Baba Pünhanın qızı: Mirşahin atamın üstünə gəlmişdi ki... - Müsahibə
Bu gün unudulmaz satirik, qəzəlxan Baba Pünhanın doğum günüdür.
Kulis.az Ülvi Bahadırın onun qızı Cəmalə Əliyeva, bibisi oğlanları Səxavət və Dəyanət Səfərovlarla söhbətini təqdim edir.
- Baba Pünhanı xatırlayanda nələr yadınıza düşür?
Cəmalə Əliyeva: Atamı xatırlayanda təbii ki, qayğısız, xoşbəxt günlərimi xatırlayıram. Atam yaradıcı insan olduğuna görə bizim də uşaqlığımız maraqlı keçib.
Qış fəsli idi. Səhər yuxudan durmuşduq. Aynabəndin böyük pəncərələri var idi. Pəncərələrin şüşəsinə çox gözəl qış rəsmi çəkmişdi. Diş məcunundan və rəsm dərsində işlətdiyimiz boyalardan istifadə eləmişdi. Hər dəfə istəyirdi ki, bizi nə iləsə sevindirsin. Küçədən keçən adamlar da ayaq saxlayıb pəncərəyə baxırdı. Evimizin bir divarında sınıq şüşələrdən böyük mozaika düzəltmişdi. Ərəbistan səhrası kimi... Dəvələr... Dağlar... Gözəl kompazisiya idi. Evimizdə fortepiano, tar, gitara, nağara var idi. Bir də görürdün, oturub gitara çalır. Musiqi məktəbinə getməyə-getməyə muğamları gözəl bilirdi.
Üçüncü sinifdə oxuyurdum. Müəllim dedi ki, sabah piknikə gedirik. Özünüzlə yemək gətirin. Atama dedim ki, mənə bulka al, sabah piknikə aparacam. Dedi ki, yaxşı. Səhər durub gördüm ki, süfrədə bayram xonçası düzəldib. Sininin içində iki bulka, alma, armud, iki şüşə limonad, bir neçə konfet. Onu nişan xonçası kimi qırmızı lentlə bağlamışdı. O qədər gözəl düzəltmişdi ki, fikirləşdim, bunu piknikə aparmaq olar, yoxsa yox. Piknikdə hamı mənim xonçama baxırdı.
Səxavət Səfərov: İnsanın ürəyinə tez yatırdı. Hər baxışı hansısa mənanı ifadə edirdi. Elə bir söz deyirdi ki, adamı düşündürürdü.
Mən malakeşəm. O gün çox yorulmuşdum. Onun da həyətində oğlunun xeyir işi üçün iş görəcəkdik. Gəldi yanıma, əlini qoydu dizimə, dedi ki, necəsən, bibioğlu? Dedim, sənin bir beytin var ha:
“Diş tökülür, bel sınır, nur gözümdən gedir,
İt gününə düşmüşəm, zəhləm özümdən gedir”.
Güldü. Ləzzət elədi ona.
Nədənsə narazılığım olanda gəlirəm evə, götürürəm şeirlər kitabını. Görürəm ki, hansısa narazılığımla bağlı yazıb.. Mənəvi qida alıram.
Bu yaxınlarda bibisinin anım günü idi. Həyatın gedişindən söhbət edirdik. O şeiri yadıma düşdü:
Bir əsər yazdı fələk qoydu həyat səhnəsinə,
Bizi ifaçı yaratdı onun hər pərdəsinə,
Bilmirəm, hansı bir ifaya rəva bildi məni,
Onu bildim, ölüm yazdı vida səhnəsinə.
Sözümü axıracan dərk eləmirsənsə əgər,
Onda zəhmət çəkib haqqın səfər et zirvəsinə.
Demişəm, Pünhana nə vedrə, nə bel bağlaginən,
Oturub ağlaginən, girsən onun vedrəsinə.
- Uşaqlığı necə keçib?
