Şəhid müəllimin oğlu tələbə, qızı magistr oldu

Artıq bir müddətdir ki, tələbə adını qazanan abituriyentlər bu uğurlarına görə sevinc içindədirlər. Onların arasında öz şirin canlarını vətən uğrunda vəda edən şəhidlərimizin əmanət övladları da var.
Şəhid müəllim Əvdil Quluyevin iki övladı da tələbə adını qazananlar arasındadırlar.
Ülvü Quluzadə bu il Beyləqan rayon Ə.Məmmədov adına Təzəkənd kənd tam orta ümumtəhsil məktəbindən məzun olub. O, bu il ali təhsil müəssisəsinə daxil olub:
"İxtisasım "Beynəlxalq münasibətlər"dir. Bu sahə mənə maraqlı gəldi. Özümü bu istiqamətdə inkişaf etdirəcəyimə və gələcəkdə faydalı işlər görə biləcəyimə inanıram. Bacımla birlikdə eyni vaxtda uğur qazanmaq bizim üçün xüsusi bir hissdir. Ailəmizə ikiqat sevinc bəxş etdik və bu bizi daha çox çalışmağa həvəsləndirir".
Ülvü bacısı ilə bu uğurlarını şəhid atasının ruhuna həsr etdiklərini qeyd edir və həmçinin abituriyentlərə də öz tövsiyələrini bildirir:
"Əminəm ki, atam bu gün mənim və bacımın uğurlarını görsəydi, çox fəxr edərdi. Onun xatirəsi bizə güc verir, uğurlarımızı onun ruhuna həsr edirik. Məktəb illərində dərslərimdə yaxşı nəticələrim olub. Müəllimlərimin etimadını qazanmaq və onların ümidini doğrultmaq mənim üçün elə ən böyük uğurdur.
Abituriyentlərə tövsiyəm budur ki, heç vaxt yorulmasınlar. Hər çətinliyin arxasında mütləq bir uğur var. Özlərinə inansınlar və hər gün bir addım irəli atsınlar. Mən düşünürəm ki, həyatımızda ən böyük güc elm və təhsildir. Gənclərə tövsiyəm budur ki, vaxtlarını boş yerə sərf etməsinlər, gələcəkləri üçün çalışsınlar".
Şəhidimizin daha bir əmanəti Nərmin Quluzadə bu il magistr adını qazanıb. O, mühasibatlıq üzrə magistr təhsili alacaq: "Seçdiyim sahə həm elmi, həm də praktiki baxımdan inkişaf üçün geniş imkanlar yaradır. Qardaşımın da bu il ali məktəbə qəbul olması ailəmiz üçün böyük sevinc oldu", - deyə əlavə edir.
Nərmin də qardaşı kimi bildirir ki, atası bu gün həyatda olsaydı, bu uğurları ilə çox qürurlanardı. Onun xatirəsini daim yaşatmaq və layiqli övlad olmaq onların ən böyük məqsədlərindən biridir.
Xatırladaq ki, Vətən müharibəsinin şəhid müəllimi Əvdil Quliyev 1972-ci il iyulun 31-də Beyləqan rayonunun Təzəkənd kəndində anadan olub. Orta təhsilini bitirdikdən sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olub və burada institutun hərbi kafedrasını bitirərək leytenant rütbəsi alıb. 1996-cı ildə həqiqi hərbi xidmətə çağırılan Ə.Quliyev Tovuzda yerləşən "N" saylı hərbi hissədə motoatıcı tağım komandiri kimi xidmətə başlayıb. 2018-ci ildən Ə.Məmmədov adına Təzəkənd kənd tam orta məktəbində "Gənclərin çağırışaqədərki hazırlığı" fənninin tədrisi ilə məşğul olub. 2020-ci ilin iyul ayında Tovuz hadisələrindən sonra orduya yazılmaq üçün könüllü müraciət edib. O, Füzuli, Cəbrayıl, Qubadlı, Hadrut və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. Əvdil Quliyev noyabrın 7-də Şuşakənd istiqamətində gedən döyüşlərdə şəhid olub.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Əvdil Quliyev ölümündən sonra "Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "Döyüşdə fərqlənməyə görə”, "İgidliyə görə” medallar və "Vətənə xidmətə görə” 3-cü dərəcəli orden ilə təltif edilib. (Mənbə: Azərbaycan müəllimi qəzeti)

Oxşar xəbərlər
- İlin sonunadək amnistiya gözlənilir ?
6 sentyabr 2025 14:49
- Böyük terror-un kiçik qurbanları – Stalin rejiminin düşərgələrdə məhv etdiyi körpələr
6 sentyabr 2025 14:42
- Dəmir barmaqlıqlar arxasında dözə bilməyən məmurlar...- FOTOLAR
6 sentyabr 2025 14:37
- II Əbdülhəmid Fələstini yəhudilərə niyə satmadı?
