Əliyev Ərdoğanı təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb.
“Qafqazinfo” xəbər verir ki, təbrikdə deyilir:
“Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
Türkiyə Respublikasının ictimai-siyasi həyatında və dövlət idarəçiliyində artıq 25 ilə yaxın bir dövr ərzində müstəsna yer tutan, daim yenilənməkdə, inkişafda və yüksəlişdə olan Ədalət və İnkişaf Partiyasının Böyük Qurultayında partiyanın Sədri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi və bütün partiyadaşlarınızı səmimi-qəlbdən təbrik edirəm.
Qurucusu olduğunuz partiyanın üzvlərinin Sizə layiq olduğunuz böyük etimadı təkrarən nümayiş etdirməsi uzun illər boyu ölkənizin rifahı və tərəqqisi, qardaş Türkiyə xalqının firavanlığı, eləcə də bütün Türk dünyasının yüksəlişi naminə yorulmaq bilmədən həyata keçirdiyiniz fədakar fəaliyyətə qədirbilənliklə verilən yüksək qiymətdir.
Bu xüsusda, Ədalət və İnkişaf Partiyasının Böyük Qurultayında müəyyən olunmuş yeni hədəflərin və qəbul edilmiş əhəmiyyətli qərarların qardaş Türkiyə xalqı üçün xeyirli və uğurlu olacağına, Türkiyəni daha da irəli aparacağına əminliyimi ifadə etmək istərdim.
Danılmaz faktdır ki, ötən illər ərzində rəhbərliyinizlə Ədalət və İnkişaf Partiyasının öz prinsip və amallarına daim sadiq qalaraq atdığı addımlar sayəsində ölkənizin dövlətçiliyi daha da möhkəmlənmiş, sarsılmaz xalq-iqtidar birliyi formalaşmış, eləcə də Türkiyə qlobal güc mərkəzinə – dünyanın ən aparıcı və qüdrətli dövlətlərindən birinə çevrilmişdir. Təsadüfi deyil ki, Siz bütün Türk dünyasında öz Vətənini, xalqını sevən müdrik və qətiyyətli lider kimi tanınır və sevilirsiniz. Dost və qardaş Azərbaycanda da Sizin uğurlarınız böyük fərəh hissi ilə qarşılanır və daim təqdir olunur.
Bu gün ortaq tariximizdən, zəngin milli-mənəvi dəyərlərimizdən və xalqlarımızın mətin iradəsindən qaynaqlanan Azərbaycan–Türkiyə qardaşlığı, birliyi və strateji müttəfiqliyi unikal xarakter daşımaqla hərtərəfli inkişaf edir, bölgədə sabitliyin və təhlükəsizliyin bərqərar olmasına töhfələr verir. Əminəm ki, bu sarsılmaz bağlar birgə səylərimizlə “Bir millət, iki dövlət” prinsipinə uyğun olaraq bundan sonra da daim möhkəmlənəcəkdir.
Əziz Qardaşım,
Bir daha Sizə, eləcə də Ədalət və İnkişaf Partiyasının hər bir üzvünə ən səmimi salamlarımı və təbriklərimi çatdırır, Sizə möhkəm cansağlığı, partiyanın işinə böyük uğurlar, qardaş Türkiyə xalqına sülh və firavanlıq arzulayıram”.
- İlham Əliyev Matviyenkonu qəbul etdi - Fotolar
17 mart 2025 11:22
- Yoldaş Stalin, bu möcüzənin səbəbi sizsiniz... - O, Rəsulzadəni ölümdən niyə xilas etmişdi?
