Azərbaycan üçün şans - BMT-də Ermənistana elə bir sual verildi ki...
Hüquqşünas: “BMT tribunasında Ermənistanda niyə azərbaycanlıların yaşamaması barədə sualın qaldırılması Azərbaycanın lehinədir”
BMT-nin İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin 114-cü sessiyası çərçivəsində Ermənistanın dövrü məruzəsinə baxılıb.
Dekabrın 2-də baxışın ilk günündə komitə üzvü Çunq Çinsunq Ermənistanın məruzəsində Azərbaycanla bağlı çox sayda iddiaların yer aldığına təəccüblənərək, Ermənistanda bir nəfər azərbaycanlının belə yaşamadığı halda sənəddə Azərbaycana bu qədər yer ayrılmasına aydınlıq gətirilməsini sorğulayıb.
Ermənistan nümayəndə heyətinin rəhbəri, bu ölkənin xarici işlər nazirinin müavini Vahan Kostanyan suala cavab verməkdə çətinlik çəkərək, azərbaycanlıların Ermənistanda yaşamadığını təsdiq edib, sənəddə Azərbaycanla bağlı yazılanları məruzənin mahiyyətinə uyğun olmayan təhlükəsizlik və siyasi vəziyyətlə əlaqələndirməyə çalışıb.
Bir gün sonra, dekabrın 3-də isə Ermənistan üzrə məruzəçi Yeung Sık Yuen Yeung Kam Con komitənin bu ölkədə irqçi təşkilatları və bu təşkilatlarda iştirakı kriminallaşdıran qanunvericiliyin olmadığından narahatlığını ifadə edib və son dövrlər ərzində nifrət zəminində baş vermiş cinayətlər barədə danışıb. Erməni kimliyinin azlıqlara qarşı dözümsüzlüyə haqq qazandırmaq üçün istifadə olunduğunu bildirən ölkə üzrə məruzəçi Ermənistanda etnik və milli mənsubiyyətinə görə insanlara qarşı nifrət zəminində çıxışların olduğuna diqqəti çəkib və azərbaycanlılara və türklərə qarşı da bu cür çıxışların edildiyini vurğulayıb.
Eyni zamanda bir neçə gün öncə Azərbaycan əsilli Gürcüstan vətəndaşının Ermənistanda təcili eniş etmiş təyyarədən enməsinə icazə verilməməsi məsələsini qaldıraraq, erməni nümayəndə heyətindən bununla bağlı açıqlama istəyib.
Ermənistan nümayəndə heyətinin rəhbəri, bu ölkənin xarici işlər nazirinin müavini Vahan Kostanyan vəziyyətdən çıxmağa çalışaraq, Ermənistan hakimiyyətinin üzləşdiyi çətinliklərdən danışıb.
Xatırladaq ki, ötən ay Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı qaldırdığı iddia ilə bağlı Azərbaycanın təqdim etdiyi ilkin etirazlara dair qərarını açıqlayıb.
Məhkəmə sədri qısa şəkildə münaqişənin tarixçəsinə toxunaraq, tərəflərin keçmiş SSRİ respublikaları olduğunu xatırladıb. O, Ermənistanın “Dağlıq Qarabağ”, Azərbaycanın isə Qarabağ adlandırdığı ərazinin əhalisinin əksəriyyətini ermənilərin təşkil etdiyini və bu ərazinin Azərbaycanın tərkibində olduğunu vurğulayıb.
Azərbaycan iki əsas etiraz irəli sürüb: birincisi, tərəflər arasında artıq danışıqlar aparıldığı və məsələnin məhkəmənin səlahiyyətlərinə aid olmadığı. Məhkəmə tərəflər arasında 2021-ci ildə iki dəfə görüş keçirildiyini bildirib və Azərbaycanın bu arqumentini inandırıcı saymayıb. Məhkəmə hətta Ermənistanın məsələnin həlli üçün kifayət qədər səy göstərdiyini iddia edib;
İkinci etiraz məhkəmənin səlahiyyətlərinə aid olub. Məhkəmə Ermənistanın irəli sürdüyü tələblərin etnik diskriminasiya çərçivəsində dəyərləndirilə biləcəyini və məhkəmənin səlahiyyətlərinə aid olduğunu bildirib.