Dəyanət Səfərov: İndiki Rəsulzadə qəsəbəsində doğulub, yaşayıb. Üç qardaş olublar. Böyük qardaş Rafiq, ortancıl Baba Pünhan, kiçik də Rasim. Rasim “Xatirə” ansamblında kamança çalırdı. Babanın çox incə yumoru var idi. Söz üçün cibə girməzdi. 2004-cü ilin mart ayının 22-i idi. Xalası oğlu ilə qəbir ziyarətindən gəlirdi. Aşağıda “Lider” dükanı var, onun yaxınlığında rastlaşdıq. Əhvalpürsanlıq eləyəndən sonra dedim ki, Baba, xeyir ola burdasan? Dedi ki, yaxınlıqda dekorativ ağacların tinglərini satırlar. İstəyirəm, alım. Qardaşım dedi ki, xan çinarın vardı, nə oldu bəs? (Qardaşım onların həyətində işləyəndə görmüşdü xan çinarı) Dedi ki, xan çinarı əkmişdim, amma nökər çıxdı. Sadəliyi, səmimiliyi camaat içərisində ona hörmət qazandırırdı. Tingi satanlar bir qəpik pul almadılar ondan.
- Cəmalə xanım, Baba Pünhanı biz daha çox efirlərdə görmüşük. Müsahibələri də nadirdir. Şair Baba Pünhanı tanıyırıq. Bəs ata Baba Pünhan necə olub?
C.Ə: Necə ki, yaxşı, fədakar insan idi, elə də yaxşı, fədakar ata idi.
- Evdə, ailədə qayda-qanunları, qadağaları var idimi?
C.Ə: Baba Pünhanın ailəsi əsl azərbaycanlı ailəsi idi. Əsl azərbaycanlı kişisinin ailəsi necə olmalı idisə, elə idi. Bu bizim daxilimizdən gəlir. Qanımızda var. Biz çərçivədən kənara çox çıxmamışıq. Qadağa qoymazdı. Həmişə deyərdi ki, siz nəyin yaxşı, nəyin pis olduğunu bilirsiniz. Bizi heç vaxt döyməzdi, vurmazdı. Bir baxışı var idi, o baxışdan biz bilərdik ki, nəyisə səhv eləmişik.
- Xaraktercə necə idi?
D.S: Bizim ailənin ona qarşı hörmətinə həmişə hörmətlə cavab verib. Müşkül iş olanda imzalı kitabını verirdi və iş həll olurdu.
Baba Pünhan Həcc ziyarətində, 2000-ci il.
- Ölkədə baş verən hadisələrə reaksiyası necə olurdu?
S.S: Dünyanın dərdi, elə bil, onda idi. NATO söhbəti gedirdi, onu nəzmə çəkirdi;“Biz hara, NATO hara?”
Gör nələri düşünüb? Qarabağlı olmaya-olmaya o ağrı-acını elə duyurdu ki.
“Borc içində” şeiri var. 1988-ci ildən bu yana nə hadisə olubsa, nəzmə çəkib.
- Yaşadıqlarını yazıb.
- Qarabağ söhbəti onu çox yandırırdı.
Kasıb da borc içində, kalan da borc içində.
Ölən də borc içində, qalan da borc içində.
Xəzinələr həmişə ilanlar altda olmuş.
Fəqət bu səltənətdə ilan da borc içində.
- “Qulp” verilişinə necə dəvət olundu?
C.Ə: 1998-cı ildə Vahid Poeziya Evində Hacı Mailin rəhbərliyi və aparıcılığı ilə atamın 50 illik yubileyi keçirildi. Ondan əvvəl atam Füzuli ədəbi məclisində iştirak eləyirdi, jurnal və qəzetlərdə çap olunurdu. O yubileydən sonra “Qulp” verilişinin yaradıcısı Mübariz Əsgərova belə bir maraqlı şairin olduğunu xəbər veriblər, o da dəvət eləyib. Elə oradakı ilk çıxışından sonra xalqın sevimlisinə çevrildi. Hər dəfə də veriliş bitməmiş evimizə saysız-hesabsız zənglər gəlirdi. İncəsənət adamları, iş adamları, adi adamlar zəng eləyib təşəkkür eləyirdi.
S.S: Alim Qasımov gəlirdi yanına. Fikir mübadiləsi aparırdılar. “Mən nə dedim ki” şeirini Alim Qasımov ifa etmişdi. Orxan Fikrətoğlu gəlirdi. Dostları çox idi. İçərişəhərli Mirteymur da gözəl rəssamdır.
Hər adam öz-özlüyündə iqtidar olsun gərək,
Nəfsinə daim müxalif, haqqa yar olsun gərək.
Bu beyti mənim şüarımdır. Onu divarımda yazmışam.