6 sentyabr 2025 00:26
- NAR uşaqlar üçün maarifləndirici tədbirlərə dəstək verir - Fotolar
5 sentyabr 2025 17:09
- BİR RİYAZİYYATÇININ MANİFESTİ - Etibar Əliyevin YAZISI
5 sentyabr 2025 01:00
- Dilindən arı sancdı, 61 yaşlı kişi öldü
5 sentyabr 2025 00:25
- Prezident səfiri geri çağırdı
4 sentyabr 2025 21:46
- Sumqayıtda 35 yaşlı kişi tanışının qulağını dişləyərək qopardı
4 sentyabr 2025 21:13
- II dünya müharibəsi ilə bağlı gizli sənəd - yapon generalların etirafları
4 sentyabr 2025 14:19
Xəbər lenti
- Britaniyanın yeni daxili işlər naziri Şabana Mahmud: İslam mənim inancımdır, həyatımın ən vacib tərəfidir VİDEO
07 sentyabr 00:08
- 1 damcısı 10 yaş gəncləşdirir
06 sentyabr 22:49
- AZAL təyyarəsinin vurulmasında bu generalın rolu olub - sensasion faktlar yayıldı
06 sentyabr 22:36
- 2025-ci ilin ən təsirli - 12 fotosu - ACLIQ ÇƏKƏN UŞAQ
06 sentyabr 22:09
- Nazirliyin adını dəyişdirib Müharibə Nazirliyi qoydu
06 sentyabr 21:51
- İlin sonunadək amnistiya gözlənilir ?
06 sentyabr 14:49
- Böyük terror-un kiçik qurbanları – Stalin rejiminin düşərgələrdə məhv etdiyi körpələr
06 sentyabr 14:42
- Dəmir barmaqlıqlar arxasında dözə bilməyən məmurlar...- FOTOLAR
06 sentyabr 14:37
- Tramp Pentaqonun adını rəsmən Müharibə Nazirliyi olaraq dəyişdirib
06 sentyabr 01:01
- II Əbdülhəmid Fələstini yəhudilərə niyə satmadı?
06 sentyabr 00:26
- DÇ-2026: Azərbaycan millisi 4 : 0 uduzur (YENİLƏNİR)
06 sentyabr 00:21
- Uzunömürlü insanların SİRRİ BU İMİŞ
05 sentyabr 17:21
- NAR uşaqlar üçün maarifləndirici tədbirlərə dəstək verir - Fotolar
05 sentyabr 17:09
- Həmin liderlər İlham Əliyevlə şəkil çəkdirmək üçün Bakıda növbəyə dururlar
05 sentyabr 17:00
- Prezident yol təmirinə 2 milyon manat ayırdı
05 sentyabr 13:56
- Milli Məclisin xüsusi iclası keçiriləcək
05 sentyabr 12:35
- Yalandır, Rusiya bizə heç bir sığorta ödənişi etməyib - Hökumənin atası
05 sentyabr 11:48
- Lavrov Özbəkistanda RUS dilinə görə biabırçılıq etdi: - SKANDAL
05 sentyabr 10:54
- Azərbaycan İslandiyaya qarşı
05 sentyabr 10:28
- -Tağıyev- filmi Oskar-a namizəd təqdim edildi
05 sentyabr 10:20
- Aktyor fəhlə kimi işlədilib: Bakı Dövlət Sirkində nə baş verir? (VİDEO)
05 sentyabr 10:13
- BİR RİYAZİYYATÇININ MANİFESTİ - Etibar Əliyevin YAZISI
05 sentyabr 01:00
- Dilindən arı sancdı, 61 yaşlı kişi öldü
05 sentyabr 00:25
- Prezident səfiri geri çağırdı
04 sentyabr 21:46
- Sumqayıtda 35 yaşlı kişi tanışının qulağını dişləyərək qopardı
04 sentyabr 21:13
- II dünya müharibəsi ilə bağlı gizli sənəd - yapon generalların etirafları
04 sentyabr 14:19
- Deputat MƏHKƏMƏDƏ seçiciyə uduzdu
04 sentyabr 13:56
- Qazaxıstanın xarici işlər naziri saxlanıldı
04 sentyabr 13:45
- Telefonda icra başçısını təhqir etdi - Məhkəmə qərarı
04 sentyabr 12:08
- Ayaz Mütəllibov və Ter-Petrosyan Yeltsinlə birgə –35 il əvvəl Rusiyanın sülh planı necə iflasa uğrayıb?
04 sentyabr 10:39
Video & Fotoqalereya
Video
Fotoqalereya