Beynəlxalq Ədalət Məhkəməsi hər iki ilkin etirazın rədd olunması barədə qərar qəbul edib: birinci etiraz 16:1, ikinci etiraz isə 15:1 səslə rədd edilib.
Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə COP29 zamanı Musavat.com-a açıqlamasında bildirmişdi ki, azərbaycanlılara qarşı törədilən etnik təmizləmə siyasətinin Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən nəzərdən keçirilməsinə mahiyyəti üzrə baxılacaq: “Bu barədə məhkəmə qərarı mövcuddur. Biz hesab edirik ki, Azərbaycan tərəfi yalnız Beynəlxalq Ədalət Məhkəməsi çərçivəsində deyil, eyni zamanda arbitraj prosesləri çərçivəsində Ermənistanın məsuliyyətə cəlb edilməsi istiqamətində səylərini davam etdirəcək. Bu proses 2-3 il davam edəcək. Hazırda konkret vaxt demək çətindir”.
Məlum olduğu kimi, Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsində bir neçə iddia tələbi irəli sürüb:
23 yanvar 2023-cü il tarixində Azərbaycan hökuməti İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv edilməsi haqqında Konvensiyaya uyğun olaraq əsas iddia sənədini Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edib;
18 yanvar 2023-cü il tarixində Azərbaycan “Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında” Bern Konvensiyasına uyğun olaraq indiyədək məlum olan ilk dövlətlərarası arbitraj prosesini başladıb.
27 fevral 2023-cü il tarixində Azərbaycan Enerji Xartiyası Müqaviləsinə uyğun olaraq, Ermənistana qarşı dövlətlərarası arbitraj prosesini başladıb. Azərbaycan tərəfi Ermənistana təqdim edilmiş Arbitraj Bildirişində 1991-ci ildən 2020-ci ilə qədər Ermənistanın ərazilərimizin 30 ilə yaxın qanunsuz işğalı dövründə Azərbaycanın enerji resursları üzərində suveren hüquqlarını pozduğuna görə Ermənistandan təzminat və maliyyə kompensasiyası tələb edib.
Polad Mehdiyev
Hüquqşünas Polad Mehdiyev “Yeni Müsavat”a şərhində bildirdi ki, BMT-də Azərbaycanın lehinə fikirlərin səsləndirilməsi ölkəmizin beynəlxalq məhkəmələrdə qaldırdığı iddialarda da lehimizə ola bilər: “Ermənistan analoji iddia tələbi ilə, yəni irqi ayrı-seçkiliyin bütün növlərinin ləğv olunmasına dair Konvensiyanın tələbinə uyğun olaraq, etnik təmizləməni əsas gətirir - Azərbaycan ərazi bütövlüyünü bərpa edərkən, antiterror tədbirləri zamanı ermənilərin Qarabağı könüllü tərk etməsini etnik təmizləmə kimi təqdim etməyə çalışır. Beynəlxalq Ədalət Məhkəməsi ötən il bu iddianın əsaslı olmaması barədə qərar qəbul etmişdi. Bu gün Ermənistan ərazisində bir nəfər də azərbaycanlının yaşamaması faktdır. Digər danılmaz fakt isə budur ki, indiki Ermənistan ərazisində azərbaycanlılar kompakt formada yaşayıblar. Azərbaycanın irqi ayrı-seçkiliyin bütün növlərinin ləğv olunmasına dair iddiasının əsasını Ermənistanda sistemli formada azərbaycanlıların üç dəfə köçə məcbur edilməsi təşkil edir. Sonuncu köç zamanı, yəni 1987-1991-ci illərdə 250 min azərbaycanlı deportasiya edilib. Onların orada doğulması, yerləşməsi, onlara məxsus əmlakların məhv edilməsi, azərbaycanlılara məxsus tarixi, mədəniyyət abidələrinin məhv edilməsi və s. faktlar yaxın tarixə aiddir, faktlar, sübutlar var. BMT tribunasında bu məsələnin müzakirəsi Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsindəki iddialarının əsaslarını möhkəmləndirir. Məhz azərbaycanlı olduğu üçün köçə məcbur edilmə, azərbaycanlı olduğu üçün etnik təmizləməyə məruz qalma faktı müəyyən edilir. Bu baxımdan BMT tribunasında Ermənistanda niyə azərbaycanlıların yaşamaması barədə sualın qaldırılması Azərbaycanın lehinədir. Bu, hüquqi müstəvidə Azərbaycan dövlətinin apardığı mübarizənin nəticəsidir”.
