Rusiyaya sığınan LİDERLƏR - Onların taleyi NECƏ OLDU?

Suriyanın devrilmiş pezidenti Bəşər Əsədin Rusiyaya qaçması və sığınacaq alması heç kəs üçün təəccüblü olmadı.
Rusiya vaxtilə dəstək verdiyi liderləri, diktatorları heç vaxt dar ayaqda sahibsiz qoymur. Bəşər Əsəd son illərdə ən çox Moskvaya güvənirdi, indi də elə oraya pənah aparıb.
ABŞ və Avropanın güclü dövlətləri bu sarıdan ardıcıl deyillər. Onlar diktatorlarla, hakimiyyətdə olduqları zaman dostluq, müttəfiqlik edirlər. Ancaq onlar büdrəyəndə, devriləndə, ölkələrindən qaçanda yiyə durmurlar.
Çünki diktatorların böyük korrupsiya cinayətlərindən tutmuş kütləvi insan qətllərinə qədər yüz cür cinayətləri açılır, demokratik dövlətlər isə bu odioz canilərə sığınacaq verməklə həmin cinayətlərə ortaq olmaq istəmirlər, guya ki, sifətlərini qoruyurlar.
Bir neçə parlaq nümunəyə baxaq.
Məlumdur ki, İran hökmdarı Məhəmmədrza şah Pəhləvi hakimiyyətdə olduğu müddət ərzində özünü ABŞ və Böyük Britaniyanın vassalı kimi aparıb, bu iki dövlətin bir sözünü iki etməyib, ölkəsinin sərvətini onlara peşkəş edib.
Ancaq 1978-ci ildə şaha qarşı xalq üsyanı və itaətsizlik başlayanda İranın Qərb müttəfiqləri yavaş-yavaş bu qənaətə gəliblər ki, Məhəmməd Rza Pəhləvinin hakimiyyətdən gedici olduğu və etirazların hərbi yolla yatırılmasının uğurlu alınmadığı şəraitdə şah rejimini dəstəkləməyə ehtiyac yoxdur.
ABŞ-nin o zamankı səfiri Sallivan Pəhləviyə deyib ki, artıq onu ölkədə olması ABŞ üçün arzuolunmazdır. Bundan əlavə, amerikalı general Hayzerin İran zabitləri ilə müxalif islamçılar arasında əlaqələr yaratmağa çalışıb. Məqsəd şahı xərcləmək, hakimiyyətə yeni gələn qüvvələrlə işbirliyinə gedərək ABŞ-nin maraqlarını qorumaq olub.
1979-cu il yanvarın 6-da Qvadelupada ABŞ, Böyük Britaniya, Fransa və Almaniya arasında danışıqlar aparılıb və orada İrandakı vəziyyət müzakirə edilib, sülalə rejimin fatihəsi verilib. Bu görüşdən sonra şah anlayıb ki, Qərb daha monarxiyaya dəstək verməyəcək.
İran şahı Məhəmməd Rza Pəhləvi və ABŞ prezidenti Riçard Nikson
1979-cu il yanvarın 16-da Məhəmməd Rza Pəhləvi şəxsi “Boeing 707” təyyarəsi ilə Tehranı tərk edib və Misirə gedib. Hətta şah Qahirədən başqa yerə aparılacağından qorxduğu üçün uçuş zamanı və uçuşun ilk saatında təyyarəni şəxsən idarə edib. Çünki onun artıq ABŞ-yə etibarı qalmayıbmış, hesab edirmiş ki, Ağ Ev onu tutub Xomeyninin tərəfdarlarına verə bilər.
Devrilmiş şah əvvəlcə Misirə getsə də, sonra Mərakeş, Baham adaları və Meksikaya sığınıb. İranın yeni hakimiyyəti bütün ölkələrdən onun verilməsini tələb edib. Bu arada keçmiş monarxın səhhəti pisləşib. O, müalicə üçün ABŞ-a gələndə, 1979-cu ilin noyabrında ABŞ-nin İrandakı səfirliyinin binası ekstremistlər tərəfindən ələ keçirilib. Dekabrın 15-də ABŞ şah Pəhləvini Panamaya yola salıb. O, bir neçə ay Kontadora adasında yaşayıb, sonra (24 mart 1980-ci ildə) yenidən Misirə köçüb və 60 yaşındaykən orada vəfat edib.
(Maraqlıdır, şah oğlu Məhəmmədrza hansı yaşda hakimiyyətdən devrilmişdisə, diktator oğlu Bəşər Əsəd də təxminən o yaşda hakimiyyətini itirdi).
