“Mərkəzi Komitənin şöbə rəhbəri məni otelə çağırdı…” – MÜSAHİBƏ
Azərbaycan kinosunda yaratdığı Afət ("Qaynana”), Selcan ("Dədə Qorqud”), Aişə ("Alma almaya bənzər”), İradə ("1001-ci qastrol”) və digər obrazlarla yadda qalan Rusiya Federasiyasının əməkdar artisti İnarə Quliyeva yanvarın 4-də 71 yaşını qeyd edəcək.
İ.Quliyevanın bir neçə il öncə "Simsar” jurnalına verdiyi müsahibəsini oxuculara təqdim edirik:
– Azərbacan haqda nə kimi xatirələriniz qalıb?
– Ancaq neqativ xatirələr… Bakıda olarkən Mərkəzi Komitədə Kino bölümünün rəisi məni köhnə "Moskva” otelində otagına dəvət etmişdi ki, orada mənə ad vermələri üçün sənədlərə qol çəkim. Mən isə bu dəvəti rədd etdim və getmədim. Bu hadisədən sonra Bakıda mənim üçün rol tapılmadı, hamı məni unutdu və artıq 30 ildən çoxdu ki, Bakıda məni yada salan yoxdu. Mənim sevimli rejissorum, Oqtay Mirqasımov – həddindən artıq çox istəyirəm, həmçinin onun həyat yoldaşı Nailə xanım bu hadisə barədə biləndən sonra təsirlənib ağlamışdılar. Mən öz şəhərimə və öz xalqıma daha lazım olmadım. Ona görə də, mənə Bakıdan zəng vurulanda və deyiləndə ki, kimsə mənimlə göruşmək istəyir, bunu ciddi qəbul eləmirəm.
– Bakıda axırıncı dəfə nə vaxt olmusuz?
– 30 yaşım olanda. Hazırda 63 yaşım var. Yəni, tam 33 il əvvəl.
– Siz daimi Moskvada yaşayıb, Bakıya ancaq film çəkilişlərinə gəlirdiz?
– Bəli.
– Bakıda gohumlarınız var? Varsa onlarla əlaqə saxlayırsız?
– Bəli, orada qohumlarım var, lakin onlarla heç bir əlaqəm yoxdu. Babamla nənəm boşandıqdan sonra biz bütün əlaqələri kəsdik. Babamın 5 rəsmi nikahı olub və nənəm istəmirdi ki, biz onunla hər hansi bir əlaqə saxlayaq. O vaxt bizim Xəzər Dənizçiliyi binasında evimiz vardı.
– Heç Bakı üçün darıxırsız?
– Heç kəsə lazım olmadıqdan sonra Bakı üçün darıxmıram və bunu artıq reallıq kimi qəbul etmişəm. Əvvəl bu, məni çox sarsıdırdı, hətta Oqtaya məktublar yazırdım, ürəyimdəki ağrıları ifadə edirdim. Azərbaycanda 8 filmdə çəkilmişəm. 90-cı illərdə Bakıda xoşagəlməz hadisələr başlayanda cəhd göstərdim ki, dostlarımla əlaqə saxlayım. Amma təəssüf ki, rabitə işləmirdi və heç kimə zəng vurmaq mümkün deyildi. O vaxtdan heç kimlə əlaqə saxlamıram. Çünki dost-tanışlarım da mənimlə bütün əlaqələri kəsdilər və məni unutdular.
– Səbəb nə idi?
– Yəqin qorxurdular ki, Mərkəzi Komitədə Kino bölümünün rəisi bunların da işini əllərindən alacaq. Mənə Bakıdan heç bir rəsmi ad lazım deyil. Rusiyada kifayət qədər adlarım və dövlət premyeralarım var. Məni pərişan edən ancaq bir şeydi – dostlar tərəfindən dayaq lazım olanda hamı məndən üz döndərdi. Oqtayı və ailəsini çıxmaq şərti ilə. Qalanları sanki yox oldular. Oqtay və Nailə Mirqasımovlar aləsini özümə həmişə yaxın bilmişəm. Şəfiqə Məmmədova da mənim rəfiqəm olub. Rəşid Behbudov, Nəsibə Zeynalova, Rasim Balayev və sair görkəmli aktyorlarla filmlərdə çəkilmişəm və əvvəllər hamı ilə çox yaxşı münasibətlərim olub. Amma bu gün mənimlə heç kim əlaqə saxlamır. Mən də o səbəbdən heç kimi narahat etmirəm. Oqtay Mirqasımovun qızı Ayan Moskvada universitetdə oxuyanda mənə 2 dəfə zəng vurub, vəssalam. Onları özümə yaxın bilirəm, amma bilmirəm ki, onlar niyə məni itirib-axtarmırlar.