17 mart 2025 00:01
- Mehriban Əliyeva Valentina Matviyenko ilə görüşdü
16 mart 2025 22:45
- Azərbaycanın xalq artisti VƏFAT ETDİ - FOTO
16 mart 2025 22:38
- İlqar Hacıyev 17 milyonluq dələduzluqda ittiham olunur - Bu tarixdə prokurorluğa çağırılır
16 mart 2025 22:14
- Heydər Əliyevin 1996-cı ildə verdiyi müsahibə yayımlandı - Sirli və sensasion açıqlamalar - VİDEO
16 mart 2025 12:20
- Leninin sevgilisi... Krupskayanın əri... - Firuz Mustafa
15 mart 2025 23:47
- Putin, Lukaşenko və Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevə zəng ediblər
15 mart 2025 21:20
- Prezident onları təltif etdi - Siyahı
15 mart 2025 12:50
- Qərargah rəisi intihar etdi - Foto
15 mart 2025 12:40
- Müsavat Partiyası Başqanlığına namizədi ÖLDÜRDÜ və..
17 mart 13:35
- Berinq boğazında qırğın - çukçalar və eskimoslar ABŞ və SSRİ-ni müharibə vəziyyətinə gətiribmiş
17 mart 13:19
- Ş А Y B А şirkətinin rəisi Çingiz Mehdiyevə HÖKM: 11 İL ŞƏRTİ HƏBS ..)))
17 mart 11:50
- İlham Əliyev Matviyenkonu qəbul etdi - Fotolar
17 mart 11:22
- Yoldaş Stalin, bu möcüzənin səbəbi sizsiniz... - O, Rəsulzadəni ölümdən niyə xilas etmişdi?
17 mart 00:01
- Mehriban Əliyeva Valentina Matviyenko ilə görüşdü
16 mart 22:45
- Azərbaycanın xalq artisti VƏFAT ETDİ - FOTO
16 mart 22:38
- İlqar Hacıyev 17 milyonluq dələduzluqda ittiham olunur - Bu tarixdə prokurorluğa çağırılır
16 mart 22:14
- Bakıda 1 samovara görə 3 АY HƏBS ....
16 mart 19:08
- Azərbaycandan Rusiyaya -KАHI-, yoxsа, NАRKOTİK ?
16 mart 18:28
- SU kranından NEFT gəldi
16 mart 17:09
- Matviyenko Azərbaycana gəlir
16 mart 15:44
- Hər gün geyinmək olmaz: 4 zərərli GEYİM
16 mart 15:23
- Əmisi oğlu ilə -parnik- salan nazirin pulu batdı – QALMAQAL
16 mart 12:52
- Heydər Əliyevin 1996-cı ildə verdiyi müsahibə yayımlandı - Sirli və sensasion açıqlamalar - VİDEO
16 mart 12:20
- Azərbaycanda sulu qar və qar yağacaq - Bu tarixlərdə
16 mart 11:56
- Dünyanın ən uzun boylu qəbilələrindən biri: Maasailərin sirri nədir?
16 mart 11:39
- Deputat Azər Allahverənov Nardarandа vətəndaşların qəbulunu keçirib
16 mart 00:17
- Leninin sevgilisi... Krupskayanın əri... - Firuz Mustafa
15 mart 23:47
- Cəlilabaddа -morq-a gətirilən meyit DİRİLDİ
15 mart 22:22
- Putin, Lukaşenko və Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevə zəng ediblər
15 mart 21:20
- Almaniyada tibb bacısı 9 xəstəni öldürməkdə ittiham olunur - 34 nəfəri isə...
15 mart 19:21
- SON DƏQİQƏ! Ərdoğanın hədəfi bəlli oldu - ŞOK DETAL
15 mart 19:02
- Hitlerin hindistanlı şəriki - Onun yaratdığı -Azad Hind- alayı Qafqazı ələ keçirəcəkdi
15 mart 18:18
- Hava ilə bağlı XƏBƏRDARLIQ - bu tarixdən yağış yağacaq, külək əsəcək, temperatur 10-15 dərəcə ENƏCƏK
15 mart 15:22
- ABŞ uyğurlara görə Tailandı CƏZALANDIRDI
15 mart 15:06
- Prezident onları təltif etdi - Siyahı
15 mart 12:50
- Qərargah rəisi intihar etdi - Foto
15 mart 12:40
- Novruz səyahətində NАR rouminqi ilə sevdiklərinə yaxın ol !
14 mart 23:42
- Azğın marşalın aqibəti – Bu rütbəni mənə həyat yoldaşıma görə veriblər..
14 mart 23:22