- Rusiya Müsəlmanları İdarəsinin QƏRAR-ı: 4-ə QƏDƏR ARVAD ALMAQ OLAR
- Heydər Əliyevin yaxın dostunun oğlu vəfat etdi
- İndiyədək metropolitenə kimlər rəhbərlik edib?
- Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
Siyavuş Kərimi: "Mənə Canəlidən sual vermə, normal adamlardan danışaq"
Müsahibə29 oktyabr 2017 11:52
teleqraf.com Siyavuş Kərimi ilə müsahibəni təqdim edir:
- Siyavuş müəllim, noyabrın 9-da 63 yaşınız olacaq. Məsuliyyətli bir yaşdır. Özünüzü necə hiss eləyirsiniz?
- Çox yaxşı... Normal.
- Bu cəmiyyətdə bir sənət adamı kimi rahatsınızmı?
- Çox rahatam.
- Nədir sizi rahat eləyən?
- Hər şey. İşim, ailəm, ətrafım, dostlarım, əmin-amanlığım...
- Maraqlıdır, ikinci dəfə dünyaya gəlsəydiniz, yenə Siyavuş Kərimi olardınızmı?
- Siyavuş Kərimi olardım, olmazdım, onu bilmirəm. Dəqiq bildiyimsə odur ki, yenə musiqiçi olardım.
- Sənət, istedad... Bunlar adamları adətən, bədbəxt edir. Bəs necə oldu ki, siz bu qədər xoşbəxt oldunuz?
- Əgər sənətini sevirsənsə, bütün həyatını ona bağlayırsansa və o, sənə sevinc, bütün dünyada mövcud olan hissləri gətirirsə, bunun nəyi pis ola bilər ki? Sən bunu o adama deyə bilərsən ki, məcburən, qarnına görə istəmədiyi bir peşənin sahibi olub, ailəsini dolandırır. Amma sən sənətinlə yaşayırsansa, evə də gedəndə öz işin haqqında düşünürsənsə, bunun nəyi pisdir?
- Doğum gününüzə hədiyyələr gözləyirsinizmi?
- Bəli...
- Dövlətdən gözləyirsiniz?
- Yox... Mən hədiyyəni Allahdan gözləyirəm.
- Nə?
- Mənim ad günümdə həmişə yağış yağır. Yenə də yağış gözləyirəm.
- Bəs dövlətdən hər hansı bir hədiyyə gözləmirsinizmi? Hərçənd ki, titullarınız, ordenləriniz var.
- Dövlət mənə kifayət qədər diqqət göstərib. Mən vətənpərvər bir adamam. Dövlətimizin mənə tapşırdığı işin öhdəsindən gəlməyə çalışıram. Bunu nə dərəcədə yaxşı bacarıram, bunu artıq mən deməməliyəm. Bunu dövlət deməlidir, insanlar deməlidir. Çalışıram ki, işim yaxşı olsun və insanlara xeyir verim. İşim yaxşı alınanda mən çox böyük ləzzət, kef alıram.
- Heyfsilənirsiniz ki, ömür gedir?
- Ömür Allahın verdiyi bir müddətdir ki, insan bu zaman ərzində yaşasın. Kimi bu zamanı var-dövlət üçün yaşayır, ad-san üçün yaşayır, kimi insanlara kömək eləmək üçün yaşayır, kimi elə-belə yaşayır... Kimisi də ümumiyyətlə, savab iş üçün yaşayır.
- Bəs siz nə üçün yaşayırsınız?
- Mənim xəmirim xeyirxahlıq eləmək üçün yoğrulub. Mən bu işi - xeyirxahlığı çox sevirəm. Düzdür, mənim imkanım yoxdur ki, hansısa bir kasıba, ehtiyacı olana pul verim, ev bağışlayım, maşın alım... Amma kimsə oxumaq istəyirsə müşayət eləyirəm, kimsə nəsə öyrənmək istəyirsə, öyrədirəm. Zəng eləyib kimdənsə kiminsə xahişini eləyirəm. İnsanlara kömək eləmək lazımdır. Əl tutmaq Əlidən qalıb. Mənim də çətinliyim olur. Kimsə də mənə kömək eləyir.
- Siyavuş müəllim, Aygün Kazımovanın bir sənət adamı kimi parlamasında sizin xidmətləriniz olub?