– Bakıda fəaliyyət göstərdiyiniz zamanı hər hansı qeyri-ciddi, yaxud təhqiredici təkliflər almışdız?
– Çox maraqlıdır ki, heç vaxt belə təkliflərlə rastlaşmamışam. Bakıda hamı mənə hörmətlə yanaşırdı. Yeganə məni sarsıdan və təhqir edən hadisə məhz Mərkəzi Komitədə Kino bölümünün rəisinin Moskva otelindəki otağa dəvət etməsi olub.
– Analadığım qədəriylə, Azərbaycan dilini bilmirsiz…
– Sadəcə bir-neçə söz bilirəm. Məsələn, gəl bura, otur, mən səni sevirəm. Çəkildiyim Azərbaycan filmərində səsimi həmişə dublyaj ediblər.
– "Qaynana” kinosunda ifa etdiyiniz Afət rolu demək olar ki, sizi Azərbaycan xalqına ən çox tanıdıb sevdirən və yaddaqalan roldur. Özünüzdə Afətin xarakterindən nəsə varmı?
– Sözsüz, bu obrazda mənim öz xarakterimdəki xüsusiyyətlərim də var. Amma deyim ki, Nəsibə xanımın oynadığı qaynanalar da həyatda az deyil (gülür).
– Filmin çəkilişləri vaxtı rast gəldiyiniz hər hansı gülməli, ya da maraqlı hadisələr yadınızdamı?
– Xatirəmdə ancaq xoş təəssüratlar qalıb. Gülməli hadisələr yadımda qalmayıb, amma demək istərdim ki, Nəsibə xanım hamıya qarşı həddindən artıq mülayim, gülərüz, diqqətcil və hörmətlə davranırdı.
– Necə düşünürsüz, hər hansı digər aktrisa Afət obrazını sizdən zəif oynayardı?
– Xeyr, belə ambisiyalarım yoxdur və belə düşünmürəm. Özüm özümü tənqid etməyi bacaran insanam. Azərbaycanda oynadığım filmlərin TV kanallarda indiyə kimi yayımlandığını biləndə mənimçün sürpriz oldu. Bilmirdim ki, yaratdığım obrazlar Azərbaycan tamaşaçılarının bu qədər rəğbətini qazanıb və izləməyə davam edirlər. Məlum olaydan sonra düşünürdüm ki, ya o filmləri yayımlamazlar, ya da mən olan hissələri çıxararlar. Əgər oynadığım rollar sevilirsə, onda başa düşə bilmirəm, nəyə görə məni indiyə kimi yada salan, axtaran yoxdu?
– Rusiyada yaradıcılığınız necə gedir?
– Çox yaxşı. Mən Qorki kinostudiyaında, Belorusiyada və digər respublikalarda filmlərə çəkilmişəm. Lakin 90-cı ildə Rusiya kinematoqrafiyası dağılandan sonra aktrisa və rejissor karyeramı Moskva Musiqili Operetta Teatrında davam etdirdim və bu günə kimi də davam edirəm.
– Azərbaycanda çəkildiyiniz filmlər haçansa Rusiya kanallarında yayımlanıb?
– Bəli, "Dədə Qorqud” və "Qaynana” filmləri rus dilində yayımlanmışdı. Ola bilsin ki, başqa filmlər də göstərilib, amma mənim xəbərim yoxdu.
– Şəxsi həyatınızda necə gəlin olmusuz?
– Mənim qaynanam məni çox sevirdi, hətta öz oğlundan da çox.
– Azərbaycandan yenə filmə çəkilmək təklifi gəlsə, qəbul edərsiz?
