Badamdarda uçqun: Laçın QAÇQIN məktəbində oxuyan uşaqların həyatı təhlükədə! - FOTO
Günün sitatı1 noyabr 2024 10:00
Son günlər güclü yağışlar səbəbindən Bakının Badamdar qəsəbəsi ərazisində qaya parçaları uçqun təhlükəsi yaratdı. Nəticədə Bakı Kənar Dairəvi yolu bağlandı. Yol yalnız uçqun təhlükəsinin aradan qaldırılması üçün aidiyyəti dövlət qurumları tərəfindən müvafiq tədbirlər görüldükdən sonra açıldı.
Amma ərazidə təhlükəli vəziyyət aradan qalxmayıb. Məsələ burasındadır ki, uçqun təhlükəsinin yarandığı ərazidə məktəb binası da var. Aylardır Bakupost.az təhlükəli ərazidə yerləşən, heç bir təxliyyə çıxışı olmayan məktəblə bağlı yazılar dərc etsə də, şagirdlərin həyatının təhlükə altında olduğunu bildirsə də, təəssüf ki, hələ də məsələ ilə bağlı tədbir görülməyib.
Söhbət Badamdar qəsəbəsində yerləşən və yolu olmadığı üçün neçə vaxtdır sakinlərin narahatlığına səbəb olan qalmaqallı Laçın qaçqın məktəbindən gedir.
Sözügedən yolsuz məktəb vaxtilə gecə ikən tikilib və Badamdarda düz qayanın üstündə yerləşir. Uçqunun baş verdiyi ərazi məktəbin arxa tərəfindədir. Uçurumun üstündə yerləşən məktəbin ön tərəfdən olan yeganə yolu isə Badamdar qəsəbəsi 1-ci massiv, Topçubaşov küçəsi, 246 ünvanında yaşayan sakinlərin həyətindən keçir. Bu isə sakinlərlə məktəbin direktoru Piyalə Xudayarova arasında tez-tez qarşıdurma yaşanır. Belə ki, vaxtilə məktəbin yolu digər istiqamətdən olub. Lakin orada yeni bina tikildiyindən məktəb yolsuz qalıb. Sakinlər humanizm naminə piyada getmək şərtilə müəllim və şagirdlərə öz həyətlərindən yol veriblər. Lakin bir neçə il sonra direktor və müəllimlər məktəbə onsuz da dar olan həmin yoldan maşınla gedib-gəlməyə başlayıblar. Sakinlərin qapısı birbaşa küçəyə açıldığı üçün dalandan avtomobil yolu kimi istifadə olunması azyaşlı uşaqların həyatına təhlükə yaradır.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Bakupost.az -ın sorğusuna cavab olaraq, həmin ərazidə məktəb binasının fəaliyyətinin qanunsuz olduğunu bildirib:
"Əməkdaşlarımız tərəfindən yerində baxış zamanı Səbail rayonu, 1-ci massiv, Topçubaşov küçəsi, ev 246 ünvanında müvafiq icazə və razılaşdırma sənədləri olmadan uzun müddət öncə 250 kvadrat metr sahədə inşa edilmiş 1 mərtəbəli 2 ədəd tikili müşahidə olunmuşdur".
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov məsələ ilə bağlı Səbail rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov və Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarova müraciət edərək, müvafiq tədbirlərin görülməsini xahiş edib. Ancaq İdarə rəisinin müraciətindən aylar keçsə də, məsələnin həllindən xəbər-ətər yoxdur.
Yalnız dünən, oktyabrın 30-da Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən Bakupost.az -a məsələ ilə bağlı məktub göndərilib. Agentliyin rəis müavini Zemfira Rzayevə sorğumuza cavab olaraq, bildirib ki, qeyd olunan ünvanda uzun illər əvvəl inşa edilmiş və "Laçın" məktəbi adı ilə fəaliyyət göstərən məktəb binası və onun istismara qəbul edilməsi barədə Agentlikdə məlumat yoxdur:
"Bildiririk ki, qeyd olunan qanunsuz tikililər ilə bağlı inzibati icraat yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid olduğundan, eyni zamanda, həmin tikililərlə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə Agentliyə məlumat daxil olmadığından, tərəfimizdən hər hansı tədbirin görülməsi mümkün olmamışdır".
Göründüyü kimi, Agentlik də məsələnin həlli ilə bağlı Səbail Rayon İcra Hakimiyyətinin tədbir görməli olduğunu bildirir. Lakin həm Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov icra hakimiyyətinə müvafiq məktub ünvanlasa, həm də sakinlər dəfələrlə müraciət etsələr də, nədənsə bunun nəticəsi olmayıb. Məsələnin həllinə cavabdeh olan Səbail Rayon İcra Hakimiyyəti məktəbin başqa əraziyə köçürülməsi ilə əlaqədar tədbir görməyə tələsmir.
Ancaq Badamdarda baş verən son üçqun hadisəsi bir daha göstərdi ki, növbəti yağışlar zamanı məktəb binası da Dairəvi Yola doğru sürüşə, şagirdlərin və məktəbdə çalışanların başına bədbəxt hadisələr gələ bilər. İş burasındadır ki, məktəbin təxliyyə çıxışı da yoxdur. Bu səbəbdən sürüşmə, yanğın və s. kimi bədbəxt hadisələr baş verdikdə, şagirdlərin təxliyyəsi də çox çətin olacaq.
