar” kimi ifa etməkdən sanki ləzzət alır və doymaq bilmir. (Şübhəsi olanlar mahnıya qulaq asa bilərlər.)
Mən gözəl müğənnimizin xoş niyyətini anlayıram və bunu haradasa təqdir edirəm. Brilliyant xanım da uzaq Altaydan tutmuş Balkanlara və İstambula qədər geniş bir coğrafiyada yayılan və sayı 300 milyondan artıq olan türk xalqlarının mədəniyyətinin və dilinin yaxınlaşmasına, inteqrasiyasına öz əvəzsiz töhfəsini vermək istəyir. Niyyət çox gözəldir. Ancaq “xaya” əvəzinə “haya” deməklə inteqrasiya olmur axı.
Bu, Brilliyant xanımın xətası deyil...
Çünki neçə illərdir dilçi alimlərimiz, şairlərimiz, siyasətçilərimiz ortaq türk əlifbasından, ortaq türk dilindən o qədər basıb-bağlayırlar ki, yazıq müğənni neyləsin. Bəzi alimlərimiz hətta Azərbaycan əlifbasındakı “x” səsini “h” səsi ilə əvəz etmək barədə təkliflər verirlər. Və eybəcər şəkildə bir neçə dili “remiks” edib ortaya ortaq türkcə qoymaq istəyirlər. Ancaq izah etmirlər ki, belə olan halda “haya” ilə “xaya”nın nə fərqi olacaq.
Bir neçə il əvvəl bu məsələ ilə bağlı hörmətli yazıçımız Anar da öz fikrini bildirmişdi. Anar müəllim “x” hərfini “h” ilə əvəz edəndə “xal” və “hal” sözlərinin qarışacağını, “halın necədir” əvəzinə “xalın necədir” deyiləcəyini misal göstərmişdi.
Bu xırda qeydləri etməkdə mənim məqsədim kimlərisə günahlandırmaq deyil. Birincisi, kimlərisə günahlandırmaqla problem həll olunmur. İkincisi, ortaq əlifba, ortaq dil kimi çox ciddi problemləri tələm-tələsik həll etmək olmaz. Bu məsələlər on illər, bəlkə də yüz illər tələb edir. Əsas məsələ istiqaməti düzgün götürməkdir. Məni narahat eləyən budur.
Ən ciddi məsələ isə odur ki, ortaq dildən öncə ortaq dəyərlər yaradılmalıdır. Heç kimə sirr deyil ki, bu gün özünü türk dilli hesab edən Özbəkistan, Qazaxstan, Türkmənistan, Qırğızstan və s. dövlətlərin hərəsinin başında bir “Türkmənbaşı”, “Elbaşı”-nə başı oturub və cəmiyyəti öz “Ruhnaməsi” ilə idarə edir. Bu ölkələri xərçəng kimi məhv edən korrupsiyadan, rüşvətxorluqdan, mənəi və həqiqi dilənçilikdən, insan haqlarına sayqısızlıqdan, məddahlıqdan, yaltaqlıqdan, saxtakarlıqdan, saxta sseçkidən isə danışmağa dəyməz. Belə olan halda biz ortaq nə yaratmalıyıq: Ortaq korrupsiya dili, yoxsa ortaq yaltaqlıq əlifbası? Biz türklər bir-birimizdən nə öyrənə bilərik? Axı rəhmətlik İsmayıl Qaspralı “Əməldə birlik” deyib. Biz hansı əməllərimizi birləşdirə bilərik? Görürsünüz, problem çox qəlizdir. “Xayalar, xayalar” deməklə məsələ həll olunmur.
Kamran Məhərrəmli
- Tanınmış ziyalı Baş Prokurora MÜRACİƏT etdi
20 sentyabr 2024 14:42
- Nəcməddin Sadıkovu görün hansı qüvvələr QORUYUR - SENSASİYA
18 sentyabr 2024 09:36
- İqlim dəyişikliyi və COP 29: Elm və əməkdaşlıq dünyanı xilas edəcək!
15 sentyabr 2024 20:54
- Novxanıda restoranda ƏMƏLİYYAT: Restoran, yoxsa qumarxana ?
14 sentyabr 2024 22:45
- Əhaliyə PİS XƏBƏR: Qiymətlər kəskin ARTACAQ
14 sentyabr 2024 16:00
- Əhaliyə XƏBƏRDARLIQ: İki gün çölə çıxmayın, yoxsa...
