Trampa qarşı sui-qəsd cəhdi: Özü yaralandı, iki nəfər öldü (FOTO/VİDEO)
ABŞ prezidentliyinə namizəd Donald Trampın mitinqi zamanı atəş açılıb.
Qaynarinfo xəbər verir ki, mitinqin yayımı siyasətçinin yutub kanalında aparılıb.
Görüntülərdə atəş səslərinin eşidildiyi, Trampın qulağından zədələndiyi əks olunub.
Qısa müddət sonra eks-prezident kürsüdən uzaqlaşdırılıb.
Trampın yaralanması ilə nəticələnən silahlı insidentin təfərrüatları bəlli olub.
Dairə prokuroru Riçard Qoldingerin yerli mətbuata açıqlamasında hadisədə ümumilikdə iki nəfərin öldüyünü bildirərək onlardan birinin mitinq iştirakçısı, digərinin şübhəli şəxs olduğu vurğulayıb.
Hadisədə qulağından yüngül yaralanan 76 yaşlı siyasətçi xəstəxanaya yerləşdirilib, onun həyati təhlükəsi yoxdur.
Olaydan sonra bir sıra ölkə liderləri bəyanat yayaraq insidenti pisləyiblər.
ABŞ prezidenti Co Bayden seçkilərdəki rəqibi respublikaçı Donald Trampın mitinqindəki silahlı insidenti pisləyib. Bu barədə Amerika liderinin bəyanatında bildirilib.
"Pensilvaniyada Donald Trampın mitinqindəki atəşaçma ilə bağlı mənə məlumat verilib. Onun təhlükəsiz olduğunu və yaxşı olduğunu eşitdiyimə görə şadam. Mən onun, ailəsi və mitinqdə olanların hamısı üçün dua edirəm, əlavə məlumat gözləyirik”.
Dövlət başçısı "Amerikada bu cür zorakılığa yer olmadığını” bildirərək amerikalıların "bunu pisləmək üçün bir millət kimi birləşməli” olduğunu vurğulayıb.
Tramp sui-qəsd cəhdi olduğu güman edilən silahlı insidentdən sonra ilk açıqlamasında atəş nəticəsində "güclü qanaxma” ilə üzləşdiyini bildirərək hadisədə ölən və yaralanan tərəfdarların ailələrinə başsağlığı verib.
Bu barədə 76 yaşlı siyasətçi sahibi olduğu "Truth Social” sosial şəbəkəsində paylaşım edib.
"Birləşmiş Ştatların Gizli Xidmətinə və bütün hüquq-mühafizə orqanlarına Pensilvaniya ştatının Batler dairəsində baş vermiş atəşaçmaya tez reaksiya verdikləri üçün təşəkkür etmək istəyirəm. Ən əsası, mitinqdə həlak olan şəxsin ailəsinə, eləcə də ağır yaralanan daha bir şəxsin ailəsinə başsağlığı vermək istəyirəm. Bunun bizim ölkədə baş verməsi inanılmazdır. Hazırda ölən nişançı haqqında heç nə bəlli deyil. Güllə sağ qulağımın yuxarı hissəsi deşib. Dərhal nəyinsə səhv getdiyini anladım, fit, atəş səsi eşitdim və güllənin dərimi cırmasını hiss etdim. Ağır qanaxma başladı və sonra nə baş verdiyini anladım. Tanrı Amerikanı qorusun!”, – qeyd edib.
Trampa qarşı sui-qəsd cəhdini həyata keçirən şəxsin adı Tomas Metyu Kruksdur.
Bu barədə "New York Post” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. 20 yaşlı Kruksun Pittsburq şəhərinin Bethel Park adlanan məhəlləsində yaşadığı bildirilir.
NYP-nin məlumatına görə, Kruks Trampın çıxış etdiyi səhnədən 100 metr aralıda yerləşən istehsalat zavodunun damından atəş açıb.
Kruks Məxfi Xidmətin snayperi tərəfindən öldürülüb, cəsədinin yanında isə AR-15 tüfəngi aşkarlanıb.
Oxşar xəbərlər
- Putin: Kamala Harrisi dəstəkləyəcəyik"
6 sentyabr 2024 21:26
- Milli Məclisin sədrinin MAAŞI 9585 manat oldu, deputatlar isə...
6 sentyabr 2024 17:28
- Əli İnsanov azad oldu
6 sentyabr 2024 15:40
- Ürək 200 min, qaraciyər 150 min, böyrək 50 min dollar...
