Əsl Q U L D U R L U Q ! - Elşən Həsənov yazır
İqtisadiyyat7 oktyabr 2024 11:24
Bu maraqlı və aktual yazını Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov öz fb səhifəsində paylaşıb.
İnternet qiymətində artım və bunun müqabilində heç bir dəyişikliyin olmaması barədə yazmışdım. İndi keçək xırdalığına.
Oktyabr ayının 2 – də Baktelecom – un 155 nömrəli çağrı mərkəzinə zəng edib qiymət artımı ilə bağlı sual ünvanladım.
Verdikləri cavabdan belə çıxdı ki, qiymət artımı, sürətlə bağlıdır. O zaman, yeni bir sual meydana çıxdı – Əcəba, qiymət artımı sürətlə bağlıdırsa aldığım sürət niyə dəyişmir? Əvəzində xəttin o başından cavab gəldi ki, müraciət, texniki şöbəyə yönləndirilir. Məsələ, bir iş günü ərzində həllini tapacaq.
Bir iş günü ərzində həllini tapmayan məsələ ilə bağlı oktyabr ayının 4 – də, yenidən yuxarıda adı çəkilən təşkilatla əlaqə saxladım. Müraciətim cümə gününə təsadüf etmişdi deyə qarşı tərəfdən məsələyə gələn həftənin Bazar ertəsi baxılacağı haqqında məlumat aldım.
Nəhayət, bu gün də cavab almadığımdan, 155 saylı çağrı mərkəzinə zəng etdim. Verilən cavabdan bəlli oldu ki, məsələ heç də adi texniki məsələ deyil
- Modeminizin dəyişməsi ilə bağlı texniki şöbəyə məlumat verilmişdir. Amma nə zaman dəyişiləcəyi barədə bizdə məlumat yoxdur. Dövlət, bu prosesi hələ ki, dayandırıb.
- Dövlət prosesi dayandırıbsa o zaman məndən niyə artıq pul tutur? Deməli belə çıxır ki, mən, göstərilməyən xidmətə görə artıq pul ödəməliyəm? O zaman elə bir başa deyin ki, sadəcə qiymətləri artırmışıq.
Üstəlik verdiyim – Konkret söyləyə bilərsinizmi modemlərin dəyişilməsi nə vaxta nəzərdə tutulub? – sualıma – Bilmirik – deyə cavab aldım
Nazirliyin qaynar xəttinə zəng edib məlumat vercəyim barədə xəbərdarlğa da reaksiya belə oldu – Zəng edin!
Əlqərəz ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi-nin qaynar xəttinə zəng edib məlumatlandırsam da, aldığım cavab təxminən eyni oldu – Şikayətiniz baxılmaq üçün müvafiq şöbəyə yönləndilildi.
Şəxsi araşdırmamdan məlum oldu ki, yeni sistemə keçid ilə bağl vətəndaşların istifadəsində olan modemlərin dövlət tərəfindən dəyişdirilməsi prosesi dayandırılıb. Modemi vətəndaş, öz cibindən 110 manat ödəməklə əldə edə bilər. Amma bundan sonra da sürətin arta biləcəyi sual altındadır. Çünki dövlətdə olan avadanlığın özünün buraxıcılıq qabiliyyəti göstəricilərə cavab vermir. Bundan əlavə də 10 ünvan arasında paylaşımalı olan internet, daha artıq ünvan arasında paylanılır ki, bu da əlbəttə qanunsuzdur.
Yazını oxuyub özünüz üçün nəticə çıxarın.
İndiki halda əhalidən olmayan sürət üçün artıq vəsait alınır. Dövlətin həyata keçirməli olduğu tədbiri, vətəndaş maliyyələşdirir. Kəsilən sürət, digər ünvanlara ötürülür və daha nələr.
Nazirliyin əməkdaşına isə sonda beləcə də dedim – İlham Əliyev hər çıxışında deyir ki, mənə siqnal verin. Bu da siqnal.
Uşaqlıq edib – Bib, BİİİİİB də eləməyim gəldi.
Amma düşünürəm ki, bu siqnalın səsi əvvəl – axır çıxacaq – Vətəndaş narazılığı öz sözünü deməlidir.
Oxşar xəbərlər
- İsraildə İrana casusluq edən azərbaycanlı ər-arvad həbs olundu
31 oktyabr 2024 23:11
- Dünya fəlakətlə üz-üzə - Rusiya nüvə DÜYMƏSİNƏ BASIR!
31 oktyabr 2024 12:09
- SAYT rəhbəri həbs edildi
31 oktyabr 2024 11:59
- 1978-ci ildə İspaniya qəzetləri Azərbaycandakı səs-küylü qətldən nə yazıb?
