Elmi-lədun hesablama - Yaradanın riyazi möhürü: 286 rəqəminin sirri
![](https://www.nuh.az/uploads/posts/2024-12/thumbs/big_1735665676_ledun.jpeg)
"Günəşi işıqlı, Ayı nurlu edən, illərin sayını və hesabı biləsiniz deyə, Ay üçün mənzillər müəyyən edən məhz Odur. Allah bunları ancaq haqq olaraq yaratdı. O, ayələrini anlayıb bilən bir tayfa üçün belə müfəssəl izah edər!" Quran, 10:5.
Ayədən görünür ki, Rəbbim Günəşi və Ayı illəri hesablamaq üçün yaradıb. İnsanların şüur səviyyəsi artdıqca, əvvəlcə Ay (Qəməri) təqvimi, sonra isə, Günəşin hərəkətinə uyğun (Şəmsi) təqvimi yaratdılar ki, bu gün bəşəriyyət ondan istifadə etməkdədir.
Araşdırmalarımız göstərir ki, tərtib edilən bütün təqvimlərin üzərində ALLAHın rəqəmsal imzası vardır. Bu imza özünü 286 ədədi ilə biruzə verir.
Bu gün bəşəriyyətin böyük hissəsinin il ərzində qeyd etdiyi dörd böyük bayram vardır ki, bunlardan ikisi (Qurban və Ramazan bayramları) dini; ikisi (Novruz və Yeni il) isə dünyəvidir. Maraqlıdır ki, həm dini, həm dünyəvi bayramlar arasında qalan günlərin sayı 286-dır.
1) Quranda təsbit olunmuş İslamın iki böyük bayramı – Qurban və Ramazan bayramları arasında qalan günlərin sayı bir qayda olaraq, (Qurban bayramından sayılmaqla) 286 gündür ki, bu da Rəbbimin rəqəmsal imzasıdır.
2) İnsanların ən çox qeyd etdikləri təqvim bayramı 21 mart və 31 dekabr tarixləridir ki, bu iki təqvim arasında qalan günlərin sayı da (Novruz bayramından sayılmaqla), bir qayda olaraq 286 gündür.
Burada haşiyə çıxaraq, 286 ədədi haqqında onu da qeyd edək ki, Quranın orjinalı 286 səhifədən ibarətdir. Yəni, XVIII əsrə (ərəblərin İslama baxışları dəyişənə) qədər çap olunan və müzeylərdə saxlanılan, eləcə də Kəbədə qorunan orjinal Quran 286 səhifəyə yerləşdirilib (sonralar Quranın sözlərini və hərflərini dəyişməsələr də kağız formatını dəyişiblər ki, bununla da səhifələrin sayı artıb). Beləliklə, Quranın səhifələrinin sayı olan 286 ədədini Allahın rəqəmsal imzası (möhürü) olaraq bütün yaranmışların, o cümlədən bayramların üzərində görürük.
3) İnsan ana bətnində 286 günə yaranır. Belə ki, cütlüklər görüşəndən sonra, toxumun ana bətninə çatması 6 gün + bətində normal inkşaf 280 gün = 286 gün. Deməli, uşaq ana bətnində Quranın hər səhifəsinə bir gün hesabı ilə qalır. Beləliklə də, insanın yaranması prosesinə Allah-təala riyazi cəhətdən də Öz möhürünü vurmuş olur.
4) İnsan böyrəyindəki hüceyrələrin yaşama müddəti 286 gündür.
5) Quranın 2-ci surəsi olan “İnək” surəsinin də 286 ayədən ibarət olması təsadüfü deyildir. Belə ki, inəyin 286 sümüyün birləşməsindən yaranmasını artıq elm təsdiq etmişdir.
Quranın ikinci (cüt) surəsinin 286 ayə olmasının digər hikməti: Rəbbim buyurur ki, biz hər şeyi cüt yaratdıq. Yuxarıdakı bəndlərə fikir versəniz, cüt olan bayramların, cüt olan böyrəyin, cütlüyün (ata-ananın) yaratdığı övladın...üzərində 286 vardır...
(Yeri gəlmişkən, hesablamalarımız göstərir ki, bəşəriyyət 2-ci surədə əlamətləri göstərilən inəyi (düyəni) tapıb 2-ci (!) dəfə qurban kəsərlərsə, hazırda düşdükləri zillət quyusundan asanlıqla xilas olarlar.
Qurandakı bu və digər riyazi sirlərin Azərbaycanda açıqlanması da təsadüfi deyildir (Quran məntiqinə görə həyatda təsadüf olmur). Əsrin 2-ci Qurban bayramından etibarən Allah Bakını Dünyanın Mənəviyyat Mərkəzi seçmişdir. Yəni, Quran 2-ci dəfə Allahın iradəsi ilə Azərbaycandan dirçələcək (artıq 23 ildir bu proses gedir)....
Beləliklə, bu gün yeni və hikmətli, mübarək bir ilin - əsrin 25-ci ilinin astanasındayıq. Bu münasibətlə dinindən, irqindən aslı olmayaraq Yaradana inanan bütün insanları təbrik edirəm! Quranın " Fərqlənmə" surəsinin sıra nömrəsi olan 25 ədədi fərqlənmə rəmzi sayılır. Odur ki, yeni il bəşəriyyət üçün fərqli bir il olacaqdır.
Əslində biz insanlar alın yazımızı özümüz öz əməlimizlə yazırıq. Belə ki, yola saldığımız ildə nə etmişiksə (hansı əməllərlə məşğul olmuşuqsa) növbəti ildə qarşımıza onlar çıxacaq. Əməllərimiz balansımıza yatırılır və Yaradan tərəfindən zaman-zaman bizə qaytarılır.
