Qanun və din kimləri ŞƏHİD sayır...MİNAtəmizləyənlərə bu adı vermək...
Ekspertlər hesab edir ki, minatəmizləmə prosesində həyatını itirənlər həm hüquqi, həm də dini baxımdan şəhid adını almalıdır
Xəbər verildiyi kimi, Azərbaycanda minatəmizləmə prosesi zamanı həlak olan şəxslərə (mina təmizləyənlərə) şəhid statusunun verilməsi təklif edilib. Bu təkliflə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Məmmədov parlamentdə çıxış edib.
O qeyd edib ki, Vətən müharibəsindən sonra ilk dəfə ANAMA əməkdaşı Xankəndidə tapılan tələ minasının poliqonda partlaması nəticəsində həyatını itirib: “ANAMA olaraq minatəmizləmə prosesi zamanı həyatını itirən əməkdaşlarımıza şəhid statusunun verilməsini təklif edirik”.
B.Məmmədov xatırladıb ki, azad edilən ərazilərdə demək olar mina ilə çirkləndirilməmiş ərazi yoxdur: “Həmin ərazilərdə təxminən 1 milyon 167 min hektar minalarla çirklənib. Həmin ərazilərin 14.2 faizi minalardan təmizlənib. Hazırda təhlükəli ərazi dediyimiz bölgələrin ümumi sahəsi 1 milyon hektardan çoxdur. Bir çox ərazilərdə mina olmasa da, bu tip sursatlar var. Ümumilikdə, keçmiş təmas xətti boyunca yüksək dərəcədə minalarla çirklənmiş ərazilərin sahəsi 250 min hektara yaxındır”.
Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev isə ANAMA rəsmisinin təklifi ilə bağlı bildirib ki, bu məsələ layihənin plenar iclasda müzakirəsi zamanı qaldırıla bilər.
Bəs qanun və dinimiz nə deyir? Hansı hallarda həlak olan şəxsə şəhidlik verilir?
Bu arada, azad olunan ərazilərdə 7 sentyabrın-13 oktyabr aralığında 64 tank əleyhinə mina, 141 piyada əleyhinə mina, 625 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.
Məlumata əsasən, 1198.7 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində həyata keçirib.
Fazil Mustafa
Milli Məclisin deputatı Fazil Mustafa mövzu ilə bağlı “Yeni Müsavat”la fikirlərini bölüşüb: “Əlbəttə, bu da ərazi bütövlüyümüzün qorunması, orada təhlükəsizliyin təmin edilməsi baxımından vacib bir məsələdir. Ona görə də bu məsələ ətrafında qanunvericiliyin münasibətini ortaya qoymaq vacibdir. Çünki şəhidliyin iki anlamı var: dini və hüquqi. Biz hüquqi mənada şəhidliyi daha geniş qəbul edirik. Belə bir vəziyyətdə bu hüququn onlara şamil edilməsi düşünülə bilər. Hər halda bu diqqətdə saxlanılası vacib məsələlərdən biridir. Çünki onlar da ən ağır şərtlərdə öz vəzifə borclarını yerinə yetirərək müxtəlif həyati riskə gedirlər. Bu da müəyyən problemlər yarada bilir. Bu baxımdan da məsələni bu kontekstdə müzakirə etmək daha doğru olar. Qanunvericiliyin də məsələyə münasibətinin ortaya qoyulması zəruridir".
Ceyhun Məmmədov
Deputat, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov da bizimlə söhbətdə deyib ki, dinimizə görə Vətən, torpaq uğrunda sağlamlığını itirən, canından keçən hər kəs şəhid sayılır: “Bu gün dinimizə görə, şəhadət ən uca məqamdır. Dinimizə görə, hər kəsin vətəni qoruması vacibdir. Hətta hədisdə qeyd edilir ki, əgər düşmən hansısa bir dövlətə hücum edərsə, o zaman bütün müsəlmanlara cihad etmək, döyüşmək fərzdir. Dinimiz bunu açıq şəkildə vurğulayır. Bu mənada şəhidlik uca məqam sayılır. Hər kəs çalışmalıdır ki, vətəni qorusun. Müharibə şəraitində həyatını itirən hər kəs dinimizdə də şəhid sayılır”.