28 oktyabr 2024 23:51
- Millət vəkili Cavanşir Feyziyevin ömür yolunun DÜŞÜNDÜRDÜKLƏRİ - Fəlsəfi esse
27 oktyabr 2024 20:03
- Ələkrəmə Kremlin pulunu bu deputat gətirmişdi – Polis rəisi
26 oktyabr 2024 13:03
- Bu Avropa xalqının əcdadı azərbaycanlılardır - Nadir sənəd
25 oktyabr 2024 13:04
- İşsiz qadın vəfat edən həyat yoldaşının pensiyasını ala bilərmi?
23 oktyabr 2024 13:32
- MSK yenidən formalaşacaq - Məzahir Pənahov isə ...
23 oktyabr 2024 12:01
- Həkimlərin əməliyyat masasında qoyub qaçdığı Nəzakət Məmmədova: Əri onu hər gün döyürdü
23 oktyabr 2024 01:45
Xəbər lenti
- Azərsun Holdinq-dən daha bir layihəyə dəstək - Fotolar
01 noyabr 11:23
- Nazirlikdə iki yüksək vəzifəyə təyinat
01 noyabr 10:35
- Prezident 28 May-da aparılan abadlıq işləri ilə tanış oldu
01 noyabr 10:29
- Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....
01 noyabr 10:16
- Badamdarda uçqun: Laçın QAÇQIN məktəbində oxuyan uşaqların həyatı təhlükədə! - FOTO
01 noyabr 10:00
- İsraildə İrana casusluq edən azərbaycanlı ər-arvad həbs olundu
31 oktyabr 23:11
- Məmurlar bir araya gəldi - Prezidentin tapşırıqları çatdırıldı
31 oktyabr 21:50
- Hikmət Həsənovun köməkçisinə hökm oxundu - FOTO
31 oktyabr 19:57
- Urmiyada beş məhbusun barmaqları kəsiləcək
31 oktyabr 19:47
- Tağı Əhmədovun hakim oğlu CƏZALANDIRILACAQ - Məhkəmə qərarı
31 oktyabr 14:50
- Şahin Bağırov aparat rəhbəri və idarə rəisi vəzifələrini onlara tapşırıb
31 oktyabr 14:28
- Rusiyanın təhvil verdiyi şəxs məşhur biznesmen imiş... - ŞOK DETALLAR
31 oktyabr 14:22
- İqlim dəyişikliyi və COP29: Elm və əməkdaşlıq dünyanı xilas edəcək!
31 oktyabr 14:15
- Ərdoğandan Öcalana edilən çağırışa reaksiya
31 oktyabr 13:38
- Planetar düşüncəli lider…
31 oktyabr 13:29
- Beynəlxalq axtarışa verilən 5 şəxs Azərbaycana gətirildi
31 oktyabr 13:15
- Dünya fəlakətlə üz-üzə - Rusiya nüvə DÜYMƏSİNƏ BASIR!
31 oktyabr 12:09
- SAYT rəhbəri həbs edildi
31 oktyabr 11:59
- Prezident yeni səfirin etimadnaməsini QƏBUL ETDİ - FOTOLAR
31 oktyabr 11:42
- Rusiya qalib gəldi - Zelenski
30 oktyabr 23:19
- Dörd nəfər onu axtarmağa gedəndə həlak olmuşdu...
30 oktyabr 23:05
- Ramiz Mehdiyev qabağa getməyə qoymurdu - Deputatla MÜSAHİBƏ
30 oktyabr 20:50
- Ərdoğandan müsəlman ölkələrinə ÇAĞIRIŞ
30 oktyabr 18:20
- Azərbaycanda 300-ə yaxın ömürlük məhbus var
30 oktyabr 17:47
- İsrail Prezidenti Bakıya gəlir
30 oktyabr 15:24
- Nə istəyirsiz məndən? Əl çəkin! Mənə kim cinayət işi açır? - Ramiz Mehdiyev
30 oktyabr 15:19
- Nyuton qanununun tərtibində səhv AŞKARLANDI
30 oktyabr 14:00
- Azərbaycanda ATATÜRK adına qoyulan QADAĞA götürüldü
30 oktyabr 13:22
- Müəllimə qarşı ittiham sübuta yetirildi - 7 il 6 ay HƏBS !
30 oktyabr 13:10
- Rusiya və Ukrayna danışıqlara başladı - Tarixi razılaşma!
30 oktyabr 11:11
Video & Fotoqalereya
Video
Fotoqalereya