- Xeyr. Mənim heç bir xidmətim olmayıb.
- Aygün xanımla münasibətləriniz var?
- Salam, sağ ol... Aygün başqa bir sahənin insanıdır, mən başqa bir sahənin.
- Amma o da xalq artistidir, siz də...
- Nə olsun? Nə qədər xalq artistlərimiz var... Bu adı mən vermirəm. Dövlət verir. Dövlət Aygün Kazımovaya xalq artisti adı verirsə, deməli, bunun bir əsası var.
- Bəs hansı sənət adamlarının parlamasında sizin əməyiniz olub?
- Bu barədə danışmağı sevmirəm. Mənim xoşum gəlir ki, hansı bir insanın parlamasında, həyatının inkişafında zəhmətim olubsa, bu barədə o adam özü danışsın. Mən sadəcə, öz işimi görürəm.
- Məşhur bir söz var: "Heç bir yaxşılıq cəzasız qalmır". Siz də elədiyiniz yaxşılıqların cəzasını çəkmisinizmi?
- Çox çəkmişəm. Amma yenə də yaxşılıqlarıma davam edəcəm. Çünki yaxşılıq eləmək mənim sənətimdir. Nə qədər əks hərəkətlər də görsən, yenə də öz işimlə məşğul olacam. Çünki yenə deyirəm, bu, mənim işimdir, sənətimdir və mən bunu sevirəm.
- Kitab da oxuyursunuzmu?
- İndi sənədləri daha çox oxuyuram. (gülür) Amma əvvəllər kitabı daha çox oxuyurdum.
- Sevdiyiniz yazıçılar kimlərdir?
- Çox yazıçılar var. Ən çox Stefan Sveyqi sevirəm.
- Bəs yerli yazıçılarımızdan?
- Elçini, Çingiz Abdullayevi oxuyuram. Amma yenə deyirəm, hal-hazırda az mütaliə edirəm. İndi daha çox sənədlərlə işləyirəm.
- Aqil Abbası da oxuyursunuz?
- Aqil Abbas mənim çox yaxşı dostumdur. Onun əsərlərindən "Ölülər"i oxumuşam. Mövqeyimi isə özünə də demişəm. Mənə çox ləzzət elədi.
- Cavan qələm adamlarından oxuduqlarınız yoxdur?
- Əflatun Amaşovla çox yaxın dostam. Özü də onunla dostluğumuzun uzun bir tarixi var.
- Əflatun müəllim cavandır ki?
- O da mənimlə eyni yaşdadır. Yaxşı şair dostlarım da var. Məsələn, musiqilərimin mətnlərini İsmayıl Dadaşov yazır. Nigar Həzənzadə var, o da çox gözəl şairədir. Var, çoxdur. Sadəcə, indi hamısı yadıma düşmür.
- Bakıdansınız...
- Bəli...
- Uşaqlığınız Bakıda keçib?
- Bakıda doğulub, burda da böyüyüb boya-başa çatmışam.
- Çətin keçib uşaqlığınız? Yoxsa...
- Əlbəttə ki... Atam da, anam da tələbə olublar. Cavan olublar. Kirayələrdə qalmışıq. "Padval"da yaşamışıq...
- Bəs nə vaxtdan maddi vəziyyətiniz düzəlməyə başladı?
- Düzü, heç bu barədə düşünməmişəm. Amma biz həmişə orta yaşamışıq.
- İndi də orta yaşayırsınız?
- Bəli, indi də.
- Vəzifəniz var, rektorsunuz... Amma deyirsiniz ki, orta yaşayıram.
- Nə olsun vəzifəm var, rektoram? Mən öz maaşımı alıram. Sağ olsun, Prezidentimiz mənə ev hədiyyə elədi. Başqa heç bir şeyim yoxdur. Bağım da yoxdur. Bir xüsusi maşınım var, idarənindir. Bir dənə də şəxsi maşınım var.
- Nəvələriniz də var?
- Bir nəvəm var. O da məndən uzaqda - Ameikadadır. Çünki böyük oğlum orda yaşayır.
- Görəsən, niyə maddi imkanı yaxşı olan insanlar övladlarının xaricdə yaşamasını istəyirlər?