Ağa Hacıbəyli
İlahiyyatçı Ağa Hacıbəyli “Yeni Müsavat”a deyib ki, islam dininin şəhidə yanaşması, şəhadət zirvəsini anlatması həm Quran ayələri, həm də peyğəmbərimizin hədisləri ilə təsbit edilib: “Şəhidlik peyğəmbərlikdən sonra ən ali zirvə sayılır. Bu zirvəyə çatmaq üçün də bir mübarizə ortaya qoyan o igidlərin əhvalı önəmli sayılır. Allah rizasını qazanmaq üçün canlarını fəda edən ruhlara Yaradan şəhid ismini verir. Ancaq məsələnin digər bir tərəfi var. Doğrudur, savaş bitibsə, amma” hələ də torpaq altında minalarla bu savaş davam edir. O da düşmən təxribatı sayılır, o da düşmənin qurduğu tələlərdir. Bu gün onu da Azərbaycan əsgəri həll edir və o mücadilənin, mübarizənin arasında vəfat edirsə, təbii ki o da şəhid kateqoriyasına aid edilməlidir. Doğrudur, islam dinində savaş anında şəhid olanla yaralanıb günlər sonra şəhid olanın əhvalı bir az fərqli anladıla bilir. Amma hər ikisinə şəhid kimi baxılır. Hətta nəinki savaş meydanlarında, ola bilər kütləvi xəstəlik zamanı, pandemiya dövrü kimi birdə-birə gələn xəstəliklər zamanı vəfat edənlərə qarşı da şəhid münasibəti göstərilir. Ananın övladını dünyaya gətirdiyi zaman vəfat edərsə, o anaya da şəhid ana kimi baxılır. Ümid edirəm ki, qanunvericilikdə də nəzərə alınacaq, mina ilə bağlı, o qorxunc mücadilənin içərisində gecə -gündüz demədən Vətənimiz üçün mübarizə aparan insanlara da şəhid gözü ilə baxılacaq".
Qeyd edək ki, 10 noyabr 2020-ci il tarixdə hərbi əməliyyatların dayandırılması barədə üçtərəfli bəyanat qəbul edildi. Rəsmi məlumatlara əsasən hətta həmin Bəyanatın imzalanmasından sonrakı 200 gün ərzində işğaldan azad edilmiş ərazilərdə təxminən 100 milyon kvadratmetr sahədə 35000-dən çox minanın zərərsizləşdirilməsinə baxmayaraq, mina qurbanlarının sayı artmaqda davam edir. Ermənistan-Azərbaycan münaqişəsi zamanı piyada və tank əleyhinə minalardan geniş şəkildə istifadə olunmuşdur. Ermənistan tərəfindən basdırılmış minalar nəticəsində 1992-ci ildən 2020-ci ilin 27 sentyabrına qədər 2843 nəfər həlak olmuş və ya yaralanıb. Bunlardan 522-si hərbçi, 2321-i mülki şəxs olmuşdur. Qurbanlarının təxminən yarısı (1357 nəfər) atəşkəs zamanı baş verən mina partlamaları nəticəsində xəsarət alanlardır. 10 noyabr 2020-ci il tarixdən keçən 7 ay ərzində müxtəlif növ minalar və digər partlayıcı qurğuların partlaması nəticəsində 27 nəfər həlak olmuş, 115 nəfər müxtəlif bədən xəsarətləri almışdır. Bu müddət ərzində ümumilikdə 142 mina terrorunun qurbanının 49-u mülki əhali olmuşdur. Qeyd edilən məlumatlar ANAMA tərəfindən təqdim edilmiş və prokurorluq tərəfindən təsdiq edilmiş məlumatlardır.
- Elektron siqaret qadağan edildi
23 noyabr 2024 15:25
- Nümunə olacaq həkimlərimiz - Aynur Pənahova
23 noyabr 2024 14:05
- BAKCEL-in təşkilatçılığı ilə Süni İntellektlə Dayanıqlılıq mövzusunda panel müzakirəsi keçirilib
23 noyabr 2024 12:04
- Yeni həyat şəhəri – Ağdam
21 noyabr 2024 13:10
- Bir araya gəlib gələcək nəsillərə sağlam bir planet ötürmək məsuliyyəti...