13 sentyabr 2024 11:02
- Rüstəm Behrudi - Həmişə gəlib görürdüm ki, Mirşahin oturub kreslomda...
12 sentyabr 2024 21:16
- Nazir qəzalı məktəblərlə bağlı tədbir görür? - Bəs, Bakıdakı gecəqondu məktəb niyə yada düşmür?
12 sentyabr 2024 10:44
- Cəzalarını son günə qədər CƏKƏCƏKLƏR! - Bakı sakinləri həbsdəki separatçılara OD PÜSKÜRDÜ
9 sentyabr 2024 20:04
- Atam polis rəisi idi, aktrisa olmağımı qəbul etmirdi… –Xalq artisti Zemfira Nərimanova (MÜSAHİBƏ)
4 sentyabr 2024 13:05
- Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
22 sentyabr 23:36
- Afrikaya qar yağdı - ŞOK görüntülər VİDEO
22 sentyabr 20:55
- İranda üçgünlük MATƏM elan edildi
22 sentyabr 20:38
- Əsgərimiz həlak oldu
22 sentyabr 20:28
- Milli Məclisin yeni sədri bu tarixdə seçiləcək: İki deputat daha şanslıdır - ADLAR
22 sentyabr 15:32
- Türk dünyasının ilk HAKIM qadını: Repressiya maşını Mühlisə Bubini necə məhv etdi
22 sentyabr 15:21
- Allahşükür Paşazdə Moskvada mühüm görüşlər keçirir
22 sentyabr 14:18
- Kremlin zəhərlədiyi Sibir dissidenti Kara Murza - Putin rejim qəfil dağılacaq
22 sentyabr 13:55
- 26 barmağı olan qız uşağı doğuldu - FOTO
22 sentyabr 13:12
- İranda mədəndə PARTLAYIŞ - 30 ölü - Foto
22 sentyabr 12:28
- MÜSƏLMANLARIN VATİKANI yaradılır
22 sentyabr 12:15
- Merilin Monronun öldüyü gecənin səs yazıları - KENNEDİNİN SİRRİ
22 sentyabr 11:48
- İNSAN ÜRƏYİ YEYƏN manyak doğulduğu KƏNDƏ QAYITDI
22 sentyabr 11:33
- Yazıçı Anar və Rəşad Məcid Elza Seyidcahana XƏBƏRDARLIQ ETDİLƏR - FOTO
22 sentyabr 11:18
- Pezeşkian Nyu-Yorka gedir
21 sentyabr 22:27
- Blinken İlham Əliyevi TƏBRİK ETDİ
21 sentyabr 21:57
- İlham Əliyev və Nikol Paşinyan yenidən Berlində görüşəcək?
21 sentyabr 21:50
- Rusiyada azərbaycanlı kişi rus arvadını 19 bıçaq zərbəsi ilə öldürdü
21 sentyabr 21:30
- Cəsədi yox etməsəm, oğlumu öldürəcəyini söylədi - Narin cinayətində ŞOK İFADƏ
21 sentyabr 21:24
- Ət ÇOX BAHALAŞACAQ – Bu TARİXDƏN- -ÖLKƏDƏ QOYUNLARIN SAYI AZALIR
21 sentyabr 21:18
- İlqar Məmmədov siyasətdən getdi
21 sentyabr 20:34
- Milli Məclisin ilk plenar iclası bu tarixdə keçiriləcək
21 sentyabr 20:24
- Region ölkələrində NƏ QƏDƏR MƏHKUM VAR ? – Tam siyahı
21 sentyabr 18:04
- Prezident Sərəncam imzaladı
21 sentyabr 17:51
- Konstitusiya Məhkəməsi YENİ DEPUTATLARI TƏSDİQ ELƏDİ - SİYAHI
21 sentyabr 17:34
- Deputat parlamentdəki iş otağına fahişə çağırdı - İNTİM VİDEO...
21 sentyabr 16:47
- Hərbi müstəntiq ərim başıma silah dirəmişdi - deyən qadın cəzalandırıldı
21 sentyabr 16:27
- Qarabağ Universitetindən FOTOLAR
20 sentyabr 15:52
- Nazirlik 1 ƏDƏD ŞAGİRD PARTASI-nın TƏMİRİNƏ 106 MANAT xərcləyəcək
20 sentyabr 15:09
- Amerikalı qadın - KÖPƏK BALIĞI mənim ayaqlarımın arasından tutdu....
20 sentyabr 14:52