Bərdədə 10 hektar taxıl sahəsi susuzluqdan məhv olur – Fərdi sahibkar Zaur Mikayılovdan kömək istədi
![](https://www.nuh.az/uploads/posts/2023-12/thumbs/big_1702298028_berde.jpg)
Bərdədə 10 hektar taxıl batır. Səbəb isə sadədir – Bərdə Suvarma Sistemləri İdarəsinin rəisi Atamoğlan Babayev 1 aydır 1001 saylı artezian quyusundan götürülən nasosu təmir adı ilə geri qaytarmır.
Bununla bağlı Musavat.com-a müraciət edən fərdi sahibkar Sərxan Müzəffər oğlu Əsgərov deyib ki, o, qanunsuz və əsassız tələbi yerinə yetirməyib deyə bu şəkildə ziyana salınır: “1 ay əvvəl Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Zaur Mikayılova da şikayət yazmışam. Bildirmişəm ki, möhtərəm cənab Prezidentimiz İlham Əliyevin kənd təsərrüfatı sahəsinə ayırdığı diqqət və qayğıdan həvəslənərək Bərdə rayonu, Şatırlı kəndi ərazisində 10 hektar toxumluq buğda səpmişəm. Lakin səpdiyim buğda qarğalara yem oldu. Səbəb isə Bərdə Suvarma Sistemləri İdarəsinin rəisi Atamoğlan Babayevin əkin sahəsinin suvarılmasını təmin edən 1001 saylı artezian quyusundan nasosu təmir adı ilə 1 ay əvvəl apararaq geri qaytarmamasıdır. Atamoğlan Babayev deyir ki, suya borcunuz var, su nasosunu da ona görə çıxarmışıq. Borcunuzu ödəyin, sonra nasosu qoşaq. Mənimsə heç bir borcum yoxdur.
Bu, yalandır. Sadəcə Atamoğlan Babayevin qanunsuz və əsassız tələbini – pulu nağd şəkildə ona verilməsi tələbini yerinə yetirməmişəm. Pulu elektron şəkildə sistemə yükləyirəm. Bu isə Atamoğlan Babayevi narazı salıb. Atamoğlan Babayevin hərəkətlərinə görə 12 min 500 manat ziyana düşmüşəm, payız suvarması verilmədiyindən səpdiyim buğda qarğalara yem olub. Bundan başqa kənd təsərrüfatı təyinatlı kreditimi də ödəyə bilməyəcəyəm. Ona görə də Zaur Mikayılovdan xahiş edirəm ki, təcili şəkildə müdaxilə etməklə mənə qarşı atılan cinayətə bərabər sabotajın qarşısını alsın. Bir daha xahiş edirəm ki, təcili müdaxilə etməklə qanunsuzluğu aradan qaldırasınız”.
Fərdi sahibkarın üzləşdiyi qanunsuzluqla bağlı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifovla əlaqə saxladıq. Mətbuat katibi bildirdi ki, vətəndaşın şikayəti ilə bağlı araşdırma aparılacaq.
- Bakı İlahiyyat Kollecinə yeni direktor təyin olundu - DOSYE
5 iyul 2024 13:55
- Rasputini öldürən, Stalinin qorxduğu azərbaycanlı
5 iyul 2024 12:35
- Azərbaycanda anormal istilər - Günün altında 50 dərəcə...
5 iyul 2024 11:03
- Dövlət bir şagirdə 6400 manat xərcləyir” – Adambaşı maliyyələşmənin DETALLARI
3 iyul 2024 11:47
- Oqtay Əsədova bağlı olduğu deyilən şirkət 370 minlik tender qazandı
1 iyul 2024 21:24
- Ötən ay Bakıda 198 ağac və kol kəsilib, təbiətə 413 min manatdan artıq ziyan vurulub
1 iyul 2024 15:39
- Əminik ki, Azərbaycan dövləti, nəhayət, Zakir Fərəcova və əlaltılarına ciddi dərs verəcək..