– Düşünürəm ki, yox. Açıgı, Azərbaycanda kinematoqrafiyanın və incəsənətin hazırda necə durumda oldugundan xəbərim yoxdu. Teatrımza mənim tamaşalarıma baxmaq üçün Bolqarıstandan nümayəndələr gəlmişdilər və məni Bolqarıstana işləməyə dəvət etdilər. Mən ora gedəndə, onlar mənə dedilər ki, Bakıya səfərləri olub. Onların xəbəri vardı ki, mən Bakıda 8 filmdə çəkilmişəm. Bakı barədə söhbət edəndə təəssüf ki, onlara ancaq 30 il bundan qabaqkı Bakı barədə danışa bildim.
– Anladığım qədəriylə, o vaxtkı Bakı ücün darıxırsız.
– Bəli. O vaxtkı Bakını çox sevirəm və nostalji hisslərim var. Bilirsiz ki, mən Sovet dövründə böyüyən insanam. Bu səbəbdən respublikaların bu cür ayrılmasını heç vaxt qəbul edə bilmirəm. İnsanlar özlərini milliyyətə ayırırlar. Milliyyət məsələsi məni çox narahat edir.
– Çalışdığınız teatrda hazırda nə kimi işləriniz var?
– İndiki yaşıma baxmayaraq hələ də səhnədə həm oynayıram, həm də oxuyuram. Teatrımızda mənim 11 tamaşam gedir. Şyukin adina Teatr Məktəbində də dərs deyirdim. Bir ildir özümü ancaq teatra həsr etmişəm.
– Burda qazandıgınız maaş sizi qane edir?
– Hər insan ehtiyaclarından asılıdır. Başqa teatrlara baxanda, bizim maaşlarımız yaxşıdı.
– Həyatınızda nəyəsə təəssüflənirsiz?
– Bəli, haçansa müəllimim mənə demişdi ki, sən aktrisa ola bilməyəcəksən. Çünki sözun düzünü deyən və heç kimin qabağında sınmayan bir insanam. Mənə demişdi ki, aktrisa olmaq üçün ya atan teatr direktoru olmalıdı, ya da ki, ərin baş rejissor. İndi təəssüflənirəm ki, o vaxt mənim belə bir adamım yox idi. Qabağa getməyə köməklik göstərsin. Təəssüflənirəm ki, bu vaxtadək aktrisa kimi özümü tam göstərə bilməmişəm. Atam aktrisa olmağımı heç vaxt istəmirdi və dəstəkləmirdi. O istəyirdi ki, Qərb dilləri universitetinə daxil olum. Ölənə qədər mənim tamaşalarıma baxmadı…aktrisa olmasaydım, yəqin ki, arxeoloq olardım, çünki arxeologiyaya həmişə marağım olub.
– Qohumlarınız arasında incəsənət adamı varmı?
– Bəli, dayım Aleksandr Tixonov müğənni idi. O, radio və televiziya solisti idi. Müharibə zamanı bir ayağını itirmişdi, – deyə səhnəyə çıxa bilmirdi.
– Azərbaycana, pərəstişkarlarınıza və tamaşaçılarınıza hər hansı bir arzunuz varmı?
– Mən onlara yalnız əminamanlıq arzulayıram.
Azər Nəsibov
- Oqtay Əsədova bağlı olduğu deyilən şirkət 370 minlik tender qazandı
1 iyul 2024 21:24
- Əminik ki, Azərbaycan dövləti, nəhayət, Zakir Fərəcova və əlaltılarına ciddi dərs verəcək..
1 iyul 2024 12:48
- Baş həkim azadlığını qorusa da, 1 MİLYON dəyəri olan QAMO-nu itirdi
1 iyul 2024 10:48
- Məni döyə-döyə apardılar, pullarım dağıntılar altında qaldı - Video
30 iyun 2024 20:57
- Dörd gün YOX-a çıxan baş katib – vəfat edib xəbəri yayılan Brejnev efirdə qədəhlə görünüb...
30 iyun 2024 15:14
- Tələbəsiylə evləndi, efirdən qovuldu, oğlunu qətlə yetirdilər - Məşhur diktorumuzu kim öldürmək istəyirdi?