- Xeyr, bunu mən istəməmişəm. Xaricdə yaşamaq oğlumun öz seçimidir. Oğlumun həyat yoldaşı amerikalıdır. Ona görə də orda yaşayırlar.
- Gəlniniz amerikalıdır?
- Amerikada yaşayan azərbaycanlıdır. Və Amerikanın vətəndaşıdır. Orda görüşüblər, evləniblər.
- Oğlunuz da Amerika vətəndaşıdır?
- Yox! Oğlum başqa vətəndaşlığı qəbul eləsə də, Azərbaycan vətəndaşlığını saxlayır.
- Siyavuş müəllim, sizin üçün sənət adamının iqtidarı, müxalifəti olur? Yoxsa belə şeylərə əhəmiyyət vermirsiniz?
- İtqidarda, müxalifətdə olmaq hər bir insanın öz şəxsi işidir. Buna müdaxilə etməyə mənim ixtiyarım yoxdur. Amma mənim elə dostlarım var ki, tamamilə başqa bir partiyanın üzvləridir.
- Müxalifət partiyasının?
- Hə... Amma bunun bizim münasibətlərimizə heç bir dəxli yoxdur. Düzdür, mən o dostlarımla az-az görüşürəm. Görüşəndə isə siyasətdən danışmırıq. Ancaq musiqidən söhbət eləyirik.
- Heydər Əliyevlə şəxsi münasibətləriniz olub?
- Bəli... Mənim üçün çox böyük xoşbəxtlikdir ki, belə bir insanla görüşmüşəm.
- Ayaqüstü, yoxsa oturub üz-üzə söhbət eləmisiniz?
- Həm ayaqüstü olub, həm də ki, o, məni vəzifəyə təyin eləyəndə otağında olmuşam, mənimlə söhbət eləyib.
- Neçənci il idi?
- 2001-ci il...
- Maraqlıdır, nə danışdınız?
- Milli musiqi mədəniyyəti haqqında öz fikirlərini söylədi. Ümumiyyətlə, musiqiyə olan münasibətini dedi. Və məni vəzifəyə təyin elədi.
- Bəs Elçibəylə necə, şəxsi tanışlığınız vardı?
- Xeyr! Ulu öndər və indiki prezidentimizdən başqa mənim heç bir prezidentlə münasibətim olmayıb.
- Belə... Siyavuş müəllim, bu yaşda da yaradıcılıqla məşğul olursunuz? Yoxsa yorulmusunuz?
- Bəli... Mən sənətimsiz bir gün də yaşaya bilmərəm.
- İlham mənbəyiniz nədir?
- Musiqi. Başqa nə ola bilər? (gülür)
- Şairlər təbiətə baxır, ağaca, quşa baxıb şeir yazır. Bəs siz nəyə baxıb çalırsınız?
- Heç nəyə... Eləcə evdə oturub çalıram. Evdən, pəncərədən dəniz də görünmür. Mənim üçün sakitçilik olsun, bəsimdir. Ancaq musiqini eşidirəm və musiqiyə baxıram.
- Hansı muğənnilərimizə qulaq asırsınız?
- Azərbaycanda yaxşı muğənnilər çoxdur. Və bəli, daha çox xoşuma gələnlər də var. Bütün istiqamətdə oxuyanlara qulaq asıram. Klassiklərə də qulaq asıram. Azər Zeynalova da, Anar Şuşalıya da, İlqar Muradova da, Gülnaz İsmayılova da qulaq asıram. Röyanı sevirəm.
- Muğam necə?
- Mənsum İbrahimova qulaq asıram, Arif Babayevə də... Çoxdur, kiminsə adı yadımdan çıxa bilər...
- Canəli Əkbərovu necə, onu da sevirsiniz?
- Mən onun yaradıcılığı haqqında heç nə deyə bilmərəm. Ümumiyyətlə, mənə Canəlidən sual vermə. Gəlin normal adamlardan danışaq.
- Maraqlıdır, ilk dəfə necə hiss elədiniz ki, siz istedadlı bir insansınız?
- Heç vaxt hesab eləməmişəm ki, mən istedadlıyam. Bunu həmişə kənardan eşitmişəm. Və sonra əminliyim yarandı ki, hansısa bir bacarığım var.
- Bir şey maraqlıdır. 63 yaşda özününüzü həyata uduzmuş hesab edirsiniz, yoxsa qalib gəlmiş?