6 sentyabr 2024 11:57
- Uşaq Evində böyüdü və ŞƏHİD OLDU - VİDEO
6 sentyabr 2024 11:18
- Azərbaycan Ordusunun hərbçisi odlu silahla özünü öldürüb
6 sentyabr 2024 10:57
- Fazil Mustafa onun ömürlük həbsini tələb edir
5 sentyabr 2024 18:08
- Ukraynada daha bir azərbaycanlı həlak oldu - Foto
5 sentyabr 2024 17:43
- Prezidentin bağışladığı evi satıb VƏKİLƏ verdik, o da bizi aldatdı.. - Müharibə əlilindən ŞOK AÇIQLAMA
5 sentyabr 2024 16:41
- Zərdabda 18 yaşlı qız APENDİSİT əməliyyatından sonra ÖLDÜ
5 sentyabr 2024 16:17
Xəbər lenti
- Müəllimlər kəndlərdə dərs demək istəmirlər: 2 mindən çox vakansiya BOŞ QALIB
06 sentyabr 23:50
- İntihar edən hərbi qulluqçumuzun FOTOLARI
06 sentyabr 23:17
- Ermənistan və Gürcüstan Putinin həbsini dəstəkləyən sənədi imzaladı
06 sentyabr 22:56
- Çoban qızı Monqolustanı dünya gözəllik müsabiqəsində təmsil edəcək-FOTOLAR
06 sentyabr 21:39
- Putin: Kamala Harrisi dəstəkləyəcəyik"
06 sentyabr 21:26
- Sabiq nazirin qızının Rusiyadakı şirkətinin gəlirləri azalıb
06 sentyabr 21:02
- Milli Məclisin sədrinin MAAŞI 9585 manat oldu, deputatlar isə...
06 sentyabr 17:28
- Valideynlərin nəzərinə!
06 sentyabr 17:12
- Əli İnsanov azad oldu
06 sentyabr 15:40
- Erkin Qədirlinin şikayəti var
06 sentyabr 15:03
- Sülh müqaviləsinin mətninin təqribən 80 faizi artıq razılaşdırılıb
06 sentyabr 14:04
- TƏCİLİ! Oktyabrın 1-dən qiymətlər QALXIR
06 sentyabr 13:45
- Ürək 200 min, qaraciyər 150 min, böyrək 50 min dollar...
06 sentyabr 11:57
- Uşaq Evində böyüdü və ŞƏHİD OLDU - VİDEO
06 sentyabr 11:18
- Azərbaycan Ordusunun hərbçisi odlu silahla özünü öldürüb
06 sentyabr 10:57
- Oqtay Əsədov hardadır?
06 sentyabr 10:45
- Çin Afrikaya 51 milyard dollar kredit ayırdı –1 milyon iş yeri vəd edir
05 sentyabr 22:29
- Erkin Qədirli deputat SEÇİLDİYİ dairədən ŞİKAYƏT edib
05 sentyabr 20:09
- Yeni seçilən deputat Fikrət Məmmdovun qızı deyil
05 sentyabr 19:55
- Bakı ŞİH 2 MİN TON DUZ ALIR..))min ton duz alır
05 sentyabr 18:22
- Fazil Mustafa onun ömürlük həbsini tələb edir
05 sentyabr 18:08
- Ukraynada daha bir azərbaycanlı həlak oldu - Foto
05 sentyabr 17:43
- Prezidentin bağışladığı evi satıb VƏKİLƏ verdik, o da bizi aldatdı.. - Müharibə əlilindən ŞOK AÇIQLAMA
05 sentyabr 16:41
- Zərdabda 18 yaşlı qız APENDİSİT əməliyyatından sonra ÖLDÜ
05 sentyabr 16:17
- Həbsdə olan icra başçısı 2 milyon 844 min manat dəyərində əmlakı...40 MANATA ALIB
05 sentyabr 13:58
- Prezident Romada görüş keçirdi - Foto
05 sentyabr 13:10
- Kamran Əliyev separatçıların işi ilə bağlı Rusiya mediasına danışıb
05 sentyabr 12:56
- Əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının təmin olunmasına dair seminar
05 sentyabr 12:02
- TƏCİLİ! Ermənistan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı bu sənədi təsdiqlədi
05 sentyabr 11:52
- Azərbaycan qazandığı hər 100 dollardan 50 dollarını İtaliyadan əldə edir - Ekspertdən İLGİNC rəy
05 sentyabr 11:34
Video & Fotoqalereya
Video
Fotoqalereya