Birinci Qarabağ müharibəsindəki əsgərlərimizə bir gözəl bəhri-təvili var idi, ondan bir beyt yazmışam o biri divara da.
Külək ollam əsərəm mən,
Nəfəsinçün gəzərəm mən,
Sənə qurban kəsərəm mən,
Gecə-gündüz yeri səngər,
Vətənin qeyrətini qoruyan əsgər.
- Meydan hərəkatında iştirak edib?
D.S: Edib. Mitinqlərdə olub. Xalqın içindəki yaraları nəzmə hopdurub. Onun adını camaat həmişə çəkir. Onun şeirləri dillər əzbəri idi kino replikaları kimi. Biz bakılılar kino replikaları deməyi xoşlayırıq.
- Yaradıcılığa necə başlayıb?
S.S: Kitab oxumaq həvəskarı olmayıb. Allah vergisi idi onda. Bakı kəndlərinin birində Hacı Mail və digər şairlərin iştirak etdiyi məclis olub. Təzə şeirləri oxuyub müzakirə edirlərmiş orda. Hacı Mail görəndə ki, onda satira çox yaxşı alınır, Babanı yönəldib satiraya. Onun qoşmaları da var. Əvvəl yazdıqlarını zəif sayırdı.
- Baba Pünhan yazdıqlarına görə təzyiqlərə məruz qalıbmı?
S.S: Allah yol açırdı elə bil. Ona elə dəyib-dolaşan olmurdu. İmam Rzanın qəbrini ziyarətə getmişdi. Orda zorla əba vermişdilər. O əbadan sonra daha da çox tanınmağa başladı “Qulp” verilişində, “Tək səbir” qəzetində şeirləri gedirdi. “Ədalət” qəzetində onun şeirlərinə yer verilirdi. Məmurlar tərəfindən kiminsə xoşuna gəlməyə bilərdi, əlbəttə.
Baba Pünhan həyat yoldaşı Cəvahir xanım və nəvələri ilə
C.Ə: Hacı Mail yarı zarafat-yarı ciddi deyirdi ki, Baba, ya səndən qorxurlar, ya da səni saymırlar.
- Babadan başqa nəslinizdə şair olub?
D.S: Dayılarında yazmaq istedadı olub. Biz Baba ilə ikitərəfli qohumuq. Həm bibim nəvəsidir, həm də dayım oğlu.
- Üzə çıxarmadığı şeirləri olub?
- S.S: Çox olub. Cavan vaxtı yazdığı şeirləri hirsindən yandırıb. Bir şeirini də çap etmirdilər. Bircə metronun divar qəzetində bir-iki şeiri çıxıb. “Qulp” verilişində də danışıb bu haqda.
Məktəbdə qəzəl yazıb. Uşaqlar inanmayıb, gülüblər. Ondan sonra gizlin yazmağa başlayıb. Pünhan təxəllüsünü ordan götürüb özü üçün. Beş beytdən ibarət “Pul” qəzəli var. Tarixçəsi 1970-ci illərə gedib çıxır.
C.Ə: Bir bazar günü evdə yır-yığış edirdik. Birdən gördük, atam köhnə çamadanı həyətə çıxartdı. Həmin o çamadana şeirlərini, kiril əlifbası ilə o üz-bu üz yazıb-doldurduğu vərəqləri yığardı. Çamadan bu illər ərzində ağzınacan dolmuşdu. Atam çamadanı ağzı üstə çevirib vərəqləri yerə tökdü.
Anam təəccüblə soruşdu:
- Neyləyirsən, a kişi?
- Yandırıram. Nə xeyri var, qalıb yer tutur.
Mən ağlamsındım. O mənim ədəbiyyata həvəsim olduğunu, hərdən şeir yazdığımı bilirdi. Odur ki, yazdıqlarını ailəmizdə tək mənə oxuyurdu. Çox vaxt məni də özü ilə Hacı Mailin şeir məclislərinə aparırdı. O, Hacı Mailə ata kimi baxırdı. Elə onun məsləhətinə qulaq asıb, əsasən, satirik şeirlər yazmağa başlamışdı. Amma birdən-birə bu qədər şeiri yerə töküb yandırmaq... Həyətin ortasında vərəqlərin od tutub yanması indi də gözümün qarşısındadır. Bu, faciə idi.
