Zakir Fərəcov, deyirsən ki, Prezidentin əli kürəyimdədir…O, əl bir gün dəmir yumruq olub, sənin başına enəcək…
Prezident İlham Əliyev: “Sahibkara mane olmaq dövlətə xəyanətə bərabərdir”.
Zakir Fərəcov, deyirsən ki, Prezidentin əli kürəyimdədir…
O, əl bir gün dəmir yumruq olub, sənin başına, qaşqana enəcək…
Zakir Fərəcov abadlıq-quruculuq işlərinə görə adı olub, özü olmayan şirkətlərə külli miqdarda dövlət vəsaiti köçürüb…
Cənab Baş Prokuror ! Cənab Rektor! Barəsində cinayət işi açılmış Gündüz Əliyev Sumqayıt ŞİH-də, Sumqayıt Dövlət Universitetində necə işləyir ?
Vergi orqanları Zakir Fərəcovun əməllərini yoxlasa, layiq olduğu cəzanı alacaq…
Yazıya qısa giriş olaraq onu qeyd edək ki, iş adamları, sahibkarlar, biznesmenlər sözün həqiqi mənasında milli sərvətdir. Belə ki, bu şəxslər dövlətin məşğulluq siyasətinə böyük töhfə verirlər. Çünki dövlətin əsas vəzifələrindən biri vətəndaşları işlə təmin etməkdir. Bu məsələdə sahibkarlar dövlətin yükünün yetəli hissəsini öz üzərinə götürür, vətəndaşları işlə təmin edirlər. Bu gün sahibkarların ətrafında yüzlərlə, minlərlə insan özünə iş yeri tapır.
Bütün bunları nəzərə alan möhtərəm Prezidentimiz İlham Əliyev cənabları sahibkarlıq və sahibkarlarla bağlı aşağıdakı dəyərli fikirləri söyləyib.
İlham Əliyev: “Sahibkarlığın inkişafı dövlət siyasətidir”
Cənab Prezidentimiz deyib: “ Sahibkara mane olmaq dövlətə xəyanətə bərabərdir”.
Prezidentimiz çıxışlrının birində belə deyib: “Sahibkar heç kimə borclu deyildir. Vergisini verməlidir, vəssalam. Sahibkarı boğurlar, soyurlar, incidirlər, malını əlində alırlar. Bu, dözülməz haldır”.
Cənab İlham Əliyev çıxışlarının birində isə deyib ki, bəzi icra başçıları abadlıq-quruculuq işləri zamanı dövlətin ayırdığı külli miqdarda vəsaiti mənimsəyir və xərci iş adamlarının, sahibkarların üzərinə atırlar.
Hə, indi əsas mövzuya keçmək olar.
Prezidentin dediyi kimi “ sahibkarları boğan, soyan, malını əlindən alan “ icra başçılarından biri, bəlkə də birincisi Sumqayıtın icra başçısı Zakir Fərəcov və onun sağ əli Gündüz Əliyevdir.
Zakir Fərəcov, Prezidentin yuxarıda qeyd etdiyimiz fikirləri sənə aiddir. Bəli, sahibkara mane olmaq dövlətə xəyanətdir. Gec-tez bütün bunlara görə qanun qarşısında cavab verəcəksən.
Çünki Sumqayıtın abadlıq-quruculuq işləri adı altında dövlətin ayırdığı milyonları mənimsəyərək, xərci iş adamlarının boynuna qoymusan.
Belə ki, neçə illərdir Zakir Fərəcovdan milyonlarla halal pulunu ala bilməyən iş adamları, sahibkarlar müxtəlif dövlət orqanlarına müraciət edirlər. Zakir Fərəcov isə iş adamlarına deyir ki, sizin yazdığınız şikayət ərizələri mənə gəlir və mən də ….silib atıram.
Dövlət məmurunda bir dövlət ədəb-ərkanı, dövlət tərbiyəsi olmalıdır. Görəsən Zakir Fərəcovda belə bir dəyər varmı?
Axı o şikayət ərizələri Ali rəhbərlikdən, PA-dn gəlir.
Bu hələ harasıdır ? Zakir Fərəcov utanıb-qızarmadan deyir ki, Prezidentin əli kürəyimdədir.
Fərəc kirvənin oğlu, Prezident sənin əməllərindən xəbər tutan kimi Onun əli dəmir yumruğa çevrilib təpənə enəcək, qaşqana dəyəcək. Bunu yadda saxla.
Məlumat üçün onu qeyd edək ki, Sumqyıt şəhərinin abadlıq-quruculuq işlərində çalışan sahibkarlar uzun illərdir ki, Zakir Fərəcovun onlara 10 milyon borcu olduğu barədə dövlət qurumlarına şikayət edirlər. Zakir Fərəcov isə hər dəfə sahibkarları müxtəlif vədlərlə aldadır və sözünə əməl etmir.