1 iyul 2024 12:48
- Bu gündən qadınların pensiya yaşı 64 oldu
1 iyul 2024 11:40
- Tələbəsiylə evləndi, efirdən qovuldu, oğlunu qətlə yetirdilər - Məşhur diktorumuzu kim öldürmək istəyirdi?
30 iyun 2024 12:06
- Azərbaycanlı qıza görə dinini dəyişdi: Virtual dünyadan başlayan eşq (FOTOLAR)
29 iyun 2024 15:37
- Prezident İsa bulağı-nda çay içdi - Fotolar
05 iyul 16:22
- NAR Azərbaycanda turizmin inkişafını dəstəkləyir
05 iyul 16:16
- Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin hansı sədri SƏLƏMƏ milyonlarla pul verir ?
05 iyul 15:29
- Məhkəmə SOCAR-ın sabiq vitse-prezidentinin gəlini ilə bağlı QƏRAR verdi
05 iyul 14:26
- Bakı İlahiyyat Kollecinə yeni direktor təyin olundu - DOSYE
05 iyul 13:55
- Mövcud konstitusiya ciddi gərginlik yaradır, yenisinə ehtiyac var- PAŞİNYAN
05 iyul 13:36
- Prezident Şuşada açılışlar etdi (YENİLƏNİB)
05 iyul 13:18
- Elektrik dirəyi aşdı - Mantyor yerə yıxılıb ÖLDÜ
05 iyul 13:10
- Rasputini öldürən, Stalinin qorxduğu azərbaycanlı
05 iyul 12:35
- Sərdar Cəlaloğlu niyə Naxçıvanı seçdi? - Sonuncu seçkimdir
05 iyul 12:22
- Müsavatdan 10 nəfərə vəzifə veriləcək - ŞOK PLAN
05 iyul 11:57
- Kafedə müştəri xanım ofisiantın başına külqabı ilə vurdu - QƏRAR
05 iyul 11:37
- Azərbaycanda anormal istilər - Günün altında 50 dərəcə...
05 iyul 11:03
- Anar Cəbrayıllı yeni vəzifəyə təyinat aldı
05 iyul 10:50
- İranda prezident seçkilərinin ikinci turunda səsvermə başlayıb
05 iyul 10:32
- İlham Əliyev Xocalı hava limanında olub
05 iyul 10:23
- Ersin Tatar Azərbaycana gəldi
05 iyul 10:10
- Azərbaycanlı boksçu RUS DONUZU dedi və yarışlardan ömürlük kənarlaşdırıldı
04 iyul 23:34
- Prezidentin Qazaxıstana səfəri başa çatdı
04 iyul 22:25
- BAKCELL ölkədə ilk dəfə VoWiFi texnologiyasını təqdim edib
04 iyul 22:19
- Filarmoniyada ƏMƏLİYYAT keçirildi
04 iyul 21:59
- Müsavat seçkilərlə bağlı qərarını verdi
04 iyul 21:51
- DİQQƏT! Yeməklərdə istifadə etdiyimiz bu qida insanları qəfil öldürür
04 iyul 08:32
- Yoldaşı vəfat etmiş Cavan Zeynallı tanınmaz hala düşdü (FOTO)
04 iyul 00:03
- Bu yolla qara ciyərinizi təmizləyə bilərsiniz
03 iyul 21:38
- İlham Əliyev, Ərdoğan və Şahbaz Şərif arasında üçtərəfli görüş oldu - Fotolar
03 iyul 21:11
- Azərbaycanda məmurun qulağını KƏSDİLƏR – FOTO
03 iyul 20:37
- İlham Əliyev Astanaya getdi
03 iyul 12:28
- Rəfail Mehdiyev işdən çıxarıldı - Yeni təyinat
03 iyul 12:16
- Dövlət bir şagirdə 6400 manat xərcləyir” – Adambaşı maliyyələşmənin DETALLARI
03 iyul 11:47