Putin naharda səni yeyər, dostun olan o diktator… – Harrislə Tramp arasındakı debatın MƏTNİ
ABŞ prezidentliyinə namizədlər Kamala Harris (demokrat) və Donald Tramp (respublikaçı) ilk televiziya debatı keçiriblər.
SAVASH.MEDİA xarici KİV-ə istinadən xəbər verir ki, teledebat Pensilvaniya ştatının Filadelfiya şəhərində baş tutub. “ABC” telekanalının aparıcılarının suallarını cavablandıran siyasətçilər bir-birini tənqid edib, yalan danışmaqda ittiham ediblər.
Debatın əvvəlində Harris bildirib ki, tamaşaçılar Trampdan “çoxlu yalan və şikayətlər” eşidəcəklər. Tramp isə xanım rəqibini “marksist” adlandırıb və onun fəaliyyətini Stenford Universitetinin keçmiş iqtisadçısı olmuş atasının işi ilə əlaqələndirməyə cəhd edib.
İqtisadiyyat mövzusunda sualları cavablandırarkən Harris özünü perspektivli namizəd kimi təqdim edib və deyib ki, onun “imkanlar iqtisadiyyatı” yaratmaq üzrə planı var. O, kiçik biznesə, gənc ailələrə kömək edəcəyinə və mənzil qiyməti problemi ilə məşğul olacağına söz verib.
“Donald Tramp bizi ən ağır işsizliklə üz-üzə qoydu. Bizim (demokratların) etdiyimiz tək şey – Donald Trampın yaratdığı qarışıqlığı aradan qaldırmaq oldu”, – deyə Harris iddia edib.
Tramp deyib ki, ABŞ-də ölkəni məhv edən inflyasiya səbəbindən “dəhşətli iqtisadiyyat” var. O, bildirib ki, dörd il ərzində demokratlar iqtisadiyyatı məhv etdilər.
Harris isə Trampın xarici malların idxalına rüsumları artırmaq niyyətini tənqid edib. Tramp buna cavab olaraq bildirib ki, bu, qiymət artımına gətirib çıxarmayacaq.
Aparıcının 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu ilə bağlı sualını cavablandıran Tramp bir daha təkrar edib ki, o, ABŞ prezidenti olsaydı, hücum baş verməzdi.
“Əgər o (Harris) prezident olarsa, hesab edirəm ki, iki ildən sonra İsrail mövcud olmayacaq”, – deyə Tramp iddia edib.
Harris, öz növbəsində, İsrailin özünümüdafiə hüququna malik olduğu fikrini təkrarlayıb, lakin bunu onun necə etməsinin vacib olduğuna diqqəti cəlb edib: “Bu müharibə bitməlidir. O dərhal bitməlidir”.
Ukraynadakı müharibədən bəhs edərkən Tramp da bildirib ki, müharibə dayandırılmalıdır. Onun sözlərinə görə, o, prezident olsaydı, Rusiya heç vaxt Ukraynaya təcavüz etməzdi.
O, nəzərə çatdırıb ki, Rusiya prezidenti Vladimir Putini və Ukrayna prezidenti Vladimir Zelenskini yaxşı tanıyır: “Mən bunu tez həll edərdim. Əgər prezident seçilsəm, Ukrayna ilə Rusiya arasında müharibə bitəcək”.
Harris rəqibinə müraciət edərək deyib: “Siz artıq prezident olmadığınız üçün NATO üzrə müttəfiqlərimiz çox minnətdardırlar”.
Harrisin fikrincə, Tramp prezident olsaydı, Putin hazırda Kiyevdə oturub, Polşadan başlayaraq Avropanın qalan hissəsinə baxardı”: “Siz bir diktatorla dost olduğunuzu düşünürsünüz, amma o, sizi naharda yeyərdi”.
O, həmçinin Trampı Şimali Koreya lideri Kim Çen Inla xoş münasibətdə olmaqda ittiham edib.
Son illərdə ABŞ üçün mühüm problemə çevrilmiş abort məsələsinə gəlincə, Tramp 2022-ci ildə abort hüquqlarının konstitusiya müdafiəsini ləğv edən və məsələni ayrı-ayrı ştatların ixtiyarına buraxan ABŞ Ali Məhkəməsinin qərarını dəstəkləyib.
Harris isə abort üçün konstitusiya hüququnun bərpasını müdafiə edib. O, dövlətlərin abortla bağlı öz məhdudiyyətlərini tətbiq etməyə başladıqdan sonra qadınların üzləşdiyi çətinliklərdən danışıb. Demokratların namizədi rəqibinin bu məsələ ilə bağlı siyasətinin amerikalı qadınları incitdiyini deyib.
Miqrasiya mövzusunda sualları cavablayarkən Tramp bildirib ki, ABŞ-də təhlükəsizlik vəziyyəti qeyri-qanuni miqrantlar səbəbindən pisləşib. Onun sözlərinə görə, Bayden-Harris administrasiyası “milyonlarla miqrant və cinayətkarı” ölkəyə buraxıb.
Tramp ABŞ-nin “güclü sərhədə və möhkəm divarlara” ehtiyacı olduğunu vurğulayıb.
