Uçan naməlum obyekt (UFO) 23 sovet əsgərini daşa çevirib.
Musavat.com xəbər verir ki, bu barədə "Fox News" telekanalı Mərkəz Kəşfiyyat İdarəsinin (MKİ) saytında yayımlanan məxfilikdən çıxarılan sənədə istinadən məlumat yayıb.
Hesabatda bildirilir ki, sovet hərbçiləri naməlum uçan obyekti (uçan boşqabı) "yer-hava" tipli raketlə vurduqdan sonra, hadisə yerində qəribə olay baş verib.
Qeyd olunur ki, dağıntılar altından beş yadplanetli, iri başlı və qara gözlü humanoidlər çıxıb. Onlar birləşərək tək bir varlığa çevriliblər, güclü vızıltı səsi çıxarıb və parlaq işıq saçaraq partlayıblar. Bu zaman yaxınlıqda olan 23 sovet əsgəri daş heykələ çevrilib. Yalnız kölgədə olan iki əsgər sağ qalıb.
İddia edilən bu insidentin 1989–1990-cı illər arasında baş verdiyi bildirilir.
Musavat.com