- Mən həyatla heç vaxt mübarizə aparmamışam. Allahın verdiyi ömürdür, yaşayıram. Amma hər halda müəyyən naliyyətlərim var. Və buna görə mən çox sevinirəm. Şübhəsiz ki, bəzi naliyyətsizliklərim də var. Bəzilərinə çox acıyıram, bəzilərinə də sevinirəm.
- Məsələn, nəyə görə acıyırsınız?
- İndi dəqiq deyə bilmərəm. Məsələn, bəzən olub ki, nəsə işləmişəm, amma alınmayıb. Daşdan keçib, səslənməyib, yazılmayıb. Yəqin qismət beləymiş.
- Mane olublar?
- Yox, mən heç vaxt mane olmayıblar. Bəlkə də olublar, amma mən bunu hiss eləməmişəm.
- Sənət yollarınız daşsız-kəsəksiz, düz olub?
- Həmişə çalışmışam ki, düzgün olum və hamıyla düz olum. Yalan mənlik deyil. Və çalışmışam ki, hamıyla normal münasibətlər saxlayım.
- Deyirsiniz ki, yalan mənlik deyil. Bəs yalan danışsanız, bunu səmimi şəkildə etiraf etmək gücünü özünüzdə hiss eləyirsinizmi?
- Ümumiyyətlə, niyə yalan danışasan ki? Sözün düzünü demək lazımdır. Fikirləşib özündən nəsə bir şey qoşmaqdansa bəri başdan düzünü demək daha asan deyilmi? Düz dediyinə görə səndən inciyəcəklər?
- Elə rektorlar var işə mühafizəçi ilə gəlib-gedir. Elə rektorlar da var rəhbərlik elədiyi təhsil mərkəzində tələbə kimi gəzib-dolaşır. Sizdə necədir?
- Mən bütün tələlərlə dostam. Mənim otağıma "luboy" tələbə gəlib-gedə bilir. Heç kəsin qarşısını almıram.
- Niyə danışanda rus sözlərindən istifadə edirsiniz? "Luboy", bayaq da "padval" dediniz...
- Çünki bu sözlər artıq bizim leksikonumuza daxil olub. Siz də danışanda yəqin bu sözlərdən istifadə edirsiniz. "Uje" də deyirsiniz, "luboy" da...
- Siyavuş müəllim, Milli Azadlıq hərəkatı vaxtı siz harda idiniz?
- Musiqi yazırdım. Ümumiyyətlə, mən ömür boyu musiqi ilə məşğul olmuşam.
- Bəs bir ziyalı kimi Azərbaycanın ictimai-siyasi həyatında gedən proseslərdə rolunuz, mövqeyiniz olmadı?
- Mən gedib meydanda durmağı, mitinqlərə getməyi Milli Azadlıq Hərəkatında iştirak etmək hesab eləmirəm. İnsan gərək öz qəlbi, öz düşüncəsilə bu hərəkatda iştirak eləsin.
Bəli, mən də Milli Azadlıq hərəkatında iştirak eləmişəm.
- Qəlbinizlə, düşüncənizlə?
- Xeyr. Təkcə bununla yox. Mən o hadisələr haqqında musiqilər yazmışam. Mən 20 yanvar şəhidlərinə musiqi yazmışam və o musiqi Azərbaycanda keçirilən bütün müsabiqələrdə mükafata layiq görülüb. Bu da mənim münasibətimdir.
- Yəni meydanlarda Sabir Rüstəmxanlı kimi nitqləriniz olmayıb...
- Yox. Sabir mənim dostumdur. Amma mən natiq deyiləm. Ona görə də gedib orda vaxt itirməyə dəyməzdi. Əgər xeyir gətirmək istəyirsənsə, öz işinlə məşğul olmalısan. Mən belə düşünürəm.
- Sizcə, Azərbaycanda Şopen, Bethoven kimi dünya səviyyəli sənətkar olmaq mümkündür?
- Niyə mümkün deyil? Məgər Fikrət Əmirov Bethovendən, Şopendən əskikdir? Qarayev Bethovendən, Şopendən əskikdir?
- Əskik deyil?