Yeri gəlmişkən, Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini Qasım Məmmədov parlamentdə keçirilən “Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış” mövzusunda dinləmədə çıxış edərkən qərbi azərbaycanlılara qarşı törədilmiş cinayətlərə diqqət çəkib.
Q.Məmmədov bildirib ki, Ermənistandan son deportasiya zamanı 216 azərbaycanlı qətlə yetirilib, 6522 nəfər zərərçəkmiş kimi tanınıb: “Qərbi azərbaycanlılara qarşı törədilmiş cinayətlər şərti olaraq istintaq dövründə dörd mərhələyə bölünüb. Bu, 1905-1907, 1918-1920, 1947-1953, 1987-1991-ci illərdə törədilmiş cinayətlərdir. Həmin dövrlərdə böyük sayda azərbaycanlı qətlə yetirilib və məcburi köçkünlüyə məruz qalıb”.
Q.Məmmədov bildirib ki, təkcə 1987-1991-ci illərdə törədilmiş cinayətlər nəticəsində 250 mindən artıq qərbi azərbaycanlı öz tarixi torpaqlarından köçürülməyə məruz qalıb: “Eyni zamanda istintaq materialları ilə 216 nəfər şəxsin bu proseslər əsnasında qətlə yetirilməsi müəyyən olunub. İstintaqın hazırkı mərhələsində 6522 nəfər şəxsin dindirilməsi təmin olunub. Onların zərərçəkmiş şəxs qismində tanınması təmin edilib”.
O, bəzi hallarda vəfat etmiş şəxslərin hüquqi varislərinin zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanındığını qeyd edib: “Həmçinin 216 nəfər qətlə yetirilmiş şəxsin qətlə yetirilmələrini təsdiq edən ifadələri özündə əks etdirən şəxslərin dindirilməsi təmin olunub”.
Baş Prokurorluq rəsmisi vurğulayıb ki, qərbi azərbaycanlılara qarşı cinayətlərin istintaqının bir əhəmiyyəti də müxtəlif sübutlar və tədqiqat nümunələrinin ayrı-ayrı qurumlardan, tarixçilərdən və ya araşdırmaçılardan toplanmasıdır:
“Hazırkı mərhələdə bu cinayətlərin törədilməsini təsdiq edən mötəbər sübutların vahid mərkəzdə, cinayət işi materiallarında toplanmasına çalışırıq. Eyni zamanda müxtəlif xarici ölkələrə qeyd edilən cinayət hadisələri ilə əlaqədar məlumatların əldə olunması üçün beynəlxalq hüquqi yardımlar göndərilib, bir sıra hallarda zəruri sənədlər əldə olunub”.