Mən atama baxdım. Günortaçağı olsa da, rəqs edib əlyazmaları külə çevirən alov onun üzündə, gözlərində əks olunurdu. Ona baxanda özümü saxlaya bilməyib, başladım hönkür-hönkür ağlamağa. Atam gəlib məni qucağına götürdü, göz yaşımı silib, üzümdən öpüb dedi:
- Ağlama, qızım, biz səninlə hələ çox şeirlər yazacağıq.
- Çap olunmamağının səbəbi nə idi?
D.S: Onun şeirlərini kim idi SSRİ vaxtında çap edən? O vaxt bir məşhur şairin yanına aparmışdı qəzəllərini ki, çap etdirə bilsin. O da demişdi ki, hamı qəzəl yazır, sən neftdən, pambıqdan yaz. Gəlib əsəbləşib yandırmışdı şeirlərini. Yazmaq istədiyi məzmundakı qəzəlləri senzura təsdiqləmirdi. 1990-1992-ci illərdə çıxan qəzetlərdə artıq onun yazılarını çap edirdilər. Həftədə bir dəfə çıxan “Tək səbir” qəzetini alıb işə gedənə kimi oxuyurdum yolda.
- Çap ediləndən sonra yazdığı şeirlərə tənqidi yanaşırdı?
C.Ə: Camaat soruşurdu ki o beyti necə yazmısan? ANS-də işləyəndə Mirşahin bir dəfə üstünə gəlmişdi. Soruşmuşdu, bu necə beytdir:
Tox günlərimdən doymuşam,
Ac günlərimçün acmışam.
“Qulp”da çəkiləndən sonra da metroda işləyirdi?
D.S: İşləyirdi. 1967-ci ildən. Əməliyyatdan sonra işləyə bilmədi.
- Xəstəliyi var idi?
C.Ə: Bəli. Ürək xəstəsi idi. 1991-ci ildə infarkt keçirmişdi. Yaşamağı möcüzə oldu. 2000-ci ildə Mərkəzi Klinik Xəstəxanasında açıq ürək əməliyyatı keçirdi. Daha sonra yenə damarlar tutulduğuna görə şuntlama əməliyyatı keçirdi. Nə o, nə də biz ciddi qəbul etdik bu əməliyyatı. Çünki xəstəxanada cəmisi iki gün qaldı, sonra evə buraxdılar. Səhərsi günü yenidən halı pisləşdi.
- Vəfat xəbərini necə aldınız?
C.Ə: Sonuncu əməliyyata gedəndə tapşırdı ki, gəlməyin, ciddi bir şey yoxdur, iki gün qalıb, gəlirəm. Dostlara, qohumlara da deyin ki, əziyyət çəkməsinlər. Təbii ki, biz getmişdik. Çox çəkmədi. Bir gün sonra gəldi evə. Demişdi ki, Akif İslamzadə məni xəstəxanadan gətirəcək. Gəldilər. Mən qarşıladım. Söhbət elədilər. Oğlumun bir yaşı var idi. Akif İslamzadə ilə birgə şəkil çəkdirdilər. Akif bəy getdi. Mənə “Camayka” deyirdi. Dedi ki, mənə ağır yük götürmək olmaz. Sən uşağı götür, həm bir az gəzək, həm də alış-veriş eləyək. Qardaşımın da oğlu var. Uşaqlara hədiyyə aldı, evə bazarlıq elədi. Bu adamın işi-gücü insalara yardım eləmək idi. Onu heç tanımayan adam belə ona baxanda elə bilirdi ki, ən doğma adamıdır.