30 iyun 2024 12:06
- Azərbaycanlı qıza görə dinini dəyişdi: Virtual dünyadan başlayan eşq (FOTOLAR)
29 iyun 2024 15:37
- Mirdamət Seyidov, Abid Əliyev BAKINI SÖKÜR - MÜRACİƏT
29 iyun 2024 09:53
- Bakıda qıza görə qətlə yetirilən Turalın sevgilisi - Məni şantaj edirdi - FOTO
28 iyun 2024 19:06
- Rəsulzadə və XIX əsr Azərbaycan ədəbiyyatında yeni SİMA
28 iyun 2024 17:57
- Səlim Müslümova ağır itki
03 iyul 00:23
- Hazırda nişanlı olan qohumların nikahına icazə veriləcək?
02 iyul 12:13
- Prezident "Zəngilan" tankerinin istismara verilməsi mərasimində iştirak etdi (FOTO/YENİLƏNİB)
02 iyul 11:55
- Fəxrəddin Qoca işdən çıxarıldı
02 iyul 10:41
- Azərbaycan Polisinin yaranmasından 106 il ötür
02 iyul 00:37
- Edamdan əvvəl lüt soyundurulan admiral – bu cəza Hitlerin şəxsi göstərişi olub..
02 iyul 00:10
- NAR-ın bu departamentinə yeni direktor təyin edildi
01 iyul 21:39
- Oqtay Əsədova bağlı olduğu deyilən şirkət 370 minlik tender qazandı
01 iyul 21:24
- Zakir Sultanov azadlığa buraxıldı
01 iyul 21:08
- Ötən ay Bakıda 198 ağac və kol kəsilib, təbiətə 413 min manatdan artıq ziyan vurulub
01 iyul 15:39
- NAR komandası Breyn Rinq yarışının qalibi oldu
01 iyul 15:24
- ƏHD Partiyasından YAP-a çağırış - 83 dairədən çox namizəd irəli sürmə!
01 iyul 13:34
- Ziyarət başa çatıb, HƏCİLƏRİMİZ Vətənə qayıdır
01 iyul 13:10
- Əminik ki, Azərbaycan dövləti, nəhayət, Zakir Fərəcova və əlaltılarına ciddi dərs verəcək..
01 iyul 12:48
- Natiq Cəfərli qərarını verdi - Bu dairədən namizəd olacaq
01 iyul 12:23
- Bu gündən qadınların pensiya yaşı 64 oldu
01 iyul 11:40
- İlham Əliyev səfirləri qəbul etdi - Yenilənir
01 iyul 11:19
- Makronun koalisiyası seçkidə uduzdu - Video - Yenilənib
01 iyul 10:53
- Baş həkim azadlığını qorusa da, 1 MİLYON dəyəri olan QAMO-nu itirdi
01 iyul 10:48
- ZİBİL PULU 3 dəfədən çox artırıldı – Rəsmi
01 iyul 02:02
- Avtobus və metroda gedişhaqqı 50 qəpik oldu
30 iyun 21:26
- BENZİN BAHALAŞDI
30 iyun 20:57
- Məni döyə-döyə apardılar, pullarım dağıntılar altında qaldı - Video
30 iyun 20:47
- İzmirdə çörək sexində partlayış - 5 ölü, 57 yaralı - VİDEO
30 iyun 19:01
- Dörd gün YOX-a çıxan baş katib – vəfat edib xəbəri yayılan Brejnev efirdə qədəhlə görünüb...
30 iyun 15:14
- Rusiyanın hərbi gəmiləri Bakı limanını tərk edib-FOTO
30 iyun 13:54
- Tələbəsiylə evləndi, efirdən qovuldu, oğlunu qətlə yetirdilər - Məşhur diktorumuzu kim öldürmək istəyirdi?
30 iyun 12:05
- Yeni qanun qüvvəyə mindi: Elektron siqaretlər ancaq apteklərdə satılacaq
30 iyun 11:56
- Azərbaycanlı qıza görə dinini dəyişdi: Virtual dünyadan başlayan eşq (FOTOLAR)
29 iyun 15:37
- İranda seçkilərin ikinci turu olacaq - iyulun 5-də
29 iyun 14:13