Sahibkarlar isə yazırlar ki, bu pullar müxtəlif şirkətlərdən inşaat materiallarının alınması, fəhlələrin əmək hqqı üçündür. İndi həmin şirkətlər, fəhlələr, ustalar öz pullarını sahibkarlardn tələb edirlər. Sahibkarlar çıxılmaz vəziyyətdə qalıb.
Bütün bunlar azmış kimi sahibkarlar bildirir ki, işi biz görsək də Zakir Fərəcov böyük məbləğdə pulları başqa şirkətlərin adına köçürüb, oradan bizə qəpik-quruş verib. Hansı ki, o şirkətlərin görülən abadlıq-quruculuq işlərinə zərrə qədər dəxli yoxdur. Bax, bütün bunlar dövlət qurumları, vergi orqanları tərəfindən ciddi yoxlanılsa, Zakir Fərəcovun əməlləri ortaya çıxacaq.
Təsəvvür edirsiniz işi görən şirkətlər qalıb bir tərəfdə, külli miqdarda dövlət vəsaiti başqa şirkətlərin hesabına köçürülür. Yəni külli miqdarda vergidən yayınma var. Bəs Dövlət Vergi Xidməti hara baxır..?
Zakir Fərəcovun yuxarıda sadaladığımız əməllərinin həyata keçməsində Gündüz Əliyevin də “xidməti” az deyil.
Söhbət Sumqayıt ŞİH-nin şöbə müdiri, Sumqayıt Dövlət Universitetinin baş müəllimi Gündüz Əliyevdən gedir.
Adı Gündüz, əməlləri qara-qura olan bu adam barəsində hazırda cinayət işi açılıb.
Belə ki, ötən il Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi Şəxsinin işçiləri barəsində olan cinayət işinin ibtidai istintaqı yekunlaşıb. Lakin təqsirləndirilən şəxslər barədə hələ ki məhkəmə tərəfindən hər hansı yekun qərar verilməyib.
Belə ki, həmin cinayət işi üzrə təqsirləndirilən və cinayət təqibinə cəlb edilən şəxslər Sumqayıt şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyev, onun bacısı, “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi Şəxsin sabiq baş mühasibi Gülnarə Bayramova və onların yaxın tanışları Elxan Əsədovdur.
Adıçəkilən şəxslər barəsində Cinayət Məcəlləsinin (CM) 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) və 32.5, 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəməyə köməkçilik), 32.5, 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə köməklik) və digər maddələrlə ittiham irəli sürülüb.
İş materiallarına əsasən, Gülnarə Bayramova və Gündüz Əliyev Elxan Əsədov vasitəsilə təsis etdiyi 41 hüquqi şəxsin qanuni fəaliyyətlə məşğul olması görüntüsü yaradaraq Sumqayıt şəhər Səhiyyə Şöbəsindən 5 milyon 716 min 684 manat məbləğində pul vəsaitinin həmin şirkətlərə köçürülməsinə nail olub. Bundan sonra köçürülmüş vəsaitin bir hissəsi – 1 milyon 613 min 334 manat Elxan Əsədov və digərləri vasitəsilə nağdlaşdırılaraq mənimsənilib. Cinayət yolu ilə əldə edilən mənimsənilmiş pul vəsaitinin 1 milyon 35 min manat məbləğində hissəsinin müxtəlif əqdlər bağlamaqla həyata keçirilən maliyyə əməliyyatları nəticəsində ayrı-ayrı şəxslərin bank hesablarından məxaric edərək leqallaşdırması ibtidai istintaq zamanı sübuta yetirilib.
Əgər rəsmi məlumatdan bəlli olursa ki, Gündüz Əliyevin cinayət əməlləri ibtidai istintaq zamanı sübuta yetirilib. Onda Gündüz Əliyev dövlət qurumunda, üstəlik universitetdə necə çalışır ?
Ona görə də sahibkarlar cənab Prezidentə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Baş prokuror cənab Kamran Əliyevə müraciət edərək bu qanunsuzluqlara son qoyulmasını və halal pullarının verilməsini xahiş edirlər.
NUH.az
- Rusiyalı tatar qızı Miss Europe müsabiqəsinin qalibi olub
28 sentyabr 2024 14:14
- Mahaçqalada dəhşətli partlayış-12 ölü
28 sentyabr 2024 14:05
- Narin Güranın qətlində gizlənən sirr - Əmi göstəriş verib, baldız təşkil edib
27 sentyabr 2024 11:58
- Sumqayıtda futbolçular isti su tapmır... - 100 mindən çox borcu kim ödəməlidir?