Rəbbim Quranda buyurur: "Biz heç kəsə zülm etmirik, insan zülmü özü (öz əməlləri ilə) qazanır".
Bu gün zülm-zillət içində çabalayan bəşəriyyət bunun səbəbini özündə (əməlində, əxlaqında, yaşam tərzində) axtarmalıdır. Biz özümüzü düzəltsək, dünyanın pozulmuş nizamı da düzələcək.
"Qeybi bilən ancaq Odur və Öz qeybini heç kəsə əyan etməz. Bəyənib seçdiyi peyğəmbərdən başqa! (Qeybi nə bir mələk, nə də bir peyğəmbər bilər. Onun açarları ancaq Allahın əlindədir. Lakin Allah istədiyi peyğəmbərə (kamil bəndəsinə) bir möcüzə olaraq vəhy yolu ilə qeybdən bəzi xəbərlər bildirər). Bax: Quranın 72-ci surənin sonuncu ayələrinə.
Paşa Yaqub,
Həkim, elmi-lədun bilicisi
- Azərbaycan xaricə 20 MİNDƏN çox diri at satıb – İllər üzrə siyahı
5 fevral 2025 18:13
- Lütfi Zadəyə edilən istinad sayı Eynşteyndən daha çoxdur
4 fevral 2025 12:04
- Gündə 1 ədəd yesəniz, bu xəstəlikdən əsər-əlamət qalmaz
2 fevral 2025 23:10
- ABŞ-da 1000 həkimin arasından seçilən azərbaycanlı- Pişəvərinin bacısı nəvəsi
2 fevral 2025 18:05
- Şumerlər: Tarixin ən böyük sivilizasiyalarından birinin açılmayan sirri
1 fevral 2025 12:25
- Prezidentin mükafatlandırdığı gənclər kimlərdir? (FOTOLAR)
1 fevral 2025 12:16
- ADU-nun professoru Şəfəq Abdullayevanın monoqrafiyası çapdan çıxıb
31 yanvar 2025 22:44
- Vasif Talıbov universiteti zorla əlimdən alıb oğlunun adına keçirdi... - Keçmiş rektor
31 yanvar 2025 16:43
- -Orta statistik azərbaycanlı- özünə ev almaq üçün 35 İL gözləməlidir – Hesablama
28 yanvar 2025 21:44
- 62 illik sirrin pərdəsi aralanır... Kuba planına qarşı çıxmaq Kennedinin sonu oldu?
28 yanvar 2025 11:02
- İmamoğlunun 7 il 4 aya qədər həbsi istənilir
06 fevral 01:08
- Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: Torpaq qalmaqalına yenidən baxılacaq
06 fevral 00:41
- 53 MİN insanın öldüyü Kahramanmaraş zəlzələsindən iki il ötür
06 fevral 00:28
- Nərimanovun icra başçısı Prezidentin qadağasını pozdu - FOTO
05 fevral 23:59
- Ərdoğan almaniyalı həmkarı ilə görüşüb
05 fevral 23:30
- Jurnalist Şahnaz Bəylərqızı saxlanıldı
05 fevral 22:40
- FİLOSOF -EKONАZİR Muxtar Babayev KİMDİR? (DOSYE)
05 fevral 22:06
- Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi
05 fevral 20:49
- Tənzilə Rüstəmxanlı media nümayəndələri ilə görüşüb
05 fevral 19:57
- Anardan Səməd Vurğunla bağlı qalmaqala reaksiya: Oğulları yoxdur, mən sağam
05 fevral 19:33
- Dərsdə halı pisləşən 15 yaşlı məktəbli dünyasını dəyişdi
05 fevral 18:41
- Azərbaycan xaricə 20 MİNDƏN çox diri at satıb – İllər üzrə siyahı
05 fevral 18:13
- Prezident naziri vəzifəsindən azad etdi
05 fevral 17:51
- Pensiyalarla bağlı YENİLİK - Prezidentdən SƏRƏNCAM
05 fevral 16:35
- Müstəqil Kürdüstan dövlətinin yaradılması mümkündürmü ?
05 fevral 15:42
- Anar və Rəsul Rza yolumda çəpər oldular – Əlisa Nicat danışdı
05 fevral 15:27
- Prezident Ərdoğana başsağlığı verdi
05 fevral 15:15
- Yazılanlar yalandır - Vahid Əhmədov
05 fevral 15:00
- Onlara yeni vəzifə verildi
05 fevral 14:44
- SON DƏQİQƏ: Vahid Əhmədov xəstəxanaya yerləşdirildi – ALMANİYADA
05 fevral 14:05
- Salona gedən qadın tanınmaz hala düşdü
05 fevral 13:37
- Daha 3 itkin şəhidimiz dəfn olunacaq - Foto
05 fevral 12:39
- Şəhriyar və Teymur ilk turda qələbə qazandı - Fotolar
05 fevral 12:30
- İlhamə Bədəlova və =Nə varsa= – Sosial dəyişiklik yaradan unikal layihə
05 fevral 12:09
- Suriyanın birinci xanımı Lətifə kimdir? - Osmanlı İmperiyasında... - FOTOLAR
05 fevral 12:00
- Jurnalist Şəmşad Ağa saxlanılıb
05 fevral 11:44
- Əlisa Nicatı həkimə göstərib, beynini müalicə etmək lazımdır, ona meydan verənlər də...- АNАR
05 fevral 01:27
- İsveçdə təhsil mərkəzində atışma - 10 ölü var
05 fevral 01:19
- Təyyarəmizi Rusiya raketi vurub - RƏSMİ MƏNBƏ
05 fevral 01:00
- Novruzovdan daha bir açıqlama:Razi Nurullayev mənim çapımda, səviyyəmdə olan adam deyil
05 fevral 00:48