Ölkəyə 43 qəpiyə gətirilir, 6 qat BAHA satılır - ŞOK DETALLAR
İdxal məhsullarının qiymətləri ilə bağlı problemin kökündə inhisarçılıq amili dayanır
Avropa Komissiyası Fransanın dünyaca məşhur geyim və aksesuar istehsalçısı “Pierre Cardin” və onun ən böyük ticarət partnyoru olan "Ahlers"i ümumilikdə 5,7 milyon avro məbləğində cərimələyib. Musavat.com Komissiyanın yaydığı açıqlamaya istinadən xəbər verir bu radikal qərara iki şirkətin “Pierre Cardin” məhsullarının transsərhəd satışını məhdudlaşdırmaları səbəb olub.
Tənzimləyici qərar verib ki, Fransa moda evi və Ahlers 2008-2021-ci illər arasında "Ahlers"in Avropa İqtisadi Bölgəsindəki maraqlarını qorumaq üçün antiinhisar və rəqabət əleyhinə müqavilələr bağlayıblar. “Bu davranış bizim vahid bazarımızı qanunsuz olaraq parçaladı. Bu, istehlakçıların daha yaxşı sövdələşmələr axtarmasını və daha çox seçimdən faydalanmasını məhdudlaşdırdı”, - Avropa Rəqabət Komissarı Margrethe Vestager bildirib.
Avropa Komissiyası dəfələrlə böyük şirkətləri sərhədyanı ticarəti məhdudlaşdırdıqlarına görə cərimələyib. 2020-ci il AK araşdırmasına görə, bu təcrübə avropalı istehlakçılara hər il əlavə 14 milyard avroya başa gəlir.
Hollandiyanın İqtisadiyyat naziri Dirk Beljaarts Avropa Komissiyasını qanunvericilik səviyyəsində bu cür təcrübələri qadağan etməyə çağırıb. Onun sözlərinə görə, bu ona gətirib çıxarır ki, “Almaniyada dərmanlar son dərəcə ucuzdur, lakin Hollandiya ilə sərhədi keçən kimi dərhal 30-40 faiz bahalaşır”.
Azərbaycanda avropalıları hiddətləndirən bu hal uzun illərdir ki, adi qəbul olunmaqdadır. Ölkə bazarı çox böyük ölçüdə xarici idxaldan asılı vəziyyətdədir. Bu asılılıq bir çox məhsullar üzrə 90-100 faizə, bəzilərində 15-20 faizə qədərdir. Əhalinin kütləvi istehlak etdiyi mal və məhsullar: ərzaq, geyim, ayaqqabı, məişət texnikası, kosmetik və yuyucu vasitələr, dərman preparatları, müxtəlif aksessuarlar və sairin ortalama 70-80 faizə qədəri idxal hesabına təmin olunur.
Bir qayda olaraq ölkəyə gətirilən mallar ən yaxın qonşularımızda belə Azərbaycandan kəskin ucuz qiymətə satılır. Bu, bütün məhsullar üzrə özünü büruzə verir. Bəzən elə olur ki, Avropada eyni firmanın istehsal etdiyi bir məhsul çatdırılma məsafəsi qat-qat uzaq olan Qazaxıstanda, Özbəkistanda Azərbaycan bazarından 50-60 faizə qədər ucuz qiymətə satılır. Əhalinin, ictimaiyyətin xüsusilə də ərzaq məhsulları, dərman preparatları ilə bağlı bu məsələni on dəfələrlə qaldırması vəziyyəti dəyişmir. Bəzən Milli Məclisin tribunasından səsləndirilən belə problemlərə demək olar ki, heç bir tərəfdən reaksiya verilmir: nə nəzarətçi-tənzimləyici dövlət orqanlarından, nə idxalçı, nə də satıcı şirkətlərdən.
Ölkəyə qəpik-quruşa idxal edilən məhsuların dəfələrlə baha satılmasına dair bir misalı Valyuta.az saytı yayıb. Dövlət Statistika Komitəsinin hesabatına istinad edən sayt yazır ki, cari ilin ilk 9 ayında Azərbaycana xarici ölkələrdən 8 milyon 508 min 260 ədəd diş fırçası gətirilib. Bu miqdarda fırça alışına 2 milyon 179 min 280 ABŞ dolları (3 milyon 704 min 776 manat) vəsait ödənilib. İdxal olunan diş fırçasının bir ədədinin orta qiyməti 25 sent (43 qəpik) olub. Lakin rəsmi mənbələrdə olan məlumata görə, ötən ay Azərbaycanda pərakəndə satış mərkəzlərində bir ədəd diş fırçasının orta satış qiyməti 2 manat 48 qəpik olub. Bu da xaricdən alınan qiymətdən 5,8 dəfə bahadır.
Aydın məsələdir ki, diş fırçası, məişət texnikası kimi məhsullar uzun istehlak müddətinə malikdir. Buna görə də onlardakı qiymət fərqi əhalinin büdcəsində çox kəskin xərc fərqi yaratmır. Lakin elə məhsullar var ki, onlar aylıq istehlak səbətinə daxildir və onların qiymət dəyişikliyi ailə büdcəsində dərhal hiss olunur. Bura ərzaq məhsulları, dərman preparatları və sair aiddir.
Ərzaq məhsulları üzrə təminatda idxaldan daha böyük asılılığın olması ailə büdcələrini qiymət dəyişikliklərinə daha çox həssas edir. 2021-2022-ci illərdə qlobal ərzaq bazarında qeydə alınan kəskin qiymət artımı 2023-cü ildə enişlə əvəz olunsa da, Azərbaycana idxal olunan ərzaq məhsullarının qiymətində heç bir dəyişiklik qeydə alınmadı. Bu ilin ikinci rübündən qlobal bazarlarda müşahidə olunan bahalaşma isə artıq Azərbaycan bazarlarında piştaxtalarda əks olunub. Bu, xüsusilə kərə yağının qiymətində açıq müşahidə olunmaqdadır. Belə ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrdən 139 milyon 69 min dollar dəyərində 24 464.23 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib. Musavat.com Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 88,8 faiz, miqdar ifadəsində isə 85,3 faiz çoxdur. Məhsulun 1 tonunun idxal qiyməti ötən ilki 5577,7 dollardan bu il 5684,6 dollara qədər artıb.
Xatırladaq ki, ötən ilin on ayında Azərbaycanın kərə yağı idxalı 73 milyon 650.97 min dollar dəyərlə 13 204.57 ton təşkil etmişdi.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən 10 ayda ölkədə kərə yağı istehsalı illik ifadədə 10 faiz artaraq 24691,4 tona bərabər olub.
Qeyd edək ki, Azərbaycan bu il kərə yağı ixracını 10 dəfəyə yaxın artıraraq ötən ilin 9 ayındakı 908 tondan bu ilin eyni dövründə 9106 tona çatdırıb. Kərə yağı ixracından gəlirlər isə ötən ilki 5 milyon 210,06 min dollardan bu il 58 milyon 38,13 min dollara yüksəlib.
Kərə yağının pərakəndə ticarət şəbəkələrindəki orta satış qiyməti 10 ayda idxal yağları üzrə 21,3 manata, yerli istehsal məhsulu üzrə isə 20 manata bərabər olub.
Konkret bir növ yağ üzrə misala baxsaq, 10 ayda Azərbaycana Finlandiyadan 621,71 ton yağın idxalı 4 milyon 477,39 min dollara başa gəlib. Yəni 1 ton yağ 7202 dollar, 1 kq isə 7,202 dollar və ya mövcud məzənnə ilə götürsək, 12,3 manata idxal olunub. Amma Finlandiyadan ölkəmizə gətirilən “Valio” yağlarının 1 kiloqramı hazırda marketlərdə 24 manata - az qala ikiqat qiymətə satılır.
Elə məhsullar var ki, onların idxal qiymətləri ucuzlaşsa da, ölkə daxilində satış qiymətində bunu müşahidə etmirik. Məsələn, bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 58 milyon 141 min ABŞ dolları dəyərində 55 min 962 ton düyü idxal edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə miqdar baxımından 8 min 287 ton (17,4 faiz), dəyər baxımından isə 15 milyon 39 min ABŞ dolları (34,9 faiz) çoxdur. Ötən ilin 10 ayı ərzində xaricdən 43 milyon 102 min ABŞ dolları dəyərində 47 min 675 ton düyü idxal edilmişdi.
Bu ilin 10 ayında düyünün hər kiloqramının orta idxal qiyməti 1 manat 77 qəpik təşkil edib ki, bu da illik müqayisədə 23 qəpik (14,9 faiz) ucuzlaşma deməkdir. Lakin ayrı-ayrı markalaq üzrə qısamüddətli kampaniyaları kənara çıxmaqla, pərakəndə satışda düyünün qiymətinin ucuzlaşması qeydə alınmayıb.
Elə məhsullar var ki, onların idxal qiyməti azalsa da, daxildə satış qiyməti artıb. Bu hal buğda idxalı və buğdadan hazırlanan məhsulların qiyməti üzrə müşahidə olunur. Rəsmi statistikaya əsasən bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 205 milyon 427 min ABŞ dolları dəyərində 948 min 815 ton buğda idxal edilibb. Dövlət Gömrük Komitəsinin yaydığı məlumata görə, idxal ötən ilin eyni dövrü ilə müqayisədə miqdar baxımından 463 ton (0,04 faiz), dəyər baxımından isə 41 milyon 916 min ABŞ dolları (16,9 faiz) azdır. Ötən ilin 10 ayı ərzində xaricdən 205 milyon 428 min ABŞ dolları dəyərində 949 min 815 ton buğda idxal edilmişdi. 2024-cü ilin 10 ayında ölkəyə idxal edilmiş buğdanın 1 tonunun orta qiyməti, ötən ilin müvafiq dövrü ilə müqayisədə 17 faiz azalaraq 368 manat təşkil edib. Lakin bu müddətdə Azərbaycanda buğda ununun qiymətində 15 faizədək bahalaşma qeydə alınıb. Bundan əlavə, undan hazırlanan məhsullar, o cümlədən çörək qiymətlərində bahalaşma var.
Qeyd edək ki, idxal məhsullarının qiymətləri ilə bağlı problemin kökündə inhisarçılıq amili dayanır. İnhisarlaşma idxaldan pərakəndə satışa qədər bütün mərhələlərdə mövcuddur. Belə ki, əksər əsas məhsulların idxalı bir və ya bir neçə qrupun əlində cəmləşib. Rəsmi şəkildə eyni məhsulu ölkəyə 30 şirkət də idxal edə bilər, lakin araşdırdıqda aydın olur ki, onlar ya hamısı bir mərkəzə, ya da bir neçə mərkəzə bağlıdılar. Eyni zamanda ölkədə istehlakın cəmləşdiyi Bakı və Abşeron yarımadasında pərakəndə satış bir neçə şəbəkə marketlərinin əlində cəmləşib. Bu idxalçı və satıcı qruplar arasında kartel sövdələşməsinin nəticəsi olaraq məsələn, 22 manat olan bir kq kərə yağının marketlərdəki qiyməti ən yaxşı halda 20-30 qəpik fərqlənə bilir.
Uzun illərdir mövcud olan və əhalini ciddi narahat edən bu problemin həll olunması imkanları isə hazırkı şərtlər daxilində elə də yüksək qiymətləndirilmir...
Dünya SAKİT,
“Yeni Müsavat”
- Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?
22 dekabr 2024 15:18
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 2024 23:59
- Hər kolbasa yedikcə, ömrünüzdən 24 dəqiqə oğurlanır: SENSASİON tədqiqat
20 dekabr 2024 11:41
- ABŞ-də həbsdə olan azərbaycanlı QANUNİ OĞRU-nun qardaşı Şirvanda dəhşətli...
16 dekabr 2024 01:15
- Eynşteynin sevgi məktubları satıldı - 535 min dollar...
12 dekabr 2024 23:14
- Əsəd Suriyadan necə qaçıb? - Detallar açıqlandı
11 dekabr 2024 17:25
- Azərbaycan vətəndaşı necə Ermənistan prezidenti oldu – ŞOK detallar və Paşinyanın ağ YALANI
11 dekabr 2024 14:56
- Qoz və qoz ləpəsi Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? – Siyahı
7 dekabr 2024 22:48
- Dünyada yumurtanın ƏN BAHA və ƏN UCUZ satıldığı ölkələr – Siyahı
7 dekabr 2024 22:00
- Dünyada mal ətinin ən baha və ən ucuz satıldığı ölkələr – Siyahı
7 dekabr 2024 10:59
- Əli Məsimli seçicilərlə görüşdü
22 dekabr 15:30
- Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?
22 dekabr 15:18
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 11:58
- Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
20 dekabr 21:56
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 21:41
- Prezident Bakı metrosunun sədrini işdən çıxardı - Yeni TƏYİNAT
20 dekabr 21:28
- BP-nin regional prezidenti İlham Əliyevi TƏBRİK ETDİ
20 dekabr 20:39
- Putin Simonyanı TƏLTİF ETDİ
20 dekabr 20:24
- Ağalı kənd məktəbinə yeni direktor TƏYİN OLUNDU
20 dekabr 20:07
- Oruc Zalovun oğlu işdən çıxarıldı - Foto
20 dekabr 19:38
- İşgəncə, təcavüz, alçaldılma - Suriyalı məhbus qadının dəhşətli xatirələri
20 dekabr 17:44
- Prezidentdən Qulu Məhərrəmli ilə bağlı SƏRƏNCAM
20 dekabr 17:37
- Həmkarlarından İlham Əliyevə TƏBRİK
20 dekabr 17:26
- Həbs olunan Ramiz Vəliyev vəkil Adəm Məmmədovun əmisidir
20 dekabr 16:35
- Dövlət əleyhinə kampaniya aparan -ÇAQQAL- ləqəbli şəxs kimdir?
20 dekabr 16:11
- İki övladı olan şəxslər əsgərliyə aparılmasın - TƏKLİF
20 dekabr 14:49
- Deputat bu şəxslərin də əfvə salınmasını təklif etdi
20 dekabr 14:29
- Veysəloğlu- nun əməkdaşları üçün ADA Universitetində təşkil edilən birillik təlim başa çatdı
20 dekabr 12:37