Beləliklə, qarşıdan qış gəlir və "Laçın" qaçqın məktəbi ilə bağlı məsələ təcili həllini tələb edir. Biz bir daha bu barədə yazıb, aidiyyatı qurumları məsələdən xəbərdar etdik. Tədbir görmək vəzifəsi isə onların üzərinə düşür.
Sonda onu da qeyd edək ki, ərazidə çəkilən son görüntülər də "Laçın" qaçqın məktəbi ilə bağlı təhlükənin nə dərəcədə real olduğunu əks etdirir.
Həmin fotoları təqdim edirik:
Zaur
BakuPost
Oxşar xəbərlər
- Çində azyaşlı uşaqların göz yaşı töküb ağladığı azərbaycanlı müəllim kimdir?
3 noyabr 2024 22:02
- Məhkəmə üç şagirdə təcavüz edən müəlliməyə 18 il verdi
2 noyabr 2024 11:47
- Deputat Elşad Musayev beynəlxalq tədbirdə iştirak etdi
1 noyabr 2024 13:35
- İsraildə İrana casusluq edən azərbaycanlı ər-arvad həbs olundu
31 oktyabr 2024 23:11
- Hikmət Həsənovun köməkçisinə hökm oxundu - FOTO
31 oktyabr 2024 19:57
- İqlim dəyişikliyi və COP29: Elm və əməkdaşlıq dünyanı xilas edəcək!
31 oktyabr 2024 14:15
- Ramiz Mehdiyev qabağa getməyə qoymurdu - Deputatla MÜSAHİBƏ
30 oktyabr 2024 20:50
- Prezident Nəsimidə yeni salınan parkda yaradılan şəraitlə tanış oldu (FOTO)
30 oktyabr 2024 10:56
- 100 mindən çox insanın öldüyü adanın sirri (FOTO)
28 oktyabr 2024 23:42
- Milli Məclisdə yeni təyinat (FOTO)
28 oktyabr 2024 14:46
Xəbər lenti
- ABŞ-ın prezidentləri: İndiyə qədər seçilənlər və onların iqtidar dövrləri - TAM SİYAHI
05 noyabr 11:07
- Ərdoğan Qırğızıstandadır - Fotolar
05 noyabr 10:51
- Baba Vəziroğlu kimi ortabab şairə yubiley keçirirlər, mənə yox…Niyə? –Qocaman yazıçımız Vaqif Nəsib /MÜSAHİBƏ
05 noyabr 10:37
- Üç rayonun BAŞÇISI yoxdur
05 noyabr 10:25
- Prezidentdən sammit iştirakçılarına müraciət
05 noyabr 10:17
- Prezident rektor və icra başçısı təyin etdi
04 noyabr 13:35
- SSRİ-yə qarşı qurulan məxfi təşkilat: İLDIRIM necə ifşa olundu? (VİDEO)
04 noyabr 13:29
- Rusiyada əslən azərbaycanlı general həbs edildi - Video
04 noyabr 13:16
- Azərbaycanın yeganə qızlar məktəbinə direktor təyin edildi
04 noyabr 12:20
- Prezident və xanımı Bakı Olimpiya Stadionunda...
04 noyabr 10:51
- Moldovada prezident seçkiləri: Maya Sandu qələbə qazandı
04 noyabr 10:42
- Çində azyaşlı uşaqların göz yaşı töküb ağladığı azərbaycanlı müəllim kimdir?
03 noyabr 22:02
- Müdafiə Nazirliyinin generalı vəzifəsindən azad olundu - Yerinə təyinat
03 noyabr 21:54
- Ərdoğan Bakıya GƏLİR - COP29-da xüsusi layihə təqdim edəcək
03 noyabr 21:39
- İcra başçısının oğlunun meyiti tapıldı
03 noyabr 21:28
- Moldovada prezident seçkiləri – İkinci tur başladı
03 noyabr 12:09
- Rusiya üçün vuruşan ilk Şimali Koreya əsgəri əsir götürüldü - ŞOK GƏLİŞMƏ
03 noyabr 11:05
- Süpürgəçinin adı məktəbə verildi
03 noyabr 10:38
- Ziya Məmmədovun qardaşı həbs olunur? – Özü danışdı
02 noyabr 14:51
- Azercell -Ən Yaxşı Mükafatlandırma və Tanıma Strategiyası- mükafatına layiq görülüb
02 noyabr 14:40
- Şagirdi məktəbin 4-cü mərtəbəsindən çölə salladılar (VİDEO)
02 noyabr 14:12
- Xorultunu dayandırmaq üçün yatmazdan əvvəl bunu yeyin
02 noyabr 13:12
- 166 min vergi borcu olan şirkəti 40 milyonluq tenderin qalibi seçdilər
02 noyabr 12:54
- Obamanın qızı atasının soyadını istifadə etmir
02 noyabr 12:09
- Məhkəmə üç şagirdə təcavüz edən müəlliməyə 18 il verdi
02 noyabr 11:47
- Keçmiş prokuror Yusif İldırımzadənin qardaşı dələduzluqda ittiham olunur
02 noyabr 10:56
- Alman dilindəki bu söz 67 hərfdən ibarətdir
02 noyabr 10:46
- Ağdaşın yeni icra başçısı kimdir?
01 noyabr 17:28
- Nazir BŞTİ-ni Anar Qədiməliyevə tapşırır - Nərminə Hüseynova əvvəlki vəzifəsinə qaytarılır
01 noyabr 17:23
- Eldar Mahmudov düşmənimdir, məni hədələyirdi... - Əvəz Ələkbərovla SENSASİON MÜSAHİBƏ
01 noyabr 16:37
Video & Fotoqalereya
Video
Fotoqalereya