18 noyabr 2024 19:50
- İlham Əliyev bu qanunu təsdiqlədi: 15 IL HƏBS ...
18 noyabr 2024 19:05
- Gələn il minimum əmək haqqı və pensiya NEÇƏ MANAT OLACAQ ? –Qanun layihəsi
18 noyabr 2024 13:49
- Brejnevi qırıcıların hücumundan xilas edən pilot – Deputat, nazir, marşal olub, qəhrəman adı alıb
17 noyabr 2024 21:36
- Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
17 noyabr 2024 11:01
- Aslan Bjaniya Suxumidən öz kəndinə qaçdı
16 noyabr 2024 10:48
- Azərbaycanın Avropanın qaz təminatındakı rolu nədir? – Müqayisəli siyahı
25 noyabr 16:08
- Azərbaycanda yeni bələdiyyələr yaradıldı - Siyahı
25 noyabr 15:44
- Prezident Gövhər Baxşəliyeva ilə bağlı sərəncam imzaladı
25 noyabr 15:26
- 240 min iş yeri açıqlacaq? (AÇIQLAMA)
25 noyabr 14:24
- Azərbaycanlı idmançı erməniləri yenərək QALİB OLDU – FOTOLAR
25 noyabr 13:59
- Milli Məclisin sədrindən mühüm açıqlamalar
25 noyabr 13:08
- Məktəblərdə payız tətilindən sonra dərslər başladı
25 noyabr 11:26
- İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım etdi
25 noyabr 11:04
- Günün mübarək, KƏLBƏCƏR
25 noyabr 10:40
- Bir rəssamın dramı: Van Qoq qulağını niyə kəsdi?
24 noyabr 21:40
- Dövlət başçısı: Dünya tarixi Bakı nailiyyətinə şahid oldu
24 noyabr 21:29
- Bakıda aptek müdürü işçisini DÖYDÜ - ŞOK VİDEO
24 noyabr 19:25
- Qədir Rüstəmovun həyat yoldaşı: - Ağdamdakı evimizin açarını atdı ora... - Müsahibə
24 noyabr 16:46
- Azərbaycan Prezidenti: COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir
24 noyabr 15:18
- Rumıniyada seçki - 14 şəxs prezident olmaq istəyir
24 noyabr 13:16
- ABŞ kəşfiyyatı Kremlin xaricdə qətl etdiyi məşhurların adlarını açıqladı - ÖLÜM SİYAHISI
24 noyabr 11:17
- Bakıda tarixi qərar verildi
24 noyabr 00:42
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
24 noyabr 00:10
- Qadın 9 UŞAĞA HAMİLƏ qaldı
23 noyabr 23:31
- Korpus komandiri Çingiz Şəfiyev vəfat etdi
23 noyabr 22:51
- Abid Şərifovun şirkətidən əmək haqqı və maddi ziyan edilir
23 noyabr 20:12
- Bakıda taksi Afrikalı qonağı hava limanından 139 MANATA gətirdi - DİN işə qarışdı
23 noyabr 19:57
- Sabiq deputat, keçmiş icra başçısı vəfat etdi - FOTO
23 noyabr 19:47
- Bu agentliyin funksiyaları -Azərenerji- və Azərişığ-a ötürüləcək - FƏRMAN
23 noyabr 19:36
- Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?
23 noyabr 19:28
- Azərbaycanda qadınlar ona görə narkotikə qurşanıb ki... - Sabiq rəis - VİDEO
23 noyabr 19:16
- Hüququ pozulan Azərbaycan qadını Prezidentdən KÖMƏK istəyir
23 noyabr 17:10
- Azərbaycana casusluqda ittiham edilən erməni TÜRKOLOQA 18 il HƏBS..
23 noyabr 15:51
- Elektron siqaret qadağan edildi
23 noyabr 15:25
- Məktəblərdə dərslər bu tarixdən başlayacaq
23 noyabr 15:03