Bir İran şahı deyil, ABŞ Çili diktatoru Auqusto Pinoçetə də yiyə durmayıb, Nikaraqua tiranı Anastasio Samosaya da, başqalarına da.
Rusiya (SSRİ) isə hələ ötən əsrin 70-ci illərində Çilidə Pinoçet tərəfindən devrilən Alyende hökumətinin ikinci şəxsi Luis Korvalana sığınacaq vermiş, onu ölkədə böyük təmtəraqla qarşılamışdı.
1983-cü ilin avqustunda Korvalan qeyri-leqal şəkildə Çiliyə qayıdıb. Bu, onun Sov.İKP MK-ya müraciətindən və Siyasi Büronun 1983-cü ildə qəbul etdiyi qapalı qərarından sonra baş tutub. O zaman Kreml onun görkəmini dəyişdirən üç plastik əməliyyat təşkil edib.
1992-cü ilin may ayının 14-də yenidən hakimiyyətə qayıtmaq istəyən Ayaz Mütəllibov ertəsi gün AXC-nin rəhbərlik etdiyi etirazçıların təzyiqi ilə ölkədən çıxası olanda Moskvaya üz tutdu. Sonrakı illərdə rəsmi Bakı onu nə qədər tələb etsə də, Rusiya eks-prezidenti Bakıya verməkdən imtina etdi. Kreml hətta həyatının son illərində Mütəllibovun vətəndə asudə yaşamasına qarantiya aldı.
Biri “uğurlu” (1993, iyun), o biri uğursuz (1994, oktyabr), iki qiyam törədən, nəticədə baş nazir postundan qovulan Surət Hüseynov da dar ayaqda Rusiyaya sığındı, ancaq o, kiçik fiqur olduğundan 3-4 ildən sonra qolubağlı qul kimi Azərbaycana verildi. Rusiyaya sığınan başqa xırda fiqurların da aqibəti elə oldu. Ancaq Moskva keçmiş DTK generalı Vaqif Hüseynovu sona qədər Azərbaycana vermədi, çünki Hüseynov onun öz adamıydı.
Qırğızıstanın avtoritar lideri Əsgər Akayev 2005-ci ildə xalq üsyanı ilə vəzifəsindən devriləndə çox ləngimədən Moskvaya sığındı. Eks-prezident hazırda orada yaşayır, işləyir. O, vətənində hələ də arzuolunmaz şəxsdir, amma Moskva onu Bişkekə vermək fikrində deyil.
Ancaq Akayevin devrilməsində əsas rollardan birini oynayan və onun yerinə keçən Kurmanbek Bakiyev 5 ildən sonra (2010-cu ildə) eyni aqibətlə üzləşərək devriləndə Belarusa qaçdı. Belarus prezidenti Lukaşenko ona sığınacaq verdi və Bakiyev Minskdə daşınmaz əmlaklar alaraq, şah kefində yaşamaqdadır.
Ukrayna prezidenti Viktor Yanukoviç 2014-cü ilin 22 fevralında xalq üsyanı nəticəsində devriləndə Rusiyaya yerləşdi və hələ də rus tankının üstündə Kiyevə gedərək vəzifəsinə bərpa olunacağı günü gözləyir. Əslində Rusiya və Ukrayna arasında müharibənin qanlı fazaya keçməsi bu hadisə ilə çox bağlıdır. Rusiya Krım və Donetski Yanukoviçin devrilməsindən sonra işğal etdi, xüsusi hərbi əməliyyatı isə onun devrilməsinin 8-ci ildönümündə başlatdı.
Bunlardan başqa, Kreml Ermənistanda hakimiyyətdən uzaqlaşdırılmış Köçəryan-Sarkisyan tandemini məsafədən qorumaqdadır. Köçəryan istədiyi gün Rusiyadan sığınacaq ala bilər, ancaq o, ölkəsində qalmağı üstün tutur. RF prezidenti Putin isə onu ad günlərində, başqa əlamətdar günlərdə şəxsən arayaraq təbrik edir, ona dəstəyini nümayiş etdirir.
Beləcə, Rusiya bu jestlərlə dünyada və regionda dəstəklədiyi digər dövlət başçılarına mesaj verir ki, qorxmasınlar, bəd ayaqda sığınacaq yerləri var.
İndi hansı daha pisdir: illərlə istifadə olunan avtoritar rejim yiyələrini, diktatorları sonda tərk edib, taleyin ümidinə buraxmaq, yoxsa öz xalqına qarşı cinayət törətmiş odioz adamları sona qədər müdafiə etmək?
