Məqsədim BALABANI dünyaya tanıtmaqdır
"Məqsədim Azərbaycan balabanını dünyaya tanıdaraq daha böyük uğurlara imza atmaq və ölkəmizi layiqincə təmsil etməkdir".
Bunu "Report"a müsahibəsində 24 yaşlı balaban ifaçısı Anar Vəlizadə deyib.
Əslən şuşalı olan müsahibimiz musiqiçi ailəsində böyüyüb. Bu sahəyə isə uşaq yaşlarından marağı olub:
"İlk musiqi aləti olaraq nağaradan başlamışam. Musiqi məktəbində nağara ixtisası üzrə təhsil aldıqdan sonra 5 illik musiqi məktəbinin sonunda balaban ixtisası üzrə eyni musiqi məktəbində təhsil alıb, yolumu balaban aləti ilə davam etdirmək qərarına gəldim. 2017-ci ildə Milli Konservatoriyaya daxil olub konsertlərdə, yarışmalarda iştirak etməyə başladım".
Bir neçə il bundan əvvəl ABŞ-də iştirak etdiyi müsabiqədə Azərbaycanı layiqincə təmsil edən ifaçı bu günlərdə Özbəkistanın Səmərqənd şəhərində də eyni uğuru əldə edib:
"2019-cu ildə onlayn yolla ABŞ-də keçirilən müsabiqəyə qoşulmuşdum. Açığı, nəsə bir cavab gələcəyini gözləmirdim. Bir neçə aydan sonra cavab gəldi ki, qalib olmusan. Azərbaycanın adını birinci yerdə görəndə çox böyük qürur hissi yaşadım. Bununla bağlı bizi ABŞ-yə dəvət etdilər. Müsabiqədəki münsiflərdən biri erməniəsilli idi. O, balabanı "duduk" kimi təqdim etməyə çalışdı, o zaman bildirdim ki, əgər təqdimat belə olarsa, səhnəyə çıxmayacağam. Çünki o, Azərbaycanın qədim musiqi aləti balabandır. Nəticədə musiqi alətimiz elə balaban kimi təqdim olundu və mən səhnəyə çıxdım".
A.Vəlizadə deyir ki, Nyu-York şəhərində yerləşən, dünyanın ən böyük səhnələrindən biri olan "Cornegie Hall"da çıxış edərək Azərbaycanın adını 50-dən çox ölkənin iştirak etdiyi müsabiqədə 1-ci yerdə görmək ona çox böyük qürur hissi yaşadıb:
"Bu günlərdə isə Özbəkistanın Səmərqənd şəhərində "Şərq təranələri" ("Şark taronalari") adlı müsabiqədə "Simurq" qrupu olaraq çıxış etdik. Çox uğurlu nəticələnən çıxışdan sonra Qran-pri mükafatı alaraq ölkəyə qayıtdıq. Bundan sonra da hədəfim Azərbaycanın adını layiqincə təmsil etmək, dünya səviyyəli uğurlara imza atmaqdır".
- Şuşada 32 il sonra ilk körpə dünyaya gəlib
20 oktyabr 2024 14:01
- Laçın impressionizmi
14 oktyabr 2024 13:29
- Dünyaya ən çox zərər verən ALİM : İki ixtirası ilə insanlığı ZƏHƏRLƏDİ
13 oktyabr 2024 16:13
- Bu ölkədə doğulan uşaqların 65 faizi nikahdankənar dünyaya gəlib - Bəs. Azərbaycanda ?
6 oktyabr 2024 21:13
- Nyu-Yorkun BAKI restoranının sahibi GÖRÜN KİM İMİŞ - Azərbaycan təamlarını Klinton da dadıb
16 sentyabr 2024 09:41
- NAR yüksək bal toplayanların sevincinə sevinc qatdı - Fotolar
11 sentyabr 2024 13:27
- Qəhrəmanlarımızı TANIYAQ və TANIDAQ
14 avqust 2024 19:44
- Mircəfər Bağırovun evlilik təklifini rədd edən qadın - İlk pianoçumuz niyə güllələnmişdi?
7 iyul 2024 17:57
- XAYA, yoxsa HAYA ?
