Milli Məclisin sədrinin MAAŞI 9585 manat oldu, deputatlar isə...
1 sentyabr tarixli növbədənkənar parlament seçkiləri arxada qaldı. Budəfəki seçkilərdə 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə apardı. İlkin nəticələrə uyğun olaraq dairələr üzrə lider namizədlər müəyyənləşib. Mərkəzi Seçki Komissiyası (MSK) sentyabrın 22-dək dairələr üzrə nəticələri təsdiqləməli və baxılması üçün Konstitussiya Məhkəməsinə göndərməlidir. Yekin nəticələrə Konstitusiya Məhkəməsi nöqtə qoyacaq.
Yeddinci çağırış Milli Məclisin üzvü olacaq deputatların nə qədər maaş alacağı maraq doğuran məsələlər sırasındadır.
Modern.az-ın məlumatına görə, hələ 2022-ci ildə “Azərbaycan Respublikası Milli Məclisinin deputatının statusu haqqında” qanuna olunan dəyişiklik deputatların maaşını da əhatə edib.
Belə ki, dəyişikliyə əsasən, deputatların maaşı 43% artırılıb, onlara aylıq maaşlarının bir mislində deyil, iki mislində əlavə verilib.
Qanunvericiliyə dəyişiklik edilməzdən əvvəl Milli Məclisin sədrinin maaşı 2475 manat idi. Dəyişiklikdən sonra spikerin əməkhaqqı 43%, yəni təxminən 1075 manat artıb. Bununla da, Milli Məclisin sədrinin aylıq vəzifə maaşı 3550 manat olub.
Bundan əlavə, təklif olunan dəyişikliyə əsasən, Milli Məclisin sədri hər ay vəzifə maaşının iki misli məbləğində maaşa əlavə alır.
Nəticədə, hazırda Milli Məclisin sədrinin aylıq rəsmi gəliri 10 650 manat təşkil edir.
Maaş artımı sıravı deputatlardan tutmuş Milli Məclisin sədr müavinləri, komitə sədrlərinə qədər hamıya şamil olunub.
Milli Məclisin sədrinin birinci müavini bu dəyişikliyə qədər aylıq 2227.5 manat əmək haqqı alırdısa, yeni qanunun qəbulundan sonra onun rəsmi maaşı 3195 manat olub. Bu məbləğin üzərinə hər ay vəzifə maaşının iki misli məbləğində əlavə gələndə həmin məbləğ 9585 manata çatır.
Milli Məclisin sədr müavinlərinin maaşı isə 2103.75 manatdan 3017.5 manata qalxıb. Bu məbləğin üzərinə aylıq vəzifə maaşının iki misli məbləğində əlavə gələndə, onların gəlirləri 9052.5 manata yüksəlib.
Milli Məclisin komitə və komissiya sədrlərinin əmək haqları 1980 AZN idisə, 2022-ci ildən sonra bu məbləğ 2840 manat olub. Bu məbləğin üzərinə hər ay vəzifə maaşının iki misli məbləğində əlavə olunanda isə həmin rəqəm 8520 AZN-ə çatıb.
Milli Məclisin komissiya sədrinin müavinlərinin əmək haqları 1856,25 manatdan 2662.5 manata çatdırılıb. Bu məbləğin üzərinə vəzifə maaşlarının iki misli məbləğində əlavəni gələndən sonra onların aylıq gəlirləri 7987.5 manat təşkil edir.
Sıravi deputatların maaşları da 43% artırılıb. Belə ki, iki il əvvələ qədər 1732.5 AZN əmək haqqı alan deputatın maaşı 2022-ci ildən sonra 2485 manat olub. Bu məbləğin üzərinə vəzifə maaşının iki misli məbləğində vəzifə əlavəni gələndə isə onların gəlirləri 7455 manata yüksəlib.
Altıncı çağırış Milli Məclisin bəzi deputatları məlumatı Modern.az-a təsdiqləyiblər.
Xatırladaq ki, deputatların gəlirlərinin vergiyə cəlb olunan hissəsi yalnız vəzifə maaşlarıdır. Yəni onlara verilən vəzifə maaşına əlavələrdən vergi tutulmur.