Araz Altaylı, Musavat.com
- 80 ildən çox ərinin qayıtmasını gözləyirdi - ÖLDÜ
25 mart 2025 01:35
- Bu ölkələrdə Novruz necə qeyd olunur? - Siyahı
25 mart 2025 00:06
- Zelenskinin ofisindəki şəkillər gündəm oldu - Foto
24 mart 2025 22:09
- SON DƏQİQƏ! Girov saxlanılan vətəndaşlarımız ölkəyə gətirildi
24 mart 2025 19:00
- Yeltsin Primakovu varis statusundan niyə məhrum edib? – Putinin əvəzinə prezident o olsaydı...
24 mart 2025 17:47
- Şamil Ayrım : -Ox yaydan çıxıb, Türkiyə böyük dövlət olmaq yolundadır
24 mart 2025 16:47
- Ofeliya Sənani danışdı: Çölə çıxmıram, evdə tuta-tuta gəzirəm
24 mart 2025 14:20
- Nasistlər Puşkinin məzarını elə minalayıblar ki... - Şairə görə 10-dan çox hərbçi ölüb
24 mart 2025 14:01
- Rusiya payızda Litvaya hücum edə bilər
24 mart 2025 01:10
- Putinin həyatını bir film dəyişibmiş... - Özü danışdı
24 mart 2025 00:04
- Bakının GÜL cənnətindən VİDEOREPORTAJ
25 mart 02:09
- MƏRCАN klinikasında Elman Əzimovun icra etdiyi steril olmayan əməliyyatdan görüntüləri yayıldı - VİDEO
25 mart 01:55
- 80 ildən çox ərinin qayıtmasını gözləyirdi - ÖLDÜ
25 mart 01:35
- Azərbaycanda bu məhsul KƏSKİN bahalaşdı
25 mart 01:22
- Türkiyədə silahlı hücum: Azərbaycan vətəndaşı yaralandı
25 mart 00:50
- Saz bayramı, caz bayramı, qoz bayramı - Novruz şeirləri
25 mart 00:16
- Bu ölkələrdə Novruz necə qeyd olunur? - Siyahı
24 mart 23:48
- Dəm qazından ölən Sənan əkiz övlad atası imiş - VİDEO
24 mart 23:21
- 10 ildən sonra Bakıda - FOTOLAR
24 mart 23:03
- Zelenskinin ofisindəki şəkillər gündəm oldu - Foto
24 mart 22:09
- İmamoğlunun həbsxananın önündə çəkilmiş – Fotosu
24 mart 21:34
- Türkiyədə Novruzun RƏSMİ şəkildə qeyd olunması planlaşdırılır
24 mart 21:10
- Sabah Ramazan ayının 25-ci günüdür
24 mart 20:51
- Ərdoğan aksiyalardan danışdı
24 mart 20:18
- QUSKА yenə hakim qarşısına çıxacaq
24 mart 20:04
- Ermənistanda 13 gizli ABŞ biolaboratoriyası var - Türkiyə mediasından ŞOK ARAŞDIRMA
24 mart 19:22
- SON DƏQİQƏ! Girov saxlanılan vətəndaşlarımız ölkəyə gətirildi
24 mart 19:00
- Naxçıvanda ər arvadını tavandan asaraq öldürdü
24 mart 18:32
- Düşmənin qorxulu yuxusu şəhid Pəncəli Teymurovun doğum günüdür
24 mart 18:12
- Yeltsin Primakovu varis statusundan niyə məhrum edib? – Putinin əvəzinə prezident o olsaydı...
24 mart 17:47
- Nə görə, nə də gəzə bilirəm, oturaq qalmışam – 98 yaşlı Vidadi Babanlı
24 mart 17:04
- Şamil Ayrım : -Ox yaydan çıxıb, Türkiyə böyük dövlət olmaq yolundadır
24 mart 16:46
- Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin nəzərinə - Uzaq DURUN !
24 mart 16:21
- Daha ağır addım atılmamalıdır – Davutoğludan İmamoğlunun həbsinə etiraz
24 mart 16:11
- Ermənidən daha çox ermənilik edən azərbaycanlı kimdir?
24 mart 14:45
- Ofeliya Sənani danışdı: Çölə çıxmıram, evdə tuta-tuta gəzirəm
24 mart 14:19
- Nasistlər Puşkinin məzarını elə minalayıblar ki... - Şairə görə 10-dan çox hərbçi ölüb
24 mart 14:01
- DİN-ə müraciət etmək asanlaşır - Video
24 mart 12:37
- Ukrayna ordusu Belqorodda Rusiya helikopterlərini vurdu – Dördü məhv edildi
24 mart 12:13
- Rusiya payızda Litvaya hücum edə bilər
24 mart 01:10