24 iyun 2024 13:47
- Prezident İlham Əliyev Euronews-a müsahibə verdi- Dünyaya ÖNƏMLİ MESAJLAR
22 iyun 2024 16:16
- Sabunçu tunelində seldə həlak olan Köçərinin FOTOSU
23 oktyabr 00:20
- Su basan TUNELİ KİM TİKMİŞDİR ? - Fotolar
22 oktyabr 23:38
- Pezeşkian Rusiyaya səfərdədir
22 oktyabr 22:56
- İlham Rəhimov - Putinin Bakıya gəlməsi bu qərardan asılıdır
22 oktyabr 22:39
- Bakıda avtobus suyun içində qaldı - Sərnişinlər KƏNDİRLƏ xilas edildi
22 oktyabr 22:27
- FETÖ tamamilə məhv edilənə qədər ona qarşı mübarizə davam edəcək- ƏRDOĞAN
22 oktyabr 22:15
- Qarabağ Universitetinin tələbələri ilə görüş keçirildi - Fotolar
22 oktyabr 22:00
- Tuneldə seldə boğularaq ölən Elnurun - Fotosu
22 oktyabr 21:07
- Qaqauzlar niyə Rusiyanı seçdilər? (ŞƏRH)
22 oktyabr 20:20
- ELƏ BİL HAMI DEŞİLİB - Kamran Məhərrəmli
22 oktyabr 19:47
- Rusiya vətəndaşı Samur bələdiyyəsinin sədri Elnarə Ayıbova ilə bağlı Baş Prokurora şikayət etdi...
22 oktyabr 19:15
- Eldar Əzizov - Kanalizasiya sisteminin problemi gündəlikdədir
22 oktyabr 19:07
- Sabah rayonlarda 10 MİNDƏN ÇOX abonentin QAZI OLMAYACAQ
22 oktyabr 18:23
- Kəmaləddin Heydərov su basmış ərazilərdə - Foto
22 oktyabr 17:19
- Cəfər MTK yanğın hovuzu üzərində obyekt tikir — Bəs, FHN, Nərimanov RİH hara baxır?!
22 oktyabr 17:00
- Bakcell UNEC-də keçirilən İnnovasiya Həftəsinin əsas tərəfdaşıdır
22 oktyabr 16:15
- Bu gün axşam oturub götür-qoy etməliyik - Eldar Əzizov, NƏYİ ? ))
22 oktyabr 15:12
- Rektoru öldürən Müşfiq Atakişiyevlə bağlı hökm dəyişmədi
22 oktyabr 14:56
- Yağış zamanı Bakıda tuneldə 2 nəfər BATIB ÖLDÜ - VİDEO
22 oktyabr 14:45
- Rusiya vətəndaşı Samur bələdiyyəsinin sədri Elnarə Ayıbova ilə bağlı Baş Prokurora şikayət etdi...
22 oktyabr 14:10
- Xaricdən 1 ƏDƏDİ 16 DOLLARDAN (27,8 manat) 8 MİN 22 ƏDƏD ARI alınıb ))
22 oktyabr 12:54
- Azərbaycan Qazaxıstandan BİRİ 2 MİN DOLLARA DƏVƏ ALIB
22 oktyabr 12:40
- Bakıda məktəbin hasarı uçdu, dərslər dayandırıldı - Foto
22 oktyabr 12:22
- Milli Məclisdə SİQARETLƏ bağlı cərimə qəbul edildi - 700 MANAT CƏRİMƏ
22 oktyabr 12:14
- Eks-prezidentə RÜŞVƏTƏ görə 20 ildən çox iş verildi ))
22 oktyabr 12:04
- Hərbçimiz güllədən öldü
22 oktyabr 11:46
- Bu universitetə yeni prorektor təyin edildi
22 oktyabr 11:26
- Prezident MAN TruckBus şirkətinin baş direktorunu QƏBUL ETDİ
22 oktyabr 11:21
- Musa Qasımlı vəzifəsindən azad edildi - Yeni TƏYİNAT
22 oktyabr 11:14
- Ərini öldürdü, amma həbs olunmadı - Bakıda idmançının qətlinin TƏFƏRRÜATI
22 oktyabr 10:29