- MM-də Komitə üzvlərinin TAM SİYAHISI
1 oktyabr 2024 21:19
- Prezident Rusiyaya yeni səfir təyin etdi
1 oktyabr 2024 21:05
- Bu deputatlara “Mercedes E 300” maşınları veriləcək (SİYAHI)
1 oktyabr 2024 10:42
- Vəkil Adəm Məmmədovla bağlı ŞİKAYƏTLƏR DAVAM EDİR
30 sentyabr 2024 18:28
- Putin Polad Bülbüloğlunu təltif etdi
30 sentyabr 2024 17:11
- Parlamentin komitələrinin SİYAHISI
30 sentyabr 2024 16:26
- Rusiyadan qovulan azərbaycanlı milyarderi kim hədəfə alıb? - FTB, yoxsa diaspora? - İlginc detallar
30 sentyabr 2024 13:58
- 345 manat maaş, 280 manat pensiya ilə yaşamaq... - Deputat
30 sentyabr 2024 13:24
- Milli Məclisin payız sessiyası başladı - Yenilənib
30 sentyabr 2024 13:03
- General keçmiş partiya sədrinin oğlunu işdən çıxardı
30 sentyabr 2024 11:04
- MM-də Komitə üzvlərinin TAM SİYAHISI
01 oktyabr 21:19
- Prezident Rusiyaya yeni səfir təyin etdi
01 oktyabr 21:05
- Müəllimlər Günü ilə bağlı məktəblərə tapşırıq verildi - PUL YIĞILMAYACAQ
01 oktyabr 20:57
- DİQQƏT! SABAH 70 MİN abonent QAZSIZ qalacaq
01 oktyabr 14:35
- Topçu Vüsal tələbə adını qazandı - FOTO
01 oktyabr 14:20
- Bu deputatlara “Mercedes E 300” maşınları veriləcək (SİYAHI)
01 oktyabr 10:42
- Nazir rektorun oğluna yeni vəzifə verdi (FOTO)
01 oktyabr 10:22
- Mən o vaxt televizorda sizi qucaqlamışdım - VİDEO
30 sentyabr 23:47
- Dünyanın ən yaşlı timsahının neçə yaşı var? - 10 mindən çox nəslin ATASI - VİDEO
30 sentyabr 22:59
- Vəkil Adəm Məmmədovla bağlı ŞİKAYƏTLƏR DAVAM EDİR
30 sentyabr 18:28
- Putin Polad Bülbüloğlunu təltif etdi
30 sentyabr 17:11
- Parlamentin komitələrinin SİYAHISI
30 sentyabr 16:26
- Rusiyadan qovulan azərbaycanlı milyarderi kim hədəfə alıb? - FTB, yoxsa diaspora? - İlginc detallar
30 sentyabr 13:58
- 345 manat maaş, 280 manat pensiya ilə yaşamaq... - Deputat
30 sentyabr 13:24
- Milli Məclisin payız sessiyası başladı - Yenilənib
30 sentyabr 13:03
- Prezident Aşıq Ələsgərin abidəsinin açılışında iştirak etdi
30 sentyabr 11:59
- General keçmiş partiya sədrinin oğlunu işdən çıxardı
30 sentyabr 11:04
- Vidadi İsgəndərli bıçaqlanıb, vəziyyəti ağırdır- Qənimət Zahid
30 sentyabr 10:22
- Cəbrayıla növbəti köç - Fotolar
30 sentyabr 10:13
- Ermənistan dövlət səviyyəsində məsuliyyət daşıyır - Prezident
29 sentyabr 20:14
- Qalmaqallı vəkil Adəm Məmmədov barəsində DAHA BİR ŞİKAYƏT
29 sentyabr 18:26
- Rusiya Gürcüstan torpaqlarının qaytarılmasına razılıq verib? - Lavrovun mövqeyi
29 sentyabr 17:55
- Arıq və qısaboy çağırışçılar: Onlar bu hallarda əsgər aparılmır (RƏSMİ)
29 sentyabr 17:36
- Həyat yoldaşından intiqam almaq üçün Trotski ilə eşq yaşayan Frida Kalonun İNANILMAZ HƏYAT HEKAYƏSİ - VİDEO
29 sentyabr 12:23
- Bu 7 vacib ixtiranı azərbaycanlılar edib - SİYAHI
29 sentyabr 11:27
- Vicdanı olan şəxs Livanda baş verənləri qəbul edə bilməz – Ərdoğan
29 sentyabr 11:11
- Abel Məhərrəmov Qarabağ qazisinin torpağını ZƏBT EDİB ?
28 sentyabr 18:07
- Keçmiş icra başçısı Kürün 8 qolunu qurudub? - Əbülfəz Ağayevə ittiham
28 sentyabr 16:12
- Almaniya və Türkiyə arasında DÖNƏR DAVASI ...
28 sentyabr 16:05
- Bakıda DÜNYA PROKURORLARININ iclası keçirilir - Foto
28 sentyabr 15:50