- Xeyr. Mən Fikrət Əmirovu Bethovendən də, Şastokoviçdən də, Şopendən də, ümumiyyətlə, bütün dünya bəstəkarlarından üstün tuturam. Çünki onun yazdığı musiqi kimi heç kim musiqi yaza bilməz. Baxmayaraq ki, o, adını çəkdiyim dünya klassiklərinin musiqilərlərindən tərbiyə alıb. Amma görün Fikrət Əmirov Azərbaycan musiqisini hansı zirvələrə qaldırıb.
- Faiq Sücəddinov necə bəstəkardır?
- Çox gözəl bəstəkardır. Əla da musiqiçidir. Mənim də dostumdur.
- Bayaqdan kim haqqında danışırıq, deyirsiniz ki, mənim dostumdur. Heç düşməniniz yoxdur?
- Mən hamıyla münasibətləri çox gözəl saxlayıram. Balansı qoruyuram. Ola bilsin kiminsə məndən xoşu gəlməsin. Bu da onun öz işidir. Mən kiməsə xoş gəlmək üçün çalışmıram. Mən buyam! Olduğum kimi görünürəm, göründüyüm kimi də oluram.
Oxşar xəbərlər
- İşgəncə, təcavüz, alçaldılma - Suriyalı məhbus qadının dəhşətli xatirələri
20 dekabr 2024 17:44
- İki övladı olan şəxslər əsgərliyə aparılmasın - TƏKLİF
20 dekabr 2024 14:49
- Bakının ilk baş rəssamı vəfat etdi
20 dekabr 2024 12:23
- Milli Məclisin növbəti plenar iclası başladı
20 dekabr 2024 11:54
- Gülşən Qurbanovanın bacısı: Bəlkə də, mənə elə gəlirdi, ancaq canı üstündə idi... - Müsahibə
19 dekabr 2024 21:09
- İş adamı Məhərrəm Novruzov da ağac kəsiminə görə məhkəməlik oldu
19 dekabr 2024 19:15
- Prezident Ermənistandan qovulmuş azərbaycanlılardan danışdı
19 dekabr 2024 11:27
- Bizi Şuşaya köçmək üçün qeydiyyata almayıblar, çünki... - Xan Şuşinskinin qızı
16 dekabr 2024 22:59
- Aşıq Zülfiyyə: Buna görə evdə qırğın düşürdü - VİDEO
16 dekabr 2024 20:15
- Gürcüstanın futbolçu prezidenti ilk dəfə müsahibə verdi: keçmiş prezidenti polislə hədələdi - FOTO
16 dekabr 2024 01:01
Xəbər lenti
- Rusiya Müsəlmanları İdarəsinin QƏRAR-ı: 4-ə QƏDƏR ARVAD ALMAQ OLAR
22 dekabr 16:59
- Gürcü qızları MİTİNQ KEÇİRİR - Fotolar
22 dekabr 16:42
- Heydər Əliyevin yaxın dostunun oğlu vəfat etdi
22 dekabr 16:28
- İndiyədək metropolitenə kimlər rəhbərlik edib?
22 dekabr 15:48
- Əli Məsimli seçicilərlə görüşdü
22 dekabr 15:30
- Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?
22 dekabr 15:18
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 11:58
- Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
20 dekabr 21:56
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 21:41
- Prezident Bakı metrosunun sədrini işdən çıxardı - Yeni TƏYİNAT
20 dekabr 21:28
- BP-nin regional prezidenti İlham Əliyevi TƏBRİK ETDİ
20 dekabr 20:39
- Putin Simonyanı TƏLTİF ETDİ
20 dekabr 20:24
- Ağalı kənd məktəbinə yeni direktor TƏYİN OLUNDU
20 dekabr 20:07
- Oruc Zalovun oğlu işdən çıxarıldı - Foto
20 dekabr 19:38
- İşgəncə, təcavüz, alçaldılma - Suriyalı məhbus qadının dəhşətli xatirələri
20 dekabr 17:44
- Prezidentdən Qulu Məhərrəmli ilə bağlı SƏRƏNCAM
20 dekabr 17:37
- Həmkarlarından İlham Əliyevə TƏBRİK
20 dekabr 17:26
- Həbs olunan Ramiz Vəliyev vəkil Adəm Məmmədovun əmisidir
20 dekabr 16:35
Video & Fotoqalereya
Video
Fotoqalereya