Harris isə Trampı silah, narkotik və insan alveri ilə məşğul olan transmilli cinayətkar təşkilatları izləmək üçün sərhəd xidmətinə əlavə personal verəcək qanun layihəsinin qəbuluna mane olduğuna görə qınayıb.
Qeyd edək ki, ABŞ-dəki milli sorğular namizədlər arasında fərqin əvvəlki tək çox böyük olmadığını göstərir.
Xatırladaq ki. ABŞ-də prezident seçkiləri noyabrda keçiriləcək.
- Putin Ərdoğanla görüşdü: Ərdoğana başsağlığı verdi
23 oktyabr 2024 20:49
- Belarusda prezident seçkilərinin tarixi açıqlandı
23 oktyabr 2024 17:44
- Tuneldə seldə boğulub ölən Elnurla Köçəri DƏFN EDİLDİ
23 oktyabr 2024 15:03
- Bu gün də Ramiz Mehdiyev və onun ətrafı Rolls-Royce-da, Maybach-da gəzirlər, nə üçün? — Aslan İsmayılov
23 oktyabr 2024 13:52
- İşsiz qadın vəfat edən həyat yoldaşının pensiyasını ala bilərmi?
23 oktyabr 2024 13:32
- Azərbaycanda vəzifəli şəxslər həbs olundu - RƏSMİ
23 oktyabr 2024 13:10
- Səlim Müslümovun oğlu yenidən məhkəmə qarşısında
23 oktyabr 2024 12:10
- MSK yenidən formalaşacaq - Məzahir Pənahov isə ...
23 oktyabr 2024 12:01
- DÖNƏR-lə bağlı YENİ QƏRAR
23 oktyabr 2024 11:11
- Deputatdan krediti olan pensiyaçılarla bağlı banklara ÇAĞIRIŞ
23 oktyabr 2024 10:59
- Ağadadaş Ağayev 450 MİN TƏLƏB EDİR - Məhkəməyə gəlmədi
23 oktyabr 21:42
- ƏMƏKDAR MÜƏLLİM və XANIMI NİYƏ ÖLDÜRÜLDÜ ?
23 oktyabr 21:28
- Putin Ərdoğanla görüşdü: Ərdoğana başsağlığı verdi
23 oktyabr 20:49
- Türkiyədə terror aktı nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb
23 oktyabr 20:10
- Təcili yardımın sürücüsü qətlə yetirildi - FOTO
23 oktyabr 19:14
- Ehtiram Hüseynov istefa verib, Bakıdan köçdü
23 oktyabr 18:26
- Belarusda prezident seçkilərinin tarixi açıqlandı
23 oktyabr 17:44
- SON DƏQİQƏ! Türkiyədə DƏHŞƏTLİ TERROR - Ölən və yaralananlar var
23 oktyabr 17:34
- Minnixanov Əliyevə orden təqdim etdi - Foto
23 oktyabr 15:34
- Tuneldə seldə boğulub ölən Elnurla Köçəri DƏFN EDİLDİ
23 oktyabr 15:03
- 1 həftə ərzində İranda 35 məhbus EDAM EDİLİB - Siyasi məhbuslar aksiya keçirir
23 oktyabr 14:14
- Bu gün də Ramiz Mehdiyev və onun ətrafı Rolls-Royce-da, Maybach-da gəzirlər, nə üçün? — Aslan İsmayılov
23 oktyabr 13:52
- Hərbçimiz qəzada öldü
23 oktyabr 13:38
- İşsiz qadın vəfat edən həyat yoldaşının pensiyasını ala bilərmi?
23 oktyabr 13:32
- Azərbaycanda vəzifəli şəxslər həbs olundu - RƏSMİ
23 oktyabr 13:10
- Prezident Rusiyadadır
23 oktyabr 12:40
- Dönərxanalar cəmiyyətin bəlasına çevrilib - ŞOK AÇIQLAMA
23 oktyabr 12:23
- Səlim Müslümovun oğlu yenidən məhkəmə qarşısında
23 oktyabr 12:10
- MSK yenidən formalaşacaq - Məzahir Pənahov isə ...
23 oktyabr 12:01
- Prezident Viktor Orbanı təbrik etdi
23 oktyabr 11:55
- BRAVO qatığa görə 4 min manat cərimələndi
23 oktyabr 11:45
- Gəncənin və iki rayonun prokuroru dəyişdi
23 oktyabr 11:24
- DÖNƏR-lə bağlı YENİ QƏRAR
23 oktyabr 11:11
- Deputatdan krediti olan pensiyaçılarla bağlı banklara ÇAĞIRIŞ
23 oktyabr 10:59
- Bakıda DƏHŞƏT: Aktyor və arvadı qətlə yetirildi - FOTO
23 oktyabr 10:50
- Dövlət Baxçalı Öcalanla bağlı bu sözləri dedi
23 oktyabr 02:19
- Dünya liderləri Kazanda - FOTOLAR
23 oktyabr 01:59
- Həkimlərin əməliyyat masasında qoyub qaçdığı Nəzakət Məmmədova: Əri onu hər gün döyürdü
23 oktyabr 01:45
- Elm və Təhsil Nazirliyi 3.7 milyonluq tender verdi
23 oktyabr 01:24
- Bayden Paşinyana tarix verdi - Azərbaycanla sülh sazişini başa çatdırın
23 oktyabr 01:08