27 sentyabr 2024 00:02
- İqtisadi məsələlərə həsr olunmuş müşavirə keçirildi, Prezident çıxış etdi (FOTO/YENİLƏNİB)
26 sentyabr 2024 15:29
- 27 sentyabr tarixi və müqəddəs gündür - Əli Məsimli yazır
26 sentyabr 2024 13:40
- Azəristiliktəchizat-ın yığılmış zərəri 120 milyon manata yaxınlaşdı
26 sentyabr 2024 11:50
- Nazirliyin işdən çıxardığı direktor xəstəxanalıq oldu- XADİMƏ qədər hörmətim...
25 sentyabr 2024 22:41
- Azərbaycan xanımları ölkəni niyə tərk edir? - Millət vəkili
25 sentyabr 2024 14:49
- 450 min vergi borcu olan şirkət məhkəməyə üz tutdu
25 sentyabr 2024 13:37
- Abel Məhərrəmov Qarabağ qazisinin torpağını ZƏBT EDİB ?
28 sentyabr 18:07
- Keçmiş icra başçısı Kürün 8 qolunu qurudub? - Əbülfəz Ağayevə ittiham
28 sentyabr 16:12
- Almaniya və Türkiyə arasında DÖNƏR DAVASI ...
28 sentyabr 16:05
- Bakıda DÜNYA PROKURORLARININ iclası keçirilir - Foto
28 sentyabr 15:50
- Prezidentdən MÜHÜM FƏRMAN
28 sentyabr 14:30
- NAR YAŞAT Fondu ilə birgə şəhid ailələri üçün layihə həyata keçirilib
28 sentyabr 14:22
- Rusiyalı tatar qızı Miss Europe müsabiqəsinin qalibi olub
28 sentyabr 14:14
- Mahaçqalada dəhşətli partlayış-12 ölü
28 sentyabr 14:05
- Başladılar: Ermənistan və İran Araz çayı üzərindən körpü salır
28 sentyabr 13:51
- Azərbaycanda pionerlər niyə öldürülürdü?
28 sentyabr 11:58
- Sahil Babayevdən nazir müavinin deputat seçilən xanımının yerinə təyinat
27 sentyabr 18:18
- Qüdrət Qurbanova yeni vəzifə verildi - Heydər Əsədovun yerinə gətirildi
27 sentyabr 18:12
- İcra başçısının qalmaqallı oğlu dövlət qurumuna qarşı: Nə baş verib?
27 sentyabr 18:05
- Polad Həşimovun anasından ürəkdağlayan görüntülər - Foto+VİDEO
27 sentyabr 12:14
- Narin Güranın qətlində gizlənən sirr - Əmi göstəriş verib, baldız təşkil edib
27 sentyabr 11:58
- Azərbaycanda Anım Günüdür
27 sentyabr 11:22
- Sumqayıtda futbolçular isti su tapmır... - 100 mindən çox borcu kim ödəməlidir?
27 sentyabr 00:02
- İqtisadi məsələlərə həsr olunmuş müşavirə keçirildi, Prezident çıxış etdi (FOTO/YENİLƏNİB)
26 sentyabr 15:29
- Elza Seyidcahan 100 MİN DƏYƏRİNDƏ qızıllarını LOMBARDDAN geri ala bilmir
26 sentyabr 15:20
- Prezident müşavirə keçirdi
26 sentyabr 15:09
- 27 sentyabr tarixi və müqəddəs gündür - Əli Məsimli yazır
26 sentyabr 13:40
- Japarov Akayevin səhvlərini sadaladı – 99 dəfə yaxşılıq et, bir dəfə səhv, bağışlanmaz
26 sentyabr 12:14
- Azəristiliktəchizat-ın yığılmış zərəri 120 milyon manata yaxınlaşdı
26 sentyabr 11:50
- Bakıda bu universitetin yataqxanalarını bit basıb (VİDEO)
26 sentyabr 11:41
- Vilayət Eyvazov Yevlaxda tapşırıqlar verdi - Fotolar
26 sentyabr 11:24
- Nazirliyin işdən çıxardığı direktor xəstəxanalıq oldu- XADİMƏ qədər hörmətim...
25 sentyabr 22:41
- Prezident qırıcıda... - Video
25 sentyabr 22:16
- 10-a yaxın vəkil Kollegiyadan çıxarılır
25 sentyabr 20:56
- Azərbaycan xanımları ölkəni niyə tərk edir? - Millət vəkili
25 sentyabr 14:49
- Bu gün Qənirə Paşayevanın xatirəsi anılacaq
25 sentyabr 13:49