Akif İslamzadə, Alim Qasımov və Baba Pünhan
...Axşam qardaşım, anam evə gəldilər. Hamı sevinc içində idi. Atam yanımızda idi. Əmimgilə keçdi. Əmim uşaqları ilə deyib-güldü. Sonra başını yelləyib dedi ki, mən bir az uzanım. Gəldik evə, uzandı. Gecə hardasa 11-12 olardı. Gördüm, mətbəxdə oturub. Dedi ki, mənə bir az qatıq ver. Verib dedim ki, mən gedirəm yatmağa. Dedi ki, get. Səhər gördüm ki, evdə heç kim yoxdur. Dedim ki, atamın otağını səliqəyə salım. Gördüm, nəsə atamın yeri birtəhərdi. Həmişəki kimi deyil. Fikir vermədim, səliqəyə saldım. Bir az keçdi, əmim qızı gəldi. Bir həyətdə yaşayırıq. Dedi, sənə deməyiblər? Soruşdum, dedi ki, əmimi aparıblar xəstəxanaya. Mən də özümü xəstəxanaya çatdırdım. İçəri girən kimi gördüm ki, əmim ağlayır. Dedim ki, nolub? Heç nə demədi. İçəri keçdim. Gördüm ki, anam oturub, qucağında da atamın paltarları. Soruşdum, o da dinmədi. Sonradan öyrəndim ki, komaya düşüb. Xəstəxanaya gələndə Abbas həkimlə danışa-danışa artıq atamın dili tutulub. Həkim soruşanda deyib ki, yaxşıyam. Venasına iynə vurmaq istəyib. Onda atam onun qolunu itələyib. Deyib ki, rahat buraxın məni. Hiss eləmişdi ki, sondur. Elə orada da komaya düşmüşdü.
Akif İslamzadə, Baba Pünhan və nəvəsi
...Boğazımızdan çörək, su keçmədi. Yuxu nədir, bilmədik. Onun üçün dayanan həyat bizim üçün də dayandı.
S.S: Ayılmadı... Aprelin 17-i. İşdə idim. Buzovnada. Zaur Kamalın verilişində eşitdim vəfatını. Adam o qədər çox idi. Məclisə kimlər gəlməmişdi ki… Axırıncı görüşümüz martın 22-i olub. O ting almağa gələndə... Bilməzdik ki, daha onu görmərik.
- Halsızlıq müşahidə edirdiniz onda?
D.S: Ürəyinə qədər vəziyyəti çox yaxşı idi. Sağlamlığından şikayəti yox idi. Birinci ürək əməliyyatından sonra çevrildi.
- Toylara gedirdi?
D.S: Yox. İçki məclislərinə getməzdi. Qohum-əqrəbanın toyuna gedərdi.
- Bakı kəndlərində meyxana məşhurdur. Meyxana deyibmi?
S.S: Yox. Cavanlığında meyxana yazıb.
- Deyişmələri olmayıb?
S.S: Yox.
- Ümumiyyətlə, meyxanaya münasibəti necə olub?
S.S: Yaxşı. Bədahətən söz demək qabiliyyəti olub. Yazmağı daha çox xoşlayırdı.
- Ən çox hansı meyxanaçıları bəyənirdi?
D.S: Rəşad Dağlını. 16 yaşı vardı onda Rəşadın. Bir veriliş var idi. Baba münsif idi. “Cavan uşaqdır, həqiqəti deyəndir” - deyirdi.
- Kitab çıxartdırmağa özünün də marağı olmayıb, deyəsən.
S.S: “Acı həqiqət”i çıxartmağa da elə marağı olmayıb. Bir nəfər maşını ilə yoldan keçəndə saxlayıb, maşınına götürüb, “sənin kitabını çap etdirəcəm” deyib. Mirteymur sağlığında gildən büstünü düzəltmişdi. O da zarafatla deyib ki, məni indiyədək bişirən olmamışdı, sən bişirdin.
C.Ə: Komada olduğu müddətdə “Kim nə götürdü” kitabı çap olundu. Çapa özü hazırlamışdı, ancaq kitabı görə bilmədi. Onu da atamın yastığının altına qoydular.
- Cəmilə xanım, Baba indi burada olsaydı, ona nə demək istəyərdiniz?
- Yeniyetmə vaxtlarımda bir dəfə atamdan incimişdim, küsmüşdüm ondan ürəyimdə. Özü də hiss eləyirdi. Heç nə demirdim. İncikliyimi bir vərəqə yazmışdım.
Atam onda həmin vərəqin altına bir bənd şeir yazmışdı. Şeirlər cavab vermişdi.
Onu görsəydim, bu bəndi pıçıldayardım qulaqlarına:
Qəlbində bir ocaq qalandı, Pünhan,
Gedib Kərbəlanı dolandı Pünhan.
Sanma ki, əbədi qalandı Pünhan
Aşikar olunca uşaq qalmısan...
- Qədir Rüstəmovun həyat yoldaşı: - Ağdamdakı evimizin açarını atdı ora... - Müsahibə
24 noyabr 2024 16:48
- Abid Şərifovun şirkətidən əmək haqqı və maddi ziyan edilir
23 noyabr 2024 20:12
- Sabiq deputat, keçmiş icra başçısı vəfat etdi - FOTO
23 noyabr 2024 19:47
- Hüququ pozulan Azərbaycan qadını Prezidentdən KÖMƏK istəyir
23 noyabr 2024 17:10
- Məcburi köçkünlərə verilən - çörəkpulu - artırılır?
22 noyabr 2024 14:46
- Yeni həyat şəhəri – Ağdam
21 noyabr 2024 13:10
- Prezident onları hakim təyin etdi - Sərəncam
20 noyabr 2024 09:28
- SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu məhkəməyə üz tutdu – YENİ MƏHKƏMƏ BAŞLAYIR
16 noyabr 2024 11:05
- Sirri 1945 ildən sonra açıldı: Bu insanlar kimdir? (ARAŞDIRMA)
10 noyabr 2024 16:43
- Prezident xalqa müraciət etdi, Bayraq Meydanında Azərbaycan Bayrağını ucaltdı (YENİLƏNİB)
8 noyabr 2024 18:54
- Bakıda aptek müdürü işçisini DÖYDÜ - ŞOK VİDEO
24 noyabr 19:25
- Qədir Rüstəmovun həyat yoldaşı: - Ağdamdakı evimizin açarını atdı ora... - Müsahibə
24 noyabr 16:46
- Azərbaycan Prezidenti: COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir
24 noyabr 15:18
- Rumıniyada seçki - 14 şəxs prezident olmaq istəyir
24 noyabr 13:16
- ABŞ kəşfiyyatı Kremlin xaricdə qətl etdiyi məşhurların adlarını açıqladı - ÖLÜM SİYAHISI
24 noyabr 11:17
- Bakıda tarixi qərar verildi
24 noyabr 00:42
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
24 noyabr 00:10
- Qadın 9 UŞAĞA HAMİLƏ qaldı
23 noyabr 23:31
- Korpus komandiri Çingiz Şəfiyev vəfat etdi
23 noyabr 22:51
- Abid Şərifovun şirkətidən əmək haqqı və maddi ziyan edilir
23 noyabr 20:12
- Bakıda taksi Afrikalı qonağı hava limanından 139 MANATA gətirdi - DİN işə qarışdı
23 noyabr 19:57
- Sabiq deputat, keçmiş icra başçısı vəfat etdi - FOTO
23 noyabr 19:47
- Bu agentliyin funksiyaları -Azərenerji- və Azərişığ-a ötürüləcək - FƏRMAN
23 noyabr 19:36
- Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?
23 noyabr 19:28
- Azərbaycanda qadınlar ona görə narkotikə qurşanıb ki... - Sabiq rəis - VİDEO
23 noyabr 19:16
- Hüququ pozulan Azərbaycan qadını Prezidentdən KÖMƏK istəyir
23 noyabr 17:10
- Azərbaycana casusluqda ittiham edilən erməni TÜRKOLOQA 18 il HƏBS..
23 noyabr 15:51
- Elektron siqaret qadağan edildi
23 noyabr 15:25
- Məktəblərdə dərslər bu tarixdən başlayacaq
23 noyabr 15:03
- Nümunə olacaq həkimlərimiz - Aynur Pənahova
23 noyabr 14:05
- Deputat Elşad Musayev: - Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin
23 noyabr 13:46
- Sülh müqaviləsinin ilin sonunadək imzalanması üçün hər şeyi edəcəm
23 noyabr 12:12
- BAKCEL-in təşkilatçılığı ilə Süni İntellektlə Dayanıqlılıq mövzusunda panel müzakirəsi keçirilib
23 noyabr 12:04
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir- Bakıya gətirildi
23 noyabr 11:45
- Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
23 noyabr 11:24
- Paşinyanın arvadı baş nazirliyə hazırlanır - SENSASİON İDDİA
22 noyabr 22:04
- Öncə Ənvər Əliyevə dəstək verən Elçibəy niyə sonradan ....?
22 noyabr 16:30
- Qırğızıstan DTK parlamentin keçmiş spikerini saxladı
22 noyabr 16:07
- Türkiyədən Azərbaycana kim eşşək idxal edir? - İnəkdən 3 dəfə çox yeyir, xərci çoxdur
22 noyabr 15:21
- NAR-dan -Sərfəli cümə- təklifi – 50% endirimlə smartfon əldə et!
22 noyabr 15:00