- Qroznıdakı dispetçer azərbaycanlı imiş - Əli İdrisov istintaqa CƏLB OLUNDU
30 dekabr 2024 18:31
- Parasetamol .... – Həyat üçün təhlükəlidir
30 dekabr 2024 17:27
- Miqrasiya Əməkdaşlıq Platformasının növbəti iclası keçirilib
30 dekabr 2024 14:40
- Azərbaycanın xanım Milli Qəhrəmanları: Onlar neçə nəfərdi? - ADLAR
30 dekabr 2024 13:31
- Putin yenidən İlham Əliyevə zəng etdi
29 dekabr 2024 19:06
- Təyyarənin həlak olan ekipaj üzvlərinə Milli Qəhrəman adı verildi
29 dekabr 2024 18:08
- Göhər Süleymanova Azərbaycana 50,6 milyon dollar gətirib
29 dekabr 2024 17:05
- Prezident və xanımı vida mərasimində iştirak etdi - Fotolar
29 dekabr 2024 16:37
- Kadırov canlı yayın açdı, azərbaycanlıları TƏHDİD ETDİ
29 dekabr 2024 09:56
- BAP ilin yekun tədbirini keçirdi
28 dekabr 2024 21:44
- Qadınları fahişəliyə cəlb edən gənclər cəzalandırıldı
30 dekabr 21:00
- Niyə suyu iki dəfə qaynatmaq olmaz? – XƏBƏRDARLIQ
30 dekabr 20:16
- Rus hərbçilər Ermənistan-İran sərhədinini TƏRK ETDİLƏR
30 dekabr 18:51
- Qroznıdakı dispetçer azərbaycanlı imiş - Əli İdrisov istintaqa CƏLB OLUNDU
30 dekabr 18:31
- ŞOK - Köpəkbalığı Avropa Komissiyasının rəsmisini öldürdü
30 dekabr 18:12
- Parasetamol .... – Həyat üçün təhlükəlidir
30 dekabr 17:27
- Təyyarəmizi bu ŞƏXS VURDURUB - qəza ilə bağlı SENSASİON ETİRAF - keçmiş futbolçu…
30 dekabr 16:49
- Miqrasiya Əməkdaşlıq Platformasının növbəti iclası keçirilib
30 dekabr 14:40
- Azərbaycanın xanım Milli Qəhrəmanları: Onlar neçə nəfərdi? - ADLAR
30 dekabr 13:31
- Sabah Bakıda atəşfəşanlıq olacaq
30 dekabr 12:43
- TALİBAN qadınlara bunu da qadağan etdi - PƏNCƏRƏDƏN....
30 dekabr 12:09
- Anam yanıma bayrama gəlirdi, onu aeroportda çox gözlədim... - Video
30 dekabr 11:50
- Cimmi Karter öldü: 39-cu əfsanənin sonu
30 dekabr 11:04
- Qazaxıstan qara qutuları Braziliyaya göndərir: Kasım Jomart Kremlə boyun əymədi!
30 dekabr 00:20
- Türkiyə ilə Almaniya arasında -DÖNƏR KABAB- DAVASI
29 dekabr 20:42
- Putin yenidən İlham Əliyevə zəng etdi
29 dekabr 19:06
- Təyyarənin həlak olan ekipaj üzvlərinə Milli Qəhrəman adı verildi
29 dekabr 18:08
- Krediti olanlara ŞAD XƏBƏR - QARA SİYAHI YOXDUR VİDEO
29 dekabr 17:30
- Göhər Süleymanova Azərbaycana 50,6 milyon dollar gətirib
29 dekabr 17:05
- Prezident və xanımı vida mərasimində iştirak etdi - Fotolar
29 dekabr 16:37
- Direktor gecə məktəbdə ölüb- Direktor gecə məktəbdə nə edir ?
29 dekabr 16:22
- Sabiq məmurlar 1 milyonluq mənimsəmədə ittiham edilirlər
29 dekabr 15:56
- Bayram tətili başlayır: 7 GÜN İŞ OLMAYACAQ
29 dekabr 10:15
- Türkiyəli deputatlar Abdullah Öcalanla görüşdülər
29 dekabr 10:08
- Kadırov canlı yayın açdı, azərbaycanlıları TƏHDİD ETDİ
29 dekabr 09:56
- Narin cinayəti: Anası, qardaşı və əmisi ömürlük həbs cəzasına məhkum edildi
29 dekabr 09:43
- BAP ilin yekun tədbirini keçirdi
28 dekabr 21:44
- Mətbuat Şurasının İdarə Heyətinin 2024-cü ildəki son iclası keçirildi - FOTOLAR
28 dekabr 21:11
- Trampın andiçmə mərasiminə Zurabişvili dəvət olundu
28 dekabr 19:44
- Vergi Xidməti bu şirkətdən 1,4 milyon manata ofis icarəyə